Ana səhifə »  Müsahibə »  Yeni Azərbaycan Partiyasının IV qurultayı tarixi qərar qəbul edib
A+   Yenilə  A-
Yeni Azərbaycan Partiyasının IV qurultayı tarixi qərar qəbul edib
Siyavuş Novruzov: Növbəti 5 ildə də nəzərdə tutulan məsələlər yüksək səviyyədə yerinə yetiriləcək
"YAP-ın seçki təcrübəsi çox böyükdür. çünki YAP digər partiyalardan fərqli olaraq bütün seçkilərdə iştirak edib və qələbə qazanıb. Hər bir seçki zamanı YAP yeni texnologiyalar tətbiq edib. Bununla bağlı YAP üzvləri arasında hazırlıq işləri gedib. Nümayəndələrimizin böyük hissəsini ayrı-ayrı ölkələrin təcrübəsini öyrənməkdən ötrü treninqlərə göndərmişik. Onlar Polşada, ABŞ-da, Macarıstan, Türkiyə və başqa ölkələrdə seçki texnologiyalarını öyrənirlər. O cümlədən, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu tərəfindən YAP fəallarına treninqlər keçirilib. Bir sözlə, seçkilərlə bağlı hərtərəfli hazırlıq işlərini görmüşük. Yəni, bu cür kadr potensialının hazırlanması və seçkilərdə bu potensialdan istifadə olunması istiqamətində addımlar atılıb". Bu sözləri YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov www.yap.org.az saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının IV qurultayı tarixi qərar qəbul edib:
- YAP-ın IV Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisədir. Qurultayda qəbul olunan qərar tarixi qərardır. çünki Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qurultayın yekdil qərarı ilə 15 oktyabr 2008-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürüldü. Yəni, bu prosesdə yalnız qurultayda iştirak edən 627 nəfər nümayəndə deyil, bütövlükdə 450 minlik YAP iştirak edirdi. Bu nümayəndələr yerli təşkilatlardan seçilmişdilər və həmin təşkilatları təmsil edirdilər. 450 mindən çox üzvü olan partiya tamamilə seçki prosesinə hazır vəziyyətdədir və öz qurultayımızı keçirib, Sədrimizi prezidentliyə namizəd kimi irəli sürmüşük. Bundan sonra digər məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi addımlar atacağıq.
- Qurultayda ölkə Prezidenti, partiyanın Sədri İlham Əliyev geniş nitq söylədi. Dövlət başçısı çıxışında indiyədək görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələrdən, həyata keçiriləcək tədbirlərdən ətraflı bəhs etdi. Bu çıxışı seçki platforması hesab etmək olarmı?
- Təbii ki, bizim deməyə sözümüz çoxdur. çünki bu söz real işlərə əsaslanır. ölkə Prezidentinin çıxışında da 5 il müddətində görülmüş işlərin bir hissəsi vurğulandı. Dövlət başçısı tərəfindən qarşıdakı 5 ildə görüləcək işlər də ictimaiyyətin diqqətinə çatdırıldı. İctimaiyyət bilir ki, Prezident öz vədlərinə sadiqdir. çünki 5 il öncə müəyyən vədlər verilmişdi və həmin vədlərin hər biri yüksək səviyyədə yerinə yetirildi. Növbəti 5 ildə də nəzərdə tutulan məsələlər lazımi səviyyədə yerinə yetiriləcək. Bilirsiniz ki, 2009-2013-cü illər üçün "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanır. Bu proqramın nəticəsində yeni yollar, körpülər tikiləcək, yeni iş yerləri açılacaq və bir sözlə, bölgələrin bütün problemləri həll olunacaq. Eyni zamanda, Azərbaycanda yoxsulluq tam aradan qaldırılacaq. Həmçinin, dövlət büdcəsinin artımı və s. məsələlər daha böyük uğurları şərtləndirən amillər olacaq.
- YAP böyük seçki təcrübəsinə malikdir və seçki kampaniyaları dövründə müasir texnologiyalardan istifadə edir. Qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar ənənəvi təcrübədən istifadə ediləcək, yoxsa yeni texnologiyalar tətbiq olunacaq?
- YAP-ın seçki təcrübəsi çox böyükdür. çünki YAP digər partiyalardan fərqli olaraq, bütün seçkilərdə iştirak edib və qələbə qazanıb. Hər bir seçki zamanı YAP yeni texnologiyalar tətbiq edib. Bununla bağlı YAP üzvləri arasında hazırlıq işləri gedib. Nümayəndələrimizin böyük hissəsini ayrı-ayrı ölkələrin təcrübəsini öyrənməkdən ötrü treninqlərə göndərmişik. Onlar Polşada, ABŞ-da, Macarıstan, Türkiyə və başqa ölkələrdə seçki texnologiyalarını öyrənirlər. O cümlədən, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu tərəfindən YAP fəallarına treninqlər keçirilib. Bir sözlə, seçkilərlə bağlı hərtərəfli hazırlıq işlərini görmüşük. Yəni, bu cür kadr potensialının hazırlanması və seçkilərdə bu potensialdan istifadə olunması istiqamətində addımlar atılıb. Bilirsiniz ki, avqustun 2-də prezidentliyə namizəd İlham Əliyevin sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etmişik. MSK qanunvericiliyin tələblərinə uyğun olaraq artıq YAP Sədrinin prezidentliyə namizədliyini təsdiq edib. Bundan sonra isə imzatoplama kampaniyası başlayır. Bununla bağlı YAP-ın 1000 nəfərə yaxın fəalı müəyyənləşib ki, imzalar toplasın. Onlara da bu proseslə əlaqədar treninqlər keçirilib. Bu insanlar həmin vəzifəni yerinə yetirməyə tam hazırdırlar. Seçki kampaniyasının imzatoplama mərhələsi başlayan kimi qanunun tələbləri çərçivəsində imza toplanıb MSK-ya təqdim olunacaq. Digər tərəfdən, biz dairə və məntəqələrdə müşahidəçilik missiyasını həyata keçirəcəyik. Bu proseslə əlaqədar müşahidəçilərimizin sənədləri hazırdır. Bu sənədlər dairə seçki komissiyalarına təqdim ediləcək və komissiyalardan müşahidəçilik vəsiqəsi alınacaq. Bütövlükdə, YAP-ın 30 mindən artıq fəal üzvü bu prosesə cəlb olunub. Seçki kampaniyasının hər bir mərhələsinə uyğun şəkildə lazımi tədbirləri həyata keçirəcəyik. Yenə də deyirəm ki, YAP seçkilərə tam hazırdır.
- Bugünlərdə ölkə Prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin 6 ayının yekunlarına dair müşavirəsi keçirildi. Müşavirədə ötən 6 ay ərzində görülən işlər, qazanılan uğurlar sadalandı. Eyni zamanda, gələcəkdə həyata keçiriləcək layihələr barədə də ətraflı məlumat verildi. Bu layihələr ölkəmizin inkişafına, xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət etdiyi halda, bəzi müxalifət partiyaları qazanılan uğurlara kölgə salmağa cəhd göstərirlər.
- Azərbaycanda görülən işləri, qazanılan uğurları heç vaxt müxalifətin gözü götürmür. Onlar ideya müxalifəti deyil, Azərbaycan dövlətçiliyinə, xalqına, cəmiyyətinə müxalifətdirlər. ölkəmizdə böyük quruculuq işləri gedir, xeyli inkişaf var. Dünyanın aparıcı təşkilatları tərəfindən ölkəmizdə görülən işlər yüksək qiymətləndirilir. Azərbaycan dünyada bəlkə də yeganə neft ölkəsidir ki, çox düzgün şəkildə neft gəlirlərindən istifadə olunur. Bu gəlirlər insan kapitalına çevrilir. Neft gəlirləri ölkədəki vəziyyəti gərginləşdirmir, iqtisadiyyatın digər sahələrinə mane olmur. Əksinə, ondan istifadə edib iqtisadiyyatın digər sahələri inkişaf edir. Təəssüf ki, bu işləri müxalifətin gözü götürmür. Onlar başa düşməlidirlər ki, bu işlərin nəticələri həyatlarına, yaşayışlarına təsir göstərir. Yeni yollardan, körpülərdən onlar da keçir. Əməkhaqları, pensiyalar artanda müxalifətçilərin yaxınları, qohumları da bəhrələnir. Onlar bu reallıqları nəzərə almalıdırlar. Amma həmin şəxslərin fəaliyyəti özlərindən asılı deyil. Ayrı-ayrı təşkilatlar tərəfindən ələ alınmış adamlardırlar və ona görə də bunlardan başqa bir şey gözləmək olmaz. Azərbaycan xalqı isə bu layihələri dəstəkləyir və daha da genişmiqyaslı işlərin görülməsinin tərəfdarıdır. Seçki prosesində də məhz həyata keçirilən bu işlərin nəticəsi olaraq növbəti 5 il üçün Prezident İlham Əliyevə səs verəcəklər.
- Bu, həm də müxalifətin hakimiyyətin proqramlarına qarşı alternativ proqram ortaya qoymaması səbəbindən ola bilərmi?
- Müxalifətdə alternativ proqram heç vaxt olmayıb. Onlar seçkilərə hazırlaşmırlar. Bu müxalifət qəzetlər üzərində formalaşan müxalifətdir. Bəziləri deyir ki, seçkilərə getməyəcəm. Sən seçkiyə gedə bilərsən? Seçkiyə getmək üçün böyük sosial baza lazımdır. 450 mindən artıq üzvü olan YAP seçki prosesinə 30 min nəfər cəlb edib. Bir özü, bir möhürü və bir neçə dostu-tanışı olan partiya sədrləri deyirlər ki, mən filan blokun üzvüyəm, seçkiyə getməyəcəm və s. Yəni, onlar başa düşürlər ki, belə vəziyyətdə 40 min imza toplaya bilməyəcəklər və cəmiyyətdə rüsvay olacaqlar. Bu rüsvayçılıqdan qurtulmaq üçün boykotu ortaya atıblar. Boykot bəhanədən başqa bir şey deyil. Seçki Məcəlləsi azad və demokratik seçkilərin keçirilməsinə tam təminat verir. Bu yaxınlarda Azərbaycanda olan ATƏT sədrinin nümayəndəsi Heyki Talvitye də bəyan etdi ki, Azərbaycanın Seçki Məcəlləsi ilə demokratik seçki keçirmək tam mümkündür. O, boykot qərarına münasibət bildirərkən dedi ki, siyasi partiyaların funksiyası seçkilərdə iştirak etməkdir. Sadəcə olaraq, müxalifətin potensialı yoxdur. Bu olmadıqda alternativ layihələr necə ola bilər? Alternativ layihəni hazırlamaq üçün alim lazımdır, qabiliyyət lazımdır. Bu cür adamlarda isə belə qabiliyyət yoxdur. Onlar ancaq qəzetlərdə danışa bilərlər. İstənilən məsələ ilə bağlı gəlsinlər müzakirələr aparaq. Biz dəfələrlə demişik, heç bir sahədə müxalifət bizimlə müzakirə aparmaq iqtidarında deyil.
- Amma müxalifət ümid edir ki, onların iştirak etmədiyi seçkiləri beynəlxalq təşkilatlar müsbət qarşılamayacaqlar...
- Qətiyyən belə ola bilməz. Dünyanın heç bir yerində elə şey yoxdur ki, kimsə seçkidə iştirak etmirsə, beynəlxalq aləm seçkiləri pis qarşılayır. Bu ona bənzəyir ki, dərsini bilməyən, şuluq şagird məktəbə gəlmirsə, məktəbdə dərs keçirilməməlidir. Bu, anormal bir şeydir. Adətən, pisə yaxşını nümunə göstərərlər, yaxşıya pisi yox. Seçkilərdə iştirak edib-etməmək həmin partiyaların öz qərarıdır. Azərbaycanda prezident seçkiləri elan olunub, namizədlər irəli sürülüb. Onların arasında müxalifət nümayəndələri də var. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda seçkilər qanunun aliliyi, Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilsin.
Nardar BAYRAMLI
 
  • Oxunub:  24210  |  
  • Tarix:  08-08-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA