Ana səhifə »  Müsahibə »  İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək
A+   Yenilə  A-
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək

41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizəd Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyinizin irəli sürülməsi sizin üçün gözlənilən idi?
- Azərbaycanın müstəqillik tarixi ilə yaşıd olan Yeni Azərbaycan Partiyası (YAP) ötən 27 il ərzində ümumxalq partiyası olduğunu təsdiq edib. Yeni Azərbaycan Partiyasının qurucusu və lideri Ulu Öndər Heydər Əliyev tarixi xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürərək, Azərbaycanda ictimai-siyasi sabitliyi bərpa etdi, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə, xalq, sözün həqiqi mənasında, öz taleyinin sahibi oldu. Son 16 ildə bu siyasətin davamı olaraq partiyanın Sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəhəng quruculuq işləri görülür, ölkəmiz gündən-günə inkişaf edir, daha da güclənir. Sözsüz ki, bu partiyanın üzvü olmaq mənim üçün şərəfdir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olaraq, partiyanın fəaliyyətində aktiv iştirak edirəm, bir sıra təşəbbüslər göstərirəm. Eyni zamanda, Milli Məclisdə bu partiyanı təmsil etmək istəyim də var idi. Buna görə də ilk növbədə partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, partiyanın ali orqanlarına, üzvlərinə, öz həmfikirlərimə təşəkkür edirəm ki, mənə etimad göstərib, Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədliyimi irəli sürüblər. Bu, böyük bir inamdır, etibardır. Çalışacağam ki, seçki prosesində çox fəal olum, seçicilərlə ardıcıl görüşlər keçirərək, ərazi üzrə vətəndaşların rast gəldiyi problemləri dinləyim, onların təkliflərini öyrənim. Seçicilərin problemlərini onlarla birlikdə, onların iştirakı ilə həll etməyə çalışacağam. Ölkədə keçirilən islahatlara dəstək verməklə, bu işdə bütün səylərimizi Sumqayıt əhalisi ilə birgə səfərbər edəcəyəm.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar keçirilir. Sizcə, qanunvericilik sahəsində də aparılan islahatlar ölkəmizin ümumi inkişafına hansı töhfələr verəcək?
- 2003-cü ildən başlayaraq Yeni Azərbaycan Partiyasının Sədri, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng quruculuq işləri aparılır. Respublikamızın ən islahatçı dövlət kimi, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələridir. Hazırda ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, həm də əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır. Əlbəttə ki, burada partiyanın Sədr müavini, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətini də xüsusilə qeyd etmək istərdim. Ölkə daxilində baş verən siyasi proseslər, sosial və idarəetmə sahəsində aparılan islahatlar həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Hətta deyərdim ki, 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşmüşdür. Çünki Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəltmişdir. Əhalinin sosial müdafiəsi sahəsində olduqca vacib islahatlar aparılır. İnsanların rifah halı gündən-günə yaxşılaşmağa doğru gedir. Çox geniş, 4 milyon 200 min əhalini əhatə edən sosial paketin tətbiqi nəticəsində bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, yəni 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik. Prezident İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. İqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək. Sosial infrastrukturun inkişafı göz önündədir. Nə qədər məktəb, tibb müəssisəsi, idman və gənclər mərkəzləri əsaslı təmir edilib və ya yenidən tikilib. Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təsdiq edirlər. Belə ki, Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanı ən islahatçı ölkələrdən biri kimi tanıması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur. Və bu islahatlar keyfiyyətcə yeni mərhələyə keçərək idarəetmə sahələrini də əhatə etməyə başlayıb. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Bu prosesin məntiqi davamı olaraq, icra və məhkəmə hakimiyyəti ilə yanaşı, qanunverici hakimiyyəti də əhatə etməsi zərurəti yaranır. Qanunverici hakimiyyət sahəsi də yeniləşməli, parlamentin fəaliyyəti daha təkmilləşdirilməli, öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməlidir. Biz inanırıq ki, keyfiyyətcə yeni parlament formalaşacaq. Günün tələblərini nəzərə almaqla, ən önəmlisi isə vətəndaşların ehtiyac və maraqlarına əsasən inklüzivlik prinsipi, mənafelər balansının pozulmaması əsasında işlək qanunlar və normalar qəbul olunacaq.
Ayrıca olaraq bir məsələni qeyd edərdim ki, ölkədə Prezident tərəfindən həyata keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən xüsusi rəğbətlə qarşılanır. Bir daha bildirmək istəyirəm ki, Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən ölkədir. Cənab Prezidentimiz güclü siyasi iradə nümayiş etdirir. Onun siyasəti hər bir vətəndaş tərəfindən birmənalı olaraq müsbət qiymətləndirilir. Çünki hamı yaxşı bilir ki, bu siyasətin mərkəzində xalq-dövlət-cəmiyyət və onun yüksək həyat tərzi - rifahı dayanır.
- Siz uzun illər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmısınız. Necə düşünürsünüz, bu amil, qazandığınız böyük təcrübə qanunvericilik sahəsində fəaliyyətinizə nə kimi təsir göstərəcək?
- İnsan hüquqlarının və azadlıqlarının qorunması və təmin edilməsi dövlətimizin başlıca vəzifəsidir. Bu siyasətin həyata keçirilməsinə Ulu Öndər Heydər Əliyev xüsusi həssaslıqla yanaşırdı. 1998-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Elə həmin ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında”, 2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamları qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratmışdır. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında yaradılan yeni qurum - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət başçısının ailələrə, qadınlara və uşaqlara olan diqqət və qayğısının aydın təzahürüdür. Ölkə başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində gözlə görünən nəticələr əldə olunmuşdur. Xüsusilə də bu sahədə bir sıra mühüm qanunlar qəbul edilmiş və davamlı islahatlar həyata keçirilmişdir. Öz fəaliyyəti dövründə Komitə tərəfindən 8 qanunvericilik aktı hazırlanıb və Milli Məclis tərəfindən qəbul edilib. Nazirlər Kabineti tərəfindən 10 normativ hüquqi akt təsdiq olunub. İnsan hüquqları çərçivəsində beynəlxalq əməkdaşlığın qurulması və ölkənin beynəlxalq konvensiyalara qoşulması üzrə təşəbbüslər göstərilmiş və müsbət nəticələr əldə edilmişdir. Gender bərabərliyi, məişət zorakılığının qarşısının alınması, valideyn məsuliyyətinin artırılması, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunlar qəbul edilmiş, nikah yaşı qaldırılmış, erkən və məcburi nikahların qarşısının alınması məqsədilə qanunvericilikdə məsuliyyət müəyyən edilmişdir. Nəticədə ölkədə qadın və uşaq hüquqları daha da inkişaf etdirilmiş, bu sahələrdə əhalinin məlumatlılıq səviyyəsi artırılmış, erkən nikahların sayı azalmışdır. Eyni zamanda, qadınların seçkili orqanlarda, xüsusilə bələdiyyələrdə və parlamentdə, habelə yerli icra hakimiyyətlərində təmsilçiliyi artırılmış, qadın sahibkarlığına dəstək gücləndirilmişdir. Qeyd etmək lazımdır ki, qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində qanunların qəbul edilməsində respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük rolu olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, əsasən də qadın və uşaqların yaşayışına, xüsusi risk qrupuna daxil olan vətəndaşların, xüsusilə qaçqın və məcburi kökçünlərin həyat şəraitinə müsbət təsir göstərir. Nəticə olaraq BMT-nin CEDAW Komitəsi (Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Komitə) ölkəmizin sonuncu dövrü məruzəsi ilə bağlı rəyində Azərbaycanda qadın hüquqlarının və gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin qadın hüquqları ilə bağlı 5-ci məqsədinin ölkəmizdə bu sahədə görülən işlərlə 97% üst-üstə düşdüyü müəyyən edilmişdir. Çoxillik elmi pedaqoji və dövlət məmuru təcrübəsi olan, Azərbaycanda siyasi elmlər üzrə doktorluq dərəcəsi alan ilk qadın alim kimi, uzun illər ölkəmizi beynəlxalq səviyyədə, BMT-də, Avropa İttifaqında, müxtəlif dövlətlərin parlamentlərində təmsil etmişəm. Bir sıra mühüm beynəlxalq əhəmiyyətli konfranslarda iştirak edərək, Azərbaycanın uğurlu təcrübəsi haqqında geniş məruzələr etmişəm. Fəaliyyət göstərdiyim sahələrdən irəli gələrək qeyd etmək istərdim ki, ölkədə qadınların ictimai-siyasi proseslərdə iştirakı artıb. Azərbaycanın, demək olar ki, əksər rayonlarında icra hakimiyyəti başçılarının müavinləri qadınlardır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, 2015-ci ildə keçirilən parlament seçkilərində qadın millət vəkillərinin sayı artaraq 16,8 faizə yüksəlib. 2004-cü ildə bələdiyyə üzvü seçilmiş qadınlar 4 faiz idisə, 2019-cu ildə bu göstərici 39 faizə çatıb. Son yeddi ildə qadın sahibkarların sayı üç dəfəyə qədər artaraq 190 mini ötüb. 90-cı illərdə 4 qadın qeyri-hökumət təşkilatı var idisə, bu gün bu rəqəm 200-dən çoxdur. Ailə institutunun möhkəmləndirilməsi sahəsində çoxsaylı maarifləndirmə işləri aparılıb, ailələrimizi yad təsirlərdən, neqativ hallardan qorumaq üçün müxtəlif layihələr həyata keçirilib. Ölkə başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsi olaraq bu gün ailə, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində nailiyyətlər əldə olunub. Mən bu illər ərzində cənab Prezidentin tapşırığı ilə Azərbaycanın bütün regionlarında qəbullar, görüşlər keçirmişəm. Vətəndaşların problemləri ilə tanış olaraq bütün müvafiq qurumların qarşısında həmin məsələləri qaldırmış və onların həll edilməsinə çalışmışam. Müxtəlif sosial təbəqələrin nümayəndələri ilə qiymətləndirmələr, monitorinqlər keçirmişik. Bütün bu məlumatlar və təhlillər bir daha göstərir ki, insan hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi üçün qanunvericilik istiqamətində həm mövcud qanunlara dəyişikliklərin edilməsinə, həm də yeni sənədlərin qəbuluna ehtiyac vardır. Bu gün davamlı və sürətlə inkişaf edən ölkəmizdə qanunyaratma fəaliyyətində də yeni yanaşma olmalıdır, hər kəsi əhatə edən çevik mexanizmlər formalaşmalıdır. Bu baxımdan düşünürəm ki, insan hüquqlarının qorunması, sosial müdafiəsi istiqamətində qanunvericilik bazasının daha da təkmilləşdirilməsinə töhfə verə bilərəm.
- Hicran xanım, Yeni Azərbaycan Partiyası tərəfindən 41 saylı Sumqayıt birinci seçki dairəsindən deputatlığa namizədliyiniz irəli sürülüb. Bu dairə üzrə seçicilərə nə deyərdiniz?
- Məni 70 illiyini bu yaxınlarda qeyd etdiyimiz Sumqayıt şəhəri, onun dəyərli əhalisi ilə doğma tellər bağlayır. Uşaqlığım, gəncliyim bu şəhərdə keçib. Bu şəhərdə mənim doğmalarım, qohumlarım, yaxın tanışlarım, dostlarım çoxdur. Atam Kamran Hüseynov müxtəlif dövrlərdə üç dəfə bu şəhərə rəhbərlik edib. O, Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından biri idi. Atamın Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizin müxtəlif bölgələrində, o cümlədən də Sumqayıtda yeni yaşayış məntəqələrinin salınmasında, onların sənaye mərkəzlərinə çevrilərək inkişaf etməsində xidmətləri olub. Bu baxımdan mən bu şəhərə, onun sakinlərinə xüsusi hörmət bəsləyirəm. Eyni zamanda, bu şəhərin sakinləri çox zəhmətkeş, fədakar, ziyalı, müxtəlif mədəniyyətlərə tolerant yanaşan, yeniliyə meyilli insanlardır.
Seçicilərimə üzümü tutub söyləyirəm ki, inanın, seçin, səs verin ki, mən də sizin problemlərinizi yüksək tribunadan - Milli Məclisdən səsləndirim. Yalnız problemləri səsləndirməklə deyil, real işlə də sizin inamınızı qazanmağa çalışacam. Sizin vəkiliniz olmağımı özüm üçün böyük şərəf və qürur sayıram. Əgər mənə etimad göstərib, səs verərsinizsə, qarşıdakı beş il ərzində hər zaman sizinlə birlikdə olacam. Problemlərinizin sistemli şəkildə həlli üçün mütəmadi olaraq sizin fikirlərinizi öyrənib, təhlil edib, parlamentdə məsələlər qaldırmağa səy edəcəm. Öz fəaliyyətimlə həm vətəndaşlarımızın, insan hüquqlarının qorunmasına, həm də parlamentin ölkə Prezidentinin həyata keçirdiyi islahatlara dəstək verməsinə çalışacam. Bu gün gənclərin ölkənin ictimai-siyasi həyatında iştirakı xüsusi əhəmiyyət kəsb edir. Mən də öz təcrübəmdə gənclərin daha məsuliyyətli, kreativ olduqlarını müşahidə etmişəm. Gənclər bu dövlətin və xalqımızın ən mühüm sərvətidir. Bu fikri əsas tutaraq gənc seçicilərimə dəstək olacam, onların fəallığının artırılması üçün səy göstərəcəm! Əmək qabiliyyəti olan hər kəs, kişilər və qadınlar iş axtaran deyil, iş təklif edənə çevrilsinlər. Əmək bazarında aktiv iştirak etsinlər, sahibkarlıqla məşğul olsunlar. İnkişaf edən ölkədə rəqabətədavamlılıq olmalıdır. Bunun üçün ölkə başçısı tərəfindən bütün imkanlar yaradılır. Buna mane olan hər hansı boşluqlar varsa, onu müəyyən edib, hüquqi müstəvidə həll edilməsinə çalışacam!
Mən Sumqayıtın hər bir vətəndaşının, bu ərazidə yaşayan hər kəsin, uşağın, gəncin, qadının, sahibkarın, əlilliyi olan şəxslərin, qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin problemlərini və qayğılarını həll etmək üçün ölkə qanunvericiliyi çərçivəsində müvafiq dövlət və icra hakimiyyəti strukturları qarşısında qaldırmağa cəhd edəcəm, hər bir vətəndaşın yanında olmağa çalışacam və onlara dəstək göstərəcəm. Sonda dəyərli 41 saylı Sumqayıt birinci seçki dairəsindən olan seçicilərimə deyirəm: Gəlin birlikdə yeniləşən Azərbaycanımızın inkişafına dəstək olaq!!!
İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə nümayiş etdirəcəklər. Yeni Azərbaycan Partiyası olaraq həmişəki kimi, demokratik seçki kampaniyası aparacağımıza əminəm.
Mən seçiciləri 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə və nəhayət, inkişafa, yeniləşməyə, innovasiyalara, ictimai-siyasi sabitliyə - Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə səs verməyə çağırıram!

 
  • Oxunub:  2880  |  
  • Tarix:  25-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:27
Cocuq Mərcanlıya gedən yol Xocalıda sona çatacaq - AÇIQLAMA
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib
26 Fevral 14:11
Rusiyanın “Qazeta.ru” internet-nəşri: “Gözlərdən siqaret kötükləri sallanırdı: Xocalı faciəsində müqəssir kimdir?”
26 Fevral 12:59
Prezidentin Mətbuat Xidmətinin məlumatı
26 Fevral 12:47
Məktəblilər Xocalı qurbanlarının xatirəsini yad ediblər
26 Fevral 12:34
Xələf Xələfov: Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən biri Xocalı soyqırımıdır
26 Fevral 12:28
Bakıda müşahidə olunan duman təbii meteoroloji hadisədir
26 Fevral 12:13
“Novıye izvestiya” qəzeti: “Əsrin vəhşiliyi: fevralın 26-da Xocalı qətliamının növbəti ildönümüdür”
26 Fevral 12:06
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:25
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7