Ana səhifə »  Müsahibə »  YAP öz qurultayında xalqın arzusunu rəsmiləşdirdi
A+   Yenilə  A-
YAP öz qurultayında xalqın arzusunu rəsmiləşdirdi
Yubilyarın dedikləri: Hakim partiyanın namizədi olan İlham Əliyevin prezident seçkilərində qalib gələcəyi heç kəsdə şübhə doğurmur
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru, filologiya elmləri doktoru, professor Əliyev Vilayət Hüseyn oğlunun 70 illik yubileyidir. ömrünün 53 ilini Azərbaycan elminin, təhsilinin inkişafına həsr etmiş professor, eyni zamanda, ölkəmizdə baş verən siyasi proseslərdə fəal iştirak edib. O, YAP-ın qızıl fondu olan 91-lərdəndir. Hazırda Partiya Siyasi Şurasının üzvüdür. Bu əlamətdar gündə iş otağında qonaq olduğumuz yubilyarla söhbətimiz zamanı bir çox məsələlərə toxunduq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Mən müəllim adamam və təhsil ocağında çalışıram. Vəzifəmiz dövlətimizin inkişafı, gələcəyi üçün bacarıqlı, yüksək intellektə sahib, peşəkar kadrlar, amma hər şeydən öncə əsil vətəndaş yetişdirməkdir. 53 illik fəaliyyətimdə də məhz bu məqsədlər üçün çalışmışam. Hesab edirəm ki, vəzifəmin öhdəsindən də layiqincə gələ bilmişəm.
- Siz həm də Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak etmisiniz. Hakim partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu necə qiymətləndirirsiniz?
- Bu gün Yeni Azərbaycan Partiyası 450 minlik "ordusu" ilə nəinki Azərbaycanın, hətta regionun ən böyük, mütəşəkkil partiyasıdır. Bu gün Yeni Azərbaycan Partiyasına kütləvi axın var. çünki bu partiya ümummilli lider Heydər Əliyevin yaratdığı partiyadır. Bu gün həmin partiyanın rəhbəri xalqımızın böyük etimadını qazanmış, alternativsiz siyasətçi Prezident İlham Əliyevdir. Bu gün həmin partiyada cəmiyyətimizin görkəmli şəxsiyyətləri, bilikli, bacarıqlı insanlar birləşiblər. Azərbaycanın dövlət quruculuğu işində, dövlətçiliyimizin inkişafında YAP-ın böyük xidmətləri danılmazdır. Məhz bu amillər YAP-ın sıralarının gündən-günə genişlənməsini, böyüməsini şərtləndirir. Mən YAP-ın yaradıcılarından biri olduğuma görə fəxr edirəm.
- ümumiyyətlə, bu günkü Azərbaycanı necə dəyərləndirirsiniz? Azərbaycan artıq öz iqtisadi potensialına görə dünya dövlətləri ilə rəqabət aparmaq iqtidarındadır...
- Hər bir ölkənin gələcəyi daxildə gedən iqtisadi-siyasi proseslər, nəzərdə tutulan proqramların həyata keçirilməsi, onun ictimai-siyasi görünüşündən asılıdır. Azərbaycan elə bir ərazidə yerləşir ki, ölkədə siyasi sabitliyi qoruyub saxlamaq olduqca çətin məsələdir. Amma Prezident İlham Əliyevin rəhbərliyi altında çalışan hakimiyyət komandası buna nail ola bilir. Bu gün Azərbaycanda müxtəlif xalqların nümayəndələri yaşayır, fərqli dinlərin təmsilçiləri ölkəmizdə öz dini inanclarını qoyurub saxlaya bilir. Vətəndaşlarımız arasındakı normal münasibətlər başqa dövlətlər, xalqlar üçün örnək ola bilər. Əgər başqa ölkələrə, o cümlədən, qonşularımıza nəzər yetirsək, Azərbaycanla onlar arasındakı fərqi görə bilərik. Onlarda hər gün qarşıdurma, döyüş, müharibə, Azərbaycanda isə inkişaf var. Bu gün Azərbaycanda gedən tikinti işləri dünyanın heç bir yerində yoxdur. Bəzi ağzı göyçəklər deyirlər ki, körpülərin tikintisi bizə narahatçılıq verir. Amma onlar bilmirlər ki, əgər yolu bərpa etmirsənsə, körpü salmırsansa, hər gün əziyyət çəkəcəksən. Amma bir neçə aylıq əziyyət çəkib illərlə rahat yaşaya bilərsən. ölkədə aparılan böyük quruculuq işləri nəticəsində bütün bölgələrin siması dəyişib. Son 5 ildə Azərbaycan iqtisadi inkişaf baxımından dünya ölkələrini üstələyir. İqtisadiyyatın artım tempi 2,5, büdcə xərcləri 10 dəfə artıb. Digər tərəfdən, 670 mindən artıq iş yerləri yaradılıb ki, bu da ölkəmizdə yoxsulluğun səviyyəsinin 49 faizdən 19 faizə endirilməsinə imkan yaradıb. Əhalinin gəlirləri son illərdə 5 dəfəyə yaxın artıb. Təbii ki, bu işlərin hamısının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanı sürətlə inkişaf etdirir. Bu gün Azərbaycan yaşamaq üçün çox gözəl, rahat şəraiti olan dünya dövlətlərindən biridir. Burada insanların yaşaması, fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.
- Təcrübəli elm xadimi kimi, Azərbaycanda elmin, təhsilin inkişafı üçün atılan addımlar sizi qane edirmi?
- Mən 17 yaşımdan təhsil sahəsində çalışıram. Bu illər ərzində, həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında bir çox təhsil ocaqlarında olmuşam, oradakı təhsil prosesini öz gözlərimlə görmüşəm. Azərbaycanda olan təhsili, bizdəki elmi potensialı heç bir yerdə görməmişəm. Bu gün Azərbaycanda təhsil islahatları da ölkəmizin iqtisadi inkişafına uyğun olaraq aparılır. Bildiyimiz kimi, Azərbaycan Qərbə inteqrasiya edir. Bəziləri iddia edir ki, sovet təhsil sistemi niyə dəyişdirildi? Amma unudurlar ki, inteqrasiya prosesi ilk olaraq təhsil sahəsində aparılmalıdır.
- Vilayət müəllim, yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının bu ayın əvvəlində keçirilən qurultayında oktyabrın 15-də keçiriləcək prezident seçkilərində Prezident İlham Əliyevin namizədliyi irəli sürülüb. Siz bu partiyanın fəal üzvlərindən, partiyanın yaradıcılarından biri kimi, hakim partiyanın bu qərarını necə dəyərləndirirsiniz?
- öncə bir neçə kəlmə qurultayla bağlı demək istəyirəm. Onu qeyd edim ki, həmin qurultay çox yüksək əhval-ruhiyyədə keçdi. Ora toplaşan insanlar yalnız bir məqsədlə gəlirdilər - partiyamızın Sədri, dövlət başçısı İlham Əliyevin növbəti dəfə prezident seçilməsinə dəstək vermək. Bu seçim isə təkcə YAP üzvlərinin deyil, bütün Azərbaycan xalqının seçimidir. YAP öz qurultayında xalqın bu arzusunu, istəyini sadəcə olaraq rəsmiləşdirdi.
- Bəzi müxalifət partiyaları seçkiləri boykot etməklə bağlı qərar qəbul ediblər. Onlar bu qərarlarını guya ölkədə demokratik seçki mühitinin olmaması ilə əlaqələndirirlər. Siz bu cür əsaslandırma ilə razılaşırsınız?
- Başqa nə deməlidirlər ki? Guya etiraf edəcəkdilər ki, bu cəmiyyətin düzgün istiqamət verəni Heydər Əliyev ideyaları, hakim partiyası Yeni Azərbaycan Partiyasıdır. Hakim partiyanın namizədi olan İlham Əliyevin prezident seçkilərində qalib gələcəyi heç kəsdə şübhə doğurmur. Onlar bunu bilirlər. Sadəcə olaraq, özlərini biabır etməmək üçün seçkilərdə iştirak etməyəcəklərini söyləyirlər. Bu, onların oyunlarının bir həlqəsidir. O da başqa məsələdir ki, bu gün çoxlu sayda namizəd iddiasını ortaya qoyub və müxalifətdən 1-2 partiyanın seçkidə iştirak etməməsi heç nəyi həll etmir.
- Bu gün çox tez-tez fikirlər səslənir ki, Azərbaycan müxalifəti özünün ən zəif dövrünü yaşayır. Siz, bu zəifliyin səbəblərini nədə görürsünüz?
- Təbii ki, müxalifətin olması yaxşı haldır. çünki müxalifət mövcud olan nöqsanların, problemlərin aradan qaldırılması üçün hakimiyyətin köməkçisi olur. Amma çox təəssüf ki, Azərbaycan müxalifəti bu potensiala, bu keyfiyyətə sahib deyil. Xaricdən sərmayə götürüb, onlara xidmət etməyin, müəyyən məlumatları xaricə ötürməyin adı müxalifətçilik deyil, axı... Onlar, əslində, xalqımızın düşmənləridir. Mən onları sağlam qüvvə hesab etmirəm.
- Bəzi problemlər həllini gözləyir. Onlardan biri, daha doğrusu, birincisi Dağlıq Qarabağ münaqişəsidir...
- Dağlıq Qarabağ problemi bu gün Azərbaycanın yeganə problemidir. Hazırda bu problemin həlli istiqamətində də ciddi addımlar atılır. Bilirsiniz ki, Ermənistan dövlətinin, onun başında duran hakimiyyət təmsilçilərinin ikiüzlü, riyakar siyasəti nəticəsində bugünədək münaqişənin yekun həllinə nail olmaq mümkün olmayıb. Digər tərəfdən, beynəlxalq ictimaiyyətin də laqeyd münasibəti danışıqların bugünədək uğursuzluqla yekunlaşmasına səbəb olub. Amma indi vəziyyət bir qədər dəyişib. Güclü iqtisadi potensiala sahib, qüdrətli ordusu olan, beynəlxalq mövqelərini gündən-günə möhkəmləndirən Azərbaycan qarşısında ermənilər çox duruş gətirə bilməyəcəklərini dərk etməkdədirlər. Ermənistandakı cinayətkar hakimiyyət dərk etməlidir ki, Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Hansı yolla olursa olsun, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcək, öz yurd-yuvalarından qovulmuş vətəndaşlarımız dədə-baba yurdlarına qayıdacaqlar.
Aqşin ŞAHİNOÄžLU
 
  • Oxunub:  20520  |  
  • Tarix:  23-08-2008  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır

19 Noyabr 22:11
Aşqabadda SPECA-nın dayanıqlı nəqliyyat, tranzit və əlaqə mövzusunda növbəti iclası keçirilir
19 Noyabr 21:43
Ankarada “Anadan olmasının 150-ci ildönümündə ortaq dəyərimiz Əhməd bəy Ağaoğlu” mövzusunda konfrans keçirilib
19 Noyabr 21:13
Kəlbəcər, Naftalan, Xocalı və Goranboy təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
19 Noyabr 21:07
Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi Vaşinqton şəhərində müzakirə olunub
19 Noyabr 20:51
Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
19 Noyabr 20:45
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Noyabr 20:30
DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir
19 Noyabr 20:21
Əmək və sosial siyasət komitəsinin iclası keçirilib
19 Noyabr 20:12
Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışında iştirak edib
19 Noyabr 20:08
SOCAR və “Equinor” “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşır
19 Noyabr 20:05
UNEC-də Xalq yazıçısı İsmayıl Şıxlının yubileyinə həsr olunan tədbir
19 Noyabr 19:57
Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar Bakıya gələn qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olublar
19 Noyabr 19:41
Hikmət Şikarov: Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvədir
19 Noyabr 19:38
Hərbi ekspert: Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar erməniləri ciddi narahat edir
19 Noyabr 19:33
Çin Azərbaycanın nəqliyyat infrastrukturundan istifadə ilə bağlı müzakirələr aparıb
19 Noyabr 19:19
Azərbaycanın və Qazaxıstanın Baş nazirləri Aktauda iki ölkə arasında fiber-optik rabitə xəttinin təməlqoyma mərasimində iştirak ediblər
19 Noyabr 17:28
YAP Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
19 Noyabr 17:27
Vüqar Rəhimzadə: Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmış Müsavat və AXCP rəhbərliyi dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir
19 Noyabr 17:24
Aloha Nunyez: Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin daha səmərəli şəkildə həyata keçiriləcəyinə əminəm
19 Noyabr 17:20
Naxçıvanda sosial qayğıya ehtiyacı olan məktəbli uşaqlara qış geyimləri verilib
19 Noyabr 17:11
İyirmi dörd yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb - SƏRƏNCAM
19 Noyabr 16:53
Haaqada “İstanbul prosesi”nin 7-ci iclasında Azərbaycandakı dini tolerantlıqdan və multikulturalizm siyasətindən danışılıb
19 Noyabr 16:49
Rusiyanın Novqorod vilayəti və Azərbaycanın Şəki rayonu arasında əməkdaşlıq memorandumu imzalanıb
19 Noyabr 16:33
GUAM XİN-in rəsmiləri Kiyevə toplaşır
19 Noyabr 16:28
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ağdam rayonunda vətəndaşları qəbul edib
19 Noyabr 16:07
Sədaqət Vəliyeva: 650 min ağacın əkilməsi təşəbbüsü ekologiyanın sağlamlaşdırılmasına daha bir sanballı töhfə olacaq
19 Noyabr 15:26
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir
19 Noyabr 15:05
“Türkiyə” qəzeti: Mehriban Əliyeva Avropa və dünyada genişmiqyaslı mədəni və sosial layihələrə verdiyi dəstəklə böyük nüfuz qazanıb
19 Noyabr 14:58
Qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyulub
19 Noyabr 14:40
BSU-da “Nəsimi ili”: Çün Nəsimi əyyamın sultanıdır, dövr onun, dövran onun dövranıdır
19 Noyabr 14:39
Xarici ölkələrin səfirliyində çalışan şəxsin vergi öhdəliyi
19 Noyabr 14:23
Hala Tavil: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın daha da güclənəcəyinə inanıram
19 Noyabr 14:17
Şəki Xan Sarayı ilə tanışlıq tur-aksiya iştirakçılarında böyük maraq doğurub
19 Noyabr 14:10
Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək
19 Noyabr 14:06
AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
19 Noyabr 14:03
UNESKO-nun Baç Konfransı çərçivəsində Mədəniyyət nazirlərinin forumu keçirilib
19 Noyabr 13:59
Bakıda III “Beynəlxalq dərgi Qara dəniz sosial elmlər simpoziumu” keçirilir
19 Noyabr 13:16
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində partiyanın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib
19 Noyabr 13:12
Siyavuş Novruzov: Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisədir
19 Noyabr 13:01
Həssas qruplardan olan uşaqlar hər cür qayğı ilə əhatə olunublar
19 Noyabr 12:33
“Jewish Journal” nəşrində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun abidəsinin açılışı barədə məqalə dərc edilib
19 Noyabr 12:23
Salim Əl-Malik: Azərbaycanın İSESKO ilə münasibətlərinin zəngin tarixi var
19 Noyabr 12:22
MDBMİ-də Azərbaycan həftəsi açılıb
19 Noyabr 12:13
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Noyabr 12:10
Milli Məclis Sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
19 Noyabr 12:08
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib
19 Noyabr 12:04
Sumqayıt şəhəri 70 illik yubileyini qeyd edir
19 Noyabr 12:02
Azərbaycan Mədəniyyət naziri Kuba və Bəhreyndən olan həmkarları ilə görüşüb
19 Noyabr 11:28
Ölkəmiz “Jazz Across Borders” Beynəlxalq Caz Forumunda təmsil olunub
19 Noyabr 11:07
Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Los-Ancelesdə Amerika Yəhudi Komitəsnin və Sinay Sinaqoqunun rəhbərliyi ilə görüşlər keçirib
19 Noyabr 10:56
Amerikalı din xadimi Azərbaycan İlahiyyat İnstitutunda olub
19 Noyabr 10:53
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır
19 Noyabr 10:47
“The Press Herald” erməni separatçılarının Amerika tərəfindən qəbul edilməməsini çağıran məqalə yayıb
19 Noyabr 10:41
Fransa portalı dünya dini liderlərinin II Bakı Sammitindən yazıb
19 Noyabr 10:39
Bu gün “Avro 2020”-nin seçmə mərhələsinə yekun vurulacaq
19 Noyabr 10:33
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub
19 Noyabr 10:17
Prezident İlham Əliyev: Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır
19 Noyabr 10:15
Bakıda “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” mövzusunda II forum keçirilib
19 Noyabr 10:13
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub
19 Noyabr 10:11
Erməni yalanlarının beynəlxalq miqyasda ifşa edilməsi istiqamətində növbəti addım
19 Noyabr 10:10
Cəlil Məmmədquluzadə nəslinin davamçıları ilk dəfə Azərbaycana gəliblər
19 Noyabr 10:08
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılmış qeyri-qanuni rejimin “rəhbər”i Bako Saakyanın Belçika Krallığına “dilənçilik turnesi” uğursuz olub
19 Noyabr 10:05
Radikal müxalifət düşərgəsi partiyalarının “mühacir biznesi”nin detalları açıqlanır
19 Noyabr 10:03
Ermənistanda faşizmin təbliğ olunması bütün bəşəriyyət üçün təhlükə mənbəyidir
19 Noyabr 10:01
Şəhid Elgün İsmayılovun mənalı ömür yolu gənclərə örnəkdir
18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA