Ana səhifə »  Siyasət »  Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub
A+   Yenilə  A-
Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Astanada qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub

Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə Ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor əvəzi Mahmud Kasımbekov tədbiri açaraq bildirib ki, Ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü məhz Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi, Azərbaycan xalqının taleyi ilə bağlıdır. Dağların hündürlüyü uzaqdan yaxşı görünür, amma görkəmli şəxsiyyətlərin böyüklüyü zaman keçdikcə daha çox anlaşılır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxr etdiyi həmin qeyri-adi liderlərdən biridir. Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi və iqtisadi böhrana məruz qalan Azərbaycan Respublikasını inkişaf yoluna çıxardı. Ölkənin müstəqilliyini dönməz və əbədi etdi. Azərbaycan xalqının Ümummilli lideri haqqında kitabın qazax dilinə tərcümə edilməsi və məhz elbası Nursultan Nazarbayevin bu kitaba ön söz yazması qardaş xalqlarımız arasında dostluğun əyani təsdiqidir. Ön sözdə Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verilir, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında bu dahi şəxsiyyətin mühüm rolu qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Ulu öndər haqqında çox qiymətli bir kitabın qazax dilinə tərcümə edilməsində əməyi olanlara minnətdarlığını bildirərək deyib ki, bu kitab Heydər Əliyevin uşaqlıq illərindən başlamış siyasi Olimpin zirvəsinə qədər keçdiyi yolu izləməyə, həm də bu böyük şəxsiyyətin nə qədər hərtərəfli olduğunu görməyə imkan verir. Bu tarixi-bioqrafik əsər həm də onunla əlamətdardır ki, burada Ulu öndər Heydər Əliyevi şəxsən tanıyan dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər bu dahi şəxsiyyətin böyüklüyünü və müdrikliyini xüsusi vurğulayırlar. Bu kitab təkcə beynəlxalq məsələlər üzrə mütəxəssislər üçün deyil, həm də geniş oxucu auditoriyasında maraq doğuracaq. Əsər bu il 95 illik yubileyi qeyd edilən Azərbaycan liderinin zəngin tarixi irsi ilə təmasda olmağa imkan verəcək.
Ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyət olduğunu vurğulayan Əli Həsənov deyib ki, bu gün müasir Azərbaycanı Onsuz təsəvvür etmək çətindir. Bu görkəmli siyasi xadim təkcə Öz xalqının və Azərbaycan dövlətçiliyinin tarixində deyil, həm də bütün postsovet məkanında silinməz izlər qoyub. O, dünyada danılmaz nüfuz və dərin hörmət qazanıb.
Heydər Əliyevin iki epoxanın, iki sosial-siyasi sistemin lideri olduğunu qeyd edən Prezidentin köməkçisi bildirib ki, sovet dönəmində O, Azərbaycanda yüksək vəzifələr tutub. Respublikanın rəhbəri kimi Heydər Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Onun modernləşmə yönümlü siyasəti sayəsində Azərbaycan keçmiş SSRİ-də aparıcı mövqelər tuta bilib. 1980-ci illərin əvvəlində Heydər Əliyev sovet dövlət maşınının sükanı arxasında dayananlardan biri idi. Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi O, sosial-iqtisadi kompleksin ən mühüm sahələrinə rəhbərlik edir, sənayedən, nəqliyyatdan başlamış mədəniyyətə qədər çoxsaylı sahələrə görə cavabdehlik daşıyırdı. Bundan əlavə, O, sovet məktəbinin islahatı üzrə komissiyaya, Nazirlər Sovetinin operativ məsələləri üzrə komissiyaya rəhbərlik edirdi. Qeyri-adi xarizmaya malik olan bu dahi insan vəziyyəti hiss etməyi bacarırdı, qərarlar qəbul etmək və bunun bütün nəticələrini öncədən görmək qabiliyyətinə malik idi. O, heç kəsin edə bilməyəcəyi riskli addımlar atmağı, Öz fikrini açıq söyləməyi və qətiyyətlə o fikir üstündə dayanmağı bacarırdı. 1986-cı ili xatırlamaq kifayətdir. Almatı hadisələri ərəfəsində Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun rəhbərləri arasında yeganə şəxsiyyət idi ki, O, pensiyaya gedən Kunayevin yerinə Sov. İKP Ulyanovsk Vilayət Komitəsinin birinci katibi Kolbinin təyin edilməsinin əleyhinə olduğunu bildirmişdi. O deyirdi ki, nə üçün həmin dövrdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan, böyük nüfuz sahibi Nursultan Nazarbayev ola-ola respublikaya heç bir aidiyyəti olmayan bir insan rəhbərlik etməlidir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi çox keçmədi ki, öz təsdiqini tapdı və üç ildən sonra Nursultan Abişeviç Qazaxıstanın rəhbəri təyin olundu, ölkəni bacarıqla idarə edərək onun qarşısında duran ən mühüm məsələləri həll edə bildi.
Əli Həsənov vurğulayıb ki, təqdimatına toplaşdığımız bu kitabı vərəqləyərkən Ulu öndər Heydər Əliyevin müstəqillik illərində Azərbaycanın xilası naminə gördüyü əzəmətli işlərin də şahidi oluruq. Çox mürəkkəb dövrdə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövləti məhv olmaq təhlükəsindən xilas etdi, milli birliyi dirçəltdi, azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldırdı, əsl siyasi-iqtisadi müstəqilliyin təməlini qoydu. Bir sözlə, O, yeni dövlət yarada bildi, ən başlıcası - Öz xalqına müstəqillik və azadlıq verməyə nail oldu. Prezident Heydər Əliyev fəaliyyəti dövründə tarazlaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür, ölkələr və xalqlar arasında, o cümlədən Qazaxıstanla qarşılıqlı anlaşmanın inkişafına və dostluq əlaqələrinin möhkəmləndirilməsinə çalışırdı. Bu da aydın idi. Axı bizi ortaq tarix, etnik və mədəni köklər, dillərimizin oxşarlığı birləşdirir. Bundan əlavə, Heydər Əliyev və Nursultan Nazarbayev hələ sovet dövründə birgə iş üzrə bir-birini tanıyırdılar, mehriban münasibətləri qiymətləndirirdilər. Bizim Ümummilli liderimiz deyirdi ki, onlar çoxdankı dostlardır. Nursultan Abişeviç də Heydər Əliyevi açıqürəkli və səmimi insan hesab edərək xatırlayırdı ki, Ona güvənə, Ondan dəstək ala bilirdi. O deyirdi: “Heydər Əliyev mənim yaxın dostum və çox dərin hörmət bəslədiyim siyasətçi idi. Heydər Əliyevin istər MDB ölkələri üçün, istərsə də Öz xalqı üçün çox işlər görməsi bizim hamımıza məlumdur”.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan ilə Qazaxıstan arasında iki qardaş lider tərəfindən yaradılmış bərabərhüquqlu, etimada əsaslanan tərəfdaşlıq münasibətlərini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev uğurla davam etdirirlər. Əminəm ki, qardaş xalqlarımız arasında dostluq münasibətləri daim yaşayacaq və möhkəmlənəcək.
L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov qeyd edib ki, Heydər Əliyevin 95 illik yubileyi münasibətilə qazax dilinə tərcümə olunan kitab bizim üçün çox əhəmiyyətli hadisədir. Bu kitab Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin tərənnümüdür. Heydər Əliyev bütün türk dünyasının liderlərindən biridir. O, dünya səviyyəli görkəmli dövlət xadimi və siyasi xadimdir. Bu kitabı vərəqləyərkən bir daha şahidi oluruq ki, O, dəfələrlə müxtəlif məsələlərdə Qazaxıstanı dəstəkləyib. Dahi şəxsiyyət barədə qazax dilində çap olunan bu kitabdan əminəm ki, universitetimizdə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr dərs vəsaiti kimi istifadə edəcəklər.
Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev bildirib ki, Ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatının Astanada keçirilməsinin böyük rəmzi mənası var. Çünki qardaş Azərbaycan və qazax xalqları eyni köklərə, eyni dinə, oxşar dilə malikdir. Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri bağlayır. Bu qardaşlığımızı Azərbaycan və Qazaxıstan prezidentləri öz müdrik siyasətləri ilə daha da möhkəmləndirirlər. Siz Ulu öndər haqqında qazax dilində bu kitabı oxuyarkən bir daha yəqin edəcəksiniz ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu öndər xalqlarımızın dostluğunun, rifahının möhkəmlənməsi naminə çox böyük işlər görüb. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev uğurla davam etdirirlər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli deyib ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan şəxsiyyətlər və görkəmli siyasət, dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işlərlə iz buraxıblar. Amma bu tarixi şəxsiyyətlər arasında dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əvəzolunmaz yeri var. Sovet dönəmində Azərbaycanda ciddi islahatlar və quruculuq işləri həyata keçirən, müstəqillik illərində bu işləri böyük əzmlə davam etdirən Heydər Əliyev Azərbaycanın xilaskarı olub. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Heydər Əliyevin tarixi xidmətləri haqqında danışanda deyirdi: “Heydər Əliyev Öz ölkəsinin və xalqının vətənpərvəri, Azərbaycanda qan tökülməsinə son qoymuş, müstəqil Azərbaycanın əsasını yaratmış qeyri-adi, böyük insan idi”. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu üzvü kimi etibarını gücləndirməkdə davam edir. Heydər Əliyev həm də Azərbaycanın bugünkü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarıdır. Heydər Əliyev türk dövlətlərinin inteqrasiyasına önəm verirdi. O, türkdilli dövlətlərin başçılarının 1998-ci ildə Astanada keçirilən beşinci Zirvə toplantısının əhəmiyyətini xüsusi qiymətləndirirdi.
Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Cəfərov bildirib ki, Ulu öndər Heydər Əliyev haqqında qazax dilində bu kitabın təqdimatı tarixi hadisədir. Ulu öndər Heydər Əliyevin və Prezident Nursultan Nazarbayevin əsərləri onların qurduqları dövlətin, yürütdükləri siyasətin tarixi salnaməsidir. Azərbaycan və Qazaxıstan bu gün uğurla inkişaf edir. Bizim xalqlarımızın ortaq tarixi var. Böyük mədəniyyətimiz, zəngin adət-ənənələrimiz var. Qazax Xanlığının 550 illiyi Azərbaycanda qeyd edildi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Qazaxıstanda qeyd olunur. Bu baxımdan, qardaş ölkələrimizdə yürüdülən siyasət, dövlət quruculuğu yenilik deyil, ata-babalarımızın müəyyənləşdirdiyi inkişaf yoludur ki, bu gün də uğurla davam etdirilir. Mən təqdimatına toplaşdığımız kitabın bir vacib cəhətini də qeyd etmək istəyirəm. Bu cür kitablar qardaş ölkələrimiz arasında dil mədəniyyətini və əlaqələrini zənginləşdirir. Məhz Qazaxıstan və Azərbaycan dilinin qarşılaşması türk dünyasının rəmzidir. Əminəm ki, belə layihələr davamlı olacaq.
Kitabda ölkə rəhbərlərinin, dünya şöhrətli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin xatirələri ilə yanaşı, bəzi səkillər də ilk dəfə dərc olunub.
Tədbir zamanı Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.
Qazaxıstan mətbuatının nümayəndələrinə müsahibə verən Prezidentin köməkçisi Əli Həsənov tədbirin işıqlandırılmasına görə onlara minnətdarlığını bildirib.

 
  • Oxunub:  5460  |  
  • Tarix:  17-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 16:37
Azərbaycanın Energetika naziri Sankt-Peterburqda rusiyalı həmkarı ilə görüşüb
24 İyun 16:28
Əlyazmalar İnstitutunda Nəsiminin 650 illik yubileyinə həsr olunan konfransı keçirilib
24 İyun 16:14
Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub
24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25