Ana səhifə »  Müsahibə »  Dövlət ölkədə dini situasiyaya tam nəzarət edir
A+   Yenilə  A-
Dövlət ölkədə dini situasiyaya tam nəzarət edir
Hidayət Orucov: İndi beynəlxalq aləmdə belə bir fikir formalaşıb ki, Azərbaycan xaricə yalnız neft və başqa məhsullar deyil, həm də tolerantlıq və dözümlülük dəyərlərini ixrac edə bilər
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov www.yap.org.az saytına müsahibə verib. Həmin müsahibəni diqqətinizə təqdim edirik:
- Hidayət müəllim, Azərbaycan dini tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə kimi dinlərarası sivilizasiyaların yaxınlaşması baxımından hansı əhəmiyyəti daşıyır?
- Azərbaycan tarixən tolerant ölkə olub. Səmavi dinlərin hamısı Azərbaycanda özünəməxsus yer tutub. Məsələn, yəhudilərin Azərbaycanda yaşaması 26 əsr əvvələ gedib çıxır. Onlar hər yerdə qeyd edir ki, Azərbaycan keçmiş SSRİ-də yeganə respublikadır ki, milli və dini azlıqlara qarşı ayrıseçkilik olmayıb. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bu sahədə çox ciddi dövlət siyasəti həyata keçirilməyə başlayıb. Artıq Azərbaycanda tolerantlığın, milli-dini azlıqlara qarşı münasibətin qorunub saxlanması, dinlərarası münasibətlərin yaxınlaşması istiqamətində dövlət müntəzəm və perspektivli siyasət həyata keçirir. Bu, yaxşı bir nümunə formasıdır. Bugünlərdə Bakıda səfərdə olan ABŞ Yəhudi Komitəsinin icraçı direktoru Azərbaycandakı mövcud vəziyyəti yüksək qiymətləndirdi. Həmçinin, bir müddət öncə Almaniya Bundestaqının nümayəndələri ilə görüşümüz zamanı onlar bildirdilər ki, "Azərbaycanda gördüklərimizi Almaniyada danışsaq inanmazlar. Biz alman olaraq xəcalət çəkirik ki, Almaniyanın bəzi dairələrində İslama və türklərə qarşı mənfi münasibət var". Belə faktlar saysız-hesabsızdır. Amma məsələnin əsas mahiyyəti odur ki, Azərbaycanda sözün əsil mənasında tolerantlıq mühiti formalaşıb.
- Azərbaycan Cənubi Qafqazda çoxdinli ölkədir. ölkəmizdə hər zaman dini dözümlülük nümayiş etdirilir. ümumiyyətlə, tolerantlıq məsələsi beynəlxalq miqyasda Azərbaycanın imicinə nə kimi təsir göstərir?
- Əlbəttə, bu fakt Azərbaycanın beynəlxalq imicinə də çox müsbət təsir göstərir. Xaricilərin ölkəmizə səfərləri ilə yanaşı başqa-başqa ölkələrdə də müxtəlif vaxtlarda Azərbaycanda tolerantlıq mühiti ilə bağlı tədbirlər keçirilir. Məsələn, iyun ayının əvvəllərində Berlində Konrad Adenauer Fondu, Almaniya-Azərbaycan Forumu və ölkəmizin Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə "Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf" mövzusunda konfrans keçirilib.
Konfransda Almaniya Bundestaqının üzvləri, nüfuzlu din xadimləri, alimlər, qafqazşünaslar və başqaları çıxış etdilər. Yəni, ölkəmizdə bu yönümdə mühit Almaniyanın diqqətini cəlb edib. Mən bununla bağlı çoxsaylı faktlar deyə bilərəm. Məsələn, keçən ilin oktyabr ayında BMT-nin 62-ci sessiyası çərçivəsində təşkil edilmiş "Dinlər və mədəniyyətlərarası anlaşma və sülh naminə əməkdaşlıqla bağlı yüksək səviyyəli dialoq"dakı çıxışımda Azərbaycanda dini durum və tolerantlıq mühiti ilə bağlı müfəssəl məlumat verdim. Bu məlumatlar böyük maraqla dinlənildi və bu çıxışdan sonra orda çoxsaylı görüşlərim oldu. Azərbaycana gələn əcnəbilər də dini tolerantlıq mühitini çox yüksək qiymətləndirirlər.
İndi beynəlxalq aləmdə belə bir fikir formalaşıb ki, Azərbaycan xaricə yalnız neft və başqa məhsullar deyil, həm tolerantlıq və dözümlülük dəyərlərini də ixrac edə bilər. Bakıya səfəri zamanı din xadimləri ilə görüşən Rusiya prezidenti Dmitri Medvedev də dini tolerantlıq mühitini xüsusilə dəyərləndirdi. Yəni, bir daha vurğulamaq istəyirəm ki, bu Azərbaycan Prezidentinin və Azərbaycan dövlətinin müdrik və dönməz siyasi xəttinin nəticəsidir.
- Azərbaycanda tolerantlıq mühitinin inkişafı istiqamətində hansı tədbirlər həyata keçirilib və gələcəkdə də bu yöndə hansı addımlar atılacaq?
- Qeyd etdiyim kimi, dini etiqad azadlığının təmin olunması ilə bağlı dövlət siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl davam etdirilir. Bilirsiniz ki, mən uzun müddət milli siyasət məsələləri üzrə dövlət müşaviri işləmişəm. Ulu öndərimizin insanların dini etiqad azadlığının təmin olunmasına və konfensiyalar arasında münasibətlərin saflaşmasına çox böyük diqqət yetirdiyinin şahidi olmuşam. Bir müddət öncə Bibiheybət ziyarətgahının açılışı oldu. Ulu öndər hələ 1994-cü ildə bu məbədi ziyarət edərək lazımi tövsiyələr verdi, layihələr hazırlandı. Sonra 1997-ci ildə ölkədə maliyyə probleminin olmasına baxmayaraq, ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpa olunması üçün vəsait ayrıldı. 1998-ci il 12 iyulda Ulu öndərin iştirakı ilə ziyarətgahın böyük bir hissəsinin açılışı oldu. Sonradan Prezident İlham Əliyev bu siyasəti davam etdirərək, ziyarətgahın yenidən qurulması üçün vəsait ayırdı və Ulu öndərin iştirakı ilə olan açılışdan 10 il sonra bu il iyulun 12-də bütövlükdə ziyarət kompleksinin əsaslı təmir və bərpa işlərindən sonra təntənəli açılış mərasimi keçirildi. Bibiheybət məscidi sadəcə ziyarətgah deyil, böyük tarixi abidədir, eyni zamanda, milli-mənəvi dəyərlərimizin bərpasıdır. Bu abidə milli-mənəvi dəyərlərimizin bərpasında çox müstəsna rol oynayan və bundan sonra da rol oynayacaq abidədir. Eyni zamanda, Təzəpir məscidində də əhəmiyyətli və genişmiqyaslı işlər görülür. Bu məscid də böyük abidə olacaq və bizim İslam mərkəzinə çevriləcək. Eləcə də, Əjdərbəy məscidində yenidənqurma işləri aparılır. Bu sahədə Heydər Əliyev Fondu çox böyük işlər görür.
İslam abidələrinin bərpası və yeni məscid tikintisi ilə yanaşı Ulu öndərimizin diqqəti sayəsində Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük Sinaqoq tikildi. Bu çox böyük hadisə idi. Daha sonra Prezident İlham Əliyevin tapşırığı ilə paytaxtın ən gözəl guşələrinin birində yer ayrıldı və Katolik Kilsəsi inşa edildi. Bu ilin əvvəlində keçirilən kilsənin açılışında Prezident İlham Əliyev iştirak və çıxış etdi. Həmçinin, Azərbaycanda pravoslav kilsələrinin hamısı, demək olar ki, bərpa və təmir edildi. Müstəqilliyimiz bərpa olunandan sonra Oğuzda, Qubada sinaqoqlar bərpa edildi. ümumiyyətlə, bu proses dövlətin nəzarətindədir. Bu xətt davam etdirilir və bundan sonra da davam etdiriləcək. Bu gün Azərbaycanda heç kim deyə bilməz ki, kiminsə hüquqları milli mənsubiyyətinə və dini etiqadına görə pozulur. Belə bir fakt yoxdur. Məhz bu amil yüksək cəmiyyətin əxlaqının və insanların, xalqın əxlaqının, davranışının və böyük bir humanizmin göstəricisidir.
- Hidayət müəlllim, ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğu bir şəraitdə radikal dini cərəyanlar da fəaliyyət göstərir. Onların fəaliyyətinə nəzarəti qənaətbəxş saymaq olarmı?
- Bəli, bu dini etiqad azadlığınının tam təmin olunduğu mühitdən sui-istifadə hallarını da müşahidə edirik. Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə ayrıdır ki, din daha sərbəst, azad olsun, din siyasiləşməsin. Zaman-zaman siyasətlər dəyişir, amma din, əxlaq, mənəviyyat dəyişmir, əksinə getdikcə zənginləşir. Mənəviyyat siyasiləşməyəndə daha çox inkişaf edib yayıla bilər. Dövlət bir tərəfdən dini etiqad azadlığını təmin edir, insanların etiqad etdiyi dini ayinlərin yerinə yetirilməsi üçün kifayət qədər normal şərait yaradır. Dövlət bu vəzifələri şərəflə yerinə yetirir. Eyni zamanda, dövlət ölkədə dini situasiya üçün cavabdehdir. ölkədə fəaliyyət göstərən dini təriqətlər, qruplar bir-birilərinə qarşı tolerant, dözümlü olmalıdır. Amma bəzən ayrı-ayrı hallarda bəzi dini qruplar siyasiləşməyə cəhd edirlər. Bəziləri etiqad etdikləri təriqəti üstün saymağa cəhd edirlər, hətta özlərinə yüksək status tələb edirlər. Təriqətlər arasında təəssüf ki, radikal qruplar, ekstremist meyilli insanlar, az da olsa, var. Azərbaycan dövləti təriqətlərüstü siyasət aparır. Dövlətimiz heç bir təriqəti nə dəstəkləyir, nə də qadağan edir. Və hər hansı təriqətin təbliğinə və fəaliyyətinə xüsusi imkan yaratmır. Dövlət bütünlüklə din üçün şərait yaradır. Yuxarıda sadaladığım xoşagəlməz faktlar, əlbəttə, yolverilməzdir. Ona görə də, dövlət ölkədə dini situasiyaya nəzarət edir.
- Cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də missioner təşkilatların fəaliyyətidir...
- Azərbaycanda xarici ölkə vətəndaşlarının missionerlik fəaliyyəti qanunvericiliklə qadağandır. Ona görə belədir ki, din azad olsun, siyasiləşməsin. Bir sıra islam ölkələri özlərinin dövlət-din münasibətlərini Azərbaycanda yaymaq istəyir. Sözsüz ki, Azərbaycan dövləti və Azərbaycan cəmiyyəti buna imkan vermir. Dövlətin öz ənənələri, dəyərləri var. Digər tərəfdən, Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik Azərbaycana bəzi zərərli kitablar kimi idxal edilmir. Bu, Azərbaycan xalqının kəşfi və seçimidir. Biz bu günkü dünyəviliyə uzun əsrlər boyu öz yolumuzla keçib gəlmişik. Amma ölkədə fəaliyyət göstərən bəzi icmalar özlərini radikal aparırlar, insanları ordudan yayınmağa çağırırlar, başqa dinlərə qarşı mübarizəyə çağırırlar. Əqidəcə zəif, maddi durumu yaxşı olmayan adamları maddi maraqlar zəminində sıralarına cəlb edirlər. Yəni, onlar saf mənəviyyatla heç bir əlaqəsi olmayan vasitələrə əl atırlar. Son illər belə təriqətlərin fəaliyyətində zəiflik müşahidə olunur. Bununla belə, təəssüf ki, belələri hələ Azərbaycanda var. Dövlət və ictimaiyyət belə hallarla mübarizə aparır. Amma ictimaiyyətin münasibəti daha təsirli olmalıdır. Eləcə də, mətbuat bu situasiyanı düzgün təhlil edib öz münasibətini bildirməlidir.
Son vaxtlar mətbuatda "durulma" gedir. Bir müddət öncə ən çox din mövzusunda yazılırdı. Dindən yazanların çoxu isə din-dövlət münasibətindən xəbəri olmayan adamlar idi. Həmin yazıların məqsədi sensasiya yaratmaq idi. Fürsətdən istifadə edərək demək istəyirəm ki, biz mətbuatın potensialından tam istifadə edə bilmirik. Bu istiqamətdə işləməliyik ki, mətbuat əsil dini dəyərləri təbliğ etsin. Dövlət-din münasibətlərin mahiyyətini ictimaiyyətə çatdırsın. Mətbuat sözün əsil mənasında maarifçiliklə məşğul olmalıdır.
- ölkəmizə xaricdən dini ədəbiyyatlar da idxal olunur. Bu ədəbiyyatların arasında zərərli olanlar da var. Belə ədəbiyyatların ölkəyə gətirilməsinə nəzarət necədir?
- Bu, həssas bir məsələdir. Azərbaycan qanunvericiliyinə əsasən, idxal edilən ədəbiyyat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində nəzərdən keçirilir. Bəzi dairələr əvvəllər bunu senzura kimi qiymətləndirir və deyirdilər ki, ədəbiyyatın idxalının qarşısı alınır. Bu fikirlər absurddur. Cari ildə Azərbaycana 1000-dən artıq adda dini ədəbiyyatın idxal olunması ilə bağlı Dövlət Komitəsinə müraciət edilib. Onlardan yalnız 32-si saxlanılıb. Həmin 32 adda ədəbiyyat dinlər arasında münasibətləri kəskinləşdirən, ayrı-ayrı təriqətləri təhqir edən kitablardır. Belə ədəbiyyatın saxlanılması tamamilə düzgündür. Azərbaycanın özündə də bu il yüzlərlə adda dini ədəbiyyat nəşr etmək üçün Dövlət Komitəsinə müraciət olunub. Onların da az qisminə icazə verilməyib. Dövlət Komitəsi bu məsələyə bundan sonra da ciddi nəzarət edəcək. çünki dinlərin, konfensiyaların sərbəst fəaliyyəti üçün onların mənliyinə toxunmaq, təhqir etmək olmaz.
- ümumiyyətlə, sadaladığınız neqativ halların qarşısını necə almaq mümkündür?
- Dövlətimiz bu problemlərin təkamül yolu ilə həllinə üstünlük verir. Bu prosesi maarifçilik yolu ilə həyata keçirir. Fikrimcə, ən düzgün yol budur. İslamın özündə müxtəlif təriqətlər var. Azərbaycanda tarixən sünni və şiə məfhumları mövcuddur. Əhalinin 60-65 faizi şiədir, 35-40 faizi sünnidir. Amma Azərbaycan o ölkədir ki, tarixən bu təriqətlər arasında heç vaxt qarşıdurma meyilləri olmayıb. Onlar həmişə bir yerdə olublar, eyni məsciddə ibadət ediblər. Vaxtilə bəzi qruplar qarşıdurmaya cəhd göstərsələr də, onların qarşısı alınıb. İslamda başqa təriqətlər də var. ölkəmizdəki normal, demokratik mühitdən istifadə edən xarici və daxili qüvvələr qeyri-ənənəvi dini təriqətlərin Azərbaycanda yayılmasına maraqlıdır. Bu təriqətlərin arasında radikallar da var. Ona görə də dövlət ictimaiyyəti bu məsələdə fəal olmağa çağırır. Din insanların Tanrıya tapınmaq vasitəsidir. Bu xəttə heç kim qarışmamalıdır. Bu xətt müqəddəs qalmalıdır, din siyasiləşməməlidir.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nə qədər dini təşkilat qeydiyyata alınıb?
- Dövlət Komitəsində 512 dini icma qeydiyyatdan keçib. Onların 32-si qeyri-islam icmasıdır. Bunun özü də Azərbaycanda tolerantlıq mühitinin mövcud olduğunu göstərir.

 
  • Oxunub:  23040  |  
  • Tarix:  27-08-2008  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir

26 Fevral 11:58
Зверство века: 26 февраля исполняется очередная годовщина «Ходжалинской резни»
26 Fevral 11:53
Xocalı soyqırımı xalqımıza qarşı törədilən cinayətdir
26 Fevral 11:33
Почему геноцид 30-летней давности до сих пор травма Азербайджана
26 Fevral 11:23
Ходжалы - боль, которую не залечить
26 Fevral 11:20
Azərbaycan XİN və Baş Prokurorluğu Xocalı soyqırımı ilə əlaqədar bəyanat yayıblar
26 Fevral 11:16
Erkan Özoral: Xocalı faciəsi dünyanın 20-ci əsrdə yaşanan ən böyük kədəridir
26 Fevral 10:57
Türkiyə XİN Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı bəyanat yayıb
26 Fevral 10:51
Xocalı soyqırımının ildönümü ilə əlaqədar “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir
26 Fevral 10:37
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib
26 Fevral 10:11
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib
26 Fevral 09:57
Xarici İşlər nazirinin müavini Ramiz Həsənov BMT-nin baş katibinin müavini ilə görüşüb
26 Fevral 09:42
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib
26 Fevral 09:22
Prezident İlham Əliyev: Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir
26 Fevral 09:03
Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
25 Fevral 20:08
Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentinin açılışı olub
25 Fevral 19:38
Ali qonağın şərəfinə
25 Fevral 19:36
Azərbaycan-Türkiyə sənədləri imzalanıb
25 Fevral 19:12
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
25 Fevral 17:52
Səfir: Dinc insanların qətlə yetirilməsi faktlarının unudulmaması üçün “Xocalıya ədalət!” kampaniyasının davam etdirilməsi çox vacibdir
25 Fevral 17:50
YAP könüllülərinin topladığı kitabların bir hissəsi Tbilisidə 64 saylı ictimai məktəbə təhvil verilib
25 Fevral 17:40
İslamabadda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan seminar keçirilib
25 Fevral 17:31
Xocalı faciəsi həm bəşəriyyətə qarşı cinayət, həm də soyqırımı faktıdır
25 Fevral 17:27
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 Fevral 17:22
Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib
25 Fevral 17:20
Əminəm ki, yeni formalaşacaq parlamentdə qarşıda duran strateji məsələlərin həllinə tutarlı münasibət bildirən şəxslər təmsil olunacaq
25 Fevral 17:05
Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
25 Fevral 17:04
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
25 Fevral 17:01
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
25 Fevral 16:56
Memarlıq və İnşaat Universitetində “Qəhrəmanlıq zirvəsi” sənədli filmi nümayiş olunub
25 Fevral 16:54
AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçib
25 Fevral 16:53
“Azərsu” ASC-nin sədri Şabranda vətəndaşları qəbul edib
25 Fevral 16:48
Politoloq: Birgə Bəyannamə Azərbaycan-İtaliya əməkdaşlığının daha da dərinləşməsini şərtləndirən mühüm sənəddir
25 Fevral 16:37
Hulusi Kılıç: “Hər yerdə Xocalı soyqırımı qurbanlarının adları əbədiləşdirilməlidir”
25 Fevral 16:35
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib
25 Fevral 16:02
Misir mətbuatında Xocalı soyqırımının ildönümü ilə bağlı məqalələr dərc edilib
25 Fevral 15:47
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub
25 Fevral 15:36
Azərbaycan Texniki Universiteti beynəlxalq əlaqələrini genişləndirir
25 Fevral 15:28
Bilal Dündar: Ermənilər tarixboyu regionda sülh və sabitliyin təmin olunmasına imkan verməyiblər
25 Fevral 15:17
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
25 Fevral 15:11
“Cəsurluq Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
25 Fevral 15:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
25 Fevral 14:55
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
25 Fevral 14:46
Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”
25 Fevral 14:41
Karlos Uriarte: Xocalı soyqırımı kimi cinayətlərin bir daha təkrarlanmasına imkan vermək olmaz
25 Fevral 14:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
25 Fevral 13:55
XİN: Ermənistan tərəfinin atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir
25 Fevral 13:38
YAP İcra Katibliyində Xocalı soyqırımımın 28-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi fotolarda” adlı sərgi təşkil olunub
25 Fevral 13:36
Əli Əhmədov: Xocalı faciəsi bəşəriyyətə, insanlığa qarşı cinayətdir
25 Fevral 13:00
Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb
25 Fevral 12:54
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir
25 Fevral 12:35
Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər
25 Fevral 12:24
Britaniya hökuməti Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb
25 Fevral 12:19
Pərvin Kərimzadə: İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək
25 Fevral 11:53
Türkiyəli alpinistlər Haçadağa yürüş edərək Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar
25 Fevral 11:40
Abşeron rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə edilib
25 Fevral 11:25
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı səfərlər strateji tərəfdaşlığın səviyyəsini nümayiş etdirir
25 Fevral 11:20
Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb
25 Fevral 11:11
İsveçdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib
25 Fevral 11:00
Fevralın 26-da paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
25 Fevral 10:53
Xarici İşlər nazirinin müavini BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında iştirak edir
25 Fevral 10:41
Hüseyn Altınalan: İnsanlıq tarixinin ən böyük qətliamı Qarabağda törədilib
25 Fevral 10:22
İsveçrədə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25 Fevral 09:49
Madriddə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində tədbir keçirilib
25 Fevral 09:35
Cənubi Koreya mətbuatı Xocalı soyqırımından yazır
25 Fevral 09:22
YAP Səbail rayon təşkilatının yaradılmasının 27 illiyi münasibətilə tədbir keçirilib
25 Fevral 09:03
Siyasi münasibətlərin yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
24 Fevral 20:50
Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərlə bağlı məlumat yayıb
24 Fevral 20:44
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib
24 Fevral 20:34
Azərbaycanın Birinci vitse-prezidentinin Papa Cəngavər Ordeninə layiq görülməsi onun dinlərarası dialoqa verdiyi töhfələrlə bağlıdır
24 Fevral 20:12
Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ölkəmizdəki dini durum barədə məlumatlandırılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6