Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-nın iclası keçirilib

MSK-nın iclası keçirilib

30.03.2009 [12:03]

Martın 25-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK-nın mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2009-cu il martın 17-də  keçirilmiş iclasının protokolu təsdiq edilib. Sonra MSK üzvü Qabil Orucov 2009-cu il martın 18-də  keçirilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş  müraciətlərə baxılmasına dair məsələ barədə məlumat verib. O qeyd edib ki, referendumla əlaqədar “Respublikaçılar” və “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri 2009-cu il martın 23-də Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyasına birgə müraciət edərək, səsvermə günü bəzi seçki (referendum) məntəqələrində qanun pozuntularının baş verməsini iddia edib, qanunla müəyyən edilmiş qaydada tədbirlər görülməsini xahiş edib və müraciət araşdırılmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki (Referendum) Komissiyası nəzdində ekspert qrupunun üzvünə verilib. Ekspert qrupunun üzvü müraciətlə bağlı əlavə araşdırmanın tələb olunduğunu əsas gətirərək araşdırma müddətinin uzadılması barədə vəsatət qaldırıb. Eyni zamanda, araşdırma materiallarının bir hissəsi müvafiq dairə seçki (referendum) komissiyalarının səlahiyyətinə aid olduğundan, ekspert qrupunun üzvü həmin materialların aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilməsi barədə rəyə gəlib. Azərbaycan Respublikasının Mərkəzi Seçki (Referendum) Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək qərara alıb ki, müraciətin araşdırılması müddəti uzadılsın və araşdırma materiallarının bir hissəsi aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki (referendum) komissiyalarına göndərilsin. İclasda cari məsələlərə də baxılıb.

Paylaş:
Baxılıb: 980 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31