Ana səhifə »  Müsahibə »  YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
A+   Yenilə  A-
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq

“Azərbaycan” qəzetinin baş redaktoru, 9 fevral parlament seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Bəxtiyar Sadıqov www.yap.org.az saytına müsahibə verib:
- Bəxtiyar müəllim, YAP-ın namizədlər siyahısı ilə siz də seçkilərdə iştirak edirsiz. Ümumiyyətlə, partiyanın namizədlər siyahısı barədə nə deyə bilərsiniz?
- Əvvəlcə mənim də namizədliyimin altıncı çağırış Milli Məclisə seçkilərdə partiya siyahısı ilə irəli sürülməsinə görə möhtərəm Prezidentimizə, partiyamızın Sədri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, mənə partiyamızın üzvü kimi növbəti dəfə göstərilən böyük etimaddır. Bu etimadı layiqincə doğrultmaq mənim mühüm vətəndaş borcum, siyasi öhdəliyimdir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Artıq seçki prosesi təbliğat-təşviqat mərhələsinə qədəm qoyub. Lakin növbəti çağırış parlament seçkilərində xüsusi izlənən məqam, şübhəsiz ki, YAP-ın elan edəcəyi namizədlərlə bağlı idi. Bu siyahıya əvvəlcədən ictimaiyyətin əlahiddə marağı var idi və siyasi mövqeyindən asılı olmayaraq, hər kəs üçün hakim partiyanın qarşıdakı seçkilərə kimlərlə qatılacağı mühüm önəm daşıyırdı. Siyasi opponentlərimiz onlara alternativ olacaq YAP təmsilçisinin adını böyük intizarla gözləyirdilər. Eləcə də siyasi mənsubluğu olmayan əhali də öz dairəsindən bu nüfuzlu təşkilatın kimin namizədliyini irəli sürəcəyinin marağında idi. Təbii ki, məlum məqama xüsusi həssaslıqla yanaşanlar arasında YAP üzvləri də çoxluq təşkil edirdi. Siyasi talelərini Heydər Əliyev Partiyasına bağlayan yüz minlərlə insan öz aralarından seçiləcək ən layiqli namizədlərin müəyyənləşmə prosesini diqqətlə izləyirdilər.
YAP üzvlərinin 742 mindən çox olduğunu, partiya sıralarında Azərbaycan cəmiyyətinin ən nüfuzlu, hörmətli, dövlətçilik və partiya yolunda böyük xidmətləri olan insanların cəmləşdiyini nəzərə alsaq, etiraf etməliyik ki, YAP-ın bu seçkilərdə iştirak etməyə mənəvi haqqı çatan yüzlərlə üzvü var. Bu baxımdan YAP-ın siyahısı partiyanın daxilində aparılan əhatəli və geniş müzakirələrin, araşdırmaların, təhlillərin nəticəsi kimi meydana çıxdı. Təbii ki, namizədlərin müəyyənləşdirilməsi zamanı seçicinin iradəsi, namizədin istər partiya sıralarında, istərsə də cəmiyyət həyatında rolu və iştirakı kimi məsələlər başlıca meyar və yanaşmalar kimi nəzərə alındı.
YAP-ın Milli Məclisə deputatlığa namizədlərini bir neçə kateqoriya üzrə təsnifatlaşdırmaq olar. Bu sırada hakim partiyanın yenə də elm xadimlərinə önəm verməsi xüsusilə fərqlənir. Belə ki, namizədlər siyahısında 43 nəfər alim var. Həmin şəxslər elm sahəsinin tanınmış nümayəndələri olmaqla yanaşı, Azərbaycanın nüfuzlu ziyalıları, görkəmli ictimai xadimləridir.
Qadınların ictimai həyatda, partiya quruculuğunda iştirakına böyük önəm verən və bu prinsipi öz sıralarında uğurla tətbiq edən Yeni Azərbaycan Partiyası altıncı çağırış Milli Məclisin deputatlığına namizədlər siyahısında da qadın təmsilçilərinin sayına böyük diqqət ayırıb. Belə ki, partiyanın namizədləri arasında 28 qadın var.
YAP-ın namizədlər siyahısında perspektivli gənclərə də xüsusi yer ayrılıb. Bu dəfə onlar həm kəmiyyət, həm də nüfuzun keyfiyyəti baxımından xüsusilə fərqlənirlər. 18 gənc YAP-ın namizədi kimi seçkidə iştirak edəcək. Yaşı 45-dək olan namizədlərin sayı isə 53 nəfərdir.
Onu da qeyd edim ki, YAP-ın namizədlər siyahısında adları yer alan 45 nəfər həm də beşinci çağırış Milli Məclisin deputatlarıdırlar. Bu şəxslər son parlamentin tərkibində fəaliyyət göstərən YAP üzvlərinin əksəriyyətini təşkil edirlər. Demək, partiya və onun Sədri mövcud qanunverici orqanda təmsil olunan təşkilat üzvlərinin işgüzarlığından razıdır və onlara yenidən etimad göstərir.
Azərbaycan hakimiyyəti ölkədə özəl sektorun inkişafı istiqamətində davamlı islahatlar həyata keçirdiyi kimi, həmin sahənin təmsilçilərinin qanunverici orqanda təmsil olunmalarında da maraqlıdır. Çünki həmin zümrənin təmsilçiləri özəl sektorun inkişafı ilə bağlı məsələləri yaxşı bilirlər və onların bu sahədəki təklifləri qanun yaradıcılığı prosesində mühüm rol oynayır. Təsadüfi deyil ki, YAP-ın namizədlər siyahısında 10 nəfər özəl sektorun təmsilçisi var.
Siyasi partiyaların seçki kampaniyasının uğurunu təmin edən amillərin içərisində düzgün namizədlərin müəyyənləşdirilməsi taktikası əhəmiyyətli rol oynayır. Bu baxımdan YAP-ı namizədlərin müəyyənləşdirilməsi ilə bağlı təcrübəli siyasi təşkilat hesab etmək olar.
- YAP-ın namizədlərinin seçkidə qalib gəlmək şanslarını necə dəyərləndirirsiniz?
- Növbəti parlament seçkilərində YAP-ın namizədlərinin seçilmə şansları ilə bağlı sualınızı bütövlükdə YAP-ın Azərbaycan cəmiyyətindəki nüfuzu kontekstindən cavablandırmaq istəyirəm. Tarixi zərurətdən yaranan YAP ilk gündən azərbaycançılıq və dövlətçilik mövqeyində dayanıb, öz proqram prinsiplərinə sədaqət nümayiş etdirərək, gənc Azərbaycan demokratiyası üçün ləyaqətli bir ənənənin əsasını qoyub. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, qətiyyətli mövqeyi sayəsində YAP sıralarında yüz minləri birləşdirən əsl ümumxalq partiyasına çevrilib.
Təsadüfi deyil ki, 1993-cü ildən ötən müddətdə ölkəmizdə keçirilən bütün seçkilərin qalibi bizim partiya olub. Ötən 27 ildə Azərbaycanda 6 prezident, 5 parlament və 5 bələdiyyə seçkisi keçirilib. Bu seçkilərin hər birində böyük üstünlüklə YAP üzvləri və həm də YAP qalib gəlib. Bu qələbələr YAP-ın cəmiyyətdəki yerinin möhkəm olduğunu, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalqın bu təşkilata böyük etimad göstərdiyini təsdiq edir. Partiya öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlət, vətəndaş cəmiyyəti, sərbəst iqtisadiyyat yaradılmasına üstünlük verir və eyni zamanda, güclü sosial müdafiə proqramı ilə fəaliyyət göstərir. Digər tərəfdən, bu qələbələr həm də təşkilati göstəricilərə və ictimai nüfuzuna görə bu gün respublikada YAP-a alternativ olacaq qüvvənin olmamasından xəbər verir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi, yaradıcısının əbədi mövcud olacaq nüfuzu YAP-ın bundan sonra da hakim partiya statusunu qoruyacağına güclü təminatdır.
Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə YAP ilə müqayisə olunmaq imkanında deyil. YAP-ın cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynayır. Bu mənada partiyamızın müvəffəqiyyətini ilk növbədə əbədiyaşar liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsində axtarmaq lazımdır. YAP-ın “Heydər Əliyev partiyası” adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.
Son 16 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı misilsiz və möhtəşəm nailiyyətlər YAP-ın Azərbaycan cəmiyyətindəki nüfuzunu daha da yüksəldib, ölkənin siyasi həyatındakı mövqelərini daha da möhkəmləndirib. Bu baxımdan qarşıdan gələn parlament seçkilərində YAP-ın ən böyük resursu da seçicilərin Azərbaycan Prezidenti və YAP Sədri İlham Əliyevə, Onun həyata keçirdiyi siyasətə inamıdır. Bu, YAP-ın bütün namizədlərinin istinad etdiyi, güvəndiyi və uğur gətirəcəyinə inandığı əsas resursdur. Son 16 ildə Azərbaycanda ümumi daxili məhsul 3,3 dəfə artıb, 2 milyon yeni iş yeri yaradılıb, maaşlar 7, pensiyalar 9 dəfə çoxalıb. Valyuta ehtiyatlarımız 26 dəfə artaraq 50 milyard dollara çatıb, iqtisadiyyata 270 milyard dollar sərmayə qoyulub, sənaye potensialı 2,7 dəfə, kənd təsərrüfatı 1,8 dəfə artıb. 3200-dən çox məktəb binası, 640-dan artıq səhiyyə ocağı tikilib və təmir olunub, 16 min kilometr avtomobil yolu çəkilib, 6 beynəlxalq hava limanı, 4 su anbarı tikilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz xətti, Cənub Qaz Dəhlizi, Oğuz-Qəbələ-Bakı su kəməri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, orbitə buraxılan 3 peyk, 30 yeni elektrik stansiyası bu dövrün möhtəşəm inkişaf tarixinin ayrı-ayrı nümunələridir. Əlbəttə, bütün bu uğurlar həm də YAP-a və onun namizədlərinə verilən səslərdə öz ifadəsini tapır.
Bütövlükdə parlament seçkiləri xalqın hakimiyyətə sarsılmaz etimadını növbəti dəfə nümayiş etdirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni islahatlar kursunun ölkəmizdə çox böyük uğurlara gətirib çıxarması faktdır. Azərbaycan iqtisadiyyatının inkişaf etməsindən tutmuş əhalinin rifahının yaxşılaşdırılması, Azərbaycanın simasının müasirləşdirilməsi və yeniləşdirilməsi də daxil olmaqla çox böyük irəliləyişlər əldə edilib. Bütün bunların sayəsində Azərbaycan vətəndaşları iqtidar partiyası olan YAP-a və təbii ki, onun irəli sürəcəyi namizədlərə dəstəyi açıq şəkildə ifadə edirlər və qarşıdan gələn seçkidə də biz bunun şahidi olacağıq.
- Bəxtiyar müəllim, yeni islahatlar kursuna toxundunuz. İstərdik bu barədə ətraflı söz açasız. İlham Əliyevin yeni islahatları Azərbaycan cəmiyyətinə hansı yenilikləri gətirməkdədir?
- Cəmiyyət həyatının istənilən sahəsində inkişafın, fəaliyyət dinamizminin və ahəngdarlığının təmin edilməsi yeni yanaşmaların tətbiqini, daha dəqiq ifadə etsək, zamanın nəbzini tutan islahatların həyata keçirilməsini tələb edir. Respublikamızın son illərdə nail olduğu inkişaf göstəriciləri də islahatların labüdlüyünün və uğurlu nəticəsinin ən gözəl nümunələridir. Siyasi, sosial-iqtisadi, mədəni-humanitar nailiyyətlərimizin hər biri məhz ardıcıl və sistemli islahatların nəticəsində mümkün olub.
Ötən ildən isə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Həm iqtisadiyyatda, həm sosial sferada tamamilə yeni, köklü islahatların təməli qoyulub. 2019-cu ilin əvvəlindən idarəetmədə çevikliyi artırmaq məqsədilə başlanan struktur islahatları daha sonra sosial sferanı əhatə etdi. Milyonlarla vətəndaşın rifahında əhəmiyyətli dərəcədə hiss olunan sosial islahatlar keçirildi, çoxmənzilli binalarda vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması ilə bağlı çətinliklər, o cümlədən problemli kreditlər məsələsi həll olundu.
Artıq dövlət hakimiyyətinin bütün qollarını əhatə edən islahatların qanunverici hakimiyyəti də əhatə etməsi ölkədə baş verən köklü yeniliklərdən irəli gələn sosial və siyasi sifarişdir. Bu baxımdan dərinləşən islahatlara paralel olaraq siyasi islahatların davam etdirilməsi, indiki halda qanunverici orqanın yenilənməsi mühüm əhəmiyyət kəsb edir.
Bütövlükdə, Azərbaycanda həyata keçirilən islahatlar məzmununa görə məqsədyönlü və konkret hədəfə doğru hesablanıb. Ən əsası, bu islahatlar məhdud sfera ilə məhdudlaşmayaraq kompleks xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz elə islahatlar aparırıq ki, həm makroiqtisadi vəziyyətə, həm iqtisadiyyatın real sektoruna, vətəndaşların rifahına, onların rahat yaşamasına xidmət edir. Sözsüz ki, bu islahatlar nəticə etibarilə ölkəmizin yüksəlişinə, möhtərəm İlham Əliyevin inkişaf siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verəcək.

 
  • Oxunub:  3240  |  
  • Tarix:  22-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir

22 Fevral 22:34
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülüb
22 Fevral 22:22
Prezident İlham Əliyevin Vatikanda Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşü olub
22 Fevral 21:52
Azərbaycan Prezidenti İlham Əliyev Vatikanda Papa Fransisk ilə görüşüb
22 Fevral 21:33
Elçin Əhmədov: XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti
22 Fevral 17:50
Gələn il Bakı IV Beynəlxalq Etnoidman Forumuna ev sahibliyi edəcək
22 Fevral 17:18
Azərbaycan Prezidenti Estoniya Prezidentinə təbrik məktubu göndərib
22 Fevral 16:59
Azərbaycan Prezidenti Bruney Sultanını milli bayram münasibətilə təbrik edib
22 Fevral 16:53
Pakistanın Xeybər Puxtunxva əyalətinin Assambleyası Azərbaycanın ərazi bütövlüyünə hörməti təsdiq edən qətnamə qəbul edib
22 Fevral 16:33
Berlində Ümumavropa Qarabağ mitinqi başlayıb
22 Fevral 16:31
Elxan Şahinoğlu: İtaliya Avropada Azərbaycanın əsas tərəfdaşıdır
22 Fevral 16:30
Nəsib Məhəməliyev: Erməni baş nazirin necə çətin duruma düşdüyünü hər kəs əyani şəkildə gördü
22 Fevral 16:16
YAP könüllüləri “Kitablarımızı paylaşaq, dilimizi yaşadaq” aksiyasına start verib (VİDEO)
22 Fevral 16:12
Dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsində
22 Fevral 12:03
Misirxan Həsənov: Könüllülər hərəkatında iştirak etmək hər bir gənc üçün faydalıdır
22 Fevral 11:49
İtaliyada Azərbaycan dəmir yollarının yükdaşıma imkanları təqdim edilib
22 Fevral 11:31
Pərvin Abbasova: Könüllülük həm də vətənpərvərlik məktəbidir
22 Fevral 11:20
Culyetto Kyeza: Azərbaycan Prezidentinin İtaliyaya səfəri Bakı və Roma üçün əlamətdar hadisədir
22 Fevral 11:12
Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir
22 Fevral 11:02
AZPROMO ilə İtaliyanın “K-BEKSPORT SRL” şirkəti əməkdaşlıq edəcək
22 Fevral 10:58
Parisdə İslam Konfransı Gənclər Forumu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbir keçirib
22 Fevral 10:50
UNESCO-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
22 Fevral 10:42
KOBİA İtaliyanın müvafiq təşkilatları ilə üç anlaşma memorandumu imzalayıb
22 Fevral 10:36
“Dilin özü-sözün izi” adlı tərbir keçirilib
22 Fevral 10:35
“İtaliya Azərbaycanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”
22 Fevral 10:32
100 yaşın mübarək, “Gəncənin səsi”!
22 Fevral 10:27
Azercell transformasiya ilininin nəticələrini açıqladı
22 Fevral 10:18
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında əsaslı rol oynayır
22 Fevral 10:16
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində imzalanan sənədlər qarşılıqlı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir
21 Fevral 20:01
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
21 Fevral 19:54
Ekspert: “Azəriqaz”dakı islahatlar yüz dəfə ölçülüb və bir dəfə qərar verilib”
21 Fevral 19:50
Dövlət Komitəsinin sədri Goranboyda məcburi köçkünləri qəbul edib
21 Fevral 19:47
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
21 Fevral 19:36
Prezident İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
21 Fevral 17:51
Kamal Abdulla Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru ilə görüşüb
21 Fevral 17:41
Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib
21 Fevral 17:11
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
21 Fevral 17:04
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Hacıqabul, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinləri ilə görüşüb
21 Fevral 17:00
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunub
21 Fevral 16:52
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
21 Fevral 16:49
Ali Məhkəmənin sədri Ağsu rayonunda vətəndaşları qəbul edib
21 Fevral 16:47
Milli Arxiv İdarəsində müşavirə keçirilib
21 Fevral 16:23
İradə İbrahimova: Vizual məlumat bazasının yaradılması yaşıllıqların qorunması işində müsbət başlanğıcdır
21 Fevral 15:51
Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları peşə bayramlarını qeyd ediblər
21 Fevral 15:40
Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir
21 Fevral 15:37
Azərbaycan Milli Paralimpiya Komitəsinin ümumi yığıncağı keçirilib
21 Fevral 15:34
Nəzarətsiz zonalarda silahların qeyri-qanuni transferi təhlükəsizlik üçün kəskin təhdid yaradır
21 Fevral 15:18
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Yaponiya arasında elmi əlaqələrin perspektivləri müzakirə olunub
21 Fevral 15:08
Seymur Orucov: Yeni Azərbaycan Partiyasının gəncləri könüllülər hərəkatında fəal iştirak edirlər
21 Fevral 15:03
YAP İcra Katibliyində Yeni Azərbaycan Partiyasının könüllülərinin toplantısı keçirilib
21 Fevral 14:36
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
21 Fevral 14:13
Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır
21 Fevral 13:52
Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib
21 Fevral 13:49
Los-Ancelesdəki UCLA Universitetində İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
21 Fevral 13:45
Sercio Mattarella: İtaliya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir
21 Fevral 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Səudiyyə Ərəbistanında səfərdədir
21 Fevral 12:54
Sabah ölkə ərazisində temperaturu 15 dərəcəyə yüksələcək
21 Fevral 12:33
Milli Onkologiya Mərkəzində Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib
21 Fevral 12:28
Özbəkistanlı alim Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilib
21 Fevral 12:15
Kibertəhlükəsizlik üzrə yeni strategiya hazırlanır
21 Fevral 11:38
Yanvarda Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 110 milyon dollara yaxın olub
21 Fevral 11:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub
21 Fevral 11:07
Azərbaycan İlahiyyat İnstitutunda Xocalı soyqırımı qurbanlarını xatirəsi anılıb
21 Fevral 10:57
Kənd təsərrüfatı məhsullarının istehsalı artıb
21 Fevral 10:36
Monoetnik dövlət olan Ermənistanın nümayəndələrinin insan hüquqlarından danışması riyakarlıqdır
21 Fevral 10:17
Ceyhun Ələkbərov: Azərbaycan Prezidentinin Münxendə parlaq çıxışı bir daha göstərdi ki, Ermənistanın işğalçı siyasətinin sonu sürətlə yaxınlaşmaqdadır
21 Fevral 10:11
Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 Fevral 09:43
Şəffaf və operativ xidmət
21 Fevral 09:40
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yeni binada fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
21 Fevral 09:38
Naftalanda ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
21 Fevral 09:36
YAP Qazax rayon təşkilatı Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı tədbir keçirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA