Dağlıq Qarabağ münaqişəsinə işıq salan “Qarabağ düyünü”
09.11.2012 [02:05]
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə sayca beşinci olan bu kitabında münaqişənin törədilməsi, onun nəticələri, işğalçı qüvvələrin təcavüzkar siyasətinin mahiyyətini açaraq, oxucuları maraq doğuran tarixi proseslərlə tanış edir
Məlum olduğu kimi, Azərbaycanda ötən əsrin sonlarında baş verən proseslərə, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair tutarlı faktlara əsaslanan müxtəlif kitablar yazılıb. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadənin “Azərbaycan” nəşriyyatında işıq üzü görən “Qarabağ düyünü” də bu silsilədən olan növbəti kitabdır.
Sayca beşinci kitabı olan “Qarabağ düyünü”ndə Aydın Mirzəzadə Azərbaycan tarixinə nəzər salaraq, araşdırmalar əsasında mövcud problemləri doğuran səbəblərə aydınlıq gətirməyə çalışıb. Kitabın müqəddimə hissəsində qeyd edildiyi kimi, Azərbaycan xalqının 20 illik tarixini əhatə edən Dağlıq Qarabağ problemi hələ də həllini tapmayıb. Məhz bunu nəzərə alaraq erməni millətçi dairələrinin Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində torpaqların işğal edilməsi onların mənfur siyasətinin məntiqi olaraq kitabda oxucuların diqqətinə çatdırılır.
Qeyd edək ki, A.Mirzəzadənin araşdırmaları əsasında təqdim olunan, həmçinin, maraqlı faktlarla zəngin kitab 11 fəsildən ibarətdir. “Dağlıq Qarabağ bölgəsinin tarixi” adlı birinci fəsildə müəllif Qarabağın tarixi dönəmlərinə diqqət yetirərək, bu məkanın qədim dövrü əhatə etdiyini göstərir. Bildirilir ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi vilayətlərindən biri, onun mühüm siyasi və mədəni-mənəvi mərkəzidir. Qarabağ problemi ermənilərin Azərbaycan torpağına, Azərbaycan dövlətinə qarşı ərazi iddiasından yaranıb.
Xronoloji ardıcıllığa nəzər salan müəllif əsrlər boyu yaşanmış mövcud durumu son illərin ictimai proseslərini də diqqət mərkəzində saxlayır. Erməni əhalisinin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsinin təsadüfi olmadığını göstərən A.Mirzəzadə çar Rusiyasının himayəsi altında erməni dövlətinin yaradılmasının bu siyasətə xidmət etdiyini vurğulayır.
Müəllif sözügedən kitabında Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, erməni millətçi dairələri ilə Azərbaycan arasında münaqişələrin başlanması və s. məqamları nəzərdən keçirməklə, faktlara söykənən tarixi oxucuların diqqətinə çatdırmağa, erməni siyasətinin iç üzünü açmağa və onun arxasında duran planlarının məğzində “böyük ideya”ların dayandığını göstərməyə çalışıb.
Bundan başqa, “Xocalı faciəsi - XX əsrdə dünyanın ağır qətliamlarından biridir”, “Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri”, “Ermənistan məşhurlarının etirafları”, “Beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinə dair sənədləri” və s. başlıqlı fəsillərdə müəllif münaqişənin törədilməsi, onun nəticələri, işğalçı qüvvələrin təcavüzkar siyasətinin mahiyyətini açaraq, oxucuları maraq doğuran tarixi proseslərlə tanış edir. “Ermənistanın Azərbaycana təcavüzünün ağır nəticələri” fəslində isə A.Mirzəzadə Ermənistan tərəfindən işğal olunmuş rayonların xarakteristikasını verib. Həmin dövrə nəzər salıb, hər bir Azərbaycan rayonunun işğal tarixini, təcavüz nəticəsində dağıdılan məkanları, şəhid olmuş azərbaycanlıların sayını, eləcə də, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin sayını verməklə, tariximiz üçün dəyərli ola biləcək məqamları kitaba köçürüb.
Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın mövqeyini də birmənalı olaraq işıqlandıran A.Mirzəzadə bu istiqamətdə aparılan siyasi xətti önə çəkərək, Azərbaycanın sülhsevər dövlət olduğunu göstərir. Çətin, ziddiyyətli bir situasiyada hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan düzgün siyasətin ölkəmizin dövlət quruculuğunda dünyanın etiraf etdiyi kimi, uğurların qazanılmasına səbəb olması da kitabda yer alıb. Müəllif Ermənistanın və Azərbaycanın keçdiyi inkişaf yollarını nəzərdən keçirərkən, statistik rəqəmlərə əsaslanıb, Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı strateji xəttin əsasında əldə olunan nailiyyətləri işıqlandırıb.
Yeri gəlmişkən, kitabda Armenia.com saytının müxbiri Sara Xocayanının Paris jurnalında dərc etdirdiyi “Ermənistan: böyük ailələr dilənçilikdən əziyyət çəkirlər” adlı məqalə də verilib. Bu da təsadüfi deyil. Çünki Ermənistanın düçar olduğu vəziyyətin erməni müxbiri tərəfindən qələmə alınması artıq hər şeyi aydın ifadə edir. Ölkədəki acınacaqlı vəziyyəti qeyd edən müxbir Ermənistanda hökm sürən səfalətli həyatın nə qədər davam edəcəyini kimsənin bilmədiyini göstərir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

