Ana səhifə »  Müsahibə »  YAP Cənubi Qafqazın ən güclü partiyasıdır
A+   Yenilə  A-
YAP Cənubi Qafqazın ən güclü partiyasıdır
Məlahət Həsənova: Qadına münasibət YAP-ın Nizamnamə və proqramlarında öz əksini tapıb
Müsahibimiz Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisinin deputatı Məlahət Həsənovadır:
- Məlahət xanım, məlum olduğu kimi, bu gün Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçirilir. Bu qurultay həm də bir növ ötən dövr ərzində görülmüş işlərin hesabatıdır. Bu sahədə vəziyyət nə yerdədir?
- Bu özlüyündə həm çətin, həm də asan sualdır. Ona görə ki, Yeni Azərbaycan Partiyasının III qurultayından IV qurultayına qədər olan dövrdə respublikamızda gedən proseslər göz qabağındadır. Hər birimiz bu proseslərin az və ya cox dərəcədə iştirakçısı olmuşuq. O mənada çətindir ki, bu müddət ərzində respublikamızda görülən nəhəng işləri bir neçə saatlıq söhbətə sığışdırmaq sadəcə mümkün deyil. Mən deyərdim ki, bu işlər müstəqil Azərbaycan Respublikasının həyatında yeni tərəqqi erasının başlanılmasının göstəricisidir.
2005-ci il martın 27-də III qurultay keçirildi. Prezident İlham Əliyevin YAP sədrliyinə namizədliyi həmin qurultayda irəli sürüldü. Bu qurultayın tarixi və siyasi əhəmiyyəti sırasına ulu öndər tərəfindən yaradılmış partiyaya alternativsiz namizədin seçilməsi də əlavə edildi. İlham Əliyevin ölkəmizə rəhbərliyə gəlməsi xalqımızın taleyində əlamətdar bir hadisə olduğu kimi, onun partiyamıza sədrlik etməsi YAP-a daha böyük nüfuz, yeni keyfiyyət gətirdi. Partiyanın hər bir üzvü və eləcə də bütün Heydər Əliyevsevərlər özünü çox xoşbəxt hiss edir ki, partiyamızın sədri onun layiqli davamçısı və siyasi varisidir.
- Heç şübhəsiz ki, bu gün YAP həm üzvlərin sayı, həm də nüfuzu baxımından Azərbaycanın ən böyük partiyasıdır. Təbii ki, bu statusu qazanmaq elə də asan iş olmayıb.
- Görülən işlər onu deməyə əsas verir ki, hər bir YAP üzvü partiyamızın nüfuzunun artmasından, kəmiyyətcə böyüdüyü kimi, keyfiyyətcə də həmin əhəmiyyəti kəsb etdiyindən, ölkəmizin ictimai-siyasi həyatında, dövlətimizin tərəqqisində xidmətindən çəkinmədən danışa bilər. Təkcə bir faktı qeyd edim ki, bu günlərdə partiyamızın 450 mininci vəsiqəsi sıralarımıza yeni qoşulan üzvümüzə təqdim olundu. Amma bu rəqəm hər gün, hər saat artır. Vətəndaşlar YAP-a üzv olmaq üçün müraciət edirlər. Artıq Yeni Azərbaycan Partiyası 450 mindən çox üzvü olan böyük bir ordudur. Eyni zamanda YAP Cənubi Qafqazın ən güclü iqtidar partiyası olmaq liderliyini də saxlamaq iqtidarındadır. Dünya təcrübəsi göstərir ki, bir cox hallarda seçkilərdə qalib gələn, iqtidara yüksələn partiya sonradan reytinqini itirir, müxtəlif fikir ayrılıqları yaşayır. Belə partiyalar hətta öz secicilərini bir cox hallarda itirirlər. Amma Yeni Azərbaycan Partiyası elə bir möhkəm özüllər üzərində qurulub ki, günü-gündən böyüyərək nəinki cəmiyyətimizin aparıcı qüvvələrini, ziyalılarımızı, eyni zamanda sadə vətəndaşlarımızı da öz ətrafında birləşdirir. Cəmiyyətin müxtəlif təbəqələri bu partiyanın ətrafında yumruq kimi birləşmiş bir vəhdət təşkil edir. Bu gün respublikamızın ən intellektli gəncləri axın-axın bu partiyaya üz tuturlar.
Bu iki il ərzində partiyamızın beynəlxalq əlaqələri də çox böyük inkişaf mərhələsinə çatıb. Dünyanın cox nüfuzlu ölkələrinin aparıcı, nüfuzlu partiyaları ilə sıx əməkdaşlığımız mövcuddur. Yeni Azərbaycan Partiyası Beynəlxalq forumlarda yüksək səviyyədə təmsil olunur. Eyni zamanda, respublikamızda keçirilən bir çox beynəlxalq tədbirlərin, elmi-praktik konfransların təşkilatçısıdır. Beynəlxalq təcrübədə belədir ki, dünyada gedən proseslərdə siyasi partiyaların rolu gündən- günə artır. Belə bir fonda, belə bir məkanda Yeni Azərbaycan Partiyasının müxtəlif siyasi müstəvilərdə təmsil olunması, respublikamızda düzənlənən əksər beynəlxalq tədbirlərin təşkilatçısına çevrilməsi təbii ki, partiyamızın Sədri və dövlət başçısı, Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Bu gün onun gördüyü işlər hər bir azərbaycanlını xalqımızın gələcəyi naminə daha çox işlər görməyə sövq edir. Partiyanın apardığı işlər və qazandığı uğurlar dövlət başçısı İlham Əliyevin daxili və xarici siyasət sahəsində qazandığı uğurlardan qaynaqlanır. Və bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, hələ uzun illər bu partiya iqtidar partiyası olaraq qalacaq.
- Prezident İlham Əliyev 5 il öncə bu posta seçilərkən verdiyi vədlərdən biri işsizliyin aradan qaldırılması və yeni iş yerlərinin yaradılması idi. ötən beş il göstərdi ki, dövlət başçısı bunu şüar və ya söz demək xətrinə səsləndirmədi, bu istiqamətdə çox ciddi nailiyyətlər əldə olundu...
- Respublikamızda işsizliyin aradan qaldırılması ən böyük uğurlarımızdan biridir. Bu gün dünyanın böyük problem kimi yaşadığı, inkişaf etmiş ölkələrin belə qarşısında aciz qaldığı işsizlik Azərbaycanda öz həllini tapıb. İri və dünyaşöhrətli şirkətlərin iflasa uğramaqdan can qurtarmaq üçün işçilərinin sayını durmadan azaltdığı bir vaxtda respublika əhalisinin yaşayış tərzinin yaxşılaşdırılmasına, sosial həyat tərzinin yüksəlməsinə hesablanmış fəaliyyətdən biri də məhz yeni iş yerlərinin açılmasıdır. Xatırlayırsınızsa, 1990-cı ildən 1999-cu ilə qədər işsizliyin göstəricisi respublikamızda 50 faizlə ölçülürdü. Amma qısa vaxt ərzində respublikamızda işsizlik faizinin kəskin azalaraq 16 faizə duşməsi, ölkədə gedən iqtisadi islahatların real göstəricisi və dinamik inkişafın nəticəsidir. Bu gün respublikamız sanki özünün bütün sahələrdə intibah dövrünə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə prezident seckisi zamanı xalqımıza, seçicilərinə vəd etdiyi 600 mindən çox iş yerinin açılması günün reallığıdır. Bu gün respublikamızda açılan iş yerlərinin sayı həmin rəqəmi artıq çoxdan geridə qoyub.
- Bu 5 ildə Azərbaycanın görkəmi də dəyişdi...
- ölkə daxilində böyük quruculuq işləri gedir. Və respublikaya səfərə gələn hər kəs bu gün uğurla həyata keçirilən nəhəng inşaat işlərinin şahidi olur. Azərbaycan həm də Avropa standartlarının tələb etdiyi şəkildə yenidən qurulur. Nəhəng körpülər, yollarla yanaşı, ən ucqar bölgələrdə belə sağlamlıq-bərpa mərkəzləri inşa edilir, dünya standartlarına cavab verən səhiyyə obyektləri əhalinin istifadəsinə verilir. Ucqar kəndlərdə işıq və istilik enerjisi təminatı maksimum həddə çatdırılır. Bütün bu nailiyyətlər, təbii ki, dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin gərgin əməyinin, yorulmaz fəaliyyətinin nəticəsidir. Təkcə öz respublikamız üçün və region dövlətlər üçün deyil, o cümlədən, Avropa dövlətləri və dünya üçün çox böyük əhəmiyyətə malik olan layihələrin reallaşması məhz bu dövrə təsadüf edir. Bu gün hər bir azərbaycanlı görülən işlərdən qürur hissi keçirir. çünki bu işlər dövlət başçısı, YAP-ın Sədrinin Azərbaycan xalqına məhəbbətindən, ulu öndərimiz Heydər Əliyev siyasətinə sadiqliyindən irəli gəlir.
- Aparılan siyasət təkcə ölkənin sosial rifah halının yaxşılaşdırılmasına deyil, eyni zamanda Azərbaycanın dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanmağını da təmin etməyə hesablanıb.
- Tamamilə doğrudur. YAP Sədrinin ölkə daxilində və xaricdə məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı siyasət, inkişaf etmiş ölkələrlə sıx əməkdaşlıqda mədəniyyət amili də mühüm rol oynayır. Siyasi, iqtisadi, sosial sahələrlə yanaşı mədəni sahələrin hər birində görülən işlər, əldə edilən nailiyyətlər eyni zamanda, ölkənin sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi, siyasi, humanitar yaxınlaşmasına xidmətə hesablanıb. Bu amilin üzərində qurulmuş mədəni əlaqələrimiz inkişaf etdikcə dünya Azərbaycanı daha yaxşı tanıyır, Azərbaycan düşüncəsi ilə daha dərindən tanış olur.
Bu gün hər bir Azərbaycan vətəndaşının ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsi və onun layiqli davamçısı olan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında sıx birləşməsi, onun siyasi xəttini müdafiə etməsi təsadüfi deyil.
- Cəmiyyətin aparıcı qadınlarından, ziyalılarından biri kimi partiyanın III qurultayından keçən müddət ərzində cəmiyyətdə qadınların rolunun artmasını necə dəyərləndirirsiniz?
- YAP yarandığı gündən qadınların ictimai həyatda roluna çox yüksək qiymət və dəyər verir. Cəmiyyətin quruculuğunda qadınların iştirakını və rolunu vacib hesab edir. Bu isə partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin münasibətindən qaynaqlanır. Milli liderimiz istər sovet dövründə, istərsə də müstəqillik illərində qadına böyük dəyər verir, onu yüksək qiymətləndirirdi. Azərbaycan qadınının şəxsiyyət kimi cəmiyyətdə kişilərlə bərabər təmsil olunmasında böyük xidmətləri var. Ulu öndərimizin qadınla bağlı bir çox müdrik aforizmləri var ki, mən bunlardan bəzilərini xatırlatmaqla onun qadına olan münasibətini sərgiləmək istəyirəm. O, deyirdi ki, qadınlarımız müstəqilliyimizin, dövlətçiliyimizin və bugünümüzün dayağıdır. Ulu öndər "Mən ömrüm boyu qadınlarımıza ehtiram göstərmişəm və millətimi, xalqımı da buna dəvət etmişəm" - deyərdi. O, qeyd edirdi ki, Azərbaycan qadını dünyada heç bir millətin qadını ilə müqayisə edilməyəcək dərəcədə sədaqətli, mərd və qabiliyyətlidir. Ulu öndər 1995-ci ildə ölkəmizdə dövlət çevrilişi təhlükəsi yaranarkən qucağında südəmər körpəsi olan, eləcə də ağbirçək Azərbaycan qadınının dövlətçiliyimizin, müstəqilliyimizin müdafiəsi üçün ayağa qalxdığını həmişə minnətdarlıqla xatırlayırdı. O, Azərbaycan qadınının torpaq uğrunda canından keçməsini həmişə xüsusi minnətdarlıqla vurğulayırdı.
1998-ci il sentyabrın 15-də Azərbaycanda ilk dəfə qadınların qurultayı keçiriləndə ulu öndər öz çıxışında belə bir fikir söylədi: "Mən Azərbaycan qadınının sədaqətinə hər zaman güvənmişəm". Ulu öndər həmin kürsüdən qadınlara xitab etdi: "Mən istəyirəm ki, siz həmin sədaqətdən kişilərə də öyrədəsiniz".
ümummilli lider Azərbaycan qadınının təkcə parlamentdə deyil, cəmiyyətin bütün sahələrındə qadınların təmsil olunmasına çox böyük önəm verirdi. Təbii ki, bu münasibət YAP-ın nizamnamə və proqramında da öz əksini tapıb. Və bu nöqteyi-nəzərdən də Azərbaycanın ən ziyalı, bacarıqlı, təşkilatçı qadınları partiyaya üzv olub, bu gün cəmiyyətimizin ararıcı quvvələrindən birinə cevrilib, ölkəmizdə gedən quruculuq və inkişafda fəal mövqe tutub.
- Qadınların cəmiyyətdəki rolundan bəhs etdiniz. Bəs partiyada bu sahədə vəziyyət necədir?
- Bu gün YAP-ın sıralarında qadınlarımız kişilərlə təxminən eyni sayı bölüşür. Mən təkcə Nəsimi rayon təşkilatının sədri kimi deyə bilərəm ki, sədrlik etdiyim bu iki ilə yaxın müddət ərzində gənclər və qadınlar arasında partiya sıralarına üzv olmağa can atanların sayı xeyli artıb. YAP-ın Siyasi Şurasının üzvü, Azərbaycan Resrublikasının Birinci Xanımı Mehriban Əliyevanın həm resrublikada, həm də onun hüdudlarından çox-çox uzaqlarda həyata kecirdiyi dünyəvi əhəmiyyətli layihələr qadınlarımızda böyük stimul yaradıb. Onu da vurğulamağı vacib bilirəm ki, bu gün Azərbaycanın qadınları YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevadan örnək götürür. Heydər Əliyev Fondunun rəhbəri kimi onun həyata keçirdiyi misilsiz işlər, xususilə, gənc qızlarımızın böyük axın şəklində YAP-ın sıralarına üz tutmasına səbəb olur. Bu gün partiyamız özünün növbəti qurultayını kecirir. Qurultay nümayəndələri səbirsizliklə bu ali tədbirin başlanmasını, rartiyamızın sədri, Azərbaycan Resrublikasının Prezidenti İlham Əliyevin hər birimiz ucun gələcək fəaliyyət planı olan parlaq nitqini gözləyir.
KƏBUTƏR
 
  • Oxunub:  23070  |  
  • Tarix:  02-08-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA