Ana səhifə »  Siyasət »  Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub
A+   Yenilə  A-
Mərkəzi Seçki Komissiyası prezident seçkilərinə yekun vurub

Aprelin 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, cari il aprelin 11-də Azərbaycan Respublikası Prezidentinin seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki prosesi iştirakçılarının maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan geniş seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələrinin azad və sərbəst fəaliyyəti üçün tam maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.
Hər bir ölkə üçün prezident seçkilərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Məzahir Pənahov deyib: “900-ə yaxın beynəlxalq müşahidəçinin, habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən KİV təmsilçilərinin izlədikləri seçkilər Azərbaycanın şanlı səhifəsi kimi tarixə düşdü. Ən əsası odur ki, cəmiyyətimizin bütün tərəfləri seçkilərə böyük maraq göstərirdi. Namizədləri qeydə alınmış siyasi partiyalarla yanaşı, digər siyasi partiyalar da seçkiləri müşahidə edirdilər. Həmçinin fərdi olaraq öz istəyi ilə seçkiləri izləmək istəyənlər müşahidəçi kimi qeydiyyatdan keçmişdilər. Yəni, bütün bunlar cəmiyyətin seçkilərə olan marağının göstəricisi idi. Çox sevindirici haldır ki, seçkiləri izləyən beynəlxalq müşahidəçilərin demək olar əksəriyyəti seçkilərin yüksək səviyyədə hazırlanıb keçirildiyini qeyd etdilər”.
Namizədlərin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq qeydə alındığını bildirən Komissiya bildirib ki, prezidentliyə 6-sı siyasi partiyalar, 1-i öz təşəbbüsü ilə, 1-i isə seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülməklə 8 nəfərin namizədliyi qeydə alınıb və bütün namizədlərə seçkiqabağı təşviqat dövründə bərabər şərait və eyni imkanlar yaradılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, ölkə üzrə 84-ü açıq, 84-ü qapalı olmaqla, ümumilikdə 168 daimi görüş yeri ayrılaraq namizədlərin ixtiyarına verilib və prezidentliyə namizədlər, sadəcə, dairə seçki komissiyalarını məlumatlandırmaqla, həmin yerlərdən ödənişsiz istifadə edərək öz seçicilərinə sərbəst şəkildə seçkiqabağı platformalarını sərgiləyiblər. Namizədlərin seçkiqabağı təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyük ölçülü lövhə quraşdırılıb. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizədlərə geniş və səmərəli seçkiqabağı təşviqat imkanı yaradılması məqsədilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə artıq - həftəlik 6 saat (3 saat televiziyada, 3 saat radioda) pulsuz efir vaxtı, “Azərbaycan” qəzetində, “Xalq qəzeti”ndə və “Bakinski raboçi” qəzetində dərc üçün ödənişsiz yer ayrılıb və bütün namizədlər bu imkanlardan səmərəli şəkildə istifadə ediblər. Bununla yanaşı, ödənişli təşviqat üçün 34 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olmaları üçün komissiyanın internet səhifəsində yerləşdirilib. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb. Martın 19-dan start götürmüş seçkiqabağı təşviqat kampaniyası aprelin 10-dək davam edərək, ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilib.
Məzahir Pənahov deyib: “Prezident seçkiləri ilə əlaqədar seçki prosesinin demək olar ki, bütün iştirakçıları ilə yanaşı, seçicilər üçün də geniş maarifləndirmə kampaniyası keçirilib. Seçkilərin keçirilməsi tarixi, səsvermə qaydaları, eləcə də istiqamətverici və çağırış xarakterli 52-dən artıq müxtəlif növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asılıb, oxşar mövzulara həsr edilən çoxsaylı reklam çarxları səsvermə günü də daxil olmaqla, mütəmadi şəkildə hər gün televiziya və radio kanallarında nümayiş etdirilib”.
Qeyd edilib ki, seçkilərdə bütün seçici qrupları ilə yanaşı, görmə və hərəkət qabiliyyəti məhdud olan seçicilərin də sərbəst səs vermələrinin təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilib. Gözdən əlil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü azad və sərbəst şəkildə istədikləri namizədə səs veriblər. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqəsinə gələrək səs vermələri üçün isə daşına bilən panduslardan istifadə olunub. Respublika üzrə aparılan araşdırmalar nəticəsində 1455 məntəqədə hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin olduğu müəyyən edilib, həmin məntəqələrdə hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün şərait yaradılıb və mobil panduslar quraşdırılıb. Beləliklə, bütün seçki məntəqələri bu qəbildən olan seçicilər üçün də əlverişli hala gətirilib. Eşitmə qabiliyyəti məhdud olan seçicilərin məlumatlandırılması məqsədilə MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində hazırlanmış alt yazılı videoklipdə bütün səsvermə prosedurları geniş izah olunub və bu, eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsinə əhəmiyyətli töhfə verib.
MSK sədri bildirib ki, prezident seçkilərinin müşahidəsinə 61 beynəlxalq təşkilat və 59 ölkəni təmsil edən 894 beynəlxalq müşahidəçi qatılıb. Habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən olan 118 xarici KİV təmsilçisi MSK tərəfindən müvafiq lövhəciklə təmin olunaraq seçkiləri izləyib. Bütün bunlarla yanaşı, 4 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan da 2-si öz fəaliyyətlərini ABŞ və Fransadan olan təşkilatlarla birgə qurublar. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb. Respublikada fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin nümayəndələri isə heç bir əlavə qeydiyyat və sənəd tələb olunmadan seçki marafonunun əvvəlindən axırınadək sərbəst və maneəsiz şəkildə seçkilərdə iştirak ediblər. Seçkilərin müşahidəsində, həmçinin çoxsaylı siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 58 min 175 yerli müşahidəçi iştirak edib.
Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq KİV nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb.
Məzahir Pənahov bildirib ki, prezident seçkilərində aşkarlığın təmin olunması üçün qeyd olunanlarla yanaşı, işğal edilmiş ərazilər istisna olmaqla, respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində (seçki keçirilən məntəqələrin təqribən 20 faizində) internet vasitəsilə səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralar quraşdırılıb. “Mən məmnuniyyətlə qeyd edirəm ki, onların fəaliyyətində heç bir xoşagəlməz hal qeydə alınmadı. Səsvermə başlayandan seçkilər başa çatana qədər olan bütün prosesləri fasiləsiz olaraq onlayn rejimdə izləmək mümkün idi. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də ölkə xaricindən MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, real zaman rejimində seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri əvvəldən axıradək izləmək imkanına malik olublar. Düşünürəm ki, Azərbaycanın tətbiq etdiyi seçki standartları beynəlxalq aləmdə nümunə ola bilər”, - deyə Komissiya sədri vurğulayıb.
Qeyd olunub ki, səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib. Yerli və beynəlxalq ictimaiyyətin seçkilərin nəticələri ilə tanış olmaları üçün səsvermə başa çatdıqdan 4 saat sonra - saat 23:00-da ölkə üzrə 5641 seçki məntəqəsinin 3675-dən (65,15 faiz), aprelin 12-də saat 01:00-da 5201 seçki məntəqəsindən (92,20 faiz), saat 12:00-da isə bütün seçki məntəqələrindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb. Səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyən olunmuş müddətdə məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya çatdırılıb.
Məzahir Pənahov deyib: “Prezident seçkilərində seçicilər azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edib və ümumilikdə, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak edib. Seçki günü və ondan sonrakı günlər də daxil olmaqla, bütün seçki kampaniyası boyunca MSK-ya və aşağı seçki komissiyalarına heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb”.
MSK-nın sədr müavini Natiq Məmmədov iclasda çıxış edərək bildirib ki, Komissiya seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımları atıb. O deyib: “Bütün beynəlxalq təşkilatlar, hətta ən qərəzli qurumlar da Mərkəzi Seçki Komissiyasının peşəkarlığına şübhə etmirlər. Bu peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub. Daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırıldı. Azərbaycanın öncül təcrübəsi kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı oldu. Aparılan 5 günlük araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkar edilib”.
Bununla əlaqədar N.Məmmədov 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını, həmçinin 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının və 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının tam tərkibdə buraxılmasını təklif edib.
İclasda prezident seçkilərinin yekunlarının müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, səsvermənin nəticələrinə dair MSK-nın protokolu tərtib olunub və Komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib.
Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Həmçinin 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub, eyni zamanda, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı və 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqə seçki komissiyaları tam tərkibdə buraxılıb.
Sonra çıxış edən Komissiya üzvləri atılmış addımları və həyata keçirilmiş layihələri seçkilərin azad, ədalətli və şəffaf keçirilməsini şərtləndirən vacib və təqdirəlayiq hal kimi yüksək qiymətləndirib, səsvermənin nəticəsinin xalqın iradəsini əks etdirdiyini bildiriblər.
Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirildiyini qeyd edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov buna görə Mərkəzi Seçki Komissiyasına minnətdarlığını ifadə edib. Bildirib ki, seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirildi. MSK seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün bütün addımları atdı.
MSK-nın iclası yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

 
  • Oxunub:  4230  |  
  • Tarix:  17-04-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir
21 May 09:47
Ədliyyə Akademiyası Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə hakimlər üçün təlim keçirib
21 May 09:46
Əli Kərimli artıq siyasi etikanın bütün mümkün sədlərini aşıb
20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +25
gecə+15 +17