Ana səhifə »  Siyasət »  Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır?
A+   Yenilə  A-
Dağlıq Qarabağ probleminin həlli yaxınlaşır?
ABŞ dövlət katibinin müavininin bəyanatı və Ermənistandakı siyasi gərginlik bu suala müsbət cavab verməyə əsas yaradır
Uzun illərdir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi 2009-cu ildə intensivlik qazanıb. İl ərzində istər problemin həlli ilə bağlı beynəlxalq qurumların fəaliyyəti, istərsə də münaqişə tərəflərinin apardıqları müzakirələr tənzimlənmə istiqamətində ümidlərin doğrulmasına gətirib çıxarıb. Belə ki, verilən son bəyanatlar və vasitəçi qismində çıxış edən ATƏT-in Minsk qrupu həmsədrlərinin fikirləri münaqişənin yaxın zamanda həll ediləcəyi ehtimallarını gücləndirib. Münaqişənin həllinə dair bəzi detalların cəmiyyətə açıqlanması isə bir daha göstərir ki, Azərbaycanın apardığı uğurlu xarici siyasət kursu öz bəhrəsini verir.
Beləliklə, illərdir aparılan diplomatik mübarizə nəticəsində beynəlxalq aləmin dəstəyini qazanan Azərbaycan yalnız öz yolu ilə irəlilədi və nəticədə Ermənistanın işğalçı siyasətini bütün çılpaqlığı ilə ifşa etməklə yanaşı, həmin siyasətin eyni zamanda ermənilərə verdiyi ziyanı  əyani şəkildə rəsmi Yerevana nümayiş etdirdi. Məhz buna görə də, bu gün münaqişənin həlli məsələsində yeni manevrlər etməyə gücü çatmayan erməni hakimiyyəti dərk edir ki, işğalçı siyasətin davam etdirilməsi dövlət olaraq Ermənistanı məhvə sürükləyir.
Bu günlərdə ABŞ-ın nüfuzlu Corctaun Universitetində “ABŞ-Azərbaycan strateji tərəfdaşlığı: yeni ikitərəfli və region ölçülər” mövzusunda keçirilən konfransda çıxış edən ABŞ dövlət katibinin siyasi işlər üzrə müavini Uilyam Berns Azərbaycanın dünyanın təhlükəsizliyinin təminatında verdiyi töhfələri önə çəkib. Onun sözlərinə görə, Azərbaycan regional təhlükəsizlik məsələlərində də hər zaman öndədir və regionda etibarlı tərəfdaşdır. Dövlət katibinin müavini bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda irəliləyişə ümid edir və onun həllinə kömək etməyə hazırdır. “Biz ümid edirik ki, son vaxtlar prezidentlər Əliyev və Sərkisyanın danışıqlarında müşahidə olunan irəliləyişlər onların gələn ay keçiriləcək görüşündə müsbət nəticələrə gətirib çıxaracaq. Münaqişənin mümkün həlli planı artıq neçə müddətdir bəllidir. Amma detallar da çox vacibdir və sonrakı müzakirələr hər iki tərəfin maraqlarının təmin olunması baxımından zəruri sayılır. İnanırıq ki, bütün tərəflər danışıqların bitməsi və arzulanan sonluğa çatması üçün siyasi iradə nümayiş etdirəcək. Biz bu məqsədə çatmaq üçün vaxt və səylərimizi əsirgəməyəcəyik”, deyən Berns Dağlıq Qarabağ  münaqişəsinin həlli məsələsində Türkiyənin apardığı vasitəçilik missiyasının da prosesə xeyir verdiyini bildirib.
çıxışında Türkiyə-Ermənistan münasibətləri məsələsinə də toxunan U.Berns, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, Cənubi Qafqaz regionunun inkişafına təsir edəcəyini deyib: “Bundan başqa, münasibətlərin normallaşması üçün Türkiyə və Ermənistan tərəfindən atılan tarixi addımlar ümidvericidir. Bu yaxınlaşma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmasa da, hər iki proses Cənubi Qafqaz regionunu bölən və regional inkişaf imkanlarını məhdudlaşdıran köhnə problemlərin həllində mühüm əhəmiyyətə malikdir. Əgər bu mübahisələr həll olunsa, region miqyasında əməkdaşlıq, inam və kommersiya inkişafı üçün yeni qapılar açılacaq”.
Beləliklə, münaqişənin həlli ilə bağlı aparılan son danışıqların müsbət nəticə ilə yekunlaşacağına ümidlər artır. Bu arada Ermənistandan gələn xəbərlər də bir daha bunu deməyə əsas verir ki, artıq işğalçı siyasətin rəsmi Yerevanı dalana dirədiyi ermənilər tərəfindən də dərk olunur. Ermənistan başa düşür ki, əgər qlobal əhəmiyyətli layihələrdə iştirak etmək və bununla da varlığını qorumaq istəyirsə Dağlıq Qarabağ  münaqişəsi mütləq şəkildə həll edilməlidir. Bu münaqişənin isə bir həll variantı var: Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Fərqli açıqlamalar verən Ermənistan hakimiyyətinin son mövqeyi isə erməni müxalifətini yenidən fəaliyyətə keçirib. Türkiyə tərəfinin diplomatik əlaqələrin yalnız Dağlıq Qarabağ  münaqişəsinin həlli qarşılığında qurulacağını bəyan etməsi Ermənistanı tam “tərksilah” edib. Dünənə qədər nəyəsə ümid bəsləyən Ermənistan artıq dərk edir ki, onun varlığı, sadəcə, bir məsələdən asılıdır - Dağlıq Qarabağ  münaqişəsinin həllindən.
Qeyd olunduğu kimi, Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə imzalanacaq protokollarla bağlı siyasi partiyalarla məsləhətləşmələr aparıb. ölkənin əsas müxalifət partiyalarını özündə birləşdirən Ermənistan Milli Konqresi isə bu məsləhətləşmələrdə iştirakdan imtina edib. Müxalifətin lideri Levon Ter-Petrosyan da təsdiq edib ki, prezident Sərkisyan həm Qarabağ məsələsində, həm də Türkiyə ilə münasibətlərdə güzəştə getməyə məcburdur: “Qarabağ münaqişəsinin nizamlanması prosesi elə mərhələyə daxil olub ki, Sərkisyanın geriyə yolu yoxdur. ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin prezidentləri iyulun 10-da bəyan edib ki, Qarabağ münaqişəsinin həlli prosesində birbaşa iştirak edəcəklər. Belə hadisələr adətən danışıqların yekun mərhələsində baş verir, yəni Qarabağ münaqişəsinin həlli uzaqda deyil. Bəyanat yüksək səviyyədə verilibsə, deməli, orada qeyd olunan həll prinsipləri dəyişiklik və müzakirə üçün açıq deyil. Bu o deməkdir ki, Madrid prinsiplərinin yekun variantı yenidən gündəmə gəlib. Ermənistan hakimiyyəti 10 il əvvəl imtina edilən və məğlubiyyət kimi başa düşülən varianta qayıdıb. 1997-ci ildə həmsədrlər tərəfindən təqdim olunan variant erməni tərəfi üçün daha məqbul olub. çünki bu təkliflərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi açıq şəkildə qeyd olunurdu və azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qaytarılması barədə bir söz yox idi”.
Göründüyü kimi, Ter-Petrosyan dolayısı ilə də olsa Azərbaycanın diplomatik uğurunu təsdiq edib. Ermənistanın keçmiş prezidenti bildirib ki, Dağlıq Qarabağın danışıqlar prosesindən tərəf kimi uzaqlaşdırılması bu məsələdə dönüş nöqtəsi olub. Bu isə həqiqətən də Rəsmi Bakının yürütdüyü xarici siyasət kursunun zəfəridir. Artıq Ermənistan hakimiyyəti və cəmiyyəti dərk edir ki, bu münaqişə mütləq şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq.
Pərviz SADAYOÄžLU
 
  • Oxunub:  16050  |  
  • Tarix:  24-09-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18