Ana səhifə »  Müsahibə »  Novruz yaranış, oyanış və yeniləşmə bayramıdır
A+   Yenilə  A-
Novruz yaranış, oyanış və yeniləşmə bayramıdır

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Ramazan Qafarlı www.yap.org.az saytına müsahibə verib:
- Ramazan müəllim, qarşıdan xalqımızın ən gözəl bayramlarından biri olan Novruz gəlir. Folklorşünas alim olaraq bu bayramın tarixi haqqında fikirlərinizi bilmək istərdik...
- Qeyd edim ki, qədim türklər təbiətlə bağlanan bayramlara xüsusi önəm verirdilər. İlk olaraq işığın mənbəyinə - günəşə, aya, ulduzlara tapınan əcdadlarımız bütün zamanlarda başını uca tutmuş, həmişə ümidini göylərə dikmiş, təsəllisini göylərdən almış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişlər. İşıq - istilik - canlılıq Xeyrin, qaranlıq - soyuq - ölüm isə Şərin əlamətləri sayılmışdır. Əsas tapınaqları təbiət və onun hadisələri olmuşdur. Təbiətin bir üzünün ağlığı (işıqlılığı), digərinin qaralığı (qaranlıqlığı), bir çağının istiliyi, o birinin soyuqluğu da Xeyrə, Şərə yozulmuşdur. Xeyrin zamanı yazın gəlişi ilə başlayır.
Göydən düşən işığın, nurun bəşər oğlunun doğuşunun əzəlində, körpəliyində təfəkküründə, ilkin dünyagörüşündə açdığı izlər o qədər təsirli və dərin olmuşdur ki, minilliklər, uzun əsrlər ötüb-keçsə də, unudulmamış, adət-ənənələrin, mədəniyyət amillərinin hər birinin mayasına hopmuşdur. Lap başlanğıcdan odun kəşfi ilə əbədiləşdirilmiş və mərasimləşərək tonqalla rəmzləşdirilmişdir. Göyə məxsus işığın, istiliyin yerdə nişanəsi əvvəl mağaralardakı, sonralar isə çadır-otaqlardakı ocaq idi. İnsanların ocaq başına toplaşması dünyanın əbədi işığından içəriyə istilik, nur çəkməyə bərabər tutulurdu. Və bəşər oğlunun dünyabaxışı, əqidəsi dəyişdikcə həmin işığın da məğzi, məna tutumu genişlənmiş, nəhayət, Vahid yaradıcının Nuruna qovuşmaq şəklində kodlaşmışdır. İlahi İşığın, istiliyin - İlaxır - Novruz bayramının təməli insanın təbiətə tapınmasında qoyulsa da, ocağın vətənləşməsi, yurdlaşması, övladla əlaqələnməsi sonralar əcdad kultunun əsas amili kimi yaddaşlara hopması ilə nəticələnmişdi. Əski Türk təqviminin ilk ayının adının “Ocaq” adlandırılması məhz bu inamla bağlıdır.
“Novruz bayramı” ensiklopediyasında deyilir ki, Novruz - ilin yeni, başlanğıc günü deməkdir. Günəş təqviminə əsaslanan astronomik yazın - baharın ilk günüdür. Dini və dünyəvi baxışlarından, dünyagörüşündən asılı olmayaraq, dünyanın bir çox xalqı Novruzu yeni həyatın canlandığı ilk gün kimi qeyd edir. Azərbaycanın Rusiya tərəfindən işğalına (1813, 1828) qədər ölkəmizdə təzə il martın 21-dən başlanırmış. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) zamanında da yeni ilin Novruz bayramından başlanması haqqında qərar verilmişdir. 1920-ci il bolşevik Rusiyası işğalı yeni ilin Novruz bayramından başlanmasını qadağan etmişdir.
Novruz bayramı Avrasiya materikində və Şimali Afrikada Sibirdən Ön Asiyaya, Misirə və digər Şimali Afrika ölkələrindəki “Novruz” topluluqlarına, Asiyada Saxa-Yakutiyadan Avropada Balkanlara, Krıma, Moldovaya, Çindən - Uyğurustandan Şimali Rusiya türk dövlətlərinə, onlardan Cənub-Şərqi Asiya ölkələrinə qədər çox nəhəng siyasi coğrafiyada yayılmışdır. Bütün Avrasiyada Çindən İspaniyaya, Sibirdən Finlandiyaya, Şimali Afrika ölkələrinə yayılmış türk xalqlarının öz dövlətlərində və onların yaşadıqları digər dövlətlərdə, İran, Əfqanıstan, Pakistan, Tacikistan, İraq, Misir və digər ərəb dövlətlərində rəsmi və qeyri-rəsmi olaraq qeyd olunur.
Novruz bayramının etnik-milli və etnolinqvistik coğrafiyasına gəlincə, Novruz bayramı, əsasən, üç böyük etnosa: türk, hind-Avropa və sami etnoslarına aid olan xalqların mədəniyyətlərini və dillərini bir kontekstdə birləşdirir. Bu bayram rəsmi və qeyri rəsmi olaraq azərbaycanlılar, türklər, qazaxlar, türkmənlər, qırğızlar, özbəklər, qaraqalpaklar, krım-tatarlar, kazan-tatarlar, başqırdlar, saxalar, yakutlar, şorlar, teleutlar, xakaslar, altaylılar, noqaylar, qaraimlər, qaraçaylar, uyğurlar, çuvaşlar, qarapapaq-tərəkəmələr, qaqauzlar, Dağıstanın bəzi iber-qafqazdilli xalqları, çeçenlər, farslar, giləklər, taciklər, əfqanlar, puştunlar, pakistanlılar, ərəblər, kürdlər və s. xalqlar arasında yayılmışdır. Novruz bayramı müxtəlif etnos və xalqları vahid mədəniyyət fenomeni ətrafında birləşdirməklə xalqlararası harmoniya modeli kimi çıxış edir.
- Novruz bayramının əsas özəllikləri nədən ibarətdir?
- Qeyd edim ki, Novruz bayramı dünyanın Asiya, Avropa və Afrika kimi üç böyük qitəsində müxtəlif etnosları, xalqları, etnik qrupları, dövlətləri, siyasi quruluşları, ideologiyaları, tarixi və müasir mədəniyyətləri, səmavi və qeyri-səmavi dinləri, adət-ənənələri, dil ailələrini, mədəni arealları, insanlığın keçmişi, bu günü və gələcəyini biri-biri ilə birləşdirən, onlar arasında sosial, siyasi, mədəni, psixoloji harmoniya və sülhü bərqərar edən fenomenal mədəniyyət hadisəsidir.Novruz bayramı öz tarixi-mədəni kökləri etibarilə onu dünən və bu gün qeyd edən xalqların bayramı olmaqla yanaşı, həm də öz teokosmik-ümumbəşəri mahiyyəti baxımından bütün dünyada insanlığın yenilənmə və sülh bayramıdır.
Novruz bayramı özünün ritual-mifoloji strukturuna görə təqvim bayramıdır. Miladi təqvimi ilə mart ayının müxtəlif günlərinə (əsasən 21 mart) təsadüf etməklə qışın, köhnə ilin qurtarmasını, yazın, yeni ilin gəlişini bildirir. Bu bayramın funksional strukturunun əsasında təbiətin zamanla dəyişməsi (qışın yazla əvəz olunması) ritmi durur. İnsan təbiətin üzvi struktur elementi kimi öz tarixinin mifoloji-kosmoqonik başlanğıc nöqtəsindən təbiətin bu teokosmik-sinergetik ritminə köklənmiş, onu “Novruz” - “Yeni gün” adlandıraraq bütün tarixi boyunca həmin ritmlə kosmoloji harmoniyada yaşamışdır.
Bu bayramın konseptual strukturunun əsasında bütün varlıq aləminin (insanın, canlı və cansız təbiətin) yaradılması ideyası durur. Bütövlükdə yenidən yaradılmanı - kosmoqoniyanı özündə ehtiva edən bu bayram varlığın bütün ünsürlərinin (ilk insan, ilk predmet, ilk zaman), ilkin stixiyaların necə meydana çıxması haqqındakı ilkin mifoloji təsəvvürləri təcəssüm etdirir. Bu bayram bütün sonrakı tarixi-mədəni transformasiya, modifikasiya, şəkil və forma dəyişmələrinə baxmayaraq, mifogenezi (mifoloji-kosmoqonik başlanğıcını - mənşəyini) simvolik-metaforik strukturlar səviyyəsində qorumaqda davam edir.
- Bəs Novruz bayramının fəlsəfi mahiyyəti barədə nə deyə bilərsiniz?
- Novruz bayramının fəlsəfi mahiyyətinə gəlincə, Novruz bayramı varlığın yenidən yaradılması haqqında ilkin fəlsəfi-mifoloji təsəvvürlərin ritual təcəssümüdür. Bayramın fəlsəfi konsepsiyasına görə məkan və zaman sistemi (kosmoloji kontinuum) müqəddəs (sakral) və adi (profan) olmaqla iki qatdan təşkil olunur. İlk insan (əcdad), onun ilk əşyası, ailəsi, övladları, yaşadığı ilk zaman sakral sferanı, bütün onlardan törəyənlər profan sferanı təşkil edir. Profan həyat yaşayan insanların həyat və yaşam dinamikası ilk əcdadın ilk zamandakı sakral yaşam presedentlərini özündə təkrarlayır. Profan sferanın sakral sfera ilə ünsiyyəti rituallar vasitəsi ilə reallaşır. Müqəddəs dəyərləri özündə təcəssüm etdirən Novruz bayramı insanların həyat və psixologiyasında il ərzində köhnələrək mənfiləşən keyfiyyətləri yeni müqəddəs dəyərlərlə əvəz etməklə insanı və onun dünyasını yenidən yaradır. Bu baxımdan, Novruz bayramı modern fəlsəfi dünyagörüşləri kontekstində etnosistem və onun daxil olduğu digər sistemləri öz içinə alan ekosistemin sinergetik özünütəşkil, autopoyetik özünüyaratma mexanizmi kimi də səciyyələnə bilər.
Novruz bayramının sosial-psixoloji mahiyyəti isə ondan ibarətdir ki, bu bayram onu təşkil edən bütün ünsürlərin sosial-psixoloji harmoniyasında reallaşır. Bayramda təbiət, cəmiyyət və zaman arasında qlobal harmoniyanın yaranması əsas şərtdir. Bir-biri ilə küsülülükdə, ziddiyyətdə, konfliktdə olan insan, qonşu, ailə, kənd və s. etnik vahidlər hökmən barışmalı, onlar arasında sülh yaranmalıdır. İl ərzində cəmiyyətin sosial strukturunda yaranmış bütün disharmoniya Novruz bayramında aradan qaldırılaraq sakral sosial-psixoloji harmoniya ilə əvəz edilir. Həmin harmoniya istisnasız olaraq sosial-siyasi sistemin bütün struktur səviyyələrini əhatə edir. Bu baxımdan, Novruz bayramının sosial-psixoloji əsasında hər cür ziddiyyətləri, konfliktləri aradan qaldıran sülh ideyası durur.
- Ramazan müəllim, Azərbaycan dövlətinin Novruz bayramının yüksək səviyyədə qeyd edilməsi və təbliğ olunması istiqamətindəki siyasətini necə qiymətləndirirsiniz?
- Təbii ki, dövlətimiz bu bayrama böyük önəm verir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə Novruz bayramı milli bayram statusu alıb. Həmin tarixdən Novruz dövlət statuslu bayram kimi qeyd olunur. Hər il xalqımız bu bayramı böyük coşğu ilə qeyd edir. 2009-cu ildə Novruz bayramı aşıq sənəti ilə birlikdə UNESKO-nun qorunan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir.
Bir daha qeyd etmək istəyirəm ki, Novruz həm bizim dövlət statuslu milli bayramımızdır, həm də ümumbəşəri mahiyyət daşıyan bayramdır. Bu bayramın çox gözəl mənalarından biri ondan ibarətdir ki, Novruz bərabərlik, dostluq və qardaşlıq bayramıdır.
Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə desək, “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyatımıza daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir. Əsrlər boyu Novruz bizim üçün təbiətin və ana torpağın oyanması, baharın gəlişi olmaqla yanaşı, həm də barış və saf niyyətlər bayramı olmuşdur”.
Bütövlükdə, Novruz - törəyiş, yaranış, oyanış, yeniləşmə bayramı olaraq dərin köklərə söykənən qədim ənənələri üzə çıxarır və türkün yenilməzliyini, birliyini, işığa, xeyirə meyilliliyini bütün dünyaya bir daha əyani şəkildə nümayiş etdirir.

 
  • Oxunub:  4470  |  
  • Tarix:  19-03-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin

08 Aprel 20:10
Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi
08 Aprel 19:24
İbrahim Məmmədov: Vətəndaşlar qaydalara əməl etməsələr, karantin rejiminin müddəti uzadıla bilər
08 Aprel 19:15
Mikayıl Cabbarov: Qəbul edilmiş dəstək proqramları iş yerlərinin saxlanmasına və iqtisadi fəallığın qorunmasına yönəlib
08 Aprel 19:10
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08 Aprel 18:38
Hikmət Hacıyev: İndiyədək xarici ölkələrdə olan 15 mindən çox vətəndaşımız Azərbaycana gətirilib
08 Aprel 18:15
Ölkəmizdə koronavirusa yoluxanların sayı 822-yə çatıb
08 Aprel 18:12
İşsizlikdən sığorta ödənişinin müddəti bitmiş şəxslər və peşə kursların müdavimlərinə ödənişlər davam edəcək
08 Aprel 18:10
icaze.e-gov.az portalında işsizliyin qeydiyyatı nəzərdə tutulmayıb
08 Aprel 18:03
“Total” Azərbaycandakı layihələrə sadiqdir
08 Aprel 17:58
Deputat: İşğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou beynəlxalq və regional təşkilatlar tərəfindən pisləndi
08 Aprel 17:14
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxub
08 Aprel 16:45
Millət vəkili Pərvin Kərimzadə bu gün də seçicilərinin yanındadır
08 Aprel 16:24
Azərbaycan yaxın gələcəkdə tibbi ləvazimatları ixrac edən ölkəyə çevriləcək
08 Aprel 16:21
Milli Məclisin sabah keçiriləcək iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək
08 Aprel 16:18
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir #EvdəQal, #BizBirlikdəGüclüyük
08 Aprel 15:53
Azərbaycan vətəndaşları koronavirusla mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən razılıqlarını bildirirlər
08 Aprel 15:31
“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir
08 Aprel 15:00
İşğalçı ölkənin acınacaqlı mənzərəsi: insanlar təşviş içində, Paşinyan hökuməti isə çıxılmaz vəziyyətdə...
08 Aprel 14:37
COVİD-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə
08 Aprel 14:16
Jalə Əhmədova: Belə çətin günlərdə imzalanan əfv Sərəncamı bir çox ailənin böyük sevincinə səbəb oldu
08 Aprel 13:52
“Evdə qal, evdə yarat” kampaniyası çərçivəsində teatrsevərlər üçün onlayn tamaşalar təqdim olunur
08 Aprel 13:07
Koronavirusdan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri açıqlandı
08 Aprel 12:53
YAP Səbail rayon “Akademik Filarmoniya” ərazi ilk partiya təşkilatı yardım sovqatı paylayıb
08 Aprel 12:43
Onlayn sosial etibarnamənin tətbiqinə başlanılıb
08 Aprel 12:30
Anar Məmmədov: Əfv sərəncamı respublikamızın humanizm prinsipləri əsasında inkişaf yolu seçdiyini bir daha nümayiş etdirdi
08 Aprel 12:26
Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir
08 Aprel 12:23
Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb
08 Aprel 12:17
Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır
08 Aprel 12:15
Masallıda keçirilən xeyriyyə aksiyasına YAP rayon təşkilatının qadınlar şurasının üzvləri də qoşulublar
08 Aprel 12:13
Malik Həsənov: “Beşinci kolon” indi də koronavirus infekasiyasından öz məqsədləri üçün istifadə etməyə çalışır
08 Aprel 12:06
Deputat: Məhkumların azad edilməsi ölkəmizdə həyata keçirilən humanist siyasətin növbəti təzahürüdür
08 Aprel 10:14
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin
08 Aprel 10:02
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 24 dəfə pozub
07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:24
Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:00
Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü
07 Aprel 20:54
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
07 Aprel 19:34
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
07 Aprel 18:42
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir
07 Aprel 18:40
Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi
07 Aprel 18:38
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
07 Aprel 18:22
Azərbaycanda modul tipli 6 xəstəxana quraşdırılacaq – SƏRƏNCAM
07 Aprel 18:21
Adil Əliyev: Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır
07 Aprel 18:17
Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək
07 Aprel 16:50
Deputat: Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07 Aprel 16:48
Vüqar Rəhimzadə: Prezidentin növbəti əfv Sərəncamı böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir
07 Aprel 16:30
Azərbaycanda yeni koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, bir nəfər həyatını itirib
07 Aprel 16:22
Ombudsman: Bu addım Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir nümunəsidir
07 Aprel 16:17
Yevlaxda keçirilən növbəti videoqəbul zamanı 30 sakinin müraciəti dinlənilib
07 Aprel 16:14
Cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi
07 Aprel 16:02
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
07 Aprel 15:59
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
07 Aprel 15:52
Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir
07 Aprel 15:10
Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur
07 Aprel 15:03
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir
07 Aprel 14:43
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
07 Aprel 14:12
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
07 Aprel 14:06
Bu humanizm aktı koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara qayğının növbəti təzahürüdür
07 Aprel 14:04
Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir
07 Aprel 13:49
Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq
07 Aprel 13:47
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
07 Aprel 13:41
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxılıb
07 Aprel 13:30
Prezident İlham Əliyevin əfvlə bağlı Sərəncam imzalaması əsl humanizm nümunəsidir
07 Aprel 13:26
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07 Aprel 13:21
Musa Quliyev: Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür
07 Aprel 13:18
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı - Rufiz Qonaqov
07 Aprel 13:16
Neftçalada 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
07 Aprel 12:54
Azərbaycan Diaspor Könüllüləri #Evdəqal kampaniyası ilə bağlı videomüraciət hazırlayıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+9 +11
gecə+5 +7