Ana səhifə »  Müsahibə »  Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
A+   Yenilə  A-
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev www.yap.org.az saytına müsahibə verib:
- Əbülfəs müəllim, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyət məsələlərinə də böyük diqqət göstərib, xalqımızın mədəni dəyərlərinin qorunmasını və inkişafını vacib məsələlərdən biri kimi qiymətləndirib. Sovetlər dönəmində də milli özünüdərkin, özünəqayıdışın əsası da məhz Ulu Öndərimiz tərəfindən qoyulub ki, burada tariximizin, milli mədəniyyətimizin qorunması əsas istiqamətlərdən biri kimi nəzərdən keçirilir. Bununla bağlı sizin fikirlərinizi bilmək istərdik...
- Bu gün tarixi məsafədən baxarkən əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində, dövlətçiliyimizin tarixində əvəzolunmaz iz qoymuş, xidmətlər göstərmişdir. Heydər Əliyevin qoyduğu mirası kimləsə müqayisə etmək mümkün deyil. Çünki Heydər Əliyev öz-özlüyündə bir rəmzə çevrilib. Bu rəmz Azərbaycan xalqının milli, mənəvi, siyasi, iqtisadi, tarixi və gələcəyin amallarını özündə birləşdirən bir rəmzdir. Ona görə də Heydər Əliyev irsi, siyasi kursu bu gün əks-səda verir və bu amil Onun əvəzolunmazlığını sübut edir.
Ulu Öndər Heydər Əliyev bütün sahələr üzrə ölkəmizin inkişafında çox böyük mexanizm qurmuş və inkişafa böyük təkan vermiş insandır. Azərbaycan xalqının dövlətçilik tarixində çoxlu sayda hökmdarlar, sərkərdələr, müxtəlif dövrlərin müxtəlif xüsusiyyətlərinə uyğun olaraq çox önəmli işlər görmüş xadimlər olub. Biz onlarla fəxr edirik. Lakin biz artıq müasir dövrdə yaşayırıq və müasir tariximizin təhlili onu göstərir ki, 1969-cu ildən etibarən, Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra xalqımızın, dövlətimizin və cəmiyyətimizin quruluşunda, təfəkküründə yeni bir mərhələ başladı.
Ümummilli Lider Heydər Əliyevin respublikamızın rəhbərliyinə gəlişi ilə iqtisadiyyat görünməmiş dərəcədə inkişafa doğru irəliləməyə başladı, kənd təsərrüfatı rekord göstəricilər qazandı. Pambıqçılıq, üzümçülük və s. sahələr əhəmiyyətli dərəcədə inkişaf etdi, yeni-yeni müəssisələr yaradıldı. Azərbaycan artıq təkcə neft istehsal edən respublika kimi yox, bütün sahələri inkişaf etdirən respublikaya çevrilməyə başladı. Bugünkü dinamik inkişafımızın təməli də o dövrdə qoyulub. Fikrimcə, bu siyasətin nəticəsidir ki, hazırda Azərbaycan, demək olar ki, özünü 100 faiz təmin etmək iqtidarında olan dövlətə çevrilir.
- Həmin dövrdə iqtisadiyyatın inkişafı ilə yanaşı, mənəvi dəyərlər amili də xüsusi diqqət mərkəzində idi...
- Sözsüz ki, bu hərtərəfli inkişafın fonunda mənəvi proseslər olduqca vacib yer tutur. O vaxt iqtisadiyyatın inkişafı ilə bağlı olan müşavirələrdə mütləq tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Və bu insanların yeni mühitdə qəhrəmancasına göstərdikləri əmək, zəhmət artıq ədəbiyyatda, rəsm əsərlərində, musiqidə öz əksini tapmağa başladı. Bununla da, cəmiyyətin ziyalı təbəqəsi, daha mütərəqqi və təhsilli olan təbəqə bu əməyi yeni nəzər-nöqtəsində təqdim etməyə başladı. Bütün bunların ideya müəllifi isə Ulu Öndər Heydər Əliyev idi. Heydər Əliyev bu qəhrəmanları teatr səhnələrinə gətirirdi. Eləcə də həmin qəhrəmanlar haqqında musiqi əsərləri yaradılırdı, rəsm əsərlərində, fırça ustalarının yaradıcılığında əmək qəhrəmanları əksini tapırdi. Təbii ki, bunların hamısı vahid siyasətin nəticəsi idi. Heydər Əliyev bununla Azərbaycan xalqının təsəvvüründə yeni anlayışları, kriteriyaları formalaşdırmağa başladı. Mən bu məsələlərə fəlsəfi mənada baxıram. Çünki cəmiyyətdə bu əməyə yeni formada baxaraq onun dəyərini bilməyə başladılar. Bununla da, həmin zəhmətkeş insanların əməyinə həm ictimaiyyət, həm də dövlət tərəfindən yeni bir münasibət çalarları öz əksini tapırdı.
Ulu Öndər Heydər Əliyev, həmçinin insanların əməyinin dəyərləndirilməsinə xüsusi önəm verərək onu vahid siyasət çərçivəsində həyata keçirirdi. Bilirsiniz ki, sovetlər dövründə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafında rol oynayan bizim çoxlu əmək qəhrəmanlarımız var idi. Və həmin insanlar Heydər Əliyevin sayəsində keçmiş SSRİ-nin ən yüksək orden və medalları, dövlət mükafatları ilə təltif olundular. Məsələn, keçmiş ittifaq miqyasında xeyli sayda azərbaycanlı Sosialist Əməyi qəhrəmanları var idi və s.
Buna paralel olaraq həmin zəhmətkeşlərin əməyini öz yaradıcılığında əks etdirən Azərbaycan yazıçılarının, musiqiçilərinin, rəssamlarının əməyi də yüksək dəyərləndirilirdi. Onlar da keçmiş Sovet İttifaqı miqyasında ən yüksək orden və dövlət mükafatları ilə təltif olunurdular. Bütün bunlar, sözsüz ki, bilavasitə Ulu Öndər Heydər Əliyevin xidməti idi. Biz bu gün Bakı şəhərini gəzərkən Fikrət Əmirovun, Rəşid Behbudovun, Qara Qarayevin və digər yaradıcı insanların heykəllərini görürük. Bu qəhrəmanlar hələ o vaxt Sovet İttifaqının ən uca zirvəsində durmuş insanlar idi.
- Ulu Öndər Heydər Əliyev sovetlər dönəmində də Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirib. Sizcə, bu amili şərtləndirən səbəblər nə idi?
- Bu, çox vacib məqam idi. Məsələ ondan ibarət idi ki, Heydər Əliyev gənc nəslin yüksək biliklər qazanmasına, milli ruhda formalaşmasına xüsusi önəm verirdi. Biz, bəlkə də, bunun əhəmiyyətini sonradan dərk etməyə başladıq. Amma Onun birinci hakimiyyəti dövründə minlərlə gəncimiz keçmiş SSRİ-nin məşhur ali məktəblərinə təhsil almağa göndərildi. Gənclər daha çox o ixtisaslar üzrə təhsil almağa göndərilirdi ki, o sahələrdə Azərbaycanda mütəxəssis çatışmırdı.
Eyni zamanda, rəssamlıq akademiyalarına, musiqi akademiyalarına, ədəbiyyat institutlarına da gənclər təhsil almağa göndərilirdi. Bunların hamısı Azərbaycan yaradıcı insanlarının əməyinin müasir çərçivədə həyata keçirilməsinə zəmin yaratdı. Bu insanlardan sonra 1960-cı illərin qəhrəmanları ortaya çıxdı. Heydər Əliyev də həmin insanları, bütövlükdə yeni təfəkkürü, yeni düşüncə tərzini müdafiə edirdi. Azərbaycanın müstəqillik ideyalarını sovetlər dönəmində ortaya qoymaq çox çətin idi. Amma bununla belə, əsərlər yazılırdı, rəsm əsərləri yaradılırdı, teatrda tamaşalar səhnəyə qoyulurdu. Heydər Əliyev bu teatr tamaşalarında iştirak edərək həmin insanların yaradıcılığına böyük dəyər verirdi. Bütün bunlar onların yaradıcılıq prosesinə çox müsbət təsir göstərirdi. Heydər Əliyevin gücü də bunda idi.
Müstəqillik dövründə isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni çağırışlarla müşayiət olunurdu. Bu dövr Azərbaycanı müstəqil dövlət kimi dünyada tanıtmaq, Azərbaycan xalqının yaradıcı potensialını gücləndirmək, təkcə keçmiş Sovet İttifaqı məkanında deyil, bütövlükdə dünya miqyasında Azərbaycanın qədim tarixini, müasir mədəniyyətini təbliğ etmək, onu gücləndirmək, beynəlxalq səviyyədə gedən prosesləri tətbiq etməklə bu sahənin inkişafını təmin etməklə səciyyələnirdi. Ulu Öndər Heydər Əliyev bu məsələlərə ciddi nəzarət edirdi.
Bilirsiniz ki, hələ sovetlər dönəmində Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 600 illik yubileyi UNESKO səviyyəsində keçirildi. O vaxta qədər Azərbaycanın adı həmin təşkilatda yox idi. Düşünürəm ki, Heydər Əliyevin sayəsində UNESKO səviyyəsində keçirilən həmin tədbir məhz bu günümüz üçün də zəmin yaratmış oldu. İndi Azərbaycan UNESKO çərçivəsində özünəməxsus yer tutur, Azərbaycanın tarix, mədəniyyət nümunələri bəşəriyyət tərəfindən qorunan abidələr kimi qəbul olunub. Amma bütün bunlar üçün zəminin yaradılması, bünövrənin formalaşdırılması o vaxt Heydər Əliyevin başladığı siyasət idi. Ümummilli Liderimiz Heydər Əliyev çox tələbkar, qüdrətli rəhbər, uzaqgörən strateq olaraq bütün bunların hamısını görürdü.
Eyni zamanda, Heydər Əliyev insani keyfiyyətlərlə zəngin bir insan idi. O, yaradıcı insanlar arasında bəzən ortaya çıxan çətinliklər, problemlər, ziddiyyətlərin nə qədər böyük ustalıqla, səbirlə və peşəkarlıqla həll edilməsinə kömək göstərirdi. Eləcə də onların yaradıcılıq prosesinə ciddi dəstək göstərirdi, sosial məsələlərinin həlli ilə yaxından məşğul idi. Bütün bunlarla yanaşı, Heydər Əliyevin yaradıcı insanlarla şəxsi münasibətləri də yüksək səviyyədə idi.
- Ümummilli Lider Heydər Əliyevin yüksək etimad göstərdiyi şəxslərdən biri də siz olmusunuz...
- Xoşbəxtəm ki, 1994-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevlə çalışmışam, Onun tərəfindən Gənclər və İdman naziri təyin olunmuşam. Bu mühüm vəzifənin mənə tapşırılması mənim üçün çox böyük sınaq, məktəb və etimad idi. Mən bu etimadı heç vaxt itirən deyiləm. Çünki Heydər Əliyev məktəbini uğurla keçmiş insan heç vaxt bu məktəbi yaddan çıxarmayacaq.
Ulu Öndər Heydər Əliyev Azərbaycanda gənclər hərəkatının formalaşdırılmasında, demokratik inkişafın təmin edilməsində misilsiz xidmətlər göstərib. Bütün bunların hamısı gözümüzün qarşısındadır. O vaxt gənclər hərəkatında təmsil olunan insanlar bu gün müxtəlif vəzifələrdə çalışırlar, müxtəlif ictimai hərəkatlara rəhbərlik edirlər və s. Mən fəxr edirəm ki, Heydər Əliyevin siyasətinin həyata keçirilməsində zərrə qədər də olsa payım var. Bu, mənim üçün çox böyük şərəfdir.
- Mədəniyyət xadimlərimiz Ulu Öndərlə bağlı xatirələrini bölüşərkən birmənalı şəkildə Onun yüksək diqqət və qayğısını vurğulayır, yeni dövrdə mədəni intibahımızın Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirirlər. Bu fikirlərin ifadə etdiyi, söykəndiyi başlıca həqiqətlər nədən ibarətdir?
- Ümummilli Lider Heydər Əliyev çox dərin biliyi, dünyagörüşü, təfəkkürünün zənginliyi ilə həmişə yaradıcı proseslərə maraq göstərib. Bu, ondan irəli gəlir ki, Heydər Əliyev görürdü ki, hər bir insan hansı yerdə müvəffəqiyyət əldə etmək istəyirsə, əgər xalq inkişaf etmək istəyirsə, mütləq yaradıcı qabiliyyəti yüksəlməlidir. Heydər Əliyev bu amilə önəm verməklə məhz yaradıcı insanların keyfiyyətini yüksəldirdi və bununla da bütün cəmiyyətə təsir göstərirdi. O, çox müdrik siyasətçi idi. Zaman keçdikcə biz Heydər Əliyevin böyüklüyünü daha dərindən dərk edəcəyik və Onun müəyyənləşdirdiyi siyasətin xalqımıza nə qədər böyük inkişaf imkanları yaratması haqqında gələcəkdə də çox danışılacaq.
- Bu gün Prezident İlham Əliyev bütün sahələrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursu uğurla davam etdirir. O cümlədən mədəniyyət sahəsində də Heydər Əliyev siyasəti ardıcıllıqla həyata keçirilir. Bu gün Azərbaycan öz mədəni, mənəvi dəyərləri ilə uğurla inteqrasiya olunur, dünya birliyində layiqincə təmsil olunur. Siz yeni dövrdə Azərbaycanın mədəniyyət sahəsində qazandığı nailiyyətlər haqqında nə deyə bilərsiniz?
- Təbii ki, hər bir inkişaf özündən əvvəlki təmələ söykənir. Qeyd etdiyim kimi, Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində respublikaya rəhbərliyi dövründə bir çox sahələrdə gələcək inkişafın möhkəm əsasları yaradılıb, bu illərdə mədəniyyətimiz özünün intibah dövrünü yaşayıb. Mədəniyyətimizin böyük himayədarı müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə diqqət və qayğısını əsirgəməyıb. Sözün əsl mənasında, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi.
2003-cü ildən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin dövlətçilik kursunu layiqincə davam etdirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə ölkəmiz dinamik və sürətli inkişaf dövrünü yaşayır. Bu tərəqqi mədəniyyət sahəsində də yeni layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın, infrastrukturun yaradılması, yaradıcı fəaliyyətin yüksəldilməsi ilə müşayiət olunub. Bu dövrdə iqtisadi inkişaf tempinin sürətlə artması, ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sektorunun da inkişafına, bu sahədə uzunmüddətli proqramlara zəmin yaratdı.
Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdim. Prezident İlham Əliyevin respublikaya rəhbərliyi ilk illərdən tarixi və milli-mədəni irsə bağlılıqla bərabər, modernləşmə, qabaqcıl dünya təcrübəsinin tətbiqi və islahatlarla müşayiət olunub. Ötən dövrdə qarşıya qoyulan vəzifələrdən biri də mədəniyyət obyektlərinin, ilk növbədə kütləvi nümayiş məkanları olan teatr və muzeylərin yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni mədəniyyət ocaqlarının yaradılması ilə bağlı idi. Ötən illər ərzində cənab Prezident tərəfindən mədəniyyət sahəsinə göstərilən diqqət, bu sahələrlə bağlı imzalanan Fərman və sərəncamlar bu vəzifələrin yerinə yetirilməsinə əsaslı zəmin olub.
Eyni zamanda, yaradıcı insanlara dövlət qayğısı hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən yeni bir üslubda və formada davam edir. Çünki hər bir yeni üslub vaxta və dövrə uyğun bir dəyişikliyə məruz qalmalıdır. Amma bu siyasət davam etməkdədir. Bu yaxınlarda cənab Prezident tərəfindən yaradıcı insanlara göstərilən dəstək onu sübut edir ki, Heydər Əliyev siyasəti bu gün yaşayır və uğurla həyata keçirilir.
- Əbülfəs müəllim, bu gün Heydər Əliyevin zəngin irsi və böyük ideyaları respublikamızda dərindən öyrənilir və təbliğ olunur. Bu prosesdə Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri və rolu xüsusi vurğulanmalıdır. Bu barədə də fikirlərinizi bilmək istərdik...
- Bu gün Heydər Əliyev Fondu tərəfindən Heydər Əliyev irsinə çox böyük həssaslıqla, hörmətlə yanaşılır və Ulu Öndərimizin zəngin irsi geniş şəkildə təbliğ olunur. Bu gün xüsusilə gənc nəslimiz üçün Heydər Əliyevin ideyalarının, zəngin irsinin aşılanması vacib amildir və Fond bu vəzifəni uğurla yerinə yetirir.
Eyni zamanda, Heydər Əliyev Fondu bu gün Azərbaycanın mədəniyyətinin, təhsilinin, sosial siyasətinin aparıcı qüvvəsi kimi çıxış edir. Fondun rəhbəri Mehriban xanım Əliyeva, eyni zamanda, ölkəmizin Birinci vitse-prezidentidir. Təcrübə göstərdi ki, son illər onun rəhbərlik etdiyi layihələr nə qədər böyük uğurla həyata keçirilir və dünya ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Əsas odur ki, bütün bunları xalqımız yüksək qiymətləndirir. Azərbaycan xalqı Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyətini əyani olaraq görür, öz həyatında hiss edir və düşünürəm ki, bu da çox vacib bir amildir. Xalqımız bu gün Heydər Əliyev Fonduna və onun rəhbəri Mehriban xanım Əliyevaya göstərdiyi münasibət vasitəsilə Ulu Öndər Heydər Əliyevin adını daim öz yaddaşında uca saxlayır, Onu dərin ehtiramla yad edir və Heydər Əliyevin obrazı bu gün müasir dövrdə məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond vasitəsilə yaşamaqda, inkişafda və cəmiyyətin həyatında iştiraka davam etməkdədir.

 
  • Oxunub:  5040  |  
  • Tarix:  13-12-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir

25 Yanvar 19:52
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ADA Universitetində mühazirə oxuyub
25 Yanvar 19:45
Qafqaz Müsəlmanları İdarəsinin sədri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə görüşüb
25 Yanvar 17:32
Saatlıda “Pambıqçılıq 2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
25 Yanvar 17:27
Prezident İlham Əliyev Davos Forumunda Azərbaycanın yeni hökumətinin prioritetlərini açıqlayıb
25 Yanvar 17:17
Əli Əhmədov: Beynəlxalq İqtisadi Forum gündən günə inkişaf edən Azərbaycanın və onun iqtisadiyyatının dünyaya açılması üçün gözəl bir imkandır
25 Yanvar 17:11
Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda şəhid ailələrini ziyarət edib
25 Yanvar 16:37
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25 Yanvar 16:31
İnanıram ki, seçicilər gələcəyin partiyası olan YAP-ın namizədlərinə səs verəcəklər
25 Yanvar 16:28
Deputatlığa namizəd Elnur Rəhimovun seçicilərlə növbəti görüşü keçirilib
25 Yanvar 16:24
Prezident İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib
25 Yanvar 16:22
"Seçkilərin yüksək səviyyədə keçirilməsində məntəqə seçki komissiyaları böyük məsuliyyət daşıyırlar"
25 Yanvar 16:17
Yevlax gəncləri “Könüllü qonaq” təşəbbüsünə qoşulublar
25 Yanvar 16:15
Deputatlığa namizəd Səməd Seyidov Qazax rayonunda seçicilərlə görüşlər keçirib
25 Yanvar 16:03
Ermənistan işğal olunmuş ərazilərimizdəki abidələri “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır - BƏYANAT
25 Yanvar 15:59
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb
25 Yanvar 15:54
Prezident İlham Əliyev Türkiyədəki azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqqında tapşırıq verib
25 Yanvar 15:25
Pakistan portalı Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı məqalə yayıb
25 Yanvar 15:16
Azərbaycan deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
25 Yanvar 15:12
Bütün seçiciləri daha güclü Azərbaycan naminə partiyamızın namizədlərinə səs verməyə çağırıram
25 Yanvar 15:03
Deputatlığa namizəd Fatma Yıldırım Bərdənin Şatırlı, İkinci Nazırlı, Kürdborakı, Hacılı, Birinci Qazaxlar kəndlərində seçicilərlə görüşüb
25 Yanvar 14:56
Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır”
25 Yanvar 14:22
Azərbaycan Ordusunda Həzi Aslanovun 110 illiyinə həsr olunan silsilə tədbirlər keçirilib
25 Yanvar 13:25
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
25 Yanvar 11:47
YAP-ın 11 saylı Qaradağ seçki dairəsindən namizədi Aydın Hüseynovun Ələt qəsəbəsinin sakinləri ilə görüşü keçirilib
25 Yanvar 11:29
Nazirlər Kabinetində icbari sığorta sahəsində qarşıda duran vəzifələr müzakirə edilib
25 Yanvar 11:26
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
25 Yanvar 11:21
Dilarə Cəbrayılova: Azərbaycanın nüfuzlu Davos İqtisadi Forumu ilə fəal əməkdaşlığı ölkəmizin iqtisadi inkişafı üçün yeni imkanlar açıb
25 Yanvar 11:19
Fevralın 24-dən “Gənclər Paytaxtı 2020” müsabiqəsinin onlayn səsvermə mərhələsi start götürəcək
25 Yanvar 11:17
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub
25 Yanvar 11:15
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ötən ilin yekunları müzakirə olunub
25 Yanvar 11:12
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Samuxda və Göygöldə nümayəndəlikləri açılıb
25 Yanvar 11:09
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESKO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
25 Yanvar 10:14
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlaması
25 Yanvar 10:08
Azərbaycanın dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələri daha da möhkəmlənir
24 Yanvar 18:11
Dövlət Komitəsinin sədri Sabirabadda məcburi köçkünləri qəbul edib
24 Yanvar 18:09
Yeni Azərbaycan Partiyasının Gəncədən olan 4 namizədinin gənclərlə görüşü keçirilib
24 Yanvar 17:43
Deputatlığa namizəd Kamran Bayramov Şəmkirin Mehrili və Abbaslı kəndlərində seçicilərlə görüşüb
24 Yanvar 17:43
Türkiyəli professor: "Azərbaycanda seçici, media və dövlət arasında əlaqə düzgün qurulub"
24 Yanvar 17:40
YAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Niyazi Tağıyev seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 17:36
Yuli Qusman: "Parlament seçkilərindən sonra da Azərbaycanın demokratik inkişafı davam edəcək"
24 Yanvar 17:28
Mariya Zaxarova: "Parlament seçkilərinin nəticələri dost Azərbaycan xalqının rifahının yaxşılaşmasına xidmət edəcək"
24 Yanvar 17:26
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir
24 Yanvar 17:19
Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib
24 Yanvar 17:07
Energetika naziri Siyəzəndə, nazir müavinləri isə Qobustan və Cəlilabadda vətəndaşları qəbul ediblər
24 Yanvar 16:59
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
24 Yanvar 16:04
“YARAT”da yeni tamaşanın premyerası olacaq
24 Yanvar 15:57
Sabirabadlıların seçimi Əhliman Əmiraslanovdur
24 Yanvar 15:49
Heydər Əliyev Fondunun layihəsi olan “Balaca Şahzadə” növbəti dəfə repertuara salınıb
24 Yanvar 15:40
Deputatlığa namizəd Eldəniz Səlimov Xaçmazda seçicilərlə növbəti görüş keçirib
24 Yanvar 15:36
İmadəddin Nəsimiyə həsr olunmuş “Mənəm, mən...” tamaşası yenidən səhnədə
24 Yanvar 15:34
Seçicilər ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
24 Yanvar 15:31
Bakı məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sayı artmaqdadır
24 Yanvar 15:26
MSK-nın Şəkidə keçirdiyi regional seminarda seçki mübahisələrinin həllinə dair məsələlər müzakirə olunub
24 Yanvar 15:22
Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
24 Yanvar 15:12
Ağdaşlılar YAP-ın namizədinə səs verəcəklər
24 Yanvar 14:51
YAP-ın namizədi Kamaləddin Qafarovun təhsil işçiləri ilə görüşü keçirilib
24 Yanvar 14:43
Deputatlığa namizəd Məşhur Məmmədov Masallı rayonu Xırmandalı kəndində seçicilərlə görüşüb
24 Yanvar 14:35
Fikrət Sadıqov: "Cəmiyyətdə seçkilərə maraq kifayət qədər yüksəkdir"
24 Yanvar 14:29
Yeni TV-də qonaq Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizədi Məlahət İbrahimqızıdır (VİDEO)
24 Yanvar 14:20
Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub
24 Yanvar 14:15
Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
24 Yanvar 14:08
Şöhrət Barlas: "Parlament seçkilərindən yalnız müsbət gözləntilərim var”
24 Yanvar 14:04
Azərbaycanda qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur
24 Yanvar 13:58
Prezident İlham Əliyev Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
24 Yanvar 13:54
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
24 Yanvar 13:05
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın yüksək beynəlxalq nüfuzunun əyani göstəricisidir
24 Yanvar 12:43
Deputatlığa namizəd Fatma Yıldırım növbəti görüşlərini Bərdə rayonunun mədəniyyət və səhiyyə işçiləri ilə keçirib
24 Yanvar 11:46
"Yeni parlamentdə Azərbaycanın daha da inkişafına töhfə verəcək insanların yer alacağına ümid edirəm"
24 Yanvar 11:29
Stefan Şennak: "Əminəm ki, Azərbaycanda parlament seçkiləri ədalət prinsipləri əsasında keçiriləcək"
24 Yanvar 11:15
Moldova MSK-sının və parlamentinin nümayəndələri Azərbaycanda seçkiləri izləyəcəklər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA