Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP parlament seçkiləri ilə bağlı plan hazırlayır

YAP parlament seçkiləri ilə bağlı plan hazırlayır

07.01.2015 [09:46]

“Parlament seçkiləri həm dövlətimiz, həm də partiyamız üçün vacibdir. Bu baxımdan, seçkilərlə bağlı planımızı hazırlayırıq”.
Bu barədə publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, YAP-ın İdarə Heyətinin növbəti iclaslarının birində bu plan təsdiq olunacaq: “Plan təsdiq olunandan sonra isə parlament seçkilərinə hazırlığa başlayacağıq. Seçkiyə 8 aya qədər vaxt qalıb. Biz öz gücümüzə inanırıq. Lakin həmişə olduğu kimi, bu seçkiyə də ciddi şəkildə hazırlaşacağıq”.
S.Novruzov, həmçinin, bələdiyyə seçkiləri ilə bağlı partiyanın öz daxilində hesabatların veriləcəyini də bildirib: “Seçkilərdə zəif və güclü tərəflərimizi analiz edəcəyik, bundan nəticələr çıxararaq gələcək fəaliyyətimizi quracağıq. Eləcə də, ötən il partiyanın ümumi fəaliyyəti də qiymətləndiriləcək. Nəzərə alsaq ki, bu il parlament seçkiləri olacaq, fəaliyyətimiz seçki olmayan illərdən fərqlənəcək”.
S.Novruzov digər siyasi partiyaların seçkidə iştirakı məsələsinə də münasibət bildirib.
“Ölkədə parlament seçkilərinə maraq böyükdür. O cümlədən, siyasi partiyalar bu seçkidə aktiv olmağa, qanunverici orqana mandat əldə etməyə çalışacaq. Burda dövlət büdcəsindən partiyalara ayrılan vəsaitdən də söhbət gedir. Hər bir partiya parlamentdə qazandığı yerlərin sayına görə maliyyələşir”, - deyə S.Novruzov bildirib.

Paylaş:
Baxılıb: 477 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31