Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tarixi keçmişimiz və milli mənəvi dəyərlərimiz yüksək səviyyədə qorunur

Tarixi keçmişimiz və milli mənəvi dəyərlərimiz yüksək səviyyədə qorunur

09.12.2014 [10:09]

Tolerantlıq nümunəsi olan Azərbaycan milli mənəvi dəyərlərin qorunduğu, müxtəlif xalqlar və dinlərə mənsub insanların əmin-amanlıq şəraitində yaşadığı ölkədir
Hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, müxtəlif xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş, amma mərkəzləşdirilməmiş dövlət dəstəyi və qayğısı lazım idi.
Milli mənəvi dəyərlərin təbliği və qorunması dövlətin diqqət mərkəzindədir
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların - müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın praktik olaraq ana ünsürlərini təşkil edirdi.
Bu gün isə məlum strategiya və siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir.
Beləliklə, Azərbaycan xalqı sahib olduğu zəngin mənəvi dəyərləri zənginləşdirərək, müasir çağırışlarla uzlaşdıraraq yaşatmaqdadır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının qərargahında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Milli mənəvi dəyərlərimiz: Tarixilik, varislik və müasirlik” mövzusunda gənclərlə görüşdə çıxışı zamanı bu məqama toxunan YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı zəngin tarixə malikdir, xalqımıza məxsus olan milli mənəvi dəyərlər əsrlərdən keçərək bu günümüzə qədər gəlib çatıb.
Tolerantlıq nümunəsi olan Azərbaycan dini təhlükəsizlik baxımından ən sabit ölkələrdən biridir
Digər tərəfdən, tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif millətlər tərəfindən assimilyasiya edilmə cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib. Daha sonra 70 ilə yaxın bir müddətdə ateizmin və kosmopolitizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə əsaslanan humanist meyilləri yaşada bilib. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək dini-mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Bunun da məntiqi və qanunauyğun nəticəsi kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dini ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, konstitusion əsasda hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibətlərin inkişafına yüksək töhfələr verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib.
Bu gün də ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında xüsusi yer tutmaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə hər bir fərdin dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa zidd olmayan səviyyə və formada yararlanmağa geniş şəraitin yaradılması dövlətimizin fundamental tədbirləri sırasında yer almaqdadır.
Nəticə etibarilə, tolerantlıq nümunəsi olan Azərbaycan milli mənəvi dəyərlərin qorunduğu, müxtəlif xalqlar və dinlərə mənsub insanların əmin-amanlıq şəraitində yaşadığı ölkədir. Başqa sözlə, ölkəmiz dini təhlükəsizlik baxımından ən sabit ölkələrdən biridir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 452 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

MEDİA

Xəbər lenti

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31