Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir

Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir

28.01.2020 [10:19]

109 saylı Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nəsib Məhəməliyev www.yap.org.az saytına müsahibə verib:
- Nəsib müəllim, parlament seçkilərinə az bir vaxt qalıb. Sizcə, Yeni Azərbaycan Partiyası seçkilərə hansı uğurlarla gedir?
- Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərinə ilk növbədə 750 minə yaxın, ölkənin ictimai siyasi həyatında fəal rol oynayan, respublika Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti, islahatları təbliğ edən, dəstəkləyən mütəşəkkil bir qüvvə ilə gedir.
Ötən illərin xronikasına və beynəlxalq təşkilatların dünya ölkələri və Azərbaycanla bağlı bir çox reytinqlərinə baxmaq kifayətdir ki, ölkəmizdə cənab Prezidentin rəhbərliyi ilə görülən işlərin miqyasını dərk edəsən. İqtisadiyyatdan tutmuş sosial siyasətə, infrastruktur layihələrin icrası, nəqliyyat, yol tikintisi, ordu quruculuğu, sahibkarlığın, sənayenin, aqrar sektorun inkişafı, tikinti, quruculuq, abadlıq işlərinin aparılması, qaçqın və məcburi köçkünlərin, əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, transmilli layihələrin icrası və s. bir çox sahələrdə ciddi nailiyyətlər əldə olunmuşdur.
Bu inkişafın geniş kütlələrə çatdırılmasında, təbliğ olunmasında hər bir partiya üzvünün əməyi danılmazdır.
- Bu gün qanunvericilik sahəsində islahatların aparılması müasir dövrün çağırışlarından biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, o cümlədən qanunvericilik sahəsində islahatlar ölkəmizin inkişafına nə kimi töhfələr verəcək?
- Müasir dövrün çağırışları əsasən ondan ibarətdir ki, hər bir dövlət ilk növbədə öz müstəqilliyini, suverenliyini, milli təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, daxili bazarını qorusun. Dünyada və regionda baş verən hadisələri düzgün qiymətləndirərək ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq etsin, iqtisadiyyatını, infrastrukturunu inkişaf etdirsin, milli valyutasını xarici təsirlərdən qorusun, makroiqtisadi sabitliyi təmin etsin. Eyni zamanda, elmi, texniki tərəqqini təmin etmək üçün insan kapitalını inkişaf etdirsin və beynəlxalq aləmdə rəqabətə davamlılığı təmin etsin.
Müasir dövrün aktual çağırışlarını nəzərə alan ölkə Prezidenti bütün sahələrdə olduğu kimi, qanunverici sahədə də islahatların aparılmasını dəstəklədi və düşünürəm ki, fevral ayının 9-da seçiləcək parlament cənab Prezidentin apardığı çoxşaxəli islahatları dəstəkləyəcək, qanunların operativliyini təmin edəcəkdir. Nəticədə xalqımız daha da güclü inkişafın şahidi olacaq, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənəcək.
- Balakən rayonunun sosial-iqtisadi inkişafı haqda nə deyə bilərsiniz? Ötən 5 il ərzində millət vəkili olaraq seçicilərin müraciətlərinə nə dərəcədə cavab verə bilmisiniz?
- Respublika Prezidentinin təsdiq etdiyi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində Balakən rayonunda 35 yeni məktəb binası, xəstəxana, uşaq bağçaları, muzey, incəsənət gimnaziyası, “ASAN xidmət” binası, Olimpiya İdman Kompleksi, emal müəssisələri, bir çox inzibati binalar, regionda baş verən zəlzələdən sonra minlərlə fərdi ev tikilmiş və yaxud təmir olunmuşdur. Magistral və kəndarası yollar asfaltlanmışdır. Yaşayış məntəqələri yüz faiz qazlaşdırılmışdır.
Aqrar sektorun inkişafı üçün subsidiyalar, gübrələr verilir, texnika ilə təmin olunur. Sahibkarlıq və özünüməşğulluqla bağlı müxtəlif dövlət proqramları icra olunur. Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, məcburi köçkünlər mənzillərlə, avtomobillərlə təmin olunmuşlar. Bütün bunlara və ölkədə aparılan işlərə görə balakənlilər cənab Prezidentə dərin təşəkkürlərini bildirir, Onun siyasətini dəstəkləyirlər.
Nəinki ötən 5 ildə, harda işləməyimdən asılı olmayaraq, hər zaman balakənlilərin problemləri ilə yaşamışam. Millət vəkili olaraq elə bir müraciət olmayıb ki, reaksiya verməyim. Mənimlə görüşmək istəyən hər kəslə görüşmüşəm. Reklam etməsəm də, çoxlu sayda xeyirxah işlər görmüşəm. Milli Məclisin plenar iclaslarında bir neçə qanunvericilik təşəbbüsü, müxtəlif təkliflərlə çıxış etmişəm. Seçiciləri narahat edən problemləri mərkəzi və yerli icra orqanları qarşısında qaldırmışam və mətbuatda işıqlandırmışam. Təvazökarlıqdan uzaq da olsa, hesab edirəm ki, seçicilərimin qarşısında üzüm ağdır və hər kəsə hesabat verməyə hazıram.
- Nəsib müəllim, hazırda təmsil etdiyiniz seçki dairəsində insanların seçki əhval-ruhiyyəsi necədir? Seçicilərə nə demək istərdiniz?
- Təmsil olunduğum dairədə əhval-ruhiyyə yüksək səviyyədədir. Seçicilərə cansağlığı, xoşbəxtlik, fəal olmağı və düzgün seçim arzulayıram.

Paylaş:
Baxılıb: 622 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Analitik

MEDİA

Xəbər lenti

İcma etiraz edir

19 Mart 10:45

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31