Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Alimlər neft yataqlarının istismarı üsulları ilə bağlı müzakirələr aparıblar

Alimlər neft yataqlarının istismarı üsulları ilə bağlı müzakirələr aparıblar

10.01.2015 [11:33]

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində ölkədə neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunan görüş keçirilib.
AMEA-dan AzərTAc-a bildiriblər ki, görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə neftin istismarı ilə bağlı problemin bütün dövrlərdə aktual olduğunu söyləyib.
Akademik Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bu məsələ ilə bağlı mütəmadi mühüm tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.
A.Əlizadə akademik Xoşbəxt Yusifzadənin ömrünün yarıdan çoxunu neft sahəsində elmi araşdırmaların aparılmasına sərf etdiyini vurğulayaraq alimlər qarşısında aktual məsələ qaldırdığına görə ona təşəkkürünü bildirib. Qeyd edilib ki, ARDNŞ ilə əməkdaşlıq əlaqələri genişləndirilməli, alimlərimiz müvafiq sahədə şirkətə köməklərini əsirgəməməlidirlər.
A.Əlizadə bildirib ki, neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nailiyyətlərindən faydalanmalı, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmalı və ARDNŞ-ə öz təkliflərimizi irəli sürməliyik.
AMEA-nın prezidenti, həmçinin akademiyanın təcrübə-sənaye zavodundan söz açıb, bu müəssisəni bir ay ərzində texnoparka çevirməyin mümkün olduğunu diqqətə çatdırıb.
AMEA-nın müxbir üzvü Zöhhak Abbasov Geologiya və Geofizika İnstitutunun həmişə neftin hasilatı və istismarı məsələləri ilə məşğul olduğunu deyib, qurumun bu sahədə əldə etdiyi təcrübədən, həyata keçirdiyi layihələrdən söhbət açıb.
Tədbirdə digər çıxış edən alimlər də neftin istismarı sahəsində əldə olunan təcrübə və mövcud imkanlardan danışıblar. Bildirilib ki, bu günədək istifadə olunmamış neft quyularını bərpa etmək və işə salmaq Azərbaycan elmi qarşısında duran mühüm vəzifələrdəndir. Həmçinin neft hasilatının artırılması bu gün dünya alimləri qarşısında duran əsas problemlərdəndir.
Bildirilib ki, azərbaycanlı alimlər də bu sahədə problemlərin həlli ətrafında birləşməli, elmi-texniki layihə hazırlanmalı, onun idarəetmə üsulu müəyyənləşdirilməlidir.
Alimlər bu istiqamətdə ölkəmizdə böyük elmi potensialın olduğunu söyləyiblər.
Müzakirələrdə, həmçinin neft yataqlarında mövcud olan problemlərin həlli istiqamətində təklif və tövsiyələr səsləndirilib.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31