Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / ASAN könüllüləri fəaliyyətləri ilə bağlı hesabat veriblər

ASAN könüllüləri fəaliyyətləri ilə bağlı hesabat veriblər

05.12.2015 [11:02]

ASAN Könüllülərinin II Ümumrespublika Forumu keçirilib
Dekabrın 4-də ASAN Könüllülərinin II Ümumrespublika Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı I Ümumrespublika Forumunda Azərbaycan Prezidenti İlham Əliyevin ASAN könüllüləri qarşısında bir sıra məqsəd və vəzifələr qoyduğunu diqqətə çatdırıb. Qeyd edib ki, hazırkı Forumun məqsədi bu vəzifələrin icrası, eyni zamanda, təşkilatın illik fəaliyyəti barədə hesabat təqdim etməkdir.
Forumda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov nadir konsepsiya olan “ASAN xidmət”in dünyanın bir çox ölkələrində xüsusi rəğbətlə qarşılandığını bildirib. Şöbə müdiri qeyd edib ki, vətəndaş məmnunluğunun təmin olunmasını, dövlət qurumları ilə vətəndaşlar arasında təmasın minimuma endirilməsini qarşıya məqsəd qoyan “ASAN xidmət” beynəlxalq təşkilatların da diqqətini cəlb edib. Prezident Administrasiyasının rəsmisi “ASAN xidmət” mərkəzlərinə indiyədək yeddi milyondan çox müraciətin daxil olduğunu bildirib və bu müraciətlərin təmin edilməsində könüllülərin xüsusi rolunu vurğulayıb. İndiyədək “ASAN xidmət” mərkəzlərində altı minə yaxın könüllünün fəaliyyət göstərdiyini diqqətə çatdıran Fuad Ələsgərov deyib ki, onların 529 nəfəri artıq müxtəlif dövlət orqanlarında işlə təmin olunub.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti haqqında danışıb. Nazir bildirib ki, bu gün ölkəmizdə bir çox gənclər təşkilatları fəaliyyət göstərir. O, dövlət gənclər siyasətinin həyata keçirilməsində ASAN Könüllüləri Gənclər Təşkilatının xüsusi rolu olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, gənclərin fəaliyyəti dövlətçilik prinsiplərinə söykənməlidir. Bu istiqamətdə həyata keçirilən işlər onların üzərində böyük məsuliyyət qoyur. Hazırlanan növbəti Dövlət Proqramında da gənclərin inkişafına hərtərəfli dəstək nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov ASAN könüllülərinin həyata keçirdiyi layihələr haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, bu layihələrin həyata keçirilməsində könüllülərin fəaliyyəti əvəzsizdir. Onlar mərkəzlərdə fəaliyyəti zamanı dövlət qulluğu, komanda ilə iş və başqa sahələrdə müsbət təcrübə əldə ediblər.
Forumda 2015-ci ildə fəaliyyəti ilə fərqlənən ASAN könüllülərinə yeddi nominasiya üzrə mükafatlar təqdim olunub.

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İqtisadiyyat

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31