Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıqlar onların həbsinə səbəb olmamalıdır

Əli Həsənov: Jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıqlar onların həbsinə səbəb olmamalıdır

11.04.2009 [14:46]

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun SİA-ya eksklüziv müsahibəsi:
- Əli müəllim, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbs olunması və tezliklə azadlığa buraxılması ilə bağlı nə deyə bilərsiniz?
- “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin konkret hansı məsələyə görə həbs olunması ilə bağlı məlumatım yoxdur. Lakin, bütövlükdə Azərbaycan dövlətinin mətbuat-informasiya sahəsindəki yürütdüyü siyasətin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda həm jurnalistlər azad şəkildə informasiya toplamaq, yaymaq və cəmiyyəti məlumatlandırmaq hüququ qazansın, həm də insanların şəxsi həyatına toxunlmazlıq tədbirləri, jurnalist etikasının pozulması halları qorunsun. Ona görə də vacib deyil ki, jurnalistlərlə digər insanlar arasında çəkişmələr sonda jurnalistin həbsə düşməsinə gətirib çıxarsın. Bunun mülki qaydaları və digər üsulları var ki, dünya praktikasında və demokratik ölkələrin praktikasında bu üsul daha çox tətbiq olunur. Bundan başqa, cənab Prezident İlham Əliyev də jurnalistin həbsi ilə bağlı xəbərdən təəssüfləndiyini bildirib. Dövlət başçısı bu kimi hallarda azadlıqdan məhrumetmə barədə qərar çıxarılmasındansa, tərəflər arasındakı problemlərin digər hüquqi yollarla həllinə nail olmağın daha effektli ola biləcəyini söyləyib. Dövlət başçımız bəyan edib ki, siyasi plüralizmi özünün əsas prinsiplərindən biri kimi həyata keçirən Azərbaycanda jurnalistlərlə vətəndaşlar arasındakı bu və ya digər anlaşılmazlıq və qarşıdurma ölkədə jurnalistlərin həbsinə səbəb olmamalıdır. Cənab prezident bu məsələlərdə həm çəkişən tərəflərin, həm də məhkəmələrin beynəlxalq praktikada qəbul olunmuş münasib yollara istinad etmələrinin daha yaxşı olacağını da qeyd edib.
- Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun tərkibinin formalaşdırılması üçün Mətbuat Şurası tərəfindən Prezident Adminstirasiyasına 18 nəfərlik heyətin siyahısını göndərməli idi. Bu məsələ nə yerdədir?
- Hələlik, Mətbuat Şurası tərəfindən bizə heç bir siyahı göndərilməyib. Bu siyahının tərkibi müəyyənləşdirildikdən sonra, bir ay ərzində Mətbuat Şurası tərəfindən bizə göndəriləcək. Bundan əlavə, Prezident Adminstirasiyası həmin siyahıdan dövlət başçısının təyin edəcəyi 3 nəfər dövlət nümayəndəsini müəyyən etməlidir. Hazırda sözügedən məsələ ilə bağlı Mətbuat Şurası tərəfindən bizə göndəriləcək siyahının tərkibi müəyyənləşdirilir. Siyahıda 9 nəfər nəzərdə tutulub ki, onların da 3-ü mətbuat nümayəndəsi, 3-ü dövlət orqanlarının təmsilçisi, 3-ü isə jurnalist təşkilatlarının nümayəndəsi olacaq. Düşünürəm ki, Fondun tərkibi bir ay müddətinə müəyyən olunacaq. Bununla əlaqədar cənab Prezident İlham Əliyevin sərəncamı da gözlənilir.

Paylaş:
Baxılıb: 1024 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31