Ana səhifə »  Müsahibə »  Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər
A+   Yenilə  A-
Azərbaycan qadınları ölkəmizin inkişafı prosesində fəal iştirak edirlər

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova www.yap.org.az saytına müsahibə verib:
- Bahar xanım, məlumdur ki, 8 mart tarixi hər il dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Azərbaycan qadınları bu bayramı hansı əhval-ruhiyyədə qarşılayırlar?
- Ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günü vacib bayramlardan biri kimi dəyərləndirilir. Əvvəla, ona görə ki, dünyanın əksər ölkələrində qeyd olunan 8 Mart Beynəlxalq Qadınlar Günü təkcə qadınların deyil, həm də qadınları təbrik edən kişilərin bayramıdır. Biz bilirik ki, istənilən bayram ərəfəsində təbrik ediləndən daha çox təbrik edən sevinir. Çünki kiməsə sevinc bəxş etmək, ona məxsus olan günü qeyd etmək, onun sevincini bölüşmək və bu günün əhval-ruhiyyəsini daha da artırmaqda iştirak etmək hər kəsə zövq verən işdir. Xüsusilə də, söhbət qadınlardan və onların özəl günlərindən gedirsə... Azərbaycanda bu bayram həmişə vacib dəyərləndirilir, müxtəlif formada bu gün üçün hazırlıq aparılır, çoxsaylı tədbirlər keçirilir. Bunlar həm ictimai, həm də siyasi məzmunlu tədbirlərdir.
Eyni zamanda, hər evdə, ailədə qadın varsa, bu gün qeyd olunur, hər kəs bayram əhval-ruhiyyəsini bölüşür. Bu dəfə də belə olacaq. Baxmayaraq ki, dünyada müxtəlif ictimai-siyasi və hərbi xarakterli narahatedici proseslər gedir. Eləcə də, insan sağlamlığı ilə bağlı ciddi problemlərin yaşandığı zamanda düşünmək olardı ki, bu dəfə bayram çoxlarını maraqlandırmayacaq. Amma biz görürük ki, get-gedə bayram əhval-ruhiyyəsi artır, hər kəs bu bayramı layiqincə qeyd etməyə çalışır. Düşünürəm ki, bu il də istisna olmayacaq. Azərbaycanda bu bayram layiqincə qeyd ediləcək.
- Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Sizcə, ölkəmizdə dövlət qadın siyasətinin əsas səciyyəvi xüsusiyyətləri nədən ibarətdir?
- Biz qadınla bağlı bütün ictimai, siyasi, sosial-mədəni, humanitar-mənəvi və s. məsələləri göz önünə gətirsək, görərik ki, bu yalnız qadınlara aid deyil. Bu, qadınların da bərabərhüquqlu və çox vacib üzvü olduğu dövlət, cəmiyyət və insan həyatının tam özüdür. Zənnimcə, qadınla bağlı olduğu deyilən məsələlər bütövlükdə cəmiyyətin və dövlətin, o cümlədən insanlığın məsələləridir. Ona görə də, biz mövzuya məhz bu konteksdə yanaşmalı, dəyərləndirməli və nəticələr çıxarmalıyıq.
Vurğulamaq lazımdır ki, Ümummilli Liderimiz Heydər Əliyev də qadın amilinə, onun ən müxtəlif xarakterli roluna məhz bu aspektdən yanaşırdı. Qadına dövlət həyatının vacib iştirakçısı, ictimai-siyasi proseslərin bərabərhüquqlu üzvü, milli-mənəvi dəyərlərimizin və ailə ocağının qoruyucusu, demək olar ki, inkişafın bərabərhüquqlu tərəfdaşı kimi yanaşılırdı. Bu nöqteyi-nəzərdən, qadın amili Azərbaycanda əvvəllər də tarixən ciddi dəyərləndirilib və Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu zamanlarda bu məsələyə xüsusi diqqət yetirilib. Bir tərəfdən cəmiyyət həyatında qadın iştirakçılığının və rolunun artırılması ilə bağlı çoxsaylı addımlar atılıb, digər tərəfdən isə qadına münasibətin müasir standartlara uyğunlaşdırılması baxımından çox vacib işlər görülüb. Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dönəmində isə bu sahə ilə bağlı işlər daha böyük vüsət almış, dövlət qadın və ailə siyasəti daha yüksək standartlar səviyyəsinə qaldırılmışdır. Bu mənada, hesab edirəm ki, biz bu məsələni ümumi inkişafımızın əsas tərkib hissəsi, aparıcı istiqaməti kimi qəbul etməli və dəyərləndirməliyik.
- Sizcə, Azərbaycan qadınlarının cəmiyyət həyatında rolu, onların ictimai-siyasi proseslərdə fəallığı qaneedici səviyyədədirmi?
- Bu bir həqiqətdir ki, qadınlar həyatımızın bir parçası, dövlətimizin vacib istinadgahı və dayaqlarından biridir. Odur ki, tarixən üzərimizə qoyulmuş rol, dövlətimizin müəyyən etdiyi prioritetlər, üzərimizə götürdüyümüz beynəlxalq öhdəliklər və qabaqcıl dünya təcrübəsinə istinad edərək həyata keçirilən işlər getdikcə qadınların dövlət və cəmiyyət həyatında rolunu daha da artırmaqdadır.
Bilirsiniz ki, bu yaxınlarda həyatımızın iki böyük siyasi kampaniyası başa çatıb. 2019-cu ilin dekabrında bələdiyyə, bu ilin fevral ayında isə parlament seçkiləri keçirilib. Bir-birinin ardınca keçirilən bu seçkilərdə siyasi dünyagörüşündən, ictimai mövqeyindən asılı olmayaraq ölkəmizin bütün qadınları fəal iştirak etmək imkanı qazanıblar. Əgər bələdiyyə seçkilərinə nəzər salsaq, 1999-cu ildə keçirilən ilk bələdiyyə seçkilərində qadınlar 4 faiz təmsil olunurdular. Amma son seçkidən sonra isə qadınların yerli seçkili orqanlarda iştirak səviyyəsi 39 faizə qədər yüksəlib. Bu, mühüm göstəricidir və qadınların ictimai-siyasi proseslərdə fəallığının nə qədər artdığını göstərir.
Dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra müstəqil Azərbaycanın Konstitusiyasına əsasən keçirilən parlament seçkilərində ən müxtəlif siyasi partiyaların, ictimai qurumların və ayrı-ayrı təbəqələrin nümayəndələri olan qadınlar fəal iştirak ediblər. Son seçkilər isə bu baxımdan xüsusilə vurğulanmalıdır. Bu seçkilərdə çoxsaylı qadınların namizədliyi irəli sürülmüşdü.
- Yeni Azərbaycan Partiyasının qadınların cəmiyyət həyatının müxtəlif sahələrində fəal iştirakına göstərdiyi diqqət, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
- Bilirsiniz ki, Yeni Azərbaycan Partiyası hər zaman qadın amilinə çox böyük diqqət yetirib. Son seçki kampaniyasında da qadınların iştirakçılığının artırılması istiqamətində ən gözəl nümunəni partiyamız göstərdi və çoxsaylı qadın namizədlər irəli sürüldü. Hətta bəzi üzvlər öz fərdi qərarları ilə namizədliklərini irəli sürmüşdülər. Bu parlament seçkilərinə qadınların getdikcə artan marağının, eyni zamanda, siyasi partiyaların bu amili nə dərəcədə öz gündəlik fəaliyyətlərində üstün tutduqlarının göstəricisidir. Bu baxımdan, Yeni Azərbaycan Partiyası bu günə qədər fərqli bir mövqe sərgiləyib və bu seçkilərdə də belə oldu. Uğur qazanan, parlamentə seçilən qadınların içərisində, əlbəttə ki, YAP üzvü olan qadınların sayı daha çoxdur.
Qeyd edim ki, seçkilərdə irəli sürülən qadın namizədlərdən 276 nəfər qeydə alınmışdı. Onlardan 22 nəfəri parlament üzvü seçilib. Hesab edirəm ki, bu da kifayət qədər ciddi rəqəmdir. Mən də uzun illər parlamentin üzvü olmuşam və biz qadınlar sayımızın azlığına baxmayaraq, hər zaman potensialımızı ortaya qoymağa və digər qadınları da təmsil etdiyimizi düşünərək onların iştirakçılığını özümüzün fəaliyyətində daha çox əhatə etməyə çalışmışıq. Düşünürəm ki, bu dəfə də belə olacaq və bu qadınlar bütün Azərbaycan qadınlarını təmsil etdiklərini nəzərə alaraq onların bütün istək və arzularını, siyasi mövqelərini, iradələrini ifadə edəcəklər. Amma siyasi proseslər təkcə seçkilərlə bitmir, təyinatlı vəzifələrdə də çoxlu sayda qadınlar təmsil olunurlar. Elə sahələr var ki, orada qadınlar aparıcı rola malikdirlər. Bu təhsil, sosial və humanitar sferalardır. Bu gün həyatımızın digər sahələrində qadınlar getdikcə daha çox təmsil olunurlar. Onlar ölkəmizin iqtisadi, siyasi, sosial həyatına çox böyük töhfə verirlər, dəyərlərin formalaşmasında və inkişafında çox böyük rola malikdirlər.
Biz qadınlarımızın qazandıqları bütün uğurlarla fəxr edirik. Əlbəttə ki, ən çox qürur duyduğumuz, fərəh hissi ilə qeyd etdiyimiz bir amil də var ki, bu da respublikamızın Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın bu qədər üstün mövqedə Azərbaycan qadınlarını çox böyük uğurla təmsil etməsidir. Mehriban xanım Əliyeva səmərəli fəaliyyəti ilə ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşdirilməsinə, strateji əhəmiyyətli vəzifələrin reallaşdırılmasına müstəsna töhfələr verir. Təsadüfi deyil ki, onun fəaliyyəti xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmaqla yanaşı, beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əvəzedilməz rolu var.
- Bahar xanım, ölkəmizdə qadın hüquqları qanunvericilik səviyyəsində necə qorunur?
- Bilirsiniz, biz ayrılıqda qadın hüquqlarını söhbət mövzusu kimi müzakirəyə gətirə bilərik. Amma qeyd etməliyəm ki, bütövlükdə, ölkəmizdə insan hüquqları yüksək səviyyədə qorunur və biz bu yöndə bütün beynəlxalq konvensiyalara qoşulmuşuq, bundan irəli gələn öhdəlikləri yerinə yetirməkdəyik. Azərbaycanda insan hüquqlarının əlçatanlığının və təmin olunmasının müyəssərliyinin artırılması istiqamətində Konstitusiyamız, eyni zamanda, ayrı-ayrı sahələr üzrə qanunlarımız kifayət qədər ciddi əsaslar yaradır ki, insan hüquqları bütün aspektlərdə qorunsun. Əlbəttə ki, bunun içərisində qadın hüquqları da var. Amma qadınların iştirakçılığının artırılması ilə bağlı ayrı-ayrı konvensiyalar da var. Biz bundan da irəli gələn vəzifələrimizi yerinə yetirməkdəyik.
Qeyd etməliyəm ki, Azərbaycanda qadın hüquqlarının qorunmasının qürurverici tarixi keçmişi də var. Bilirsiniz ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olundu. Onunla eyni vaxtda Azərbaycan qadınlarının seçki hüququ əldə etməsinin də 100 illiyi qeyd edildi. Bu, dünya ölkələri içərisində az rast gəlinən nümunədir. Hansı ki, Azərbaycan müsəlman şərqinə məxsus bir ölkədir. Və bir çox ilklər də məhz Azərbaycanda əldə olunub. Həm demokratik cümhuriyyət qurmaq, həm də ayrı-ayrı sahələr üzrə inkişafa, uğura imza atmaq baxımından ən böyük nailiyyətlərimizdən biri qadınların seçmək və seçilmək hüququ əldə etməsi, ictimai-siyasi həyatda təmsilçilik üçün kişilərlə bərabər hüquqlar qazanmasıdır.
Azərbaycanda bütün qanunlar ayrı-ayrı sahələrdə qadınlara qarşı bəzi başqa ölkələrdəki kimi kvota qoymaqla müəyyən olunmur, hüquqların reallaşmasında bərabər imkanların yaranması baxımından xarakterizə olunur. Odur ki, ölkəmizdə qadınların əldə etdiyi uğurlar möhkəm əsaslara söykənir. Çünki onlar hansısa bir güzəşt nəticəsində deyil, bərabər hüquqlar müstəvisində bu nailiyyətləri əldə ediblər. Hesab edirəm ki, bizim qazandığımız uğurlar gələcək üçün də böyük perspektivlər vəd edir. Azərbaycanda bütün qanunlar imkan verir ki, qadınlar iqtisadi, siyasi, sosial, humanitar və digər sahələrdə olan hüquqlarını kişilərlə bərabər reallaşdıra bilsinlər və nailiyyətlər qazansınlar.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  07-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

30 Mart 17:58
Uşaqlar üçün "Həyati bacarıqlara yiyələn!" mövzusunda onlayn təlim keçiriləcək
30 Mart 17:54
Türkiyə XİN: Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilməsi planlaşdırılan qanunsuz “seçkiləri” tanımırıq
30 Mart 17:45
Səbail rayonunda dezinfeksiya işləri davam etdirilir
30 Mart 17:40
Türkiyədə Osmanlı dönəmində təməli qoyulan avtomobil yolu layihəsi başa çatır
30 Mart 17:32
Türkiyədə Ümrə ziyarətindən qayıdan zəvvarların karantin müddəti uzadılıb
30 Mart 17:30
Bakı Konqres Mərkəzi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
30 Mart 15:21
“Milli Məclis deputatının statusu haqqında” Qanuna təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib
30 Mart 14:31
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
30 Mart 13:25
“ASAN Məktub” vasitəsilə 65 yaşdan yuxarı tənha vətəndaşların zəruri ehtiyacları qarşılanır
30 Mart 12:11
Deputat: “Böyük şirkətlər dövlətlə bərabər məsuliyyəti bölüşməlidir”
30 Mart 11:58
Deputat: “Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
30 Mart 11:52
Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılıb
30 Mart 11:48
Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq
30 Mart 11:46
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib
30 Mart 11:43
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30 Mart 11:36
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılıb
30 Mart 11:31
Sərdar Ünsal: 31 Mart soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı tarixi cinayətidir
30 Mart 11:30
Ziyafət Əsgərov: Vətəndaşlarımızdan xahış edirəm ki, hökumətimizin qoyduğu tələblərə əməl etsinlər
30 Mart 11:26
Səfir: Saxta “erməni soyqırımı” mövzusundan bəhs edənlər Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotolara baxsınlar ki, bəlkə vicdanları oyana
30 Mart 11:22
Milli Məclisin növbəti plenar iclası keçirilir YENİLƏNƏCƏK
30 Mart 11:20
Hikmət Babaoğlu: Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə əsl fədakarlıq nümunəsi göstərirlər
29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA