Ana səhifə »  Siyasət »  “THE TIMES” - “ƏKİNÇİ” ƏLAQƏLƏRİ ARAŞDIRMALAR TƏLƏB EDİR
A+   Yenilə  A-
“THE TIMES” - “ƏKİNÇİ” ƏLAQƏLƏRİ ARAŞDIRMALAR TƏLƏB EDİR

Möhtərəm Prezidentimiz İlham Əliyevin Azərbaycan mətbuatının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamını təkcə jurnalistlər deyil, bütün xalqımız sevinclə qarşılamışdır. Bu, mətbuat tariximizin öyrənilməsi və media sahəsində daha böyük uğurlar qazanılmasına stimul verən amil kimi diymətləndirilməlidir. Sərəncama uyğun olaraq, ölkəmizin hər yerində müxtəlif tədbirlər keçirilir. İyunun 29-da BDU-da təşkil olunmuş elmi-praktiki konfrans, bizə elə gəlir ki, bütün tədbirlərin uvertürası hesab oluna bilər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun giriş nitqi jurnalistlərimiz və jurnalistikamız üçün bir növ, fəaliyyət proqramı oldu...
Bəli, 140 il bundan əvvəl xalqımızın həyatında misli görünməmiş hadisə baş verdi: ziyalılarımızın çoxdankı arzusu həyata keçdi, Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzetinin birinci nömrəsi çapdan çıxdı. Əlbəttə, birinci olmaq çətindir. Qəzetin redaktoru həm nəşrin yaradılması uğrunda apardığı mübarizə zamanı, həm də nəşri dövründə çox böyük çətinliklərlə üzləşməli olurdu. Bu çətinliklər müxtəlif istiqamətli idi. Qəzet həm informasiya toplanmasında, həm səhifələnib çap edilməsində, həm də materialların oxunub redaktə edilməsində çətinliklərlə rastlaşırdı.
Moskva Universitetinin məzunu olması, Avropa ölkələrinin tarixini və mədəniyyətini yaxşı bilməsi “Əkinçi”nin nəşrində H.B.Zərdabiyə yardımçı olurdu, müxtəlif ölkələrin qəzetlərinin materiallarına əsaslanması onun beynəlxalq məsələlərin işıqlandırılmasında köməyinə gəlirdi. Qəzetin işıq üzü görmüş 56 nömrəsində rus, ingilis və fransızdilli mətbuat orqanlarından gen-bol istifadə edilmişdir. Bu materialların böyük əksəriyyətində ən mühüm beynəlxalq həyat məsələləri işıqlandırılmışdır.
H.B.Zərdabinin böyük maraq göstərdiyi xarici mətbuat orqanlarından ən birincisi Böyük Britaniyanın “The Times” qəzeti olmuşdur. Maraqlıdır ki, “Əkinçi” öz problemlərindən danışarkən həmin qəzeti müsbət nümunə kimi göstərmişdir. Nəşrin 1876-cı il 6 dekabr tarixli sayında “Daxiliyyə” şöbəsində verilmiş materialda deyilir: “Bizim müsəlman tayfasının ingilis tayfasından nə qədər geri qaldığını “Əkinçi” qəzetinə və London şəhərində çap olunan “Tayms” qəzetinə baxmaq ilə bilmək olur”.
“The Times” qəzeti XIX əsrdə İngiltərə jurnalistikasının lideri idi. Onun şan-şöhrəti Londondan bütün dünyaya yayılmışdı. Qəzetin birinci nömrəsində deyilirdi ki, bu nəşr dövrünün ən müxtəlif məlumatlarını dəqiq qeydə alan salnamə olmalıdır.
Əsası 1785-ci ildə qoyulmuş “The Times” 1803-cü ildən müstəqil mətbuat orqanına çevrildi və hökumətdən asılılığa son qoydu. Hökumət isə qəzetə Avropadan və digər məkanlardan informasiya gətirən gəmiləri ləngitmək barədə əmr verdi. Bununla bağlı nəşrin baş redaktoru Con Valter izahat istədi. Ona bildirdilər ki, qəzet istiqamətini dəyişdirərsə, əmr geri götürülə bilər. Qəzetin sahibi sövdələşmədən imtina etdi və işi yaxşılaşdırmaq məqsədilə gəmilər, poçt arabaları aldı, kuryerlər dəstəsi yaratdı, İngiltərə və Hindistan arasında əlaqələrin intensivliyini təmin etdi.
“The Times” XIX əsrin axırlarınadək beynəlxalq həyat məsələlərinin işıqlandırılmasında liderliyi əlində saxladı. Bu mətbu orqan həm ölkə daxilində, həm də xaricdə geniş müxbirlər şəbəkəsi olan yeganə gündəlik ingilis qəzeti idi. Nəşrin tirajı sürətlə artırdı. 1815-ci ildə tirajı 5.000 nüsxə olan qəzet 1854-cü ildə 50.000 nüsxə tirajla çap olunurdu.
Parlamentdə stenoqrafların sayı artırılmışdı. Qəzet parlamentdə aparılan müzakirələrin xülasəsini əvvəllər 8-10 sütunda verirdisə, bu rəqəm 1-ə endirilmişdi. Maraqlıdır ki, bu yeniliyi Londonun digər qəzetləri də tətbiq etməyə başlamışdılar. Şübhəsiz, həmin üsul oxucu vaxtına qənaət olunmasını və materialın daha tez oxunmasını təmin edirdi.
Valterlər sülaləsi öz ətrafına istedadlı adamlar toplamışdı. İki alman - Köniq və Bauer 1814-cü ildə qəzetin emalatxanalarında buxarla işləyən çap maşını hazırlamışdılar. “The Times”ın 1814-cü il 29 noyabr tarixli nömrəsi yeni maşında çap olunmuşdu. Bu maşın saatda 1.000 nüsxə, bir az sonra 5.000 nüsxə, müəyyən təkmilləşdirmə apardıqdan sonra isə 10.000 nüsxə qəzet çap etməyə imkan verirdi. Əllə işlədilən dəzgahda isə saatda yalnız 215 nüsxə çap etmək mümkün olurdu.
1817-ci ildə qəzetin baş redaktoru vəzifəsinə Tomas Barns gətirildi. İngiltərənin qəzet maqnatı Nortkliff onu “The Times”ın ən yaxşı redaktoru kimi səciyyələndirirdi. Barns ölümünün son günlərinədək, yəni 1841-ci ilə qədər sevimli qəzetinə rəhbərlik etmişdir.
Onun varisi Con Dileyn oldu. 1879-cu ilə qədər baş redaktor olan Con Dileyn nəşrin bütün tirajı çap olunmamış evə getməzdi. “Əkinçi” dünyaya göz açarkən “The Times” 91 yaşına yaxınlaşırdı. Qəzet dünyanın ən nüfuzlu mətbuat orqanı kimi şöhrət qazanmışdı. “Əkinçi”nin bu qəzetə maraq göstərməsi, onun barəsində öz səhifələrində söz açması, çap etdiyi materiallardan istifadə etməsi “The Times”ın dünyaşöhrətli mətbuat orqanı olması ilə əlaqədar idi.
İngiltərə parlamentinin üzvü Bulver Litton çıxışlarından birində demişdi: “XIX əsr İngiltərə sivilizasiyası haqqında hər hansı sübutu gələcək əsrlərə ötürmək mənə həvalə edilsə idi, nə donanmalarımızı, nə dəmiryollarımızı, nə ictimai binalarımızı, nə də sizinlə birlikdə iclas keçirmək şərəfinə nail olduğumuz əzəmətli parlament binamızı seçərdim. Mənə “The Times”ın adi nömrələrindən biri kifayət edərdi”.
ABŞ prezidenti Avraam Linkoln “The Times”ı “dördüncü hakimiyyət” hesab etməklə yanaşı, dünyada ən böyük qüvvələrdən biri kimi dəyərləndirirdi. Kraliça Viktoriya məktublarından birində “The Times” qəzetinin cəmiyyətin həyatına təsirinin çox güclü olmasından söhbət açırdı.
Bütün bu faktları göstərdikdən sonra “Əkinçi”nin “The Times”a tez-tez müraciət etməsinin səbəbi aydınlaşır. Bu qəzet haqqında “Əkinçi”də çap olunan yazı, çox ehtimal ki, qəzet barəsində Həsən bəy Zərdabinin bildiklərinin cüzi bir hissəsidir.
“Əkinçi”nin yazdığına görə, “The Times” dörd səhifə həcmində hər gün çıxır, hər vilayətdə müxbiri olması təzə xəbərlərin toplanıb çap edilməsinə imkan verir, tirajın oxuculara dəmiryol qatarları vasitəsilə həmin gün çatdırılması təmin edilir, hətta bu işin sürətləndirilməsi üçün yeni tədbirlər görülməsi nəzərdə tutulurdu. Çap işinin sürətləndirilməsi sahəsində görülən tədbirlərdən danışan H.B.Zərdabi qəzetin elanlardan hər gün 200 manatdan çox vəsait götürdüyünü qeyd edir, “The Times”ın 100.000 nəfərdən çox müştərisinin olduğunu göstərirdi.
H.B.Zərdabi “Əkinçi” barəsində danışarkən yazırdı ki, həmin “qəzet 300 müştəriyə həsrət çəkir və bir də ingilis məmləkətində “Tayms”dan savayı çox qəzet var ki, hər gündə, ya da gündə iki dəfə çap olunur və onların hər birini çap edən özünün qəzet çap etmək ixtiyarını 200 min manata satmaz, amma bizim bir “Əkinçi” qəzetimiz var və əgər onu çap etmək ixtiyarını satmağa dursaq, nə ki ona bir qəpik verən olmaz, hətta onu cəbrən də boynuna götürən tapılmaz. Buna səbəb odur ki, ingilis əhli dünya işində mahir və hər elmdən xəbərdar olduğuna görə səy edir ki, pul qazanıb, nə ki bu dünyada çox ləzzət ilə zindəganlıq etsin, hətta axirəti gözləyib, məktəbxana və kilsə tikdirib, qeyriləri xristian etməkdən ötrü icmalar bina edir və bu səbəbə onlar kamallı və xeyirli sözün qədrini bilir ki, onlardan ol qədər qəzet oxuyan var”.
“Əkinçi”nin 1876-cı il 1 yanvar tarixli nömrəsində “The Times” qəzeti ilə bağlı verilmiş xəbərə xüsusi diqqət yetirmək lazımdır: “Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək, əl həqq bu, çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi kiçik qəzet çap olunmağını eşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi kəslər onun bina olunmasının xəbərini də eşitməyiblər” (fərqləndirmə bizimdir-H.V.).
Qəzetin səhifələrində bu cür xəbərlər çoxdur. Lakin bizi maraqlandıran başqa bir məsələdir. H.B.Zərdabi “Əkinçi” qəzetinin Londonda da tanındığından iftixar hissi duyur və ona redaktə etmək üçün türk dilində yazı göndərildiyini nəzərə çatdırır. Məhz bu xəbər bir sıra məqamlara aydınlıq gətirməyi tələb edir.
“Əkinçi” Azərbaycan jurnalistikası tarixində, cəsarətlə demək olar ki, ən çox tədqiq edilmiş mətbuat orqanıdır. Qəzetin həyat və fəaliyyəti həm çar hakimiyyəti dövründə, həm Sovetlər birliyi dönəmində, həm də müstəqillik illərində geniş öyrənilmişdir. Qəzetin materiallarının tam mətninin 1979-cu ildə kiril əlifbası, XXI əsrin əvvəllərində isə latın əlifbası ilə çap edilməsi tədqiqat işinin daha səmərəli aparılmasına, mənbələrdən daha dəqiq istifadə edilməsinə şərait yaratmışdır. Bununla belə, bizə elə gəlir ki, bəzi məsələlərə, xüsusilə beynəlxalq həyat, o cümlədən, beynəlxalq jurnalistika ilə bağlı materiallara diqqət yetirmək, bir sıra suallara cavab vermək tələb olunur. Ortalığa çoxlu suallar çıxır: “Londondan “Əkinçi”yə göndərilmiş türk dilində material hansı kitabın fəsli olmuşdur?” “Nəyə görə tərcüməni İstanbula deyil, məhz Bakıya, “Əkinçi”nin redaksiyasına göndərmişdilər?” Şübhəsiz, bu suallara cavab vermək lazımdır. “Əkinçi”nin arxivinə yenidən baxmaq, həmin materialın məzmunu ilə tanış olmaq, haradan göndərildiyini müəyyənləşdirmək lazımdır. Bizə elə gəlir ki, materialın “Əkinçi”nin redaksiyasına göndərilməsi səbəbsiz deyildi.
XIX əsrin 60-cı illərinin axırları və 70-ci illərinin əvvəllərində Londonda türk mühacir mətbuatı, əvvəlcə “Müxbir”, sonra “Hürriyət”, daha sonra isə “İnqilab” və “Ulus” qəzetləri çıxırdı. Bu mətbuat orqanlarında dövrünün məşhur türk jurnalistləri Namiq Kamal, Əli Suavi, Ziya paşa və başqaları çalışırdılar. Çox ehtimal ki, bu qəzetlərin “The Times” qəzeti ilə əlaqələri vardı. Eyni zamanda, “Yeni osmanlılar” mühacir mətbuatının nüsxələrini Türkiyəyə gizli yolla göndərirdilər. Ehtimal etmək olar ki, “Əkinçi”yə göndərilən türkcə tərcümə “Yeni osmanlılar”ın ruhuna uyğun olmuşdur, onların fikrincə, elə bir materialı Türkiyəyə göndərmək həmin yazının məhvi demək olardı və buna görə də Bakını etibarlı şəhər kimi görüb oraya göndərilməsini məsləhət bilmişdilər. Bəlkə də, “The Times”da H.B.Zərdabini tanıyırdılar və Türkiyədə konstitusiya qəbul olunmasını və parlamentli monarxiya yaradılmasını istəyən “Yeni osmanlılar” “Əkinçi”nin redaktorunu özləri üçün ən etibarlı şəxs hesab edirdilər.
Həsən bəy Zərdabinin “The Times” qəzetinə hüsnrəğbət bəsləməsi səbəbsiz deyildi. Başlıca səbəb o idi ki, həmin qəzet dövrünün ən məlumatlı mətbuat orqanı sayılırdı və bəzən bir sıra məsələlər barəsində hökumətdən daha çox məlumatlı olması ilə seçilirdi. Məsələn, qəzet Vaterloo yaxınlığında Napoleon qoşunlarının məğlub olması haqqında xəbəri ilk dəfə yaymışdı. Halbuki hökumətdə belə bir məlumat yox idi. Bundan əlavə, “The Times”ın yaydığı xəbərlərin dəqiqliyinə heç kəsin şübhəsi olmurdu. “Əkinçi” öz oxucularını Rusiya-Türkiyə münasibətləri, Balkanlarda vəziyyət və Osmanlı imperiyası ilə bağlı bir sıra məsələlər barəsində “The Times”ın verdiyi məlumatlarla tanış etməklə əhalidə daha doğru rəy formalaşdırmaq istəyirdi, çünki dövrünün digər mətbuat orqanları, o cümlədən, rus qəzetləri beynəlxalq məsələlər barəsində qərəzli yazılar verirdilər. Senzuranın tüğyan etdiyi bir zamanda həmin yazılardan başqa cür istifadə etmək mümkün deyildi. Mümkün olan yalnız “The Times” qəzetinin xəbərlərinə istinad etmək idi.
Yuxarıda dediyimiz kimi, “Əkinçi” “The Times”dan bəhrələnirdi. Bunun isə əsas səbəbi barəsində fikirlərimiz burada öz əksini tapmışdır. Yalnız onu əlavə etmək lazımdır ki, Böyük Britaniya mətbuatı XIX əsrdə çox böyük nüfuza malik idi, millətin həyatına güclü təsir göstərə bilirdi. Bütün Avropa onun səsinə qulaq asırdı. İngiltərə qəzetlərinin, xüsusilə də “The Times”ın böyük nüfuz sahibi olmasının başlıca səbəblərindən biri ölkədə mətbuat azadlığının mövcudluğu idi. Hələ 1689-cu ildə qəbul olunmuş “Hüquqlar Billi”ndə hər bir ingilisə öz fikrini şifahi və yazılı şəkildə ifadə etmək hüququ verilmişdi. 1694-cü ildə isə senzura ləğv edilmişdi. Bütün bunlar İngiltərə mətbuatının verilən hüquqlardan gen-bol istifadə etməsi ilə nəticələnirdi. XIX əsr İngiltərə mətbuatını okeana bənzətsək, “Tayms” bu okeanın mayakı olardı. Maraqlıdır ki, “Əkinçi” bu mayakı görür, onun işığından bəhrələnməyə çalışırdı. “Əkinçi” fəaliyyətdə olduğu dövrdə “The Times”ın baş redaktoru vəzifəsində Con Dileyn çalışırdı. O da H.B.Zərdabi kimi mətbəədə gecələyir, qəzet çap olunmamış iş yerini tərk etmirdi. 1841-1879-cu illərdə, yəni 38 il bu mətbuat orqanına rəhbərlik etmiş bu şəxsin dünyanın bir çox qəzet redaktorları ilə bilavasitə tanış olduğunu söyləmək mümkündür. Belə redaktorlardan biri də, yəqin ki, H.B.Zərdabi idi. Beləliklə, ilk mətbuat orqanımızla bağlı araşdırmalarımızı davam etdirməli, arxivlərə lazım gəlsə, “The Times”ın arxivinə də yenidən baş vurmalı, “Əkinçi” - “The Times” əlaqələrinə aydınlıq gətirməklə XIX əsrin 70-ci illərində Azərbaycan-Böyük Britaniya münasibətləri tarixinin öyrənilməsində yeni səhifə açmalıyıq.
Həmid VƏLİYEV,
BDU Beynəlxalq jurnalistika
kafedrasının müdiri, professor

 
 
  • Oxunub:  11700  |  
  • Tarix:  02-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir

17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
17:23
20 Oktyabr
BSU-da keçirilən intellektual oyunda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi lider olub
17:20
20 Oktyabr
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir
17:01
20 Oktyabr
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib
16:45
20 Oktyabr
Yaxın zamanda Ukraynada Azərbaycan Ticarət Evinin açılması istiqamətdə işlər yekunlaşacaq
16:43
20 Oktyabr
Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib
16:01
20 Oktyabr
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
15:56
20 Oktyabr
Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz
15:00
20 Oktyabr
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib
14:45
20 Oktyabr
Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var
14:39
20 Oktyabr
Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
14:33
20 Oktyabr
2018-ci ildə Azərbaycanda 1,5 faizlik iqtisadi artım olacaq
14:29
20 Oktyabr
Xam neft Azərbaycanın ümumi ixracının 72, təbii qaz isə 11 faizini təşkil edib
14:17
20 Oktyabr
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
14:15
20 Oktyabr
Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər
12:42
20 Oktyabr
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
12:35
20 Oktyabr
Azər Badamov: 2017-ci ilin doqquz ayının nəticələri ölkəmiz üçün uğurlu oldu
12:28
20 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:00
20 Oktyabr
Bakıda Körfəz ərəb ölkələri məhsullarının sərgisi keçirilə bilər
11:41
20 Oktyabr
Anna Maria Rozek: Şopin festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır
11:23
20 Oktyabr
Xalça Simpoziumu çərçivəsində növbəti sessiya - "Təsir və müqayisələr"
11:19
20 Oktyabr
İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub
11:14
20 Oktyabr
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
11:04
20 Oktyabr
Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında 3 anlaşma memorandumu imzalanıb
11:00
20 Oktyabr
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub
10:57
20 Oktyabr
İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur
10:48
20 Oktyabr
Şahin Mustafayev: Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr genişlənir
10:31
20 Oktyabr
Bakıda İranın mədəniyyət günləri keçiriləcək
10:27
20 Oktyabr
“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
10:25
20 Oktyabr
Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
10:21
20 Oktyabr
Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq
10:18
20 Oktyabr
Cari ilin 9 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 567 milyon dollar olub
10:14
20 Oktyabr
ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
10:06
20 Oktyabr
Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
10:04
20 Oktyabr
Ermənistan ordusu sutka ərzində atəşkəsi 143 dəfə pozub
17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir
15:23
19 Oktyabr
Litva Azərbaycan ilə əlaqələrə böyük əhəmiyyət verir
15:17
19 Oktyabr
İtaliya Senatında Azərbaycan-İtaliya əlaqələrinin 25 illiyi ilə bağlı konfrans təşkil olunub
15:09
19 Oktyabr
Arye Qut: “Azərbaycan sabitlik, firavanlıq məkanı və bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı yerdir”
15:03
19 Oktyabr
Riqada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir
14:51
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Sabirabadda vətəndaşları qəbul edəcək
14:47
19 Oktyabr
Musa Qasımlı: Ermənistan öz iddialarından əl çəkməlidir
14:45
19 Oktyabr
Litva Seyminin nümayəndələri ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini anıblar
14:04
19 Oktyabr
Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb
13:53
19 Oktyabr
Sevinc Fətəliyeva: Dünyada baş verən münaqişələrdə uşaqların qətl obyektinə çevrilmələri qəbuledilməzdir
13:40
19 Oktyabr
Sona Əliyeva: Azərbaycan sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir
12:58
19 Oktyabr
Du Can: Çin Azərbaycanı turizm sahəsində əməkdaşlıq üçün əsas istiqamətlərdən biri kimi görür
12:33
19 Oktyabr
Ebrima Silla: Festival ölkənin region və dünyadakı strateji maraqları üçün çox önəmlidir
12:23
19 Oktyabr
Bakı Ali Neft Məktəbində yeni ixtisaslar açılacaq
12:15
19 Oktyabr
Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin növbəti müzakirəsi aparılacaq
12:12
19 Oktyabr
Azərbaycan XİN rəhbəri Körfəz Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
11:52
19 Oktyabr
Pekində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib
11:32
19 Oktyabr
Ulu öndər Heydər Əliyevin yenilməz iradəsi Azərbaycanda daxili ictimai-siyasi sabitliyi təmin edib
11:23
19 Oktyabr
Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli bəstəkarın yetmiş illik yubileyi qeyd olunub
11:19
19 Oktyabr
Bakı regionun ən iri biznes mükafatının təqdimatının keçiriləcəyi məkan seçilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +21
gecə+10 +13