Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam

93 saylı Bərdə şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Fatma Yıldırım www.yap.org.az saytına müsahibə verib:
- Fatma xanım, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi iştirak edirsiniz. Parlament seçkilərində iştirak etmək, seçkilərdə hakim partiyanı təmsil etmək sizin üçün hansı məna kəsb edir?
- Bildiyiniz kimi, geridə qoyduğumuz 2019-cu il respublikamızda ictimai həyatın bütün sahələrində əsaslı və uzunmüddətli inkişafa, əhalinin rifah səviyyəsinin yüksəldilməsinə hesablanan uğurlu islahatlarla əlamətdar oldu. Ötən ilin dekabr ayında partiyamızın Siyasi Şurasının parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü də məhz belə bir şəraitdə, ölkədəki uğurlu islahatlara qanunvericilik bazasının da effektiv qoşulması ilə bağlı verilmiş qərar idi. Bu seçkilərdə Yeni Azərbaycan Partiyası bir çox gənc, aktiv və yaradıcı insanların namizədliyini irəli sürüb. Bu, ölkədə gedən geniş islahatlar baxımından olduqca önəmlidir və mənə də bu etimadı göstərdikləri üçün partiya rəhbərliyinə çox minnətdaram. Göstərilən bu etimad qürur hissi ilə yanaşı, böyük məsuliyyət hissi də yaradır. İndi mən daha çox çalışmalı, Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən bu etimadı ən yüksək səviyyədə doğrultmalıyam.
Bir Azərbaycan qadını kimi, ölkəmizdə həyata keçirilən səmərəli dövlət siyasəti nəticəsində qadınların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə geniş təmsil olunmaları üçün yaradılmış əlverişli şəraitin təqdirəlayiq olduğunu hesab edirəm. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bu gün qadınlarımızın dövlət idarəçiliyində rəhbər vəzifələrdə təmsil olunması mənə daha çox güvən və stimul verir. O cümlədən YAP-ın 123 namizədi arasında ümumilikdə qadın namizədlərin sayının ötən seçkilərə nisbətən daha çox olması, qərarların qəbulunda qadınların iştirakının təmin edilməsi baxımından olduqca önəmlidir. Çox istərdim ki, ölkəmizin inkişafında və əhalinin maraqlarının qorunmasında mənim də töhfəm olsun.
- Hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına nə kimi töhfələr verəcək?
- Həyata keçirilən islahatlara nəzər salsaq görərik ki, az bir zaman ərzində bu islahatlar özünü doğruldub, ölkəmizin gələcək dinamik və davamlı inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etməkdədir. Bu addımlar konkret proqrama əsaslanaraq həyata keçirilir. Xalqımız da atılan bu addımları yeniliyə, inkişafa xidmət edən islahatlar kimi yüksək qiymətləndirir. Ölkədə inkişaf getdikcə, təkcə icra strukturlarında deyil, qanunvericilik sahəsində də islahatlara ehtiyac olur. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, növbədənkənar seçkilərin keçirilməsində əsas məqsəd vaxt itirmədən yeni çağırışlara uyğun qanunvericilik sahəsində atılan addımlarla ümumi islahat kursunun dəstəklənməsidir.
İnanıram ki, yeni seçiləcək parlament də islahatçı olacaq və qanunvericilik sahəsində ölkəmizə töhfə verəcək. Bu prosesdə Milli Məclis üzvləri ilə yanaşı müvafiq ekspertlər, vətəndaş cəmiyyətləri də iştirak etməlidirlər. Bunun təminatı 2014-cü ildə qəbul edilən “İctimai iştirakçılıq haqqında” qanunda əks olunub. Hər bir qanuna dəyişiklik bütün maraqlı tərəflərin iştirakı ilə ciddi şəkildə müzakirə edilməli, onun mümkün təsirləri təhlil edilməli və yalnız bundan sonra qəbul edilməlidir. Qanunların düzgün icrası üçün isə hər bir məmur işinə məsuliyyətlə yanaşmalı, daima vətəndaşı düşünməli, korrupsiyadan uzaq olmalıdır.
- 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədsiniz. Deputat seçiləcəyiniz təqdirdə Bərdə üçün hansı məsələlərin həllini qarşınıza hədəf kimi qoymusunuz?
- Bu sual çox aktualdır. Bizim təbliğat və təşviqat kampaniyamız YAP-ın vahid platforması çərçivəsində qurulub və bu platforma ümumilikdə real, aktual problemlərin həlli yolları, ölkəmiz üçün prioritet məsələləri əhatə edir. Bundan əlavə, məşğulluq, gənclərin təhsili və təlimi, qadın sahibkarlığının inkişafı, suvarma, kənd təsərüfatı ilə bağlı məsələlər və sair. Bu problemlərin həlli çox böyük zəhmət tələb edir, amma artıq bir neçə ideyamız formalaşıb. Misal üçün, əhalinin internetə marağının yüksək olmasını nəzərə alaraq, onlara informasiya resurslarından düzgün istifadə etməyi, təhsil imkanlarını, peşə bacarıqlarının təbliği və təşkili istiqamətində müvafiq işlər görmək olar. Eyni zamanda, gənclərimiz üçün xarici dil kursları, regionun tələblərinə uyğun peşə bacarıqlarının təbliğini təşkil etmək, peşə və sənət öyrətmək olar.
Kənd təsərrüfatı sahəsində isə, fermerlər və sahibkarlarla mütəmadi əlaqədə olmaq, onları narahat edən məsələləri vaxtında aidiyyəti qurumlara çatdırmaq, dövlətin diqqətində olan aqro sahəyə aid layihələrə Bərdə fermer və sahibkarlarını cəlb etmək, yeni texnologiyalar barədə təqdimatlar, təlimlər təşkil etmək, hazır məhsulun saxlanılması və emalı üçün kiçik istehsalat sahələri qurmaq kimi təşəbbüslər etməyi planlaşdırırıq.
- Hər bir millət vəkili seçildiyi ərazini parlamentdə təmsil etmək, seçicilərinin mövqeyini səsləndirməklə yanaşı, dövlətimizi beynəlxalq müstəvidə də təmsil etməyi, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasını da əsas vəzifələrdən biri hesab edir. Bu barədə hansı planlarınız var?
- Əlbəttə ki, mən sizinlə tamamilə razıyam. Millət vəkili seçicilərinin haqlı mövqeyini səsləndirməklə yanaşı, dövlətimizi beynəlxalq arenada da təmsil etmək bacarığına sahib olmalıdır. Xatırladım ki, mən bir neçə il Avropada yaşamışam və orada genişmiqyaslı diaspor fəaliyyəti ilə məşğul olmuşam. Fəaliyyətimiz daim dövlətimizin xarici siyasətini dəstəkləyərək, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzərində qurulmuşdur.
Eyni zamanda, əsas məqsədlərimizdən biri, xalqımızın ən yaralı yeri olan Xocalı soyqırımının dünya tərəfindən tanınması və buna siyasi qiymətin verilməsi idi. Belçika və Niderlandda dövlətimizin haqlı mövqeyini bildirərək, bu məsələyə Avropa ictimaiyyətinin diqqətini çəkə bilmişdik. Cənab Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın apardığı düzgün xarici siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edərək dünyada sayılan ölkələr sırasında yer almışdır. Buna əsaslanaraq diaspor fəaliyyətini daim davam etdirməlidir və mən də millət vəkili seçilərəmsə, bu istiqamətdə hər zaman lazımi dəstəyə hazır olacağam.
- Fatma xanım, parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşürsünüz. İnsanlar Yeni Azərbaycan Partiyasının seçki proqramını necə qarşılayırlar?
- Bərdədə qərargah üzvlərimizlə birgə seçicilərlə bir neçə görüşümüz baş tutub. Biz bir çox evlərdə olmuş, seçicilərlə ətraflı söhbətlər etmiş və onların problemlərini araşdırmışıq. Görüşlərimiz davam edəcək və hər bir Bərdə sakini üçün bizim qapımız açıq olacaq.
Bərdə sakinləri ölkəmizdə gedən geniş və çoxşaxəli islahatları bəyənir, ölkə idarəçiliyində olan yenilikləri müsbət qarşılayır və bu proseslərə dəstək olmaq istəyirlər. Yeni Azərbaycan Partiyası Bərdədə çox güclüdür, insanlar siyasi fəallıq nümayiş etdirirlər və bir partiya nümayəndəsi kimi bu məni çox sevindirir.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  23-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7