Ana səhifə »  Müsahibə »  Şimali Kipr Türk Cümhuriyyəti öz varlığını qoruyacaq
A+   Yenilə  A-
Şimali Kipr Türk Cümhuriyyəti öz varlığını qoruyacaq
Zəki Qazioğlu: Kipr türklərinin öz iradələri ilə qurduqları dövlətdən vaz keçmələrindən söhbət belə gedə bilməz
Sentyabrda Kipr probleminin həlli istiqamətində növbəti addım atılacaq. İlk olaraq sentyabrın 3-də adanın hər iki tərəfinin lideri Mehmet Əli Tələt və Dmitris Xristofias bir araya gələcəklər. Simvolik məna daşıyan bu görüşmədən tam bir həftə sonra, yəni, sentyabrın 10-da tərəflər arasında komissiyalar səviyyəsində danışıqlar başlayacaq. Bu danışıqlarla eyni zamanda Kiprdə mücadilə daima davam edəcək. Əksər müşahidəçilərin qənaətinə görə, nə qədər ki, Kiprdə türklərlə rumlar var, bu bir anlaşma olsa belə, bu mücadilə dəyişik şərtlər daxilində daima davam edəcək. Dolayısı ilə Kiprdə mübarizə heç zaman bitməz. Dövrün tələblərinə uyğun ən yaxşı yaşayış şəraitini vətəndaşlarımıza yaratmaq hökumətlərimizin başlıca vəzifəsidir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakıdakı təmsilçiliyinin rəhbəri Zəki Qazioğlu da eyni qənaəti bölüşür. Onun sözlərinə görə, ŞKTC-nin müstəqilliyinin elan edilməsindən 25 il keçib. Bundan öncə isə Kipr Türk Federal Dövləti vardı. Yəni, Kiprin türk xalqı artıq bir xalq olduğunu və öz dövlətini qurduğunu, həmçinin, "Annan planı"nın qəbuluna dair keçirilən referendumda da iştirak haqqı qazanmaqla özünün varlığını dünyaya isbat edib: "Dolayısı ilə Kipr türklərinin öz iradələri ilə qurduqları dövlətdən vaz keçmələrindən söhbət belə gedə bilməz. Bu dövlət yaşamağa davam edəcək. Ancaq bu dövlət rumlar və dünya tərəfindən tanınaraq, rum kəsimindəki dövlətlə müştərək anlaşma əldə edə bilər. Başqa cür isə mümkün deyil. Yəni, rumların arzuladıqları kimi, biri dövlət (yəni, rum tərəfi), digəri isə camaat (yəni, türk tərəfi) olmaqla hər hansı anlaşmanın imzalanması qeyri-mümkündür. Onun üçün ŞKTC daima yaşamasına davam edəcək".
Son zamanlar xarici mətbuatda gedən "ortaq dövlət" anlayışını toxunan Zəki Qazioğlu deyir ki, burada da söhbət bərabərhüquqlu təmsilçilikdən gedir. Yəni, əgər rumlar da qəbul edərlərsə, bəlkə gələcəkdə dövlətlərin qurduğu başqa bir ortaq dövlət ortaya çıxa bilər. Amma ŞKTC təmsilçisi onu da əlavə edir ki, bu yeni dövlətin yaranacağı təqdirdə belə Kipr türklərinin öz dövlətçilik haqlarından əl çəkəcəklərini düşünmək lazım deyil: "Qısası, yaranacaq dövlətin təməlini hazırkı dövlətlərimiz təşkil etməlidir. Yeri gəlmişkən, hazırda ŞKTC-də aparılan sosioloji sorğular zamanı da xalqın həmin mövqeyi dəstəklədiyi bir daha təsdiqlənib. Məsələn, bir neçə gün öncə nüfuzlu sosioloji araşdırma mərkəzi olan "KADEM" tərəfindən aparılan sorğu zamanı bəlli olub ki, Kipr türk xalqının 85 faizi dövlətin bütün atributları ilə davam etməsinə tərəfdardır".
Zəki Qazioğlunun sözlərinə görə, əslində, bu sorğunun nəticəsini bəzi qüvvələrin "Kiprin türk xalqı, xüsusilə gənc nəsil dövlətin var olmasını istəmir" iddialarına tutarlı cavab kimi dəyərləndirmək olar: "Düzdür, ŞKTC-də iqtisadi çətinliklər olur və bundan qəzəblənən bəzi insanlar bəzən nəsə söyləyirlər. Amma bu söyləntilər Kipr türk xalqının öz dövlətindən vaz keçmək istəyi kimi qəbul oluna bilməz. Xalqın etirazı sadəcə seçkilər zamanı özünü büruzə verə bilər. Yəni, seçkilər keçirilməsi zamanı xalq onun iqtisadi maraqlarını doğrultmayan qüvvəyə səs verməz və bununla da hökumət dəyişikliyi baş verər. Hər kəs bilməlidir ki, istənilən daxili problemlərin həlli yalnız xalqın öz əlindədir. Biz özümüz problemlərimizi həll etməsək, kənardan kimsə bizə dəstək verməz. Əgər problem varsa, onun aradan qaldırılması üçün özümüz fəaliyyətə keçməliyik".
Seçkilərdən söz düşmüşkən, ŞKTC təmsilçisi bu məsələyə də münasibət bildirib: "Hökumət seçkilərin 2010-cu ildə keçiriləcəyini deyir. Lakin əsas ehtimallar seçkilərin məhz gələn il baş tutacağı üzərində qurulub. Onu da deyim ki, bu ehtimallar təsadüfən ortaya çıxmayıb. Məsələ burasındadır ki, yuxarıda bəhs etdiyimiz "KADEM" araşdırma mərkəzinin sorğu anketinə siyasi qüvvələrə münasibətlə bağlı sual da daxil edilmişdi. Nəticələr isə indiki hökumət üçün ürəkaçan olmayıb. Belə ki, rəy sorğusu zamanı hazırda müxalifətdə dayanan Ulusal Birlik Partiyasının 40 faizə qədər səs qazandığı ortaya çıxıb. Bu o deməkdir ki, əgər bu gün ŞKTC-də parlament seçkisi keçirilərsə o zaman müxalifətçi Ulusal Birlik Partiyası seçicilərin 40 faiz səsini qazanmış olacaq". Yuxarıda da qeyd etdiyimimz kimi sentyabrda Kiprin rum və türk tərəfləri arasında növbəti görüş və danışıqlar başlayacaq. Bu danışıqlar özündə konkret olaraq nəyi əks etdirməsinə gəlincə, Zəki Qazioğlu aşağıdakıları deyib: lKipr türk tərəfi səmimiyyətlə bir çözüm arayışındadır. Rum tərəfinin buna istəkli olub-olmadığını sınaqdan keçirir. Türk tərəfi bu görüş və danışıqların keçirilməsində tamamilə səmimidir. Yəni, Kiprin türk tərəfi, konkret olaraq ŞKTC bunu sadəcə dünyaya göstərmək üçün deyil, həqiqətən adada əbədi sülhün ələdə olunması üçün danışıqlar masası arxasında əyləşib. Bizim istəyimiz tamamilə hər kəsə, bütün dünya birliyinə aydındır. Biz Kipr türk xalqı olaraq tərəflər arasında anlaşılmaz nöqtələrin müəyyən edilməsi, bu nöqtələrin aradan qaldırılmasının yollarının araşdırılması, həmçinin, adanın hər iki xalqı üçün məqbul sayılacaq adil bir həll variantının tapılmasına tərəfdarıq. Təbii ki, bu zaman hazırkı şərtlər də nəzərdən qaçmamalıdır. Hazırkı şərtlər isə iki xalqın unitar dövlətinə əsaslanan ortaq bir həll vapriantının tapılmasını diqtə edir. Kipr türk xalqının danışıqlar masası arxasında ortaya qoyduğu şərtlər məhz bunlardan ibarətdir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. İkitərəfli komitələrin toplantılarında istəklərimizi qarşı tərəfə, həmçinin, dünya birliyinə çatdırırıq".
ŞKTC təmsilçisi bu çabalara rəğmən qarşı tərəfin reaksiyasının adekvat olmamasından təəssüflənir: "Təkcə bir misal deyim. Biz bu ikitərəfli komitələrə nazirliklərimizin məsul şəxslərini, hətta, müşavirlərimizi belə qoşmuşuq. Lakin qarşı tərəf həmin komitələrdə təqaüdə çıxmış şəxslərlə təmsil olunur. Bu da səbəbsiz deyil. Kiprin rum kəsimi bununla bir növ "Kiprin türk tərəfini bərabərhüquqlu tərəf kimi qəbul etmirəm" mesajını vermiş olur. Bu isə adada əbədi sülhün əldə edilməsini sual altına alır. çünki rumlar bu mövqelərindən əl çəkməsələr problemin həlli qeyri-mümkün olacaq. Bu günə olan vəziyyət isə rumların anlaşma əldə etmək deyil, bu yolla sadəcə vaxt qazanmaq niyyətindən xəbər verir. Rumlar belə hesab edirlər ki, problemin birdəfəlik həlli yalnız onların istəklərinə uyğun şəkildə mümkün ola bilər. Yəni, onların fikirlərinə görə, zaman keçdikcə Kiprin türk xalqı daha çox iqtisadi problemlərə tuş gələcək. Bununla da iqtisadi baxımdan zəif düşmüş Kipr türk xalqını ən sarsıdıcı sülh sazişinə məcbur etmək niyyətindədirlər. Rumların digər niyyətləri də Türkiyə ilə bağlıdlır. Belə ki, onlar Avropa Birliyi vasitəsilə Türkiyəyə təzyiq edərək, rəsmi Ankaranı Kipr probleminin həllindəki haqlı mövqeyindən çəkindirmək istəyirlər. Onu da deyim ki, əslində, bu rumların indiki mövqeləri deyil. Onlar daim məhz bu mövqeyi nümayiş etdiriblər və bu gün də həmin siyasətlərinə sadiq qalırlar".
Yeri gəlmişkən, ŞKTC təmsilçisi tərəflərin ortaq nəticə əldə etmək üçün indiki kimi heç bir zaman əlverişli imkana malik olmadıqlarını deyir: "Bu gün istər ŞKTC-də, istər Türkiyədə, istərsə də bütün dünyada belə bir mövqe hakimdir ki, Kipr probleminin həlli üçün danışıqların aparılması baxımından bundan münbit şərait ola bilməz. Belə ki, Kiprin rum tərəfinin rəhbəri Dmitris Xristofias Moskvada təhsil almış, bir qədər sol baxışlara malik birisidir. Eyni zamanda, ŞKTC prezidenti Mehmet Əli Tələtin baxışları da onun baxışlarına yaxındır. Yəni, danışıqlarda ümumi razılığa gəlmək üçün ən uyğun dialoq tərəfləri kimi məhz Xristofias və Tələt çıxış edə bilər. Yəni, qarşı tərəfin də arzusu olarsa danışıqların uğurla nəticələnməsi üçün tərəflər arasında ümumi dil tapılmasına dair çox münbit bir zəmin var. Amma yuxarıda da qeyd etdiyim kimi, komitə toplantılarında rumların nümayiş etdirdikləri mövqe onların əbədi sülhün əldə edilməsinə maraq göstərmədiklərinə işarə edir. Bununla belə, biz sona qədər danışıqlar şansından yararlanmaqda israrlıyıq".
N.AZƏRİ
 
  • Oxunub:  23850  |  
  • Tarix:  16-08-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA