Ana səhifə »  Müsahibə »  ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir
A+   Yenilə  A-
ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva www.yap.org.az saytına müsahibə verib:
- Jalə xanım, bu günlərdə ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında tədbir keçirilib. Tədbirin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Hesab edirəm ki, bu tədbirin böyük əhəmiyyəti var. Qeyd edim ki, adıçəkilən tədbir BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə uyğun olaraq təşkil edilmişdi.
“Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır...” Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Birinci xanım bu fikirləri məhz ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil olunmuş videokonfrans formatında tədbirdə çıxışı zamanı dilə gətirdi.
İstər BMT-nin, istərsə də Azərbaycan ilə uzun illərdir çox məhsuldar və konstruktiv əməkdaşlıq edən ICESCO-nun 2021-ci ili “Qadınlar ili” elan etməsi çox tarixi və əlamətdar bir hadisədir. Çünki bu gün həyatın bütün ağırlıqları, yükü,demək olar ki, qadınların çiyinləri üzərindədir.
Bu gün hər cür fiziki və mənəvi təzyiqlərə, zorakılıqlara məruz qalanlar da məhz zərif cinsin nümayəndələri olan qadınlardır. Bu gün dünyanın elə bir nöqtəsi, elə bir coğrafiyası yoxdur ki, orada qanlı qarşıdurmalar, qırğınlar, vətəndaş müharibələri, terror aktları, aclıq, səfalət, insanlıq dramları yaşanmasın.
Bu qanlı qarşıdurmaların, bu insanlıq dramlarının baş qurbanları da yenə qadınlardır. Odur ki, ilin istənilən gününü, təqvimin istənilən ilini qadınlara ayırsalar, həsr etsələr belə, yenə də azdır. Qadınlar, zərif cinsin nümayəndələri hər zaman, xüsusi diqqətə, həssas münasibətə, qayğıya layiqdirlər, belə demək mümkünsə, möhtacdırlar. Bu istiqamətdə atılan istənilən müsbət addım da yalnız və yalnız alqışa, təqdirə layiqdir.
- Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycan qadınları da fədakarlıq göstərdilər...
- Çox sevindirici və qürurverici haldır ki, tarixən bir çox zülmlərə, insanlıq dramlarına məruz qalan, elə təkcə 2020-ci ilin sonlarına qədər davam edən qanlı münaqişənin odundan-alovundan keçən Azərbaycan qadını hər məqamda öz mərdanələyi, öz qəhrəmanlığı ilə seçilmiş, fərqlənmişdir, kişilərlə çiyin-çiyinə, kürək-kürəyə, omuz-omuza olmuş, çalışmışdır.
Bəli, bu münaqişəyə son qoyan tarixi 44 günlük Vətən müharibəsində də Azərbaycan qadını, Azərbaycan anası, Azərbaycan qızları bir andaca müsəlləh əsgərə çevrildilər, müharibənin qalibiyyətlə başa çatması üçün əllərindən gələni əsirgəmədilər.
Vətən müharibəsinin dastan yazan qəhrəmanları arasında Azərbaycan qadınları, Azərbaycan xanımları da oldu... Qanlı Naftalan-Qaşaltı, Gəncə, Bərdə terror aktlarının əsas qurbanlarından biri yenə Azərbaycan qadını oldu. Amma bu terror, insanlıq əleyhinə olan barbarlıq, vandallıq aktları, ümumən bu münaqişə Azərbaycan qadınının, Azərbaycan xanımının əzmini, iradəsini qıra, sındıra bilməmiş, əksinə, onu düşmənə qarşı daha əzmkar, daha şücaətkar, daha barışmaz etmişdir. Bəli, 44 günlük tarixi zəfərdə baş qəhrəmanlardan biri də məhz Azərbaycan qadını oldu. Qürur və iftixar nümunəsi!
- Ümumiyyətlə, Azərbaycanda uğurlu dövlət qadın siyasəti həyata keçirilir. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, istər ilk, cəmi 23 aylıq Xalq Cümhuriyyəti dönəmində, istərsə də artıq 30 illiyini qeyd etməyə hazırlaşdığımız müstəqillik dönəmində qadın siyasəti Azərbaycan dövlətinin əsas prioritetlərindən biri olmuşdur.
Mehriban xanım Əliyevanın da vurğuladığı kimi, istər müsəlman-Şərq aləmində, istərsə də dünyada, bir çox gəlişmiş, oturuşmuş dövlətlərdən öncə, qadına seçib və seçilmək hüququ verən Cümhuriyyət məhz Azərbaycan dövləti olmuşdur.
Bu, Azərbaycan qadınına, bütövlükdə qadına verilən dəyərin, ehtiramın başlıca nümunələrindəndir. Bu, bizim iftixar tariximizdir.
Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.
Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.
Həmçinin bir çox azərbaycanlı qadın elmə böyük töhfələr verib və onlar elm sahəsi ilə məşğul olan qızlar və gənc xanımlar üçün əsl ilham mənbəyidir.
Lakin bu gün ən vacib məsələ qızların və gənc xanımların iştirak səviyyəsinin yaxşılaşdırılması üçün münbit şəraitin yaradılmasının davam etdirilməsi və elm sahəsində gender boşluğunun doldurulmasıdır.
“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə təşkil olunmuş tədbirdəki geniş və məzmunlu çıxışında “Bir nümunə olaraq bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız “Qadınlar elm, texnologiya, mühəndislik və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd tələbə və gənc xanımların həmin sahədə uğur qazanmış nümunəvi şəxslərlə təmas yaratması və onlara təhsil və karyera sahəsində çağırışların öhdəsindən gəlmək üçün məsləhətlərin verilməsidir”, - deyən Mehriban xanım Əliyeva qeyd etmişdir ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir.
Birinci vitse-prezident sonra “ICESCO-nun xoşməramlı səfiri qismində mən bütün üzv dövlətlərə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırış edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarında lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaratmalıyıq”, - deyə qeyd edərək Azərbaycanın bu mənada öz töhfəsini verməyə hazır olduğunu bəyan etmişdir.
Çıxışı zamanı Birinci vitse-prezident həmçinin bildirmişdir ki, hazırda Azərbaycan dövləti qarşısında azad olunmuş ərazilərin canlandırılması və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır.
Bəli, deyildiyi kimi, biz bunun da öhdəsindən gələcəyik. Biz dağıdılmış şəhərləri və kəndləri də bərpa edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik.
Biz işğal zamanı zərər görmüş mədəni irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa hazır olduğunu yüksək qiymətləndiririk.
Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik təsis etməsi imkanının nəzərdən keçirilməsinə görə xüsusi minnətdarlığımızı bildiririk.
Həmin nümayəndəlik digər sahələrlə yanaşı, qadınlar və qızların elmdə rolunun artırılmasına konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı gücləndirə bilər.
Bəli, belə də olacaq, Azərbaycan dövləti, Azərbaycan qadını bu məsələdə də öz sözünü deyəcək, öz töhfəsini verəcək, öz Azərbaycan modelini yaradacaqdır.
Bizim hədəflərimiz böyükdür və bu hədəflərə mütləq şəkildə çatacağıq, necə ki, zaman-zaman çatmışıq, çatırıq, 44 günlük tarixi Zəfər də bunun şanlı bir nümunəsidir.

 
  • Oxunub:  5700  |  
  • Tarix:  16-02-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir

15 Aprel 17:11
Elçin Quliyev: Azərbaycan Prezidenti beynəlxalq konfrans vasitəsilə dünyaya mühüm mesajlar verdi
15 Aprel 16:35
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyənin müvafiq qurumları arasında yüksək səviyyəli əməkdaşlıq inkişaf edir
15 Aprel 16:33
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
15 Aprel 16:29
İtaliya Senatının komissiya sədri özünün “Twitter” səhifəsində Ağdama səfəri ilə bağlı paylaşım edib
15 Aprel 16:28
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər
15 Aprel 16:21
Deputat: Hərbi Qənimətlər Parkı müharibənin bütün mərhələlərini özündə əks etdirir
15 Aprel 16:19
ADA Universitetində keçirilən konfransda dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri ilə yanaşı, olduqca mühüm mesajlar da çatdırıldı
15 Aprel 16:16
Şəhid Murad Məmmədovun xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib
15 Aprel 16:03
Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək
15 Aprel 16:01
COVID-19: Dünyada bu günədək 825 milyon dozadan çox vaksinləmə aparılıb
15 Aprel 15:58
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
15 Aprel 15:57
Yaponiyanın ölkəmizdəki səfiri Şəkidə olub
15 Aprel 15:43
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
15 Aprel 15:18
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb
15 Aprel 15:16
BƏƏ-nin müvəqqəti işlər vəkili: Azərbaycandakı multikulturalizmə və tolerantlığa heyran qalmışam
15 Aprel 14:39
Bir qrup jurnalist Ağdama səfər edib
15 Aprel 14:22
Mövlud Çavuşoğlu: Türkiyə Ukrayna-Rusiya böhranında neytral mövqe tutur
15 Aprel 14:19
Qitələrarası velosiped yarışı bu il pandemiya şərtləri çərçivəsində keçirilir
15 Aprel 13:31
Yevlaxda şəhid Əli Məmmədovun xatirəsi anılıb
15 Aprel 13:28
Sabah tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanlarında 18 mindən çox şagird iştirak edəcək
15 Aprel 13:26
Andrey Petrov: Əgər Ermənistanı qarşıdurmanın yenidən başlanmasına kənardan sövq etməyi dayandırsalar, o halda problemin həlli mümkünsüz görünməyəcək
15 Aprel 13:24
Deputat: Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib
15 Aprel 13:21
Onlar bizə əmanət!
15 Aprel 13:14
“Israel HaYom” nəşri: azərbaycanlı qaçqınlar doğma yurdlarına qayıdacaqlar
15 Aprel 13:10
Azərbaycan ilə Meksika arasında ədəbi əlaqələr müzakirə edilib
15 Aprel 13:07
YAP Mərkəzi Aparatında partiyanın Veteranlar Şurasının üzvü Ədalət Fərəcovun 85 illik yubileyi münasibətilə görüş keçirilib
15 Aprel 12:52
Orduda gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir
15 Aprel 12:29
“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir
15 Aprel 12:15
Nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar qaynar xətt yaradılıb
15 Aprel 12:13
Fərid Şəfiyev Ermənistanın baş nazirinin “Dağlıq Qarabağı qaytarmaq” iddialarını şərh edib
15 Aprel 12:03
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Litva arasında əlaqələr möhkəmlənir
15 Aprel 12:02
Azərbaycan əhalisinin sayı 10 milyon 127 min 127 nəfərə çatıb
15 Aprel 11:50
Fərrux Sədirov: Ramazan ayında insanların iftar süfrələrində sıx toplaşması yoluxma təhlükəsini 4-5 dəfə artırır
15 Aprel 11:49
Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
15 Aprel 11:46
Əhliman Əmiraslanov: Regionun inkişafı Azərbaycan üçün strateji prioritetdir
15 Aprel 11:40
“Azərenerji”: “Yaşma” yarımstansiyası əsaslı şəkildə yenidən qurulur
15 Aprel 11:31
“Foreign Policy News” nəşri Azərbaycan Prezidentinin Cənubi Qafqazın gələcəyinə dair fikirlərini işıqlandırıb
15 Aprel 11:13
Anadolu agentliyi Belarus Prezidentinin Azərbaycana səfərini geniş işıqlandırıb
15 Aprel 11:12
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
15 Aprel 10:42
Ermənistan başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir
15 Aprel 10:34
Akademik Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir
15 Aprel 10:29
BMT nümayəndələri Azərbaycanın münaqişədən zərər çəkmiş bölgələrinə səfər ediblər
15 Aprel 09:51
Tarixi və ədalətli zəfərin əbədi rəmzi – Hərbi Qənimətlər Parkı
15 Aprel 09:43
Ordumuzun tarixi qələbəsi hər bir azərbaycanlıda böyük qürur və fəxarət hissi doğurur
15 Aprel 09:04
Prezident İlham Əliyev dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir
15 Aprel 08:54
YAP Gənclər Birliyi növbəti dönəmdə təkcə partiyamızın deyil, bütün Azərbaycan gəncliyinin vahid birliyinə çevrilməyi hədəfləyir
15 Aprel 08:50
YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüşləri davam etdirir
15 Aprel 08:49
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Asif Abışovun ailəsini ziyarət ediblər
15 Aprel 08:47
Elşən Musayev: Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməməsinə etiraz etməlidirlər
15 Aprel 08:46
Asim Mollazadə: Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir
15 Aprel 08:45
Qulamhüseyn Əlibəyli: Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş silahlardan istifadə olunması müharibə cinayətidir
15 Aprel 08:44
Sübut Əsədov: Ermənistanın ərazilərimizi kütləvi şəkildə minalaması ciddi problem olaraq qalmaqdadır
15 Aprel 08:42
AXC-“Müsavat” cütlüyü Azərbaycan xalqına xəyanət edib
15 Aprel 08:41
Ermənistanda xaos...
15 Aprel 08:38
“Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar”
15 Aprel 08:36
Regionlarda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
14 Aprel 21:22
“XXI əsr: milli-mənəvi dəyərlər və gender siyasəti” mövzusunda videokonfrans keçirilib
14 Aprel 21:15
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib
14 Aprel 21:14
ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidenti liderlik və intellektual potensialını bir daha ortaya qoydu
14 Aprel 20:36
XİN: Vasitəçi rolunda çıxış edən bir ölkənin rəsmi nümayəndəsinin verdiyi şərhlərə daha məsuliyyətlə yanaşması gərəkdir
14 Aprel 20:29
Deputat: Azərbaycanın regionda əməkdaşlıq yaratması beynəlxalq uğurumuzdur
14 Aprel 20:25
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
14 Aprel 19:13
“Azərpoçt”la Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının rəhbərləri müzakirələr aparıb
14 Aprel 19:12
Deputat: Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlı üçün qürur mənbəyi və and yeridir
14 Aprel 18:59
Ədliyyə Nazirliyi probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin tətbiqinə dair onlayn brifinq keçirib
14 Aprel 18:56
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb

14 Aprel 18:54
“The Guardian” YAP haqqında böhtan yazısına görə təkzib verməlidir


14 Aprel 18:52
Cəmil Həsənliyə görə istefa verdiyini deyən şəxs 2020-ci ildə YAP sıralarından xaric edilib

14 Aprel 18:49
YAP Nəsimi rayon təşkilatı “Şəhid qardaşıma məktub” layihəsinə start verib
14 Aprel 18:15
Hikmət Babaoğlu: Bütün dünya yeni reallığı düzgün qiymətləndirməli, Azərbaycanın əməkdaşlıq və tərəfdaşlıqla bağlı təşəbbüslərini tarixi fürsət kimi dəyərləndirməlidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +12