Ana səhifə »  Siyasət »  Həyata keçirilən iqtisadi və institusional islahatlar Azərbaycanın inkişafında yeni keyfiyyət mərhələsi yaradır
A+   Yenilə  A-
Həyata keçirilən iqtisadi və institusional islahatlar Azərbaycanın inkişafında yeni keyfiyyət mərhələsi yaradır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir
Bu gün dünyanın mənzərəsi kifayət qədər mürəkkəbdir və bir sıra hallarda heç də xoş olmayan təhlükəli meyillərlə səciyyələnir. Uzun sürən daxili çəkişmələr üzündən sabitliyin pozulması, bütöv regionları bürüyən qanlı savaşlar, qlobal güc mərkəzlərinin özlərinin təsir dairələrini genişləndirmək cəhdləri və bu kimi digər mənfi amillər ayrı-ayrı ölkələrdə iqtisadi tənəzzülə gətirib çıxardıb və bunun da nəticəsində sosial sferada problemlər artıb. Acınacaqlı haldır ki, bəzi dövlətlər üçün perspektivdə zəif ümid yeri belə görünmür.
Dünyadakı belə kədərli mənzərə ilə müqayisədə Azərbaycan sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkənin maddi potensialı, insan resursları bütünlüklə quruculuğa, yeni, daha genişmiqyaslı tərəqqi mərhələsinə istiqamətlənib. Prezident İlham Əliyev Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində respublikamızdakı müsbət reallıqlardan məmnunluğunu ifadə edib. “Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir”, - deyə dövlət başçısı vurğulayıb.
Aparılan islahatlar böyük səmərə verir
Hər şey müqayisələrdə daha aydın şəkildə nəzərə çarpır. Bəs dünyadakı çətin vəziyyətlə müqayisədə Azərbaycanın dinamik iqtisadi inkişafa nail olması hansı amillərlə şərtlənir? Sualın cavabı olaraq bildirmək istərdik ki, ölkədə davamlı inkişafın təmin olunmasında Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan məqsədyönlü siyasət əsas amil rolunda çıxış edib. Dövlət başçısı tərəfindən mövcud reallıqlar düzgün dəyərləndirilib, heç vaxt populist vədlər verilməyib. Əksinə, yeni çağırışlar nəzərə alınmaqla real hədəflər müəyyənləşdirilib və bütün resurslar qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına səfərbər edilib.
Deyilənlər baxımdan respublikamızda reallaşdırılan islahatlar böyük aktuallıq daşıyır. Azərbaycanda son 15 ildə müxtəlif istiqamətlər üzrə islahatlar həyata keçirilməsi davamlı səciyyə daşıyıb. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində ölkədə aparılan genişmiqyaslı islahatlara diqqət çəkərək bildirib: “Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik”.
Belə məqsədyönlü siyasətin nəticəsində milli iqtisadiyyatımızın dayanıqlılığı əhəmiyyətli dərəcədə artıb. Bəhs olunan dövrdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində aparılan davamlı siyasətin nəticəsidir ki, qlobal miqyasda mənfi tendensiyaların dərinləşdiyi illərdə də Azərbaycan arzuolunmaz xarici təsirləri uğurla dəf etdi və ölkə yenə də inkişafa istiqamətləndi.
Bir sıra çətinliklərlə müşayiət olunan yeni iqtisadi şəraitdə isə ölkəmizdə islahatlar daha intensiv şəkildə həyata keçirilir. Qabaqcıl dünya təcrübəsinin, müasir təsərrüfatçılıq metodlarının, yeni təşəbbüslərin tətbiqinə, liberal transformasiyalara uğurlu keçidin təmin olunmasına hesablanan kompleks islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb. Yeni nəsil iqtisadi islahatların əhatə dairəsinə bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində ölkədə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi hədəflənib. İxracın səmərəli təşviqi mexanizminin işə salınması, “Made in Azerbaijan” brendinin yaradılması və dünyada təbliğ edilməsi bu baxımdan xüsusi aktuallıq daşıyır. Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2016-2020-ci illərdə Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə müəyyənləşdirilmiş qaydalar çərçivəsində ixrac təşviqinin ödənilməsi nəzərdə tutulub. Tətbiqinə başlanıldığı qısa müddətdə sahibkarlarda təşviq mexanizminə böyük maraq yaranıb.
Yeni nəsil iqtisadi islahatlar çərçivəsində həmçinin daxili istehsalın dəstəklənməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. İndiyədək qeyri-neft sektorunda istehsal və ixrac imkanlarının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 80-dən çox məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib.
Aparılan islahatlar çərçivəsində dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Dövlət başçısının 2016-cı il 20 aprel tarixdə imzaladığı “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında müvafiq Fərman da ölkəmizin investisiya cəlbediciliyinin yüksəldilməsinə xidmət edən vacib sənəddir. Dövlət başçısının 5 sentyabr 2016-cı il tarixdə imzaladığı növbəti Fərmanla isə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana müəyyən dəyişikliklər edilib.
Ümumiyyətlə, respublikamızda aparılan islahatların əhatə dairəsi kifayət qədər genişdir. Həyata keçirilən iqtisadi və institusional islahatlar Azərbaycanın inkişafında yeni keyfiyyət mərhələsi yaradır. Bu amilə diqqət çəkən Prezident İlham Əliyev deyib ki, bizim islahatlarımız böyük səmərə verir.
Son 15 ildə Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıb. Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutur. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 15 il ərzində dörd dəfədən çox artıb. Respublikada sənaye istehsalının 2,6 dəfə genişlənməsi böyük uğurdur. Valyuta ehtiyatlarımız 24 dəfə artıb, bu gün 44 milyard dollara bərabərdir. Respublikamıza 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır.
Faktlardan da göründüyü kimi, Azərbaycan aparılan məqsədyönlü siyasət və genişmiqyaslı islahatlar sayəsində qısa zaman kəsiyində özünün iqtisadi müstəqilliyini tam təmin edə bilib. Güclü iqtisadi dayaqlar quran və iqtisadi müstəqilliyini təmin edən respublikamızın özünə inam hissi də artıb. Öz gücünə arxalanan Azərbaycan tam müstəqil siyasət həyata keçirir, milli maraqları qətiyyətlə qoruyur və bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Bu gün heç bir başqa dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla diktat dili ilə danışa bilməz. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın özünün iqtisadi müstəqilliyini təmin etməsini qürur hissi ilə nəzərə çatdırıb: “Biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir”.
Biznes mühitinin yaxşılaşdırılmasına yönələn tədbirlər bundan sonra da davam etdiriləcək
Azərbaycan iqtisadi inkişafın davamlılığının təmin edilməsi strategiyasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək respublikada özəl bölmənin, kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərir. Yeni şəraitdə ölkədə aparılan islahatların böyük qismi özəl sektorda aktivliyin artmasına, ölkədə biznes mühitinin optimallaşdırılmasına hesablanıb. Respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar sahibkarların yeni ideyalarını həyata keçirmələrinə və onların maddi imkanlarının daha da genişlənməsinə əlverişli iqtisadi mühit formalaşdırır. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixdə imzaladığı “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı əsasında ölkəmizdə özəl bölmənin dəstəklənməsi məqsədilə kompleks tədbirlər intensiv şəkildə davam etdirilib. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Ölkəmizdə dövlət tərəfindən davamlı olaraq həyata keçirilən maddi dəstək tədbirləri sahibkarlığın inkişafında mühüm rol oynayır. Respublikamızda hər il sahibkarlıq subyektlərinin ayrı-ayrı layihələrinin dəstəklənməsinə təxminən 200 milyon manat həcmində güzəştli kreditlər ayrılır. Əlamətdar haldır ki, artıq sahibkarlar üçün nəzərdə tutulan kreditlər dövlət büdcəsinin vəsaitləri hesabına deyil, qaytarılan kreditlər hesabına formalaşır.
Yeni şəraitdə respublikamızda kiçik və orta sahibkarlıq subyektlərinin istehsal imkanlarının artırılması məqsədilə həyata keçirilən genişməzmunlu islahatlar özəl sektorun investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərib. Dövlət dəstəyindən bəhrələnən sahibkarlar həm aqrar, həm də sənaye sektorlarında yüksək fəallıq nümayiş etdirirlər. İndiyədək regionlarda sahibkarların iştirakı ilə çoxlu sayda iri fermer təsərrüfatları yaradılıb. Özəl bölmə təmsilçiləri həmçinin regionlarda aqroparkların yaradılmasına investisiyalar yönəldirlər.
Sənaye sektorunda sahibkarların iştirakı ilə reallaşdırılan layihələr də kifayət qədər böyük investisiya tutumuna malikdir. Bu sırada Bakıda, Sumqayıtda, Mingəçevirdə və digər bölgələrdə yaradılan sənaye parklarını xüsusi qeyd etmək mümkündür. Prezident İlham Əliyev belə bir məqamı xüsusi olaraq vurğulayıb ki, sahibkarlıq subyektlərinin investisiya qoyuluşunu artırmaları sayəsində ölkədə qeyri-neft sektorunun inkişafı təmin edilib: “Sahibkarlığın inkişafı sürətlə getmişdir. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də, minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir”.
Əlbəttə, respublikamızda özəl sektorun imkanları daha genişdir. Milli sahibkarlar ordusunun investisiya imkanlarından daha səmərəli şəkildə bəhrələnməklə respublika miqyasında, ələlxüsus da regionlarda iqtisadi aktivliyi daha da artırmaq, məşğulluğu daha geniş miqyasda təmin etmək mümkündür. Buna görə də ölkəmizdə özəl bölmənin dəstəklənməsi siyasəti bundan sonra da davam etdiriləcək. “Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Azərbaycanın intellektual məhsulun ixracatçısına çevrilməsi qürurverici haldır
Azərbaycanda son 15 ildə reallaşdırılan islahatlar yalnız iqtisadi sferanı əhatə etməyib. Ölkədə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında aparılan istitusional islahatların miqyası da kifayət qədər genişdir. Bu istiqamətdə aparılan islahatlar belə bir məqsədə yönəldilib ki, ölkədə idarəetmədə çeviklik artırılsın və vətəndaş məmnunluğu təmin edilsin. Bu baxımdan dünyada Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”in əhatə dairəsinin genişləndirilməsi böyük əhəmiyyət daşıyır. Bir vaxtlar ayrı-ayrı qurumların vətəndaşlara göstərdikləri xidmətlərin səviyyəsi heç də arzuedilən səviyyədə deyildi. Süründürməçilik, get-gəllər, əlavə tələblər vətəndaşlarda haqlı narazılıq yaradırdı. “ASAN xidmət”ın fəaliyyətə başlaması ilə bu kimi neqativ hallar, necə deyərlər, tarixin arxivində qalıb. Prezident İlham Əliyev “ASAN xidmət”i ictimai xidmətlər sahəsində iqilabi yenilik kimi səciyyələndirərək deyib: “Bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilibdir. “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi”.
Çox haqlı olaraq ölkəmizdə “ASAN xidmət” sosial layihə kimi səciyyələndirilir. Bu layihə vətəndaşların məmurlarla təmaslarının azaldılmasına, onlara göstərilən müxtəlif hüquqi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilib. Artıq Bakıda və respublikanın bölgələrində 13 “ASAN xidmət” mərkəzi, həmçinin “ASAN xidmət” qatarları uğurla fəaliyyət göstərir. 2018-ci ilin sonunadək ölkə miqyasında “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə, gələn il ərzində isə 20-yə çatdırılacaq.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, “ASAN xidmət” mərkəzləri xidmət göstərdikləri ərazilərdə böyük vətəndaş məmnunluğu yaradıb. İnsanlar bu qurumun nümunəvi fəaliyyətindən razıdırlar. Qeyd edək ki, indiyədək “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alınıb. Vətəndaşların qurumun fəaliyyətini bəyənmə əmsalı isə 100 faizə yaxındır.
Azərbaycan innovativ islahatlar aparmaqla, vətəndaşlara müxtəlif hüquqi xidmətlər göstərilməsini eyni bir məkanda cəmləşdirməklə korrupsiyaya qarşı ciddi bir zərbə vurub ki, bu da, əslində, Azərbaycan dövlətinin siyasətini və niyyətini əks etdirir. Prezident İlham Əliyev bildirib ki, ölkədə rüşvətxorluğa qarşı mübarizə bundan sonra da davam etdiriləcək. “Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ölkədə reallaşdırılan institusional islahatlardan söhbət açarkən insan kapitalının inkişafına yönələn səylərin önəmini də xüsusi qeyd etmək lazımdır. Son illərdə respublikamızda müasir elmi-texnoloji inkişafa böyük diqqət göstərilir. Bu sahədə nailiyyətlərin əldə olunması isə lazımi kadr potensialının hazırlanması ilə sıx bağlı olan bir məsələdir. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir”.
İslahatlar sayəsində qazanılan uğurlar beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
Respublikamızda islahatlar sayəsində qazanılan uğurlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Məlum olduğu kimi, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycandakı prosesləri adekvat qiymətləndirərək perspektiv inkişafla bağlı müsbət proqnozlar irəli sürüblər. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”na əsasən isə Azərbaycanın mövqeyi daha iki pillə yaxşılaşıb və ölkəmiz 35-ci yerdə qərarlaşıb.
Nüfuzlu Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan doqquz indikator üzrə yaxşılaşıb. Bunlar institutlar, infrastruktur, səhiyyə və ibtidai təhsil, ali təhsil və təlim, əmtəə bazarının səmərəliliyi, əmək bazarının səmərəliliyi, maliyyə bazarının inkişafı, biznesin mürəkkəbliyi və innovasiya indikatorlarıdır.
Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Prezident İlham Əliyev Davos İqtisadi Forumunun hesabatında Azərbaycanın 35-ci yerdə qərarlaşmasını tarixi nailiyyət kimi səciyyələndirib. “Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir”, - deyə dövlət başçısı bildirib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2190  |  
  • Tarix:  18-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

18:00
21 May
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
17:55
21 May
Tahir Rzayev: Qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir
17:51
21 May
Azərbaycan Prezidenti: Gələn günlər ərzində “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik
17:42
21 May
Azərbaycan Aİ ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasını müzakirə edib
17:18
21 May
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatları Helsinki Komissiyasının qərəzli dinləmələri ilə bağlı etiraz bəyanatları yayıblar
17:16
21 May
Ağstafalı şəhid son mənzilə yola salınıb
16:59
21 May
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018”in planlaşdırma konfransında iştirak edir
16:46
21 May
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib
16:35
21 May
Müdafiə Nazirliyi: Ermənistan ordusunun keçirdiyi təlimlərdə taktiki və ordu aviasiyasından istifadə ilə bağlı xəbərlər şişirdilib
16:08
21 May
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
15:59
21 May
Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib
15:53
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub
15:50
21 May
Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir
15:37
21 May
Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb
15:36
21 May
Bolqarıstanın energetika naziri Azərbaycana səfər edəcək
15:34
21 May
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir
15:30
21 May
Hikmət Babaoğlu: "Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir"
15:14
21 May
Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
15:09
21 May
Azərbaycan səfiri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsini icra edən Vəliəhdlə görüşdə iştirak edib
14:55
21 May
Azərbaycanın Baş naziri Novruz Məmmədov və Serbiya Prezidenti Aleksandr Vuçiç birgə işçi nahar ediblər
14:50
21 May
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14:48
21 May
Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
14:29
21 May
Azərbaycan-Serbiya sənədləri imzalanıb
14:16
21 May
Bakıda qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib
14:15
21 May
Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır
14:08
21 May
Allahşükür Paşazadə: Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib
14:06
21 May
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü
13:20
21 May
Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir
12:57
21 May
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü
12:54
21 May
Flora Qasımova: İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib
12:45
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub
12:38
21 May
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu: “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik”
12:33
21 May
Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
12:19
21 May
ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur
12:07
21 May
Akademik Abel Məhərrəmov: Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır
12:00
21 May
“Star” neft emalı zavodu üçün ilk neft yükü Azərbaycandan göndəriləcək
11:47
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib
11:46
21 May
Güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 11 medal qazanan MOİK-in idmançıları Vətənə qayıdıblar
11:23
21 May
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının başlamasına iki həftə qalıb
11:11
21 May
Əli Əhmədov: "Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır"
11:07
21 May
Konsorsium: 2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırıq
11:05
21 May
Azərbaycan və Türkiyə aqrar sahədə birgə layihələr həyata keçirə bilər
11:03
21 May
Əli Əhmədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır
11:01
21 May
Azərbaycan ilə Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır
10:42
21 May
Qazaxda turizmin inkişafı məqsədilə təlimlərə başlanılıb
10:39
21 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
10:26
21 May
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 97 dəfə pozub
10:16
21 May
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:13
21 May
Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib
09:55
21 May
Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası mayın 21-24-də Astanada keçiriləcək
09:34
21 May
ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub
08:59
21 May
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
08:56
21 May
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb
15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
09:36
19 May
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
09:30
19 May
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib
20:52
18 May
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
20:47
18 May
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA