Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Çanaqqala döyüşündə şəhid olmuş azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək

Çanaqqala döyüşündə şəhid olmuş azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək

20.03.2009 [17:58]

çanaqqala döyüşləri türk xalqının və Türkiyə hərb tarixinin ən şərəfli səhifələrindəndir. Bu döyüş 1915-ci ildə türk dünyasının görkəmli öndəri qazi Mustafa Kamal Paşanın başçılığı ilə Antanta birliyi kimi güclü donanmaya malik dövlətlərlə qeyri-bərabər döyüşlərdən qalib çıxmış türk əsgərinin nəyə qadir olduğunu bütün dünyaya bir daha sübut edib.
Qeyd edək ki, məşhur çanaqqala döyüşlərində türklərlə çiyin-çiyinə xeyli sayda azərbaycanlı da könüllü olaraq düşmənə qarşı vuruşub və şəhid olublar. Amma təəssüf ki, həm Azərbaycan, həm də Türkiyə ictimaiyyəti həmin qəhrəman qazilərimiz və şəhidlərimiz barədə çox az məlumatlıdırlar.
Beynəlxalq Diaspora Mərkəzi (Bakı) və Azərbaycanlılar Dayanışma Dərnəyi (İstanbul) 1915-ci ildə çanaqqalada şəhid olmuş azərbaycanlıların qəhrəmanlıqları barədə  məlumatların tapılması, dəqiqləşdirilməsi və yayılması barədə xeyli vaxtdır ki, konkret işlər görməyə başlayıb. Bu sahədə isə atılan ilk addım çanaqqala döyüşündə canlarını qurban vermiş azərbaycanlıların şərəfinə hazırlanmış bukletlər olub.
Məlumat üçün bildirək ki, hər il mart ayının 18-də bütün Türkiyə tarixi çanaqqala döyüşünün ildönümünü böyük təntənə ilə qeyd edir. Bu il də çanaqqala döyüşünün 94-cü il dönümü keçirilib. Təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Beynəlxalq Diaspora Mərkəzi (BDM) və Azərbaycanlılar Dayanışma Dərnəyi (ADD) nümayəndə heyəti bu tədbirlərə qatılıb. Bu məqsədlə BDM-in və ADD-nın təmsilçiləri martın 18-də İstanbuldan 356 km qərbdə yerləşən çanaqqalada ən yüksək səviyyədə keçirilən bütün tədbirlərdə iştirak ediblər.
çanaqqalada dövlət səviyyəsində keçirilən tədbirlər səhər tezdən şəhərin mərkəzində - Atatürk meydanında çanaqqala qəhrəmanlarının şərəfinə xatirə çələnglərinin qoyulması ilə başlayıb. Bu tədbir zamanı ilk dəfə olaraq Azərbaycan xalqı adından əklil qoyulub.
Sonra tədbirlər çanaqqala şəhər stadionunda davam etdirilib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və ölkənin digər rəsmilərinin də qatıldığı tədbirlərdə ilk dəfə olaraq Azərbaycandan gəlmiş nümayəndə heyəti iştirak edib və tədbirlərdə Azərbaycan bayrağı dalğalanıb.
Əlavə edək ki, Azərbaycan nümayəndə heyətinin üzvlərinin gün ərzində çanaqqala döyüşlərinin 94-cü il dönümünə həsr edilmiş bütün tədbirlərdə yaxından fəal iştirakı Türkiyə mediası tərəfindən maraqla qarşılanıb.
Nümayəndə heyətinin üzvləri BDM-nin sədri İsmayıl Ağayev və professor Vaqif Arzumanlı  səfər çərçivəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyənin müdafiə naziri Vecdi Gönül, çanaqqala bələdiyyəsinin sədri, çanaqqala valisi və bəzi digər rəsmi şəxslərlə də görüş keçiriblər. Həmin görüşlər zamanı Türkiyə rəsmiləri Azərbaycandan gələn qonaqların bu tarixi hadisə ilə əlaqədar tədbirlərdə aktiv iştirakını yüksək qiymətləndirib.
Keçirilmiş görüşlərdə Azərbaycan nümayəndə heyəti çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsinin əbədiləşdirilməsinin vacibliyini irəli sürüblər. Türkiyəli rəsmilər isə bu təklifi çox bəyənib və bu planın reallaşdırılması istiqamətində hərtərəfli köməkliklərin göstərilməsinə söz veriblər.
Ramil VƏLİBƏYOV
Paylaş:
Baxılıb: 1248 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30