Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Hadisəni peyğəmbərin karikaturası ilə bağlamaq bəhanədir”

“Hadisəni peyğəmbərin karikaturası ilə bağlamaq bəhanədir”

09.01.2015 [10:08]

“Azərbaycan ərazisində həmişə erməni terroru törədilib və buna görə də, ölkəmiz həmişə terrorun əleyhinədir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Qafqazinfo”ya açıqlamasında Fransada baş verən terror hadisəsinə münasibət bildərərkən deyib. Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, zorakılığın həyata keçirilməsi düzgün deyil: “Fransada terroru həyata keçirənləri izlədikdə görünür ki, bunlar kifayət qədər professional insanlardır. Uzun müddət o ərazidə fəaliyyət göstəriblər, oranı yaxşı tanıyırlar. Bu hadisə ilə bağlı başqa-başqa qrupların adlarını çəkirlər. Xüsusilə də bunu İslama qarşı yönəltməyə çalışırlar. Bilirsiniz ki, on gündür ki, müsəlmanların Avropanın ayrı-ayrı şəhərlərindən çıxıb getməsi ilə bağlı çağırışlar var idi. Hətta bu aksiyaya siyasi partiyalar, QHT-lər də qoşulmuşdu. Hesab edirəm ki, bu prosesin ardıcıllığını da nəzərə alıb demək olar ki, bu baxımdan terror aktı törədilib ki, həmçinin, bu hadisə insanların İslama nifrətinin yönəldilməsinə xidmət etsin. İstintaq təbii ki, bu məsələni araşdıracaq. Kimliyindən asılı olmayaraq, heç bir xalqın, millətin inanclı insanlarının hissiyyatına toxunulmamalıdır. Hesab edirəm ki, iki il bundan öncə karikaturanın çəkilməsi hadisəsi ilə də bunu bağlamaq bəhanədir”.

Paylaş:
Baxılıb: 459 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31