Ana səhifə »  Müsahibə »  Hakim partiyanın namizədi İlham Əliyev seçkilərin alternativsiz lideridir
A+   Yenilə  A-
Hakim partiyanın namizədi İlham Əliyev seçkilərin alternativsiz lideridir
Bahar Muradova: Prezident İlham Əliyev Azərbaycanı irəliyə aparmaq gücündə olan şəxsiyyət kimi malik olduğu keyfiyyətlərlə seçilən bir ölkə başçısıdır
Avqust ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının IV qurultayında partiyanın Sədri, Prezident İlham Əliyevin 2008-ci il 15 oktyabr tarixində keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürüldü. Bununla YAP həm tarixi qərar qəbul etmiş, həm də Azərbaycan xalqının arzu və istəyini rəsmiləşdirmiş oldu. Azərbaycanın mühüm ictimai-siyasi proses - seçki ərəfəsində olmasına baxmayaraq, bir sıra qruplar artıq özlərinin məğlubiyyətini indidən hiss edərək geri çəkilməyə başladı və "boykot taktikası"nı seçmiş oldular. Bəzi dairələr isə bu addımın Azərbaycandakı seçkilərə ciddi şəkildə təsir edəcəyini iddia edirlər. Bu baxımdan bir çox məsələlərə aydınlıq gətirmək üçün suallarımızı Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Sədrinin müavini Bahar Muradovaya ünvanladıq:
- Yeni Azərbaycan Partiyasının IV qurultayının tarixi qərar qəbul etməsi baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycanın seçkilər ərəfəsində olduğunu nəzərə alaraq Yeni Azərbaycan Partiyasının IV qurultayını ölkə tarixi üçün əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar. çünki, bir əsirdə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın həyatında özünəməxsus yeri olan, ölkəmizin müəyyən bir dövrünü öz siyasi fəaliyyətilə nizamlayan, dövlətimizin qurucusu, memarı ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu partiyanın ali yığıncağı keçirilirdi. Təbii ki, bu toplantı təkcə qurultay nümayəndələrinin deyil, bütövlükdə Azərbaycan xalqının istəyinin, iradəsinin ifadəsi oldu. YAP-ın IV qurultayında yekdilliklə partiya Sədri, Prezident İlham Əliyevin 2008-ci 15 oktyabrda keçiriləcək prezident seçkilərində namizədliyi irəli sürüldü. Bu baxımdan, qurultay ciddi və vacib qərar qəbul etmiş oldu.
Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da Konstitusiyaya uyğun olaraq müəyyən müddətə ölkəyə rəhbər seçilir. Bu isə öz növbəsində seçkilərdən sonra ölkənin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm amil olur. Bu mənada, düşünürəm ki, YAP-ın qurultayında partiyanın müəyyənləşdirdiyi namizəd, eləcə də onun xalqın, dövlətin qarşısında həyata keçirəcəyi işlər, vəzifələr haqqında söylənilmiş fikirlər, irəli sürülmüş şüarlar, Azərbaycan xalqının iradəsinin ifadəsi oldu. Məhz bu mənada, qurultay gələcək perspektivlərə hesablanmış tarixi bir missiyanı reallaşdırdı. YAP IV qurultayı ilə malik olduğu gücü, nüfuzu və imkanlarını sübut etmiş oldu. Təbii ki, bu uğurların arxasında Prezident İlham Əliyev şəxsiyyəti və xalqın etimadı durur.
- Bir qədər geniş şəkildə yanaşsaq dövlət başçısı, YAP-ın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini zəruri edən məqamları necə qruplaşdırmaq olar?
- Hər şeydən əvvəl Prezident İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürülməsi sırf ONUN ŞƏXSİYYƏTİ və UÄžURLU FƏALİYYƏTİLƏ bağlıdır.
İkinci amil odur ki, Prezident İlham Əliyev intellektual və xarizmatik lider kimi mütəşəkkil qüvvə olan YAP-ın Sədridir.
üçüncüsü, dövlət başçısı İlham Əliyev müasir Azərbaycanın qurucusu, memarı, eləcə də YAP-ın yaradıcısı dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasi varisidir. ümumiyyətlə, Prezident İlham Əliyevin namizədliyini şərtləndirən amillərin sayını çoxaltmaq olar. Amma bir məqamı qeyd edək ki, Prezident İlham Əliyev birinci dəfə ölkə başçısı seçildikdən sonra üzərinə düşən vəzifələri, xalq qarşısında götürdüyü öhdəlikləri konkret fəaliyyəti, əməlləri, 5 ildə görülə biləcək işlərdən çox işlər görməklə, həmçinin, "söz+əməl" vəhdəti formulunu reallaşdırmaqla özünü sübut etmiş nüfuzlu siyasətçidir. Prezident İlham Əliyev bu gün Azərbaycanı irəliyə aparmaq gücündə olan bir şəxsiyyət kimi malik olduğu keyfiyyətlərlə seçilən bir ölkə başçısıdır. Bu baxımdan deyə bilərik ki, bu gün Azərbaycanda dövlət başçısı kimi, xarizmatik və nüfuzlu liderə xas keyfiyyətlərə sahib alternativ siyasi partiya rəhbəri, şəxs yoxdur. Prezident İlham Əliyevin şəxsiyyətilə yanaşı, ölkə başçısının prezidentliyə namizədliyinin növbəti dəfə irəli sürülməsini şərtləndirən amillərdən biri də xalqın Ona olan inamı, sevgisi və dəstəyidir. ümumiyyətlə, bu və ya digər keyfiyyətlərə malik olmaq olar. Amma həmin şəxs bu keyfiyyətləri özünün hansısa əməli işində sübut etmirsə, bu potensial qabiliyyət xalqın etimadını qazana bilməz. Bu baxımdan, düşünürəm ki, real işlərlə malik olduğu keyfiyyətləri sübut edən Prezident İlham Əliyev xalqın dəstəyinə arxalanır. Bir sözlə, partiyanın Sədri, ölkə başçısı İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə biz həm də xalqın arzu və istəyini rəsmiləşdirmiş olduq.
- Azərbaycan xalqı hər zaman Yeni Azərbaycan Partiyasının siyasi proseslər zamanı yeni taktiki gedişləri nümayiş etdirməsinin şahidi olub. Bu dəfə necə, cəmiyyət yenidən həmin yenilikləri görə biləcəkmi?
- Budəfəki seçkilərdə də YAP yeni taktiki gedişləri özündə ehtiva edən kompleks addımlar atacaq. çünki, YAP novatorluq mahiyyətini elə adında daşıyır. Biz Yeni Azərbaycan qurmaqla müasirləşən dünya ilə ayaqlaşaraq, eyni zamanda, hakim partiya olaraq həmişə öz ölkəmizə müxtəlif sahələri əhatə edən yeniliklər gətirmişik. Bu yeniliklər isə özünü daha çox siyasi proseslər zamanı seçki kampaniyalarının təşkilində, partiya tərəfindən irəli sürülmüş namizədin uğurunun təmin olunmasına yönəlik işlərin qurulmasında və bu fəaliyyətə müsbət təsir edə biləcək işlərin koordinasiya edilməsində göstərir. Bir sözlə, xalqın Azərbaycan Respublikasına Prezident seçilməsi istiqamətində istək, arzu və imkanlarının bir araya gətirilməsinə, uğurun yüksək nəticə ilə əldə olunmasına yeni baxışlarla yanaşan bir siyasi qüvvə olduğumuzu hər zaman sübut etmişik. Bu dəfə də belə olacaq. Seçki prosesi kifayət qədər həm ənənəvi, həm əldə etdiyimiz təcrübə, həm də bugünkü ictimai-siyasi reallığa uyğun yeniliklərlə zəngin olacaq. Məhz bu baxımdan, bizim seçki kampaniyamız kifayət qədər maraqlı və cəlbedici keçəcək.
- Bir sıra siyasi qruplar seçkilərdə iştirakdan imtina edib və bəzi maraqlı dairələr iddia edir ki, bu siyasi qrupların atdığı addım seçki prosesinə ciddi şəkildə təsir edəcək. Bu cür əsassız iddialar nə dərəcədə doğrudur?
- Bəzi siyasi qruplaşmaların seçkilərdə iştirakdan imtina etməsi seçki prosesinin gedişatına heç bir təsir göstərməyəcək. Yəni, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsindən sonra Azərbaycanda keçirilmiş bütün seçkilərdə "boykot taktikası" bir qrup insanların leksikonundan və fəaliyyət gündəmindən düşməyib. Bu isə məqsədli şəkildə həyata keçirilən bir fəaliyyətdir. çünki fərqli proqram, ideya və bu ideyalara çatmağın fərqli yollarını göstərməyə hər adam və ya deyildiyi kimi, siyasi qruplaşma qadir deyildir. Bu baxımdan, özünü "fərqləndirməyin" yolu kimi "boykot taktikası" seçilir. Həmin "taktika" bu gün də davam etməkdədir. Bu qruplaşmalar özlərini siyasi partiya elan edərək hakimiyyətə iddialarını ortaya qoyublar. Onlar bu iddialarını qanun çərçivəsində reallaşdırmadan, heç buna cəhd etmədən ümidlərini qanundankənar proseslərə, möcüzələrə, hansısa "x" və ya "y" gününə, kənarda gedən siyasi proseslərin Azərbaycandakı vəziyyətə təsirinə bağlayaraq konkret əməli iş görmürlər. Onlar bu dəfə də ənənəvi yolla gedərək hər hansı bir addım atmaq iqtidarında olmadıqlarını yenidən göstərdilər və hələ də yerlərində saymaqda davam edirlər.
Azərbaycan inkişaf edir, yeniləşir, getdikcə regionda və dünyada mövqeyini möhkəmləndirir. Azərbaycanda müxtəlif səviyyələrdə seçkilər keçirilir, millət vəkilləri, prezidentlər bir-birini əvəzləyir. Siyasət artıq ölkənin inkişafı baxımından yeni çalarlarla zənginləşir. Dünyada gedən prosesləri Azərbaycanda cərəyan edən hadisələrlə uzlaşdırmaq üçün çox ciddi işlər aparılır. Azərbaycan dünya, dünya isə Azərbaycan üçün açılır. Bir sözlə, sürətli inkişafdan kənarda qalan bu qruplar hələ də öz amplualarından çıxa bilmirlər. Onların nə fəaliyyət formaları, nə də düşüncə tərzləri dəyişib. ölkəyə, xalqa və məqsədə çatmaq üçün tutduqları yola münasibətləri dəyişməz qalır. Bu baxımdan, həmin qrupların "boykot taktikası"nın Azərbaycandakı ictimai-siyasi proseslərə zərrə qədər təsiri yoxdur. Bunu bugünə qədər keçirilmiş seçkilər dəfələrlə sübut edib. Problem yalnız "boykot taktikası"nı seçmiş qrupların öz aralarındadır. Bu problemlərin Azərbaycanın qarşısında duran heç bir vəzifəylə heç bir bağlılığı yoxdur.
Dünyada olduğu kimi, Azərbaycanda da hər kəs seçdiyi peşəyə uyğun fəaliyyətini qurur və çatmaq istədiyi ali məqsədləri özü seçir. Bəhs etdiyiniz insanlar da özlərinə "müxalifətçilik" peşəsini seçiblər. Qeyri-peşəkar olduqlarını da bu günə qədər özləri sübut ediblər.
ümumiyyətlə, cəmiyyət və dövlət üçün əhəmiyyətli, vacib, eyni zamanda da şərəfli peşə seçdikdə, həmin istiqamətdə fəaliyyəti həyata keçirmək üçün adekvat addımlar atmamaq heç kimə uğur gətirmir. Bu, həm də o demək deyil ki, onlar bu yolda ardıcıl və məqsədlidirlər. Sadəcə, onların başqa yolu yoxdur. Düşdükləri vəziyyətdən çıxa bilmirlər. Həmin insanlar artıq bu yoldan çəkinməli və yerlərini yeni düşüncəli gənc nümayəndələrə verməlidirlər. çünki onlar cəmiyyətdə iqtidara alternativ qüvvə kimi qəbul edilmirlər. Məhz onların "siyasətini" kiçik yaşlı qızların daha çox xoşladığı oyunla müqayisə etmək olar.
Düşünürəm ki, qurduğumuz Azərbaycan adlı evin inşasında kiçik də olsa, hər hansı bir fəaliyyəti ilə iştirak etməyən bu cür insanların bundan sonra fəaliyyət göstərmələri üçün, ən azı, mənəvi haqları çatmır.
Ramil VƏLİBƏYOV
 
  • Oxunub:  24600  |  
  • Tarix:  12-08-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA