Ana səhifə »  Siyasət »  Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib
A+   Yenilə  A-
Almatıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib

Tədbir çərçivəsində Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzi açılıb, dahi dramaturq Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans təşkil edilib
Mayın 17-də Almatı şəhərindəki Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov konfransı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin və Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinin universitetdə təşkil edilməsinin əhəmiyyətindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti türk-müsəlman dünyasında ilk demokratik respublika idi. Onun yaratdığı dəyərlər təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mühüm əhəmiyyət kəsb edir. Bu dövlətin yaratdığı seçki, dövlət idarəçiliyi ənənələri, elm, təhsil, mədəniyyət və digər sahələrdə gördüyü işlər sonrakı dövrlərdə bütün türk cümhuriyyətlərində istifadə olunmuş dəyərlər kimi bizim üçün də qiymətlidir.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov konfransda geniş məruzə ilə çıxış edib.
Səfir deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, tariximizdə şanlı və şərəfli yer tutur. Bu gün Azərbaycan dövləti həmin tarixlə qürur duyur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev indiki müstəqil dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi tədbirlər və qəbul etdiyi qərarlar, atdığı addımlar tariximizdə silinməz iz buraxıb, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik ideyalarını daha da gücləndirib.
Diplomat diqqətə çatdırıb ki, bu günlərdə 95 illik yubileyini qeyd etdiyimiz Ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin davamlı və əbədi olması yolunda qətiyyətli addımlar atdı və bu sahədə qarşıya çıxan çətinlikləri aradan qaldırdı. Müstəqillik illərində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə çox uğurlu xarici siyasət aparıldı, dünyanın inkişaf etmiş bütün dövlətləri ilə diplomatik əlaqələr yaradıldı və əməkdaşlıq haqqında ölkəmizin maraqlarına xidmət edən ikitərəfli sazişlər bağlandı. Bu gün Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi, Prezident İlham Əliyevin düşünülmüş strategiyası müstəqil Azərbaycanı dünyanın inkişaf etmiş demokratik dövlətlərindən birinə, beynəlxalq aləmdə söz və nüfuz sahibinə çevirib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək konfransın təşkilatçılarına - Əl-Fərabi adına Milli Universitetin rəhbərliyinə, TÜRKSOY-a, Beynəlxalq Türk Akademiyasına və tədbirdə iştirak edən Qazaxıstan rəsmilərinə təşəkkürünü bildirib. Prezidentin köməkçisi deyib ki, bu cür tədbirlər xalqlarımız, dövlətlərimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkələrimiz arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Bu gün Azərbaycan ilə Qazaxıstan bir çox sahələrdə sıx əməkdaşlıq edir, beynəlxalq qurumlarda bir-birini dəstəkləyirlər. Əminik ki, bu əlaqələr xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli bildirib ki, ötən yüzilliyin əvvəllərində bütün türk dünyasında özünü göstərən milli azadlıq hərəkatı müxtəlif coğrafiyalarda yayılsa da, Azərbaycanda xüsusilə geniş vüsət aldı. Bu il qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bütün müsəlman Şərqində ulduz kimi doğdu. Cümhuriyyət təkcə Azərbaycanda deyil, bütün türk dünyasında milli düşüncənin oyanması və formalaşmasında vacib rol oynadı. Xarici ölkələrdə diplomatik nümayəndəliklər açıldı.
Darxan Kıdırəli qeyd edib ki, Beynəlxalq Türk Akademiyası bu tarixi hadisənin önəmini, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyinin yüksək səviyyədə keçirilməsi üçün imzaladığı Sərəncamı nəzərə alaraq geniş tədbirlər proqramı hazırlayıb. Biz artıq beynəlxalq səviyyədə ilk tədbirimizi reallaşdırmışıq. Aprel ayında Parisdə UNESCO-nun baş qərargahında keçirdiyimiz beynəlxalq forum çərçivəsində Cümhuriyyətin 100 illik yubileyini və onun qurucularından olan Əlimərdan bəy Topçubaşovun 155 illiyini qeyd etdik. Cari ilin iyun ayında Astanada təşkil edəcəyimiz IV Böyük Beynəlxalq Humanitar Forumun bir panelini bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcəyik. Bununla yanaşı, ilk dəfə olaraq qazax dilində Cümhuriyyətə aid ensiklopedik xarakterli sənədlər və faktlarla zəngin olan nəfis tərtibatda kitab çapa hazırlanıb.
Qazaxıstan Xalqları Assambleyasının üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov deyib ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli amillər də yaxınlaşdırır. Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında və Qazaxıstanın ictimai-siyasi, iqtisadi, mədəni, sosial həyatında azərbaycanlıların mühüm rolu var. Dost və qardaş Qazaxıstanda məskunlaşan 300 mindən çox soydaşımız daim tarixi Vətənimiz olan Azərbaycanda gedən inkişaf proseslərini sevinclə izləyir və iki ölkə arasında münasibətlərin tərəqqisinə töhfələrini verirlər.
Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin professoru Saypulla Sapanov bildirib ki, Azərbaycan və Qazaxıstan xalqlarını daha da yaxından tanımağımız üçün ortaq keçmişdən süzülüb gələn dəyərlərimizi yenidən dərk etməli və onlara sahib çıxmalıyıq. Bu cür tədbirlərin, birgə elmi layihələrin reallaşdırılmasının əhəmiyyəti böyükdür.
Saypulla Sapanov deyib ki, Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xidmətlərini saymaqla bitməz. Məhz Heydər Əliyev və Nursultan Nazarbayev tərəfindən əsası qoyulan sıx dostluq münasibətləri bu gün uğurla davam edir.
Tədbirdə Ümummilli lider Heydər Əliyev haqqında film nümayiş olunub.
* * *
Sonra Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində Azərbaycan Tarix və Mədəniyyət Mərkəzinin açılışı olub.
Mərkəzdə Azərbaycana aid çoxsaylı siyasi, elmi, mədəni ədəbiyyat toplanıb. Azərbaycanın mədəniyyətini, siyasətini, tarixini əks etdirən tablolar asılıb. Tabloların hər birində xronoloji məlumatlar yer alıb. Diqqətə çatdırılıb ki, bu mərkəzdə alimlər, müəllimlər, tələbələr tədqiqatlar aparacaq, Azərbaycanın ali məktəbləri, o cümlədən elm-təhsil ictimaiyyəti ilə əlaqələr quracaqlar.
Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Qalimkair Mutanov açılış mərasimində çıxış edərək bu mərkəzin Azərbaycan-Qazaxıstan elmi, ictimai, siyasi, sosial əlaqələri üçün əhəmiyyətindən danışıb.
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov mərkəzin açılışına verdiyi dəstəyə görə universitetin rəhbərliyinə təşəkkür edib. Diqqətə çatdırıb ki, bu mərkəz gələcəkdə ölkələrimiz arasında elm, təhsil, mədəniyyət sahələrində əlaqələndirici bir vəsilə olacaq. Əli Həsənov bu mərkəzin xalqlarımızın bir-birini daha yaxşı tanımalarına, elmi biliklərin mübadiləsinə müsbət təsir göstərəcəyini vurğulayıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov mərkəzin yaradılması ilə bağlı görülən işlərdən danışıb.
* * *
Daha sonra Əl-Fərabi adına Universitetin böyük akt zalında Azərbaycanın dahi dramaturqu Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş xüsusi konfrans keçirilib.
Universitetin rektoru Qalimkair Mutanov, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli konfransda salamlama nitqləri söyləyiblər.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi Kamran Əliyev görkəmli dramaturqun həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan sənətkar, romantizm ədəbi cərəyanının banisidir. Alim Hüseyn Cavidin indiyədək araşdırılmamış və nəşr edilməmiş qeyd dəftərləri, əlyazmaları əsasında onun fikirlərini şeirə çevirməsi texnologiyasından söz açıb.
Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı Sona Vəliyeva bildirib ki, Hüseyn Cavid məfkurəsi əbədidir. Çünki o, millətin dilini, mənəviyyatını, məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini bütün əsərlərində tərənnüm edib. Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır. Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Ulu Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Cavid o dövrdə hürufi ocağı, hər qarış torpağında övliya məzarı olan Naxçıvanda dünyaya gəlməli, buranın insanları ilə ünsiyyətdə olmalı idi. Atasının minbir əziyyətlə dilə tutub yazdırdığı molla məktəbindən qaçmalı, Məhəmməd Tağı Sidqinin məktəbinə gəlməli, dünyəvi elmlərlə tanış olmalı idi. O, öz yaradıcılığını iki böyük məfkurənin qovuşduğu bünövrə üzərində qurmalı idi. Buna görə də o, Azərbaycan, ardınca Təbriz, daha sonra isə Türkiyə mühitini görüb təhsil almalı idi. Hüseyn Cavidin taleyinə türk dünyasının ən böyük filosoflarından dərs almaq yazılmışdı. O, məfkurənin nədən başlandığını və digər prinsipləri öyrənməli, bunları öz əsərlərində təcəssüm etdirməli idi. Məhz buna görə də 1937-ci ilin sərt, amansız repressiya küləyi ondan da yan keçməyib, Sibirə sürgün olunub və 1941-ci ilin şaxtalı qış ayında İrkutskda həyatla vidalaşıb.
Ümummilli lider Heydər Əliyevin görkəmli ədibin nəşinin Azərbaycana gətirilməsi istiqamətində fəaliyyətindən söz açan Sona Vəliyeva qeyd edib ki, Ulu öndər dahi Cavidin yaradıcılığını yüksək qiymətləndirirdi.
“Ədəbiyyat” qəzetinin baş redaktoru, cavidşünas alim Azər Turan çıxış edərək bildirib ki, bu gün biz Qazaxıstanda Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bu gün biz Ulu öndər Heydər Əliyevin 95 illik yubileyindən danışdıq, qazax şairi Əhməd Baytursunun dostu Hüseyn Cavidi andıq. 1926-cı ildə Əhməd Baytursun Hüseyn Cavidin evində qonaq olub. Biz bilirik ki, füyuzat estetikası müasirləşmək, islamlaşmaq, türkləşmək deməkdir. Məhz Hüseyn Cavidin yaradıcılığı da həmin türkləşmək, islamlaşmaq, müasirləşmək triadasının əsasında hasilə gəlib. Bugünkü mövzular o qədər müqəddəsdir ki, hər birimizin qəlbində bu mövzuların işıqları yanır. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, Ulu öndər Heydər Əliyevin 95 illiyi və dramaturq Hüseyn Cavidin 135 illiyi bir ocaq, bir vətən deməkdir.
Konfransda məruzələr dinlənilib və müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan icmasının rəhbəri Əbülfəz Xamedov Prezidentin köməkçisi Əli Həsənova “Abay” xatirə medalını təqdim edib.
Tədbirlərdə Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, işçi qrupunun üzvü, deputat, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da iştirak ediblər.

 
  • Oxunub:  1710  |  
  • Tarix:  18-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

18:00
21 May
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
17:55
21 May
Tahir Rzayev: Qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir
17:51
21 May
Azərbaycan Prezidenti: Gələn günlər ərzində “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik
17:42
21 May
Azərbaycan Aİ ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasını müzakirə edib
17:18
21 May
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatları Helsinki Komissiyasının qərəzli dinləmələri ilə bağlı etiraz bəyanatları yayıblar
17:16
21 May
Ağstafalı şəhid son mənzilə yola salınıb
16:59
21 May
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018”in planlaşdırma konfransında iştirak edir
16:46
21 May
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib
16:35
21 May
Müdafiə Nazirliyi: Ermənistan ordusunun keçirdiyi təlimlərdə taktiki və ordu aviasiyasından istifadə ilə bağlı xəbərlər şişirdilib
16:08
21 May
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
15:59
21 May
Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib
15:53
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub
15:50
21 May
Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir
15:37
21 May
Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb
15:36
21 May
Bolqarıstanın energetika naziri Azərbaycana səfər edəcək
15:34
21 May
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir
15:30
21 May
Hikmət Babaoğlu: "Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir"
15:14
21 May
Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
15:09
21 May
Azərbaycan səfiri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsini icra edən Vəliəhdlə görüşdə iştirak edib
14:55
21 May
Azərbaycanın Baş naziri Novruz Məmmədov və Serbiya Prezidenti Aleksandr Vuçiç birgə işçi nahar ediblər
14:50
21 May
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14:48
21 May
Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
14:29
21 May
Azərbaycan-Serbiya sənədləri imzalanıb
14:16
21 May
Bakıda qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib
14:15
21 May
Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır
14:08
21 May
Allahşükür Paşazadə: Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib
14:06
21 May
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü
13:20
21 May
Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir
12:57
21 May
Azərbaycan və Serbiya prezidentlərinin təkbətək görüşü
12:54
21 May
Flora Qasımova: İşğalçılıq siyasəti nəticəsində Ermənistan bölgənin ən zəif dövlətinə çevrilib
12:45
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiçin rəsmi qarşılanma mərasimi olub
12:38
21 May
Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kursu: “Azərbaycan Xalq Cümhuriyyəti-100: tarixi irs və müasirlik”
12:33
21 May
Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
12:19
21 May
ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur
12:07
21 May
Akademik Abel Məhərrəmov: Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır
12:00
21 May
“Star” neft emalı zavodu üçün ilk neft yükü Azərbaycandan göndəriləcək
11:47
21 May
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib
11:46
21 May
Güləş üzrə 33-cü dünya çempionatında uğurla çıxış edərək 11 medal qazanan MOİK-in idmançıları Vətənə qayıdıblar
11:23
21 May
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatının başlamasına iki həftə qalıb
11:11
21 May
Əli Əhmədov: "Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır"
11:07
21 May
Konsorsium: 2020-ci ildən Azərbaycan qazının Bolqarıstana tədarükünə başlamağa hazırıq
11:05
21 May
Azərbaycan və Türkiyə aqrar sahədə birgə layihələr həyata keçirə bilər
11:03
21 May
Əli Əhmədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır
11:01
21 May
Azərbaycan ilə Türkmənistan arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlanır
10:42
21 May
Qazaxda turizmin inkişafı məqsədilə təlimlərə başlanılıb
10:39
21 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Kiyevdə rəsmi qəbul keçirilib
10:26
21 May
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 97 dəfə pozub
10:16
21 May
Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:13
21 May
Azərbaycan nümayəndə heyəti Kaliforniya siyasi xadimləri ilə görüşlər keçirib
09:55
21 May
Xəzərin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun iclası mayın 21-24-də Astanada keçiriləcək
09:34
21 May
ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub
08:59
21 May
MN: Dövlət sərhədində mühəndis işlərinə dair Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır
08:56
21 May
Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb
15:47
19 May
Əmək və əhalinin sosial müdafiəsi naziri bərpa-müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb
14:18
19 May
Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar
14:10
19 May
Əhliman Əmiraslanov: Təbabətdə dərman təhlükəsizliyi prioritet istiqamətdir
13:51
19 May
İsa Həbibbəyli: “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əhəmiyyətlidir
13:49
19 May
Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır
13:43
19 May
MM-in komitə sədri: Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını tənzimləyir
13:04
19 May
Rusiyanın Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:23
19 May
Kənd Təsərrüfatı Nazirliyi maarifləndirmə tədbirlərini davam etdirir
12:18
19 May
Bakıda dördüncü beynəlxalq “Big Data Day” Baku 2018” forumu keçirilib
11:11
19 May
Stepan Kubiv: Yaxın günlərdə Ukraynada Azərbaycan Ticarət Evinin açılışı olacaq
11:05
19 May
Vaşinqtonda Trans-Xəzər regionu ilə bağlı strateji müzakirələr aparılıb
10:23
19 May
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 102 dəfə pozub
09:38
19 May
Cənubi Karolina ştatının qubernatoru Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bəyannamə imzalayıb
09:36
19 May
Elmar Məmmədyarov: Azərbaycan Fələstin məsələsinin ədalətli həllinə töhfə verməyə hazırdır
09:30
19 May
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə Sammiti keçirilib
20:52
18 May
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb
20:47
18 May
Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə konfrans keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA