Ana səhifə »  Müsahibə »  Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir
A+   Yenilə  A-
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev www.yap.org.az saytına müsahibə verib:
- Bəhruz müəllim, məlum olduğu kimi, fevralın 9-da ölkəmizdə parlament seçkiləri keçirildi. Parlament seçkiləri hazırda da gündəmin əsas mövzularından biri olaraq qalır. Bu faktı hansı amillərlə izah edə bilərsiniz?
- İlk növbədə, onu qeyd edim ki, Azərbaycanda parlament seçkilərinin keçirilməsi və yeni parlamentin formalaşdırılması son illərdə daha intensiv xarakter almış islahatların tərkib hissəsi və bu islahatları bütövləşdirən vacib faktordur. İcra hakimiyyəti sistemində, sosial-iqtisadi sahədə aparılan struktur və kadr islahatlarının qanun yaradıcılığı sistemini və onun ən aparıcı institutu olan Milli Məclisi də əhatə etməsi mövcud reallığın obyektiv tələbi idi. Azərbaycanda parlament islahatı ölkənin indiki mərhələdə üzləşdiyi çağırışlara ən optimal cavab vermək baxımından misilsiz addım idi. Düşünürəm ki, parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirildi.
Azərbaycan Milli Məclisinə seçkilərin hələ də gündəmdə olması isə təbii prosesdir. Çünki parlament seçkiləri təkcə ölkə daxilində deyil, həm də beynəlxalq təşkilatların diqqətində olan siyasi hadisədir. Beynəlxalq ictimaiyyətin gözü Azərbaycana yönəlmişdi. Bunu ölkəmizə gələn beynəlxalq müşahidəçilərin həm sayında, həm də seçki ilə bağlı fikirlərində aydın şəkildə görmək mümkündür. Xatırladım ki, Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçmişdi ki, onlar 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirdilər. Beynəlxalq müşahidəçilərin sayı və geniş coğrafiyanı əhatə etməsi dünya ictimaiyyətinin Azərbaycanda keçirilən seçki prosesinə yüksək diqqət ayırdığını göstərir.
Bir sözlə ifadə etsək, seçki prosesi, cəmiyyətimizdə həyata keçirilən bu islahatlar ölkəmizin inkişafının daha da sürətləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə yanaşı, həm də beynəlxalq aləmə təqdim edilən demokratiya nümunəsi, şəffaflıq etalonudur. Hesab edirəm ki, Azərbaycanda həyata keçirilən islahatlar prosesinin tərkib hissəsi olan 9 fevral seçkiləri xalqın iradəsini əks etdirməklə yanaşı, qarşıda duran ən vacib vəzifənin - Vətənimizin daha da güclənməsinə və çiçəklənməsinə, eyni zamanda, hər bir vətəndaşımızın daha yaxşı yaşamasına istiqamətlənmiş vəzifənin yüksək səviyyədə yerinə yetirilməsinə öz güclü töhfəsini verəcək.
- Seçki kampaniyasının, eləcə də seçki günü səsvermə prosesinin işıqlandırılması üçün kütləvi informasiya vasitələrinə yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Beynəlxalq təşkilatların seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə verdiyi tövsiyələrdən biri məhz medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir. O ki qaldı Azərbaycanda seçki prosesində KİV-lərə yaradılan şəraitə, tam əminliklə deyə bilərik ki, ölkəmizdə bütün seçki proseslərində mətbuat fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir.
Azərbaycanda keçirilən bütün seçkilər mətbuat üçün açıqdır və KİV-lər bu prosesdə önəmli rola malikdir. Bildiyiniz kimi, Mərkəzi Seçki Komissiyası mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Seçki prosesini təkcə yerli mətbuatın deyil, eləcə də beynəlxalq KİV nümayəndələrinin işıqlandırması üçün eyni və hərtərəfli şərait yaradılır. Məhz bunun nəticəsi idi ki, parlament seçkiləri 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi tərəfindən işıqlandırılıb. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qaldı.
- Bəzi KİV-lərdə, eləcə də sosial şəbəkələrdə Azərbaycanda keçirilən seçkilərlə bağlı mənfi rəy formalaşdırılmağa çalışılır, belə demək mümkünsə, “qara piar” aparılır. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda keçirilən parlament seçkiləri xalqın iradəsini ifadə edib. Həm aparılan sənədləşmə, həm təşviqat və eyni zamanda, seçki prosesinin özü kifayət qədər demokratik dəyərlərə əsaslanmış, dünya standartlarına cavab verən seçki keçirildiyini göstərib. Eyni zamanda, bu mexanizmi həyata keçirən qurumun kifayət qədər şəffaf fəaliyyətini diqqətə çatdırıb. Bu tək bizim yox, bütün beynəlxalq təşkilatların, hətta ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, eləcə də Avropa Şurası da seçkilərin neqativ tərəfləri ilə bağlı öz tövsiyələrini versə də, birgə rəylərinin əsas hissəsi pozitiv elementlərə söykənib.
Beynəlxalq təşkilatlardan və digər dövlətlərin parlamentlərindən gələn müşahidə missiyaları da, sözün əsl mənasında, Azərbaycanda keçirilən seçkilərin tam şəkildə xalqın marağını ifadə etdiyini öz rəylərində göstərərək dilə gətiriblər. Bəzi nöqsanlar bütün dünyada keçirilən seçkilərdə olur. Heç bir ölkədə kamil, ideal seçki yoxdur. Çünki orada insan faktoru var. Harada ki, aparılan iş insan amilinə söykənir, orada hər hansı çatışmazlıq, neqativ hal, texniki problem olmalıdır. Ona görə ki, seçilən də, seçən də, seçki prosesini keçirən də insandır və insanların hər biri eyni səviyyədə savadlı, öz hüquqlarını və seçki hüquqlarını bilən deyil. Məhz bütün bunlara görə də bəzi məqamlarda texniki qüsurların yaranması qaçılmazdır. Həmin qüsurlar əgər seçkinin mahiyyətinə, ümumi ruhuna və seçkinin nəticələrinə əngəl törətmirsə, bu cür qüsurların olması problem təşkil etmir.
Ölkəmizdə kifayət qədər mükəmməl seçki keçirilib, qüsurlara gəldikdə isə, bu qüsurlar cənab Prezident səviyyəsində dilə gətirilib və qeyd olunub ki, bu qüsurlarla bağlı araşdırmalar aparılmalıdır. Mərkəzi Seçki Komissiyasının missiyalarından biri də məhz qüsurları araşdırmaq, qüsurların aradan qaldırılması və günakarların qanunvericiliyə əsasən cəzalandırılmasından ibarətdir. Bütün bu hallar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır. Bəzi sifariş yerinə yetirən qruplaşmalar isə əvvəlcədən də seçkidən sonra hansı addımları atacaqlarını planlayıblar. Bu, nə xalqın, nə namizədin, nə də namizədin tərəfdarlarının fikridir. Bütün bunlar xaricdən gələn sifarişləri yerinə yetirən missionerlərin fikridir. Bu addımlar Azərbaycan xalqının iradəsinə zidd addımlardır və xalq heç bir zaman siyasi müstəvini digər müstəvilərə çevirib manipulyasiya edərək dövlətin və xalqın əleyhinə istifadə etmək istəyən qüvvələrə icazə verməyəcək.
- Sizcə, belə halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
- Ümumiyyətlə, seçki prosesində ən vacib elementlərdən biri rəqiblərin bir-birinə olan münasibətinin sağlam rəqabət müstəvisində formalaşmasıdır. Cəmiyyət seçki mədəniyyəti göstərərək öz namizədini seçirsə, o zaman məğlub olan namizəd də qalibin əlini sıxmaq mədəniyyətini özündə tapmalıdır. Seçki siyasi müstəvidə mübarizə predmeti ola bilər, bu proses şəxsi rəqabət və ya dövlət əleyhinə kampaniya aparmaq səviyyəsinə gətirilməməlidir. Əgər biz cəmiyyətdə sağlam rəqabət aparmaq mədəniyyətini formalaşdıra bilsək, o zaman bu, bizim və cəmiyyətimizin qələbəsi olacaq. Biz beynimizi, siyasi şüurumuzu inkişaf etdirməklə proseslərə baxış tərzimizi dəyişə bilərik. Təbii ki, bu təkcə seçicilərə deyil, həm də namizədlərə aiddir. Bildiyiniz kimi, son parlament seçkilərində bir mandat uğrunda 10-larla namizəd mübarizə apardı. Təbii ki, bu, ölkədə onlar üçün yaradılan ədalətli fürsət nəticəsində mümkün olmuşdu. Belə olan halda, namizədlər əvvəlcədən bilirdilər ki, mübarizədə yalnız 1 nəfər qalib gələcək və digərləri isə məğlub olacaq. Bu baxımdan seçkidən sonra bu kimi məsələləri müzakirə predmetinə çevirmək əvəzinə, özümüzdə seçki məğlubiyyətini həzm etmək mədəniyyətini formalaşdırmalıyıq.
Kiçik nöqsanları böyüdərək, digər namizədlərə və ya dövlətə qarşı kampaniya aparmaq yolverilməzdir. Bəzi namizədlər dövlət əleyhinə yönələn kampaniyalara getməməli, ölkənin inkişafını gözü götürməyən kənar qrupların bundan bəhrələnməsinə imkan verməməlidirlər. Haqlı narazılıqlarla bağlı məsələlər, qeyd etdiyimiz kimi, müvafiq orqan tərəfindən araşdırılır və qanunvericiliyi pozan şəxslər cəzalandırılırlar. Artıq 4 seçki dairəsi, eləcə də onlarla məntəqənin nəticələri ləğv olunub. Müvafiq dairələrin nəticələrinin ləğv olunması obyektivliyin, demokratiyanın göstəricisidir. Bütün bunlar nümunəvi hallardır, yalnız və yalnız təqdir olunmalıdır.

 
  • Oxunub:  3900  |  
  • Tarix:  22-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8