Ana səhifə »  Siyasət »  Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir
A+   Yenilə  A-
Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir

Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri çərçivəsində keçirilən görüşlərdə vurğulanıb ki, ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir
Müstəqil Azərbaycan milli maraqlara, eləcə də tərəfdaşlarla qarşılıqlı faydalılıq prinsipinə əsaslanan intensiv xarici siyasət kursunu uğurla davam etdirir. Respublikamızda cari il aprelin 11-də keçirilən prezident seçkilərindən dərhal sonra Azərbaycanın dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna və xarakterinə uyğundur. Belə ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir, ən yaxın müttəfiqlərdir. Strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycan beynəlxalq münasibətlər müstəvisində də daim bir-birini dəstəkləyir, eyni siyasi platformadan çıxış edir, birgə səylərlə ermənilərin təxribatlarının qarşısını almağa çalışırlar.
Məlum olduğu kimi, Prezident İlham Əliyev Türkiyədən sonra Böyük Britaniyaya səfərə gedib və bu səfər də uğurla başa çatıb. Əksər ekspertlərin də vurğuladıqları kimi bəhs olunan səfər Azərbaycanla Böyük Britaniya arasında tərəfdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Məlumat üçün bildirək ki, kifayət qədər məhsuldar keçən səfər çərçivəsində Azərbaycanın dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey və digər rəsmi şəxslərlə mühüm görüşləri olub. Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu nəzərə çatdırılıb.
Səfər çərçivəsində, eyni zamanda, Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıblar.
Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu getdikcə artırır
Məlum olduğu kimi, Azərbaycan xarici dövlətlərlə əlaqələrini həm çoxtərəfli, həm də ikitərəfli platformalarda inkişaf etdirir. Bunun təsdiqi olaraq vurğulayaq ki, respublikamız yerləşdiyi Cənubi Qafqaz coğrafiyasında işğalçı Ermənistan istisna olmaqla digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurub və bütövlükdə regionun inkişafında mühüm rol oynayan qlobal əhəmiyyətli layihələrin reallaşmasına özünün sanballı töhfələrini verib. Ötən illərdə Azərbaycanın təşəbbüslərinin, böyük investisiya yatırımlarının və qonşu dövlətlərlə sıx əməkdaşlığının nəticəsi olaraq bir neçə karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli layihəsi reallaşdırılıb. Azərbaycanın qonşu Gürcüstan və Türkiyə ilə birgə reallaşdırdığı və ötən il inşası tamamlanan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat bağlantısıdır. Hazırda respublikamız və digər tərəfdaş dövlətlər çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilən “Cənub Qaz Dəhlizi”nin reallaşdırılması ilə məşğuldurlar. Təxminən 45 milyard dollar investisiya qoyuluşu tələb olunan yeni dəhliz istifadəyə verildikdən sonra Avropanın enerji xəritəsini tamam dəyişəcək. Bu layihədə Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqe ondan ibarətdir ki, enerji amili heç bir halda siyasi təzyiq vasitəsinə çevrilməməlidir, əksinə, tərəfdaş dövlətlər və şirkətlər əməkdaşlıqdan qarşılıqlı şəkildə bəhrələnməlidirlər.
Qeyd etdiyimiz kimi, Azərbaycanın xarici siyasət kursunun prioritetlərindən biri də əməkdaşlığı ikitərəfli müstəvidə dərinləşdirməkdən ibarətdir. Bu kontekstdə ölkəmizin Böyük Britaniya ilə münasibətlərinin yüksələn xətlə inkişaf etməsi xüsusi olaraq vurğulanmalıdır. Əlaqələrin müsbət xarakterinə və dinamikasına istinadən demək mümkündür ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ikitərəfli münasibətlər nümunəvi xarakter daşıyır və dünyada ən yaxşılardan biridir.
Enerji sektoru iki ölkə arasındakı aparıcı əməkdaşlıq sahəsi hesab olunur. Son illərdə isə bu əməkdaşlıq pərakəndə satış, informasiya texnologiyaları, layihələrin idarəolunması, maliyyə-bank xidmətləri və kənd təsərrüfatı kimi sahələrə doğru genişlənir. Hazırda Azərbaycanda Böyük Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard ABŞ dollarından çox investisiya yatırıb.
Ümumiyyətlə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensial kifayət qədər böyükdür. Yeri gəlmişkən, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey Prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq. Tereza Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər tərəfdaşlıq əlaqələrinə əsaslanır
Öz növbəsində, Prezident İlham Əliyev də bəhs olunan görüşdə qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin gündəliyi çox genişdir və ölkələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, sərmayə qoyuluşu sahələrində fəal əməkdaşlıq həyata keçirir. Dövlətimizin başçısı bildirib ki, hazırda ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi istiqamətində fəal iş aparılır və bunun üçün böyük potensial var. İkitərəfli münasibətlərimizin tərəfdaşlıq əlaqələrinə əsaslandığını deyən dövlətimizin başçısı Onun Böyük Britaniyaya səfərinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Məlum olduğu kimi, müstəqil Azərbaycanın güclü dayaqlara malik ölkəyə çevrilməsində uğurlu enerji siyasəti, neft-qaz sənayesinin mükəmməl inkişafı mühüm rol oynayıb. 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə gələn Ümummilli lider Heydər Əliyev çox böyük uzaqgörənliklə Azərbaycanın yeni neft strategiyasını işləyib hazırladı. Yeni neft strategiyasında ölkənin milli maraqları hər şeydən üstün tutulmuşdu. 1994-cü il sentyabrın 20-də müstəqil Azərbaycanın həyatında tarixi hadisə baş verdi - Ulu öndər Heydər Əliyevin səyləri sayəsində Bakıda dünyada tanınan transmilli şirkətlərin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı neft ehtiyatları ilə zəngin olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycanın hərtərəfli inkişafı üçün etibarlı zəmin yaranıb.
Yeni neft strategiyasının reallaşdırılmasının ilkin mərhələsində Azərbaycanın gələcəyinə inanan və ölkəmizin enerji sektoruna sərmayələr yatırmaqdan çəkinməyən transmilli şirkətlərdən biri də BP idi. Bu şirkət yuxarıda bəhs etdiyimiz “Əsrin müqaviləsi”ndə əsas pay sahiblərindən biri qismində çıxış edir. BP şirkəti Xəzərin Azərbaycan sektorundakı iki nəhəng yatağın - “Azəri-Çıraq-Günəşli” neft və “Şahdəniz” qaz yataqlarının əməliyyatçısıdır. Bu yataqlar böyük ixrac sistemi vasitəsilə birbaşa olaraq yerli və beynəlxalq bazarlar ilə birləşdirilib. Bu ixrac sisteminə dünyada quruda yerləşən ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı ilə birləşdirilmiş mürəkkəb sualtı boru kəməri infrastrukturu, Qara dənizdə və Aralıq dənizində dəniz ixrac sistemlərinə qoşulmuş, ümumilikdə 3300 km uzunluğa malik üç ixrac boru kəməri daxildir.
Ümumiyyətlə, “Əsrin müqaviləsi” imzalandıqdan sonra Azərbaycanın yeni neft strategiyasının reallaşdırılmasında bir neçə mərhələnin keçildiyini söyləmək mümkündür. 1996-cı ildə “Şahdəniz” qaz kontraktı üzrə Sazişin bağlanması çox önəmli hadisə idi. Çünki “Cənub Qaz Dəhlizi”nin resurs mənbəyi rolunda məhz “Şahdəniz” qaz yatağı çıxış edir. 1999-cu ildə Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün nəinki Azərbaycan üçün, eyni zamanda, Xəzər sahilinin şərq hissəsində yerləşən ölkələr üçün də mühüm ixrac boru kəməri funksiyasını yerinə yetirir. Bundan başqa, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi də tarixi hadisə idi. Bundan sonra Azərbaycan dünyada özünü həm də qaz ölkəsi kimi tanıtmağa başlayıb.
Bütün bu layihələrin hamısında BP şirkətinin töhfələrini xüsusi qeyd etmək lazımdır. Böyük Britaniyanın BP şirkəti ilə sıx əməkdaşlıq Azərbaycanın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayıb. Böyük Britaniyanın BP şirkəti qeyd olunan layihələrin hamısında əsas investordur. Bütövlükdə bu şirkət respublikamızda neft-qaz sahəsində 7 layihədə iştirak edir.
BP şirkəti “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının perspektivdə işlənməsində də yaxından iştirak edəcək
Ümumiyyətlə, Böyük Britaniyanın BP şirkətinin Azərbaycanla əməkdaşlığı uzunmüddətli perspektivə hesablanıb. “Əsrin kontraktı” ilə başlanan uğurlu əməkdaşlıq, həmçinin ölkəmizdəki əlverişli investisiya mühiti, sabitlik, xalqımızın malik olduğu yüksək dəyərlər və əlbəttə ki, dövlətin siyasi iradəsi BP-də Azərbaycana qarşı böyük inam yaradıb. “Əsrin kontraktı”nın icra müddəti tamamlandıqdan sonra tərəfdaşların bir-birləri qarşısında hər hansı öhdəlikləri qalmayacaqdı və onlar yeni partnyorlar, yeni əməkdaşlıq məkanları tapmaqda sərbəst olacaqdılar. Lakin Azərbaycana olan inam BP və digər şirkətləri respublikamızla qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra daha da irəli aparmağa sövq edib. Azərbaycana olan böyük inamın ifadəsidir ki, BP ötən il sentyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasında da yaxından iştirak edib.
Bəhs olunan Sazişin imzalanması ilə böyük ehtiyatlara malik “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsində yeni mərhələ başlayıb.
Əlamətdar haldır ki, “Əsrin kontraktı”nda olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişdə də Azərbaycanın milli maraqları maksimum dərəcədə nəzərə alınıb. Sənəd Azərbaycan üçün daha yaxşı şərtlərlə hazırlanıb. Bəhs olunan Sazişin bir neçə parametrini sadalamaq kifayətdir ki, bu barədə konkret təsəvvür yaransın. Yeni Saziş çərçivəsində “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi uzunmüddətli dövrü əhatə edəcək. Sənədə əsasən, xarici investorlar tərəfindən ölkəmizə 3,6 milyard dollar həcmində bonus ödəniləcək. Bundan başqa, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Yeni Sazişə əsasən, Azərbaycanın iştirak payı 11 faizdən 25 faizə qaldırılıb və ölkəmizə çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5250  |  
  • Tarix:  02-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır

21 May 20:05
YAP Səbail rayon təşkilatının iclasında qarşıda duran vəzifələr müzakirə edilib
21 May 20:02
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21 May 20:00
Nikola Yurçeviç: Qarşıdaki oyunlara çox ciddi hazırlaşırıq
21 May 19:56
BDU-da tədbir: Laçınsız 27 il, biz o torpaqlara qayıdacağıq
21 May 19:53
Gəncədə “Azərbaycançılıq ideologiyası" və "Terrorçuluğa qarşı mübarizədə ictimaiyyətin rolu” mövzularında konfrans keçirilib
21 May 19:48
Azərbaycan ilə İspaniya arasında miqrasiya məsələləri müzakirə olunub
21 May 19:45
Şəkidə I Beynəlxalq Keramika Simpoziumu işə başlayıb
21 May 19:39
Sahib Məmmədov: Real sektora yatırılan investisiyalar öz nəticəsini verməkdədir
21 May 19:37
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
21 May 19:34
Kolumbiyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
21 May 19:27
Tovuzda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilir
21 May 19:24
Çingiz Hüseynzadə: “Rio-2016”da qazanılan uğuru təkrarlamaq üçün Tokio Olimpiadasına ciddi hazırlaşmalıyıq
21 May 19:22
Bakıda təsnifat, mənşə və qiymətləndirmə üzrə ilkin qərar sisteminin inkişafına dair müzakirələr aparılır
21 May 19:18
Rusiya Elmlər Akademiyasının prezidenti AMEA-nın Fizika İnstitutunun fəaliyyəti ilə tanış olub
21 May 17:47
Daxili işlər naziri Qəbələdə və Bakıda sıra baxışları keçirib
21 May 17:41
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşların müraciətlərini dinləyiblər
21 May 17:33
İlahiyyat İnstitutu əməkdaşlıq əlaqələrini genişləndirir
21 May 17:23
Təlimlərdə qoşunların yerdəyişməsi, qüvvələrin ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub
21 May 17:19
Sevinc Hüseynova: Davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib
21 May 17:15
Malik Həsənov: Azərbaycanda həyata keçirilən kompleks islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
21 May 17:13
Sona Əliyeva: Ermənistandakı son proseslər yaxşı heç nə vəd etmir
21 May 17:10
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub
21 May 17:05
UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda
21 May 17:04
Milli Məclisin komitə iclasında 2018-ci il dövlət büdcəsinin icrası müzakirə olunub
21 May 16:58
BMT-nin Əhali Fondu tərəfindən media nümayəndələri üçün seminar keçirilir
21 May 16:54
Bakıda “Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı” keçirilib
21 May 16:52
Dövlət Gömrük Komitəsi ilə BMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
21 May 16:47
UEFA Avropa Liqasının final oyununa bilet satışının dördüncü mərhələsi başlayıb
21 May 16:45
Şimal bölgəsində fəaliyyət göstərən vəkillər Sumqayıtda “Vəkillik etikası: müasir çağırışlar” mövzusunu müzakirə ediblər
21 May 16:32
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura iclası
21 May 16:30
Bakıda Menecment və İnnovasiya Forumu işə başlayıb
21 May 16:25
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiqlənib
21 May 16:23
Rüfət Quliyev: “Doing Business 2019” hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur
21 May 16:10
Kamilə Əliyeva: Azərbaycanın arzusu, istəyi olmadan bu regionda heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil
21 May 15:56
Azərbaycanla Yaponiya arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub
21 May 15:52
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fransada silsilə görüşlər keçirib
21 May 15:35
Vəkillər Kollegiyasının ilk regional qurumu olan Sumqayıt Regional Vəkil Bürosunun binası istifadəyə verilib
21 May 15:15
Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub
21 May 14:49
İspaniyada Azərbaycan diasporunun fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub
21 May 14:27
Azərbaycanlı tələbələr Pekində mədəniyyət festivalında ölkəmizi təmsil ediblər
21 May 14:13
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla əlaqədar atletika hakimləri üçün növbəti seminara start verilib
21 May 14:07
“Sərhəd” hərbi-idman oyununun respublika birinciliyinin final mərhələsinin təntənəli açılışı olub
21 May 14:04
Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib
21 May 14:01
DST dünyada sağlamlığın möhkəmləndirilməsi məsələləri üzrə dörd yeni xoşməramlı səfirini təqdim edir
21 May 13:59
AMEA ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
21 May 13:51
Tahir Süleymanov: Ölkəmizdə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə etiraf olunur
21 May 13:01
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracı 1 milyard dollardan çox artıb
21 May 12:58
Dövlət proqramlarının icrası nəticəsində regionlarda infrastruktur müasir tələblər çərçivəsində yenidən qurulur
21 May 12:53
Azərbaycan və Paraqvay arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 May 12:48
“Araz” klubu növbəti dəfə UEFA Çempionlar Liqasında iştirak edəcək
21 May 12:44
Vüqar Bayramov: "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə edilməlidir
21 May 12:26
Maliyyə naziri: Problemli kreditlərin həlli ilə bağlı işlər mayın 28-dək yekunlaşacaq
21 May 12:08
Müdafiə Nazirliyinin nümayəndə heyəti “BOO - 2019” yarışları üzrə növbəti konfransda iştirak edib
21 May 11:56
Muxtar respublikada ümumi daxili məhsul istehsalı 727 milyon manatı ötüb
21 May 11:51
Nazir: Məqsəd xarici dövlət borcunu daha çox milli valyutada olan dövlət borcu ilə əvəzləməkdir
21 May 11:46
Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılacaq
21 May 11:41
Bakıda Asiya İnkişaf Bankının Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu işə başlayıb
21 May 11:38
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
21 May 11:36
Milli Dram Teatrının yaradıcı kollektivi ayın sonu üçün maraqlı tamaşalar hazırlayıb
21 May 11:34
Qubada ən çox kitab oxuyanlar mükafatlandırılıb
21 May 11:30
Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib
21 May 11:10
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək
21 May 11:04
Dörd ay ərzində Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 4208 cərrahi əməliyyat icra olunub
21 May 10:21
Silahlı Qüvvələrin təlimlərinin planına uyğun olaraq xəritə üzərində tapşırıqlar icra edilir
21 May 10:14
Nazir İnam Kərimov : Kənd təsərrüfatının intensiv inkişafı peşəkar kadrlardan birbaşa asılıdır
21 May 10:10
Düşmən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
21 May 10:01
Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alır
21 May 09:55
Avropa İttifaqı ilə əlaqələr Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir
21 May 09:54
Hikmət Babaoğlu: Azərbaycan milli maraqlarını tərəfdaşlarının maraqları ilə ustalıqla uzlaşdıra bilir
21 May 09:48
General-mayor Kamil Məmmədov: Bu gün bizim Cocuq Mərcanlıda olmağımız ordumuzun şücaəti sayəsindədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+21 +25
gecə+15 +17