Ana səhifə »  Müsahibə »  İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
A+   Yenilə  A-
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

74 saylı Lənkəran kənd seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Hadi Rəcəbli www.yap.org.az saytına müsahibə verib:
- Hadi müəllim, Yeni Azərbaycan Partiyası tərəfindən yenidən sizin deputatlığa namizədliyiniz irəli sürülüb. Bu, sizin üçün gözlənilən idimi?
- Mən Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, şəxsən partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, məni yenidən parlamentdə partiyamızı təmsil etməyə layiq görüb. Bu, mənim üçün çox böyük şərəf və etimaddır. Ötən dövrdəki fəaliyyətim müddətində dövlətimizə və xalqımıza ləyaqətlə xidmət etməyə çalışmışam. Hesab edirəm ki, deputatlığa namizədliyimin yenidən irəli sürülməsi mənim fəaliyyətimə verilən çox yüksək qiymətdir.
Əgər seçicilər etimad göstərərsə, yenidən millət vəkili seçilərəmsə, mənə göstərilən etimadı doğrultmağa çalışacağam.
- Siz uzun illərdir parlamentdə sosial qanunvericilik işləri ilə məşğulsunuz. Azərbaycanda həyata keçirilən sosial islahatlar və onun nəticələri haqqında fikirlərinizi bilmək istərdik...
- Bəli, uzun illərdir ki, parlamentdə sosial qanunvericilik sahəsi ilə məşğul oluram. Qeyd edim ki, bu sahə ağrılı bir sahədir, cəmiyyətin həssas təbəqələri bu sahə ilə bağlıdır. Ötən dövr ərzində sosial sfera ilə əlaqədar mühüm islahatlar həyata keçirilib.
Ölkəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasət kursu Azərbaycanın dinamik inkişafını təmin etməklə yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılmasını şərtləndirib. Xüsusilə də, dövlət başçısının rəhbərliyi ilə sosial sahədə sistemli, kompleks xarakterli, fundamental islahatlar həyata keçirilməsi vətəndaşların rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. 2019-cu il, demək olar ki, sosial islahatlar ili kimi yadda qaldı. Bu dövrdə atılan addımlara nəzər salsaq, görərik ki, sosial islahatlar, verilən qərarlar, demək olar ki, bütün sosial sferanı əhatə etdi. Hələ ötən ilin əvvəlində problemli kreditlərin həlli ilə bağlı Prezident Fərmanı həm də ölkəmizdə makroiqtisadi sabitliyin təmin olunduğunun, iqtisadi inkişaf templərinin bərpa edilərək artdığının göstəricisi idi.
Məlumdur ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev hələ 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra sosial islahatların anonsunu vermişdi. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev Öz vədinə sadiq qalaraq 2019-cu ilin əvvəlindən əhatə dairəsi kifayət qədər geniş olan sosial islahatların həyata keçirilməsi ilə bağlı bir sıra hallarda inqilabi səciyyə daşıyan qərarlar qəbul etdi, çoxsaylı Fərman və sərəncamlar imzaladı. Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə dövlətimizin başçısı reallaşdırılan sosial islahatları ötən ilin mühüm uğurları kimi səciyyələndirərək vurğulayıb: “Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilmişdir. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmamışdır”.
Qeyd etdiyim kimi, ölkəmizin ardıcıllıqla reallaşdırdığı dərinməzmunlu sosial siyasətində əhalinin həssas qruplarının, aztəminatlı insanların, o cümlədən də müəyyən güzəşt hüquqlarına malik ailələrin və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət göstərilir. 2019-cu ildə respublikamızda minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artıb. Həyata keçirilən sosial tədbirlər 4,2 milyon insanı əhatə edir.
Bu siyasətə uyğun olaraq sosial infrastruktur quruculuğu da geniş vüsət alıb. Təkcə ötən il ölkə üzrə 60 tibb müəssisəsi, 84 məktəb tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub. Ötən il iki mərhələdə reallaşdırılan sosial məzmunlu islahatların maliyyə yükü kifayət qədər böyükdür. Hər iki sosial paketin dəyəri ötən il üçün 2,3 milyard manat, 2020-ci il üçün isə 3 milyard manatdır. Bütövlükdə, 2019-cu ildən başlayan və perspektivdə də davam etdiriləcək sosial islahatların həyata keçirilməsinə 5,2 milyard manat vəsaitin sərf olunması nəzərdə tutulur.
Yəni bu məsələ ilə bağlı indiyə qədər çox danışılıb. Ona görə də mən bütün bunları təkrarlamaq istəmirəm. Prezidentimizin siyasətinin əsas məqsədi əhalinin sosial rifahının daha da yüksəldilməsidir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin əsasında vətəndaş amili dayanır.
- Necə hesab edirsiniz, digər sahələrdə olduğu kimi, sosial sahədə aparılan islahatlar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinin şansını nə dərəcədə artırır?
- Bilirsiniz, bütün görülən işlər insanların gözü qarşısında baş verir. Ən əsası odur ki, sosial islahatları hər bir ailə öz həyatında hiss edir. Ona görə də, təbii ki, insanlar onların rifahını, gələcəyini düşünən siyasətə səs verəcəklər.
Bu gün Azərbaycan möhkəm təməllər üzərində inkişaf edir. Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir. Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də təkcə sosial sahədə deyil, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Vətəndaşlarımız da, təbii ki, bütün seçkilərdə inkişaf və tərəqqi siyasətinə, yəni Heydər Əliyev siyasətinə səs verirlər. Hesab edirəm ki, qarşıdan gələn parlament seçkilərində seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
- Hadi müəllim, hazırda parlament seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsi davam edir. Seçicilərinizlə keçirdiyiniz görüşlərlə bağlı təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, mən əvvəlki seçkilərdə də 74 saylı Lənkəran kənd seçki dairəsindən millət vəkili seçilmişəm. Son beş ilə yaxın müddətdə də çalışmışam ki, daim seçicilərlə ünsiyyətdə olum. Parlamentin Sosial siyasət komitəsi də insanlarla ən çox işləyən, sosial məsələlərlə bağlı vətəndaşları qəbul edən komitələrdən biridir.
Şəxsən mən daim seçicilərlə görüşlər keçirmişəm, qaldırdıları məsələlərin həllinə çalışmışam. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Lənkəran və onun kəndlərində də böyük abadlıq və quruculuq işləri görülüb və bu işlər hazırda da davam etməkdədir. Yeni məktəb, xəstəxanalar, digər sosial obyektlər, yollar, körpülər və s. tikilib istifadəyə verilir. Rayonda elektrik enerjisi problemi yoxdur, kəndlərin böyük əksəriyyəti qazlaşdırılıb. Lənkəranın Xəzər dənizinin sahilində yerləşməsi bu bölgənin böyük turizm potensialını da şərtləndirir. Ümumilikdə, qeyd edə bilərəm ki, rayon əhalisinin sosial rifahı yüksəkdir.

 
  • Oxunub:  4110  |  
  • Tarix:  28-01-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var
22 Mart 18:45
"SAĞLAMLIĞIMIZ MİLLİ HƏMRƏYLİYİMİZDƏDİR"
22 Mart 16:56
SOCAR AQŞ Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat vəsait köçürüb
22 Mart 16:15
"ASAN xidmət" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürəcək
22 Mart 12:41
Bu gün Ümumdünya Su və ya Su Resursları Günüdür
22 Mart 12:29
Prezident İlham Əliyevdən böyük vətəndaşlıq nümunəsi
21 Mart 20:23
Prezident İlham Əliyev bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
21 Mart 19:06
AZAL Moskvadan və İstanbuldan Lənkərana çarter reysləri yerinə yetirib
21 Mart 18:32
Operativ Qərargah: Azərbaycanda koronavirusa daha 9 yoluxma faktı qeydə alınıb
21 Mart 18:30
Azərbaycanda vətəndaşlara ödənilmiş ƏDV-nin geri qaytarılması qaydası təsdiqləndi
21 Mart 17:05
İcbari tibbi sığorta ilə bağlı qaydalar təsdiqlənib
21 Mart 17:01
Sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması üzrə standartlar təsdiqlənib
21 Mart 16:57
Nazirlər Kabineti yanında Operativ Qərargahın iclasında COVID-19 ilə mübarizənin hazırkı vəziyyəti müzakirə olunub
21 Mart 11:31
KOBİA sahibkarlara çağırış edib
21 Mart 11:19
21 mart Beynəlxalq Novruz Günüdür
20 Mart 21:22
Bakı Media Mərkəzinin Novruz bayramına qeyri –adi hədiyyəsi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA