Ana səhifə »  Siyasət »  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının...
A+   Yenilə  A-
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının...

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatına dair BƏYANATI

2018-ci il fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsində əks etdirilən hüququndan istifadə edib növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan etmişdir. Mərkəzi Seçki Komissiyası 2018-ci il 6 fevral tarixli Qərarı ilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini 2018-ci il aprelin 11-nə təyin etmişdir.
Seçkilərin hazırlanıb keçirilməsi qanunvericiliyin və beynəlxalq normaların tələblərinə uyğun və keyfiyyətlə aparılaraq 11 siyasi partiyanın və digər seçki subyektlərinin azad və müstəqil davranışı üçün hər cür imkanlar yaradılmışdır. Mövcud ədalətli mübarizə mühitindən və bərabər imkanlardan heç bir maneə olmadan istifadə edən qeydə alınmış namizədlərin hamısı seçki prosesindən tamamilə razı qaldıqlarını bəyan edərək böyük səs çoxluğu ilə seçilən namizədi təbrik etmişlər.
Vətəndaşların öz konstitusion hüquqlarından tam və maneəsiz istifadə etmələri üçün bütün zəruri addımlar vaxtında və keyfiyyətlə atılaraq, seçicilərin azad və sərbəst seçim imkanları tam təmin edilmişdir. Azad və sərbəst fəaliyyətləri üçün hər cür şərait yaradılan 51 xarici KİV-in 118 nümayəndəsi, habelə 59 ölkəni, 61 beynəlxalq təşkilatı təmsil edən 894 nəfər xarici müşahidəçinin də daxil olduğu 60 minə yaxın geniş müşahidəçi ordusunun mütləq əksəriyyəti ümumilikdə seçkiləri azad, ədalətli və şəffaf kimi qiymətləndirərək seçki prosesində ciddi irəliləyişlərin olduğunu qeyd etmişlər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının çoxsaylı müşahidəçiləri də ayrı-ayrılıqda həmin mövqeni açıq şəkildə bəyan etmişlər. Lakin təəssüflə qeyd edilməlidir ki, bu qurumların adından yayılan hesabatda 1300 seçki məntəqəsində müşahidə aparılması bildirilən, ümumilikdə seçkilərin nəticələrinə heç bir təsir etməyən və mənbəyi bəlli olmayan neqativlərin qabardılması yolu ilə (ən çox halda cəmi 156 məntəqədə ümumi məntəqələrin 2,8 faizindən də azında) bu və ya digər xarakterli texniki problemlərin olduğu bəyan edilmişdir. Bununla da, həm yuxarıda qeyd edilən çoxminlik müşahidəçilərin, həm də öz nümayəndələrinin fikirlərindən kəskin fərqlənən mövqe nümayiş etdirərək, seçkilər keçirilmiş 5641 məntəqənin hamısının nəticələrinə kölgə salmaq meyli nümayiş etdirilmişdir.
Eyni zamanda, obyektivlik, qərəzsizlik, balanslılıq və peşəkarlıq kimi prinsiplərin pozulması açıq müşahidə edilən bu hesabat özündə əks etdirdiyi çoxsaylı daxili ziddiyyətlərlə də diqqəti cəlb edir. Beləliklə də seçkilərdə iştirak edən namizədlərdən hamısının prosesdən razı qalması, qanun pozuntularına dair heç bir şikayət və müraciətin olmaması, yüksək seçici fəallığı tamamilə diqqətdən kənarda saxlanılaraq süni saxtakarlıq mühitinin yaradılmasına cəhd edilir. İddia edilən pozuntuların kimin ziyanına edilməsini də anlamaq çox çətindir.
Qeyd edilənlər ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının hesabatının tərtibi zamanı bu təşkilatların müşahidəçilərinə missiya rəhbərliyi tərəfindən siyasi məqsəd daşıyan bu və ya digər təzyiqlərin göstərilməsi şübhəsini doğurmaya bilməz. Bu gün də demək olar ki, bütün ölkə üzrə missiyanın nümayəndələri yerlərdə ayrı-ayrı insanlarla görüşüb onlardan seçkilərlə bağlı yalnız neqativ faktların təqdim edilməsini xahiş edirlər, bu da onların hesabatlarının kifayət qədər əsassız olduğuna dəlalət edir.
Fikrimizcə, belə yanaşma missiyanın obyektivliyinə və qərəzsizliyinə ciddi kölgə salmaqla yanaşı, missiyanın rəhbərliyinə daxil olan bəzi şəxslərin, xüsusilə də missiya rəhbərinin müavini Ştefan Krauzenin qərəzli antiazərbaycan fəaliyyəti, habelə Azərbaycan dövlətinə, hakimiyyətinə və seçkilərdə namizədlərdən biri olmuş fəaliyyətdə olan ölkə Prezidentinə qarşı daimi aşkar mənfi mövqedə olmasına dair mövcud ictimai fikrə sanballı əsaslar yaradır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təkidi ilə belə bir şəxsin missiyada məsul vəzifəyə təyin edilməsi onun yaxından iştirakı ilə hazırlanacaq hesabatın qeyri-obyektiv olmasını öncədən xəbər vermişdir.
Hesabatda göstərilən iradlar bir çox hallarda özü-özünü təkzib edir. Belə ki, hesabatda qeyd edilir ki, “seçki administrasiyası bütün səviyyələrdə olduqca yaxşı təşkil və təmin olunmuş, seçkiləri effektiv hazırlamışdır”. Eyni zamanda, bunun ardınca deyilir ki, “seçki günü beynəlxalq müşahidəçilər icrası mütləq olan prosedurların geniş miqyasda nəzərə alınmamasının” şahidi olmuşlar. Hesabatda olan bu cür uyğunsuzluqlar ən azı sual doğurmaya bilməz. Digər bir ziddiyyət: hesabatın əvvəlində qeyd olunur ki, “hakimiyyət orqanları əməkdaşlığa açıq olmuş və beynəlxalq müşahidəçilər seçkiqabağı müddətdə sərbəst fəaliyyət göstərə bilmişlər”. Bir qədər sonra isə “Beynəlxalq Seçki Müşahidə Missiyasına və digər müşahidəçilərə müşahidə zamanı məhdudiyyət yaradıldığı (uyğun olaraq 4 və 8 faiz)” iddia edilir. Başqa bir irad isə daha anlamsız görünür - “Vəzifədə olan Prezidentin təşviqat kampaniyası ilə onun rəsmi fəaliyyəti arasında heç bir fərq qoyulmamışdır”. Yaxşı olardı ki, bu fərqin hansı qaydada qoyulması və onun mahiyyətinin nədən ibarət olması izah olunsun. Dünyanın heç bir ölkəsində növbəti dəfə seçkilərdə iştirak edən dövlət başçısı öz fəaliyyətini dayandırmır və dayandıra da bilməz. Bu cür seçkiqabağı mühitə tətbiq edilə bilən yeganə etik norma ondan ibarətdir ki, səlahiyyətlərinin icrasını davam etdirən dövlət başçısı seçiciləri ona səs verməyə çağırışlarından istifadə etməməlidir və Azərbaycanda keçirilən bütün Prezident seçkilərində bu qaydaya riayət olunmuşdur.
Missiyanın “seçki günü beynəlxalq müşahidəçilər şəffaflığın olmaması kimi pozuntu faktları haqqında məlumat vermişlər” iradı ümumilikdə qəbuledilməzdir. Mərkəzi Seçki Komissiyası bildirir ki, Azərbaycanda bütün seçki məntəqələri şəffaf qutularla təmin edilmiş, o cümlədən 1000 seçki məntəqəsində seçkilərin “online” qaydada izlənilməsi üçün veb-kameralar quraşdırılmışdır. Bu isə seçkilərin şəffaflığının təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.
Sözügedən hesabatda vurğulanır ki, “digər namizədlər vəzifədə olan Prezidentə qarşı birbaşa əks mövqe nümayiş etdirməkdən və ya onu tənqid etməkdən çəkinmişlər”. Bu cümlədə “onu tənqid etmək” ifadəsi təəccüb doğurmaya bilməz. Birincisi, heç bir prezident seçkiləri kampaniyasının tələbləri bu və ya digər namizədin şəxsi tənqidini nəzərdə tuta bilməz. Tənqid namizədin yalnız və yalnız seçkiqabağı platformasına yönəldilə bilər. İkincisi, açıq televiziya efiri məkanında namizədlər arasında aparılan debatlar birmənalı nümayiş etdirir ki, ölkədə yürüdülən həm daxili, həm də xarici siyasət namizədlər tərəfindən öz baxışlarına uyğun olaraq tənqidi təhlil edilmişdir və namizədlərdən biri, ümumiyyətlə, Azərbaycan dövlətinin öz suverenliyindən imtina etməsi çağırışları ilə çıxış etmişdir. Belə bir vəziyyətdə hesabatın “bu seçkilərdə həqiqi rəqabət olmamışdır” ifadəsi başadüşülməzdir və qəbulolunmazdır.
Hesabatda 58 175 yerli müşahidəçinin qeydiyyata alındığı və onlardan 4 041 nəfərin QHT-lər tərəfindən akkreditasiya olunduğu göstərilir. Ardınca iddia olunur ki, hökumət və seçki administrasiyası tərəfindən yaradılan maneələr vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdırır. Əgər vətəndaş cəmiyyətinin əsas təsisatları olan QHT-lər 4 mindən çox müşahidəçi ilə təmsil olunursa, burada hansısa məhdudiyyətdən danışmaq yersizdir. Mərkəzi Seçki Komissiyasında təəccüb doğurur ki, nədənsə, seçkilərin müşahidəsindən bəhs ediləndə, bu sahədə yalnız bir qurumun - Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin adı çəkilir. Onun qeydə alınmadığı və fəaliyyətinə əngəl yaradıldığı vurğulanır. Lakin Azərbaycanda seçki müşahidəçiliyi sahəsində ixtisaslaşmış digər qurumlar da var və onlar seçki dövründə yerli müşahidəçiliyi həyata keçirmişlər. Misal üçün, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) belə qurumlardan biridir. Eyni zamanda, seçkiqabağı dövrdə və səsvermə günü Azərbaycanın ən böyük QHT platforması olan, tərkibində 600-dən çox vətəndaş cəmiyyəti təsisatını birləşdirən Milli QHT Forumu 590 məntəqədə müşahidə aparmışdır.
Hesabatda iddia olunur ki, ictimai-siyasi həyatda qadınların iştirakını artırmaq üçün tədbirlər görülmür. Halbuki son illər bu istiqamətdə xeyli irəliləyiş baş vermişdir. Seçki komissiyalarında qadınlar kifayət qədər geniş təmsil olunmuşlar. Bundan başqa, məsələn, 87 rayon və şəhər icra hakimiyyətinin 1-də başçı, 75-də (86,2 faiz) isə başçının müavini qadındır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərində bələdiyyə üzvləri arasında qadınların sayı əvvəlki seçkilərlə müqayisədə 8,9 faiz artaraq 35 faizə, sədrlər arasında isə 12,4 faiz artaraq 30 faizə çatmışdır.
Hesabatda ölkədə tənqidi mətbu orqanların və mediada plüralizmin olmadığı bildirilir. Mərkəzi Seçki Komissiyası hesab edir ki, bu iddia özlüyündə əsassızdır. Çünki ümumən sivil dünyada hər hansı media qurumu qarşısında qoyulan əsas tələb onun mütləq qaydada dövlət institutlarını tənqid etməsi, bəzən də bu tənqidin diffamasiya doğuracaq səviyyəyə çatması deyil, medianın öz siyasi tərəfsizliyini qorumasıdır. Mərkəzi Seçki Komissiyası qeyd edir ki, Azərbaycanda hazırda 500-dən çox gündəlik, həftəlik və aylıq nəşr olunan mətbu orqan, 5 minədək internet informasiya resursu mövcuddur. Onların arasında hakimiyyətin daxili və xarici siyasətini, dövlət başçısını və iqtidar təmsilçilərini sərt tənqid edən media qurumları kifayət qədərdir. Ölkə əhalisinin 80 faizə qədəri internetdən istifadə edir, 3 milyonadək insan sosial şəbəkə istifadəçisidir. Mərkəzi Seçki Komissiyasının apardığı müşahidələrə görə, seçkiqabağı dövrdə və seçki günü həm mediada, həm də xüsusən sosial şəbəkələrdə kifayət qədər tənqidi və bəzi hallarda hətta etikadankənar materiallar yayılmışdır. Sənəddəki “11 televiziya kanalı ölkədə siyasi məlumatların əsas mənbəyi olaraq qalır. Bu yayım şirkətlərinin sahiblik strukturları şəffaf deyildir” iradı missiyanın səlahiyyətlərini aşır. Şirkətlərdən hər biri hüquqi şəxs kimi müvafiq dövlət qurumları tərəfindən qeydə alınmışdır, vergi ödəyicisi olaraq çıxış edir və bütün məlumatlar həmin dövlət qurumlarının açıq mənbələrində yerləşdirilmişdir.
Hesabatda göstərilir ki, “diffamasiyanın həbs ilə cəzalandırılan cinayət əməli olması və prezidentin diffamasiyasına görə əlavə cəzaların mövcudluğu faktı siyasi təşviqat kampaniyası üçün əsas olan ifadə azadlığını daha da məhdudlaşdırır”. Avropa Şurasının 42 üzv dövlətində diffamasiya cinayət hesab edilir və bu dövlətlərdən 39-da bu cinayətə görə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Buna baxmayaraq, diffamasiya ATƏT üzvü olan ölkələrin böyük əksəriyyəti ilə bağlı seçki hesabatlarında siyasi təşviqat kampaniyasını məhdudlaşdıran hal kimi qiymətləndirilməmişdir. Bu səbəbdən Azərbaycanla bağlı belə qiymətləndirmə aparılması selektiv və ikili yanaşmanın təzahürüdür. O da qeyd edilməlidir ki, uzun illərdir Azərbaycan məhkəmələri təcrübədə diffamasiya ilə əlaqədar azadlıqdan məhrumetmə ilə bağlı cəza tətbiq etmirlər. Təəssüflər olsun ki, müşahidə missiyası bu halı araşdırmadan irad bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında ən çox təəssüf hissi doğuran məqam odur ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının 360 müşahidəçisi (onlardan 270-i ATƏT DTİHB-nin müşahidəçiləri olmaqla) bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəmişdir. Sözügedən müşahidə missiyasının hesabatında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, birbaşa “beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir ki, bu da 59 ölkəni və çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur.
Mərkəzi Seçki Komissiyası adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycan Respublikasında 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının yekun hesabatında yuxarıda göstərilən və digər çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda, Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq.
Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyası
Bakı şəhəri, 13 aprel 2018-ci il.

 
  • Oxunub:  5070  |  
  • Tarix:  14-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24