Ana səhifə »  Siyasət »  Türkiyə-Ermənistan sərhədi yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla bilər
A+   Yenilə  A-
Türkiyə-Ermənistan sərhədi yalnız Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra açıla bilər
Bakıda səfərdə olan TBMM sədri Mehmet Əli Şahin bir daha rəsmi Ankaranın mövqeyini dilə gətirdi
Son günlər Türkiyə ilə Ermənistan arasında paraflanmış sənədlərlə bağlı narahatlıqlar büruzə verilməkdəydi. Təbii ki, qardaş ölkənin Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətlə diplomatik əlaqələr yaratması, sərhədləri açmaq istəməsi ilə bağlı informasiyaların yayılması Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qarşılanmır. Amma son zamanlarda Türkiyə rəsmilərinin məsələ ilə bağlı verdikləri açıqlamalar ortada olan narahatlığın qalxmasına rəvac verir.
Xatırladaq ki, 1993-cü ildə Türkiyə Respublikası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbinə görə, bu dövlətlə sərhədlərini bağladı. Dövlətlərarası münasibətlər isə müəyyən dövrdən sonra müəyyən güzəştlərlə bərpa olundu. 1994-95-ci illərdə İstanbul və Yerevan arasında hava əlaqəsi quruldu. Ermənistanın çoxsaylı cəhdlərinə baxmayaraq siyasi əlaqələr qurulmadı. Səbəb Türkiyənin ortaya qoyduğu şərtlər idi. Əslində şərtlər elə də ağır deyildi və reallığı təcəssüm etdirirdi; sadəcə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq və dünyaya car çəkdiyi qondarma “soyqırımı” iddiasından əl çəkməlidir. Amma erməni xisləti bu haqlı şərtlərin həyata keçməsinə imkan vermədi. Ermənistan nə işğal etdiyi torpaqlardan çıxdı, nə də öz yalan iddialarından əl çəkdi. Buna baxmayaraq, bu ilin aprelindən qardaş Türkiyənin Ermənistanla sərhədlərini açacağına dair xəbərlər yayılmağa başladı. Bu isə təbii olaraq həm ölkəmizdə, həm də Türkiyənin özündə haqlı narazılıq və narahatçılıq yaratdı.
Bu narahatlıqlara isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərində son qoyuldu. Bakıda ictimaiyyət qarşısında çıxış edən Baş nazirin “bizim sərhədlərimiz Dağlıq Qarabağın işğalından sonra bağlanmışdır. İndi də işğal ortadan qalxmayınca biz sərhədlərimizi açmayacağıq. Bunu kim söyləyir? Bunu Türkiyə Cümhuriyyətinin Baş naziri söyləyir. Bundan başqa daha zəmanətli ifadə ola bilərmi?!” sözləri həqiqətən də məsələnin məğzi ilə bağlı qaranlıq məqam saxlamadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də Baş nazirin bu fikirlərini təqdir etdiyini  dilə gətirdi. Prezident xüsusi olaraq vurğuladı ki, məsələ gündəmə gələndən Azərbaycan cəmiyyətində müəyyən mənada bir narahatlıq hissləri var idi: “O hisslərin, yəqin ki, müəyyən təbii səbəbləri də var idi. Ancaq ən önəmlisi odur ki, hesab edirəm və bu gün mən üzümü Azərbaycan xalqına tutub bunu demək istəyirəm ki, heç bir şübhə üçün, heç bir başqa fikir üçün, möhtəkirlik üçün yer qalmadı. Türkiyə hökumətinin başçısı, Türkiyə Cümhurbaşqanı dəfələrlə bu məsələyə aydınlıq gətirmişlər və bu gün dəyərli qardaşım cənab Baş nazirin sözləri, bir daha demək istəyirəm ki, bunun ən gözəl cavabıdır”.
Sentyabr ayında yenidən Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinin gündəmə gəlməsi, birincilərin xarici işlər nazirinin iki müavininin rəsmi Yerevan ilə aparılan  danışıqlarda birbaşa yer alması yenidən müəyyən şübhələrin yaranmasına gətirib çıxarır. Təbii ki, artıq müəyyən dərəcədə cəmiyyətə aydın olan danışıqlar prosesində qaranlıq məqamlar da yer alır. Məhz bu qaranlıq məqamlar yenidən Azərbaycan cəmiyyətində narahatlıq yaradır.
Amma Türkiyə tərəfindən səsləndirilən fikirlər yenidən bü şübhələrin aradan qalxmasına yol açır. İstər Baş nazir Ərdoğanın BMT Baş Məclisinin 64-cü sessiyasından əvvəl jurnalistlərə açıqlamasında bildirdiyi fikirlər, istərsə də xarici işlər naziri Əhməd Davudoğlunun fikirləri bir daha sübut edir ki, Türkiyə Dağlıq Qarabağ  münaqişəsinin həllində Azərbaycanın yanında yer alır və Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız və yalnız işğal faktının aradan qaldırılmasının ardından reallaşa bilər.
İki gün öncə Azərbaycanda səfərdə olan, Türkiyə Böyük Millət Məclisinin sədri seçildikdən sonra ilk rəsmi səfərini Bakıya edən Mehmet Əli Şahin bir daha Dağlıq Qarabağ  münaqişəsinin həlli ilə bağlı məsələyə toxunub. TBMM sədri xüsusi olaraq vurğulayıb ki, Türkiyə-Ermənistan sərhədləri bağlanma səbəbi aradan qaldırılmadan açılmayacaq. Bu sərhədlərin bağlanmasının rəsmi səbəbi isə iki məsələ ilə əlaqədardır: qondarma “soyqırımı” iddiası və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi.
M.Ə.Şahin son dövrlərdə istər Türkiyədə, istərsə də Azərbaycanda xüsusi narahatlıqla izlənən prosesi dəyərləndirərək qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər razılaşmaya dair protokollar Türkiyə Böyük Millət Məclisindən keçməyəcək.
Bəli, Türkiyə ilə Ermənistan sərhədlərinin açılması məsələsinə daha bir Türkiyə rəsmisindən aydınlıq gətirildi. Hər zaman bütün məsələlərdə bir-birinə dayaq olan, xoş gündə də, ağır gündə də bir-birinə dəstək nümayiş etdirən Azərbaycan və Türkiyə həqiqətən də ayrılmaz qardaş ölkələrdir. Bu qardaşlığın əsasını isə heç bir iqtisadi maraq və ya şəxsi mənafe qoymayıb. Bu qardaşlıq tarixə, yüz, minilliklərə söykənən bir bağlılıqdır. Hələ ötən əsrin əvvəllərində böyük Atatürk demişdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir...Əsrin  sonunda isə ümummilli lider Heydər Əliyev Türkiyə ilə Azərbaycanı bir millət, iki dövlət adlandırmışdı... Qardaşlığın, birliyin simvolu kimi göstərilən Azərbaycan-Türkiyə münasibətlərinin gələcəkdə də möhkəm dayaqlarla inkişaf edəcəyi hər iki dövlətin, bütün türk millətinin arzusudur.
Pərviz SADAYOÄžLU

 
  • Oxunub:  13380  |  
  • Tarix:  29-09-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib
17 Oktyabr 13:43
Bakı Ali Neft Məktəbi ilə Bahar Enerji Əməliyyat Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
17 Oktyabr 13:37
Yüz milyon tirajla yayılan "China Daily" qəzeti AZƏRTAC-ın İdarə Heyəti sədrinin analitik məqaləsini dərc edib
17 Oktyabr 13:36
Müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir
17 Oktyabr 13:31
“Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” kitabı nəşr olunub
17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib
17 Oktyabr 09:56
YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18