Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Kubanın ölkəmizdəki səfiri ilə görüşüb

17.11.2017 [10:17]

Noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayaraq onu Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vətəni olan Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib. Ulu öndərin Kuba inqilabının rəhbəri Fidel Kastro ilə yaxın əlaqələrini diqqətə çatdıran Ali Məclisin Sədri ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək verdiyini və ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Kuba arasında ticarət əlaqələrinin olduğunu qeyd edən Ali Məclisin Sədri təhsil sahəsində əməkdaşlığın qurulmasının, xüsusilə tütünçülüyün inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb.
Ulu öndərin vətəni Naxçıvanda olmaqdan şərəf duyduğunu bildirən Alfredo Fidel Nieves Portuondo göstərilən xoş münasibətə görə minnətdarlıq edib. Səfir Naxçıvanın tarixi, mədəniyyəti və müasir inkişafı haqqında məlumatlı olduğunu diqqətə çatdırıb, muxtar respublikanın bütün çətinliklərə baxmayaraq inkişaf etməsinin nümunə gücündə olduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirib.

Paylaş:
Baxılıb: 332 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30