Ana səhifə »  Müsahibə »  Gənc qızların dünyəvi, yoxsa dini həyat tərzini seçməsi yalnız onların yetkinlik yaşına çatdıqdan sonra müəyyənləşdirəcəkləri yoldur
A+   Yenilə  A-
Gənc qızların dünyəvi, yoxsa dini həyat tərzini seçməsi yalnız onların yetkinlik yaşına çatdıqdan sonra müəyyənləşdirəcəkləri yoldur
Rəbiyyət Aslanova: Mən qanunvericilikdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsini dəstəkləyirəm, eyni zamanda, həm hüquqi, həm İslam qaydalarından çıxış edərək, məktəbdə oxuyanların iradə və seçim hüquqlarının pozulmasının əleyhinəyəm
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova www.yap.org.az saytına müsahibə verib:
- Rəbiyyət xanım, bu gün hicab məsələsi dünyanın bir çox yerlərində ictimai-siyasi müzakirə obyektinə çevrilib. Bu məsələnin bu qədər şişirdilməsi nədən irəli gəlir?
- Bu bir həqiqətdir ki, bu gün hicab məsələsi həm yerli, həm də xarici media vasitələrinin müzakirə obyektinə çevrilib. Məsələnin Azərbaycan məkanına da daxil olması heç də təsadüfi deyildir. çünki dünyada İslama maraq böyük olduğundan, bəzi xarici maraqlı qruplar onu yüksək mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəyir və bu mənada İslam dəyərlərinə zidd olan məsələləri gündəmə gətirirlər. Söhbət, təkcə hicab məsələsindən getmir. Yəni, əsas məqsədləri odur ki, İslam dəyərlərinə zərbə vura biləcək problemləri ictimailəşdirməklə cəmiyyət daxilində çaxnaşma, qarşıdurma yaratsınlar. ümumiyyətlə, hicab məsələsi ilk olaraq, Avropa məkanında gündəmə gətirildi və bu məsələyə birmənalı münasibət nümayiş etdirildi. Hətta postsovet məkanında da bu məsələ ilə bağlı müəyyən fikirlər səsləndi, mövqe ortaya qoyuldu, həmçinin, bu problem hüquqi və dünyəvi dövlət prinsipləri çərçivəsində öz həllini tapdı...
- Qeyd etdiyiniz kimi, artıq bu məsələ Azərbaycana da yol tapıb. Bunu bəzi hallarda insanların dini etiqadlarının pozulması ilə bağlayanlar da var. Amma aydındır ki, məsələnin kökü tamamilə fərqlidir. Yəni, sadəcə, təhsilalanların qanuna riayət etməməsi nəticəsində ortaya çıxan kiçik anlaşılmazlığı maraqlı dairələr qəsdən şişirdirlər. Bəs qanunlar nə deyir? Vətəndaş-dövlət münasibətləri bu cür situasiyalarda nə cür tənzimlənir?
- Doğrudur, hazırda bu məsələ Azərbaycanda da gündəmə gətirilib. Və əlbəttə ki, buna hüquqi və elmi yanaşma tətbiq etməklə qiymət vermək lazımdır. İlk növbədə, bu məsələ vətəndaş-dövlət münasibətlərini nizamlayan qanunların şərhi əsasında maarifləndirmə yolu ilə tənzimlənməlidir.
Məsələnin hüquqi qiymətləndirilməsinə gəlincə, deməliyik ki, Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsinin hüquqi əsası Konstitusiyadır. Azərbaycan Respublikasının Konstitusiyasında deyilir ki, bizim dövlətimiz hüquqi, dünyəvi və demokratik ölkədir. Məhz Azərbaycanda dövlət-vətəndaş münasibətləri bütün müstəvilərdə bu prinsiplər əsasında tənzimlənir.
Əlbəttə ki, demokratik dövlətin əsas vəzifəsi vətəndaşların hüquq və azadlıqlarının qorunmasını təmin etməkdir. Mən çox şadam ki, Azərbaycan vətəndaşları da özlərinin konstitusion hüquqlarını çox gözəl bilirlər və başa düşürlər ki, dövlət onların hüquqlarının müdafiəsinə güclü qarantdır. Bəs vətəndaşlar dövlət qarşısındakı vəzifələrini bilirlərmi?
Demokratik cəmiyyətlərdə həm dövlət vətəndaşın, həm də vətəndaş dövlətin qarşısında məsuliyyət daşıyır. Konstitusiyamızın 72-ci maddəsinin II bəndində göstərildiyi kimi, “hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməlidir”. Məhz vətəndaşlar qanunla müəyyən olunmuş vəzifələri yerinə yetirməklə, dövlət qarşısındakı borcunu yerinə yetirmiş olur. Amma nədənsə, biz daha çox öz hüquqlarımızın təmin olunmasını istəyirik və dövlətin qarşımızda qoyduğu öhdəliklərə əməl etmək istəmirik...
Azərbaycanda “Təhsil haqqında” Qanun da qəbul olunub. Bu mükəmməl sənəddə təhsillə bağlı bütün məsələlər öz əksini tapıb. Dövlət qarşısında öhdəliklərini bilən təhsilalanlar həm qəbul olunmuş qanunların, həm də təhsil müəssisələrinin nizamnamələrinin tələblərini yerinə yetirməlidirlər. Bunun əvəzində isə təhsil müəssisəsi təhsilalanlara keyfiyyətli təhsil verir.
Əgər təhsil müəssisələrində vahid formanın tətbiqilə bağlı qərar qəbul olunursa, insanlar mütləq üzərilərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bu gün Azərbaycanda bir çox istiqamətli məktəblər mövcuddur. “Britiş Skul”, türk liseyləri və digər məktəblərin xüsusi formaları var ki, orada oxuyanlar mütləq bu məktəblərin geyimlə bağlı qoyduqları tələbi yerinə yetirməlidirlər. Heç bir şagirdə icazə verilmir ki, forma ilə bağlı tələbləri pozsun. Və yaxud da hansısa məktəb şagirdlərə nizamnaməsi çərçivəsində forma məsələsində sərbəstlik verir və təhsilalanlar istədikləri geyimdə məktəbə gəlirlər. Bəs necə olur ki, özəl məktəblərin qoyduqları tələb yerinə yetirilir, amma dünyəvi prinsiplər əsasında fəaliyyət göstərən dövlət məktəblərinin geyimlə bağlı göstərişlərinə əməl olunmur? Ona görə də, mən qanunvericilikdə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsini dəstəkləyirəm, eyni zamanda, həm hüquqi, həm İslam qaydalarından çıxış edərək, məktəbdə oxuyanların iradə və seçim hüquqlarının pozulmasının əleyhinəyəm.
- Məlumdur ki, Azərbaycanda dünyəvi təhsil sistemi qurulub və təhsilalma prosesində diskriminasiyaya yol verilmir. Hətta məktəblərdə İslam dini ilə bağlı dərslər də keçirilir. Amma məktəblərin vahid formaya keçməsi ilə bağlı qərar nədənsə bəzi dairələrdə narahatlıq yaratdı. Siz bu vəziyyəti necə qiymətləndirirsiniz?
- Bəli, bu gün Azərbaycan təhsili dünyəvi xarakter daşıyır. Yəni, həm orta, həm də ali təhsil ocaqlarında dünyəvilik prinsipi əsas götürülərək, insanların savadlanması üçün lazımi şərait yaradılıb. ölkəmizdə dini etiqad azadlığının prinsipləri nəzərə alınaraq, dinindən, dilindən və irqindən asılı olmayaraq, hər kəsin təhsil alması üçün əlverişli şərait yaradılıb. Bu isə, ilk növbədə, demokratiyanın bariz nümunəsi sayılır.
Əlbəttə ki, Azərbaycanda dünyəvi təhsil müəssisələri ilə yanaşı, dini tədris edən təhsil ocaqları da mövcuddur. İslam Universitetinin, Bakı Dövlət Universitetində İlahiyyət fakültəsinin fəaliyyət göstərməsi söylənilənlərə əyani sübutdur.
Bu bir faktdır ki, Azərbaycanda təhsil sistemində diskriminasiya halları kimi problemlər də yoxdur. Dini tədris edən təhsil ocaqlarını bitirənlər istədiyi istiqamətdə işləyir və ya dini araşdırmalarla məşğul olur.
Amma xüsusilə qeyd etməliyəm ki, bu istiqamətdə fəaliyyət göstərmək insanların öz seçimlərindən asılıdır. Bu seçimi isə insanlar yalnız yetkinlik yaşına çatandan sonra edirlər. Bu yaşa qədər vətəndaşlar dünyəvilik prinsipləri əsasında fəaliyyət göstərən orta məktəblərdə təhsil alırlar. Dünyəvilik xüsusiyyətinə baxmayaraq, məktəblərimizdə dinin tarixi, İslamın mahiyyətilə bağlı şagirdlərə kifayət qədər geniş məlumatlar verilir. Bu baxımdan da, Azərbaycan məktəblərində İslam dini ilə bağlı tədrisin aparılması təqdirəlayiq haldır. Amma Azərbaycan məktəblərində dini xarakterli hərəkətlərin edilməsi yolverilməzdir.
çünki Azərbaycan məktəbləri dünyəvi prinsiplər əsasında fəaliyyət göstərdiyi üçün burada müxtəlif dinlərin, millətlərin nümayəndələri təhsil alırlar. Əgər məktəblilərin vahid geyim forması olmasa, o zaman, hər kəs istədiyi formada məktəbə gələcək. Ayrı-ayrı dinlərin nümayəndələri istər-istəməz geyimlərilə mənsub olduqları dinin xüsusiyyətlərini nümayiş etdirmiş olacaqlar. Bu isə məktəblərdə diskriminasiya hallarının ortaya çıxmasına və hətta dərinləşməsinə gətirib çıxara bilər. Məsələn, hicab məsələsindən danışırıq. Bu gün 13-14 yaşında qızların iradəsinin əksinə olaraq, valideynləri tərəfindən hicab geyinməyə məcbur edilməsi, həmin uşaqların daxilində üsyan yaratmış olur. Bu isə son anda həmin uşaqların ətrafındakılara sirayət etmiş olur...
- İslam dininin dəyərlərinə görə, hicab geyinmə, örtünmə hansı əsaslarla aparılır? Bu könüllü olmalıdır, yoxsa ki, məcburi xarakter daşıyır?
- ümumiyyətlə, İslam dinində etiqada zor tətbiq etməklə, insanların yönəldilməsi haqqında danışılmır. Azərbaycan xalqının milli-mənəvi sərvəti olan İslam dininin böyüklüyü də odur ki, o, insanlara seçim hüququ verir. Bu səbəbdən də, heç kəs dindən istifadə edərək, digərlərinə təzyiqlər edə və ya hansısa fəaliyyətə cəlb edə bilməz. Bu mənada orta məktəblərdə təhsil alan şagirdlərin seçim hüquqlarının əllərindən alınması da düzgün deyildir.
Qeyd edim ki, məktəblilərin bu gün dünyada gedən proseslərlə bağlı vahid formalaşmış təsəvvürü yoxdur. Məktəb şagirdlərinin bu haqda təsəvvürü tədricən formalaşır. Belə bir vaxtda gənclərin məcburən hansısa istiqamətə yönəldilməsinə heç kəsin, hətta valideynlərin haqqı yoxdur. çünki bu günün şagirdləri yetkinlik yaşına çatdıqdan sonra özü dünyanı qavradığı şəkildə gələcəyilə bağlı müəyyən istiqamət müəyyənləşdirərək, fəaliyyət göstərəcək. Amma bu gün hansısa gənc qızların iradəsinin əksinə olaraq, onların zorən örtünməyə məcbur edilməsi, onların iradəsinə, seçim hüququna qarşı çıxmaq halları baş verir. Əslində isə, gənc qızların dünyəvi, yoxsa dini həyat tərzini seçməsi yalnız onların yetkinlik yaşına çatdıqdan sonra müəyyənləşdirəcəkləri yoldur. Ona görə də, mən Azərbaycanda valideynlərin övladlarının iradəsinə, seçim azadlığına qarşı çıxmasını qəbul etmirəm.
Əlbəttə ki, dünyəvi məktəb elm ocağıdır. Hətta Məhəmməd peyğəmbərin (s.ə.s) də təhsilə, elmə münasibəti çox yüksək olmuşdur. Məktəblərdə uşaqların ilkin təsəvvürləri, dünyagörüşləri formalaşır. Əgər uşaqlar müxtəlif vasitələrlə elmdən, təhsildən kənar salınırsa, bunun özü peyğəmbərin göstərişlərinə ziddir. Valideynlər təbii ki, uşaqları dünyəvi məktəbləri bitirənədək, dünyəvilik prinsiplərinə riayət etməlidirlər.
- Rəbiyyət xanım, böyük mütəfəkkirlər hicabla bağlı nə deyirdilər?
- Əslində, bu gün hicabı, baş örtüyünü sırf İslam dini ilə əlaqələndirənlər səhvə yol vermiş olurlar. Hələ İslamdan əvvəl bu baş örtüyü digər dinlərdə var idi. Qadınları pis baxışlardan, müəyyən çatışmazlıqlardan müdafiə edən bu örtüklə bağlı fikirlər və geyimlər, hətta Bizansların, Sasanilərin dövründə belə mövcud olmuşdu. Hətta İslam dininin hakim olmasından sonra ərəb dünyasının böyük mütəfəkkirləri də bu məsələ ilə bağlı öz mövqelərini bildiriblər.
Məsələn, Əl-Qəzali “Fiqxlə hədis arasında sünnə” kitabında yazır ki, “cəmiyyətin fəaliyyətinə mane olan ənənələr cahilliyin qalıqlarıdır”. O, həmçinin, qeyd edirdi ki, “Peyğəmbərin dövründə qadınlar ailədə, məsciddə və döyüş meydanında bərabərhüquqlu idilər”. Bu fikirləri o dahi söyləyib ki, onun haqqında Hegel deyirdi ki, “Məhəmməd peyğəmbərdən sonra daha bir peyğəmbər olsaydı, o, Əl-Qəzali olmalı idi”. Bu dahi alim də o zaman söyləyirdi ki, qadınların fəaliyyətini müəyyən vasitələrlə məhdudlaşdırmaq cahillikdir. Əlbəttə ki, bu, üzərində düşünüləsi vacib bir məqamdır.
Digər tərəfdən, Narizi Zin əl-Din yazırdı ki, qadınların örtünməsi varlı ailələrin simvolu kimi qəbul edilirdi. Hicab da, eyni zamanda, aristokrat ailələrin qadınlarını digərlərindən fərqləndirən xüsusi geyim kimi dəyərləndirilirdi. Zaman keçdikcə, bu transformasiya olunub və hicabın mahiyyəti insanlara düzgün şəkildə izah edilməyib. Abd al-Xalim Əbu Şika da “Peyğəmbər dövründə qadınların emansipasiyası” elmi araşdırmasında Narizi Zin əl-Dinin yazdığı fikirlərlə razılaşırdı və qeyd edirdi ki, o zaman qadınların hüquqları, iradə azadlıqları müasir dövrdəki ilə eyniyyət təşkil edirdi.
Nüfuzlu filosofların yazdıqlarından aydın olur ki, qadınların hicab geyinməsi məcburiyyət deyildi, əksinə, bu, onların azad seçimlərindən asılı idi. Bu gün də bu məsələ iradə azadlığı ilə müəyyənləşməlidir.
- Artıq aydın olur ki, həm hüquqi, həm də elmi müstəvidə məsələ tənzimlənəndir. Amma qarşıdurmalara cəhdlərin edilməsi onu göstərir ki, buna hansısa kənar qüvvələrin müəyyən təsiri var...
- ümumiyyətlə, Azərbaycan bu gün 1991-1992-ci illərin dövrünü yaşamır ki, hansısa xarici qüvvə ölkə daxilində ictimai-siyasi sabitliyi pozsun. Azərbaycanda İslamın hansısa modelini tətbiq etmək istəyənlərin də cəhdlərinin qarşısı vaxtilə qətiyyətlə alınıb. Qeyd etdiyim kimi, dünyanın bəzi dövlətlərinin Azərbaycana tətbiq etməyə çalışdığı İslam modelləri mövcuddur və bunu həyata keçirmək üçün vaxtaşırı olaraq, özlərinin missioner qurumlarından istifadə edirlər. 1992-1997-ci illərdə bu missioner təşkilatların fəaliyyəti daha güclü olub. Amma Ulu öndər Heydər Əliyevin qətiyyətli mövqeyindən və “Etiqad azadlığı haqqında” Qanunun qəbulundan sonra bu cür halların qarşısı alındı. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanda tolerant şəraitin tam bərqərar olması və Azərbaycanın çoxkonfessiyalı ölkə kimi bu sahədə inkişafı stabil xarakter aldı.
Amma bu stabil və dinamik inkişafa mane olmaq istəyənlər var və onlar dövlətlə dindar arasında qarşıdurma yaratmaq istəyirlər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Lakin dindar dövlətdən kənar deyil. Dindar bir vətəndaş kimi dövlətin qayğısını hiss edir və onun diqqəti mərkəzindədir.
Ona görə də, mən hicab məsələsinə görə, qarşıdurma yaratmağa çalışanların əməllərini pisləyirəm və əsl dindarları onların inanclarından sui-istifadə edərək, öz maraqlarını təmin etməyə çalışanlara uymamağa, siyasi oyunların aləti olmamağa çağırıram.

 
  • Oxunub:  18420  |  
  • Tarix:  17-12-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +25
gecə+15 +17