Ana səhifə »  Siyasət »  Mübariz Qurbanlı: Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq istəyirlər
A+   Yenilə  A-
Mübariz Qurbanlı: Din adı altında təxribatlar edir, milli maraqlarımıza zərbə vurmaq istəyirlər

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncə şəhərində baş verən hadisələrlə bağlı APA-ya və APA TV-yə müsahibə verib.
- Gəncə şəhərində baş verən olayları şərh etməyinizi istərdik...
- Azərbaycanda müəyyən dairələr kriminal elementlərin əli ilə din adı altında terror aktları həyata keçirməklə qarışıqlıq salmağa çalışırlar. Gəncə də təsadüfən seçilməyib. Çünki Gəncə bizim strateji cəhətdən əhəmiyyətli bölgəmizdir. Eyni zamanda, düşmənlə təmasa yaxın ərazidir. İndi bu məqamda İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin avtobioqrafiyasına nəzər salaq. Araşdırmalar zamanı onun təhsili, əlaqələri haqqında məlumatlar üzə çıxıb və məlum olub ki, o, faktiki olaraq dinə bağlı ailədə və mühitdə böyüməyib. Xarici ölkəyə dini ziyarət səfərləri zamanı müəyyən təlim keçməklə Gəncədə törədilən terror əməlində istifadə edilib.
Eyni zamanda, iki gün əvvəl bu hadisənin davamı olaraq Gəncədə meydanda baş verən qətl ilə nəticələnən hadisəyə baxaq. Ora böyük meydandır. Əvvəlcədən aksiya təyin olunur, amma əhali bu aksiyanı dəstəkləmir. Qeyd edilən vaxtda bir qrup cinayətkar xarakterli adamlar peyda olur və qəflətən polis zabitlərinə hücum edir. Özü də polisin onlarla söhbət apardığı zaman, qəflətən - xaincəsinə vururlar. Deməli, bu qruplar məqsədyönlü şəkildə buna hazırlaşıblar, yeni cinayət törətməklə vəziyyəti daha da çətinləşdirmək, hakimiyyətin bundan irəli gələrək atacağı sərt addımlardan dolayı əhalini öz tərəflərinə çəkmək niyyəti daşıyırdılar. Amma məqsədlərinə çatmadılar. İndi müvafiq qurumlar çalışır və bunun arxasında duranları aşkar edəcəklər. Bizdə məlumatlar var ki, bu hadisəni törədən qrupların üzvləri zaman-zaman xaricdəki dini ziyarətgahlara aparılıblar, onlara müəyyən təlimlər keçilib. O qrupları araşdırsanız, görərsiniz ki, onların arasında elə şəxslər var, heç ömründə məsciddə olmayıblar, yəni dinlə heç bir əlaqələri yoxdur.
- Ölkədə bu kimi olaylar baş verən zaman arxasında xarici qüvvələrin olduğu bildirilir. Dəqiq ünvanı açıqlamaq olarmı? Eyni zamanda, Dövlət Komitəsi son illər ard-arda təbliğat xarakterli tədbirlər həyata keçirir. Necə olur ki, bu təbliğatın qarşısında o xarici dairələrin niyyəti ölkədə reallaşa bilir?
- Belə deyim, əgər o xarici dairələrin təbliğatı bizim gördüyümüz işlərin qarşısında keçərli olsaydı, o zaman yüz minlərlə insan onların təbliğatına uyaraq bu prosesə qatılardı. Amma biz orada nə qədər adam görürük? Uzağı 100-150 nəfər. Bu, xüsusi bir təxribat qrupudur. Biz dövlət qurumları olaraq birgə çox böyük maarifləndirmə işləri aparırıq. Amma heç kim bu xain qrupları heç vaxt təbliğat yolu ilə ləğv edə bilməz. Bunları yalnız cinayət başında yaxalamaqla tərksilah və cəmiyyətdən təcrid etmək olar. Bu gün sosial şəbəkələrə baxaq. Gəncədəki polislərin qətlinə yalnız hansısa anonim ünvanları olan istifadəçilər haqq qazandırır.
Gələk indi onlara havadar olan xarici qüvvələrin ünvanına. Belə bir fikir var ki, təxribatdan kim faydalana bilər? Gəlin baxaq, görək bu təxribatlar baş tutduğu halda kimlər və hansı xarici dairələr faydalana bilərdi? Son vaxtlar ölkəmizdə həyata keçirilən işlər - ordumuzun möhtəşəm hərbi paradı, enerji layihələrinin reallaşması, strateji tərəfdaşlarımızın sayının artması və s. Bu, kimlərə əks təsir edirdisə, təxribatdan da onlar faydalanır. Digər məqam: kimlər, hansı dairələr bunları kənardan müdafiə edir? Məsələn, Gəncənin icra başçısına sui-qəsdi kimlər dəstəkləyirdi? Ermənistanda internet üzərindən yayılan bir televiziyanın separatçı əməkdaşları dayanmadan bu prosesə dəstək verir, çağırışlar edirlər. Konkret olaraq, Azərbaycan əleyhinə daim çağırış edən separatçılardır. Çox təəssüf, öz içərimizdə də hakimiyyət əleyhinə olan insanlar var ki, bu dalğaya qoşularaq milli maraqlarımızın əleyhinə hərəkət edirlər - bilərəkdən, ya da bilməyərəkdən. O ki qaldı konkret o xarici qüvvələrin adlarını çəkməyə, hazırda aidiyyəti qurumlar araşdırma aparır. Araşdırma başa çatdıqdan sonra açıqlanacaq. Bu, məqsədli təxribat idi. Orada yüksək rütbəli polis zabitləri öldürülüb. Bu, haradansa məxsusi şəkildə gələn tapşırığın məqsədli icrası idi. Əminliklə deyə bilərəm ki, bu cinayəti törədənlər və onların arxasında dayananlar aşkar ediləcək və müvafiq cəzalarını alacaqlar.
- Bir neçə dəfə narahatlıq ifadə olunub ki, ölkədə dini icması olmayan məscidlər fəaliyyət göstərir. Onların fəaliyyəti gələcək gərginliklər üçün narahatlıq doğurur. Bunlar barədə nə deyə bilərsiniz?
- Azərbaycanda 2500-ə qədər məscid varsa, bunlardan 1500-dən çoxu daimi fəaliyyət göstərir. 310 məscid isə Mədəniyyət Nazirliyinin nəzdində tarixi mədəniyyət abidəsi kimi qorunur ki, onların bir çoxunda dini ayinlər icra olunmur. Onu da deyim ki, məsciddə dini icmanın qeydiyyatının olmaması QMİ tərəfindən oraya imam təyinatının qarşısını almır. QMİ o məscidlərə imam təyin edib nəzarət edə bilər. Hətta böyük məscidlərə imam naiblərini də təyin edir. Belə bir qayda da yaratdıq ki, daimi fəaliyyətdə olmayan, müəyyən vaxtlarda açılıb-bağlanan məscidlərə mütəvəlli təyin olunsun ki, oraya nəzarət edilsin. Bu gün Azərbaycandakı məscidlərin 90 faizi təyinatlıdır. Yəni ya imamı, ya da mütəvəllisi var. Biz birgə fəaliyyət nəticəsində 25-dən çox məsciddən radikalların birbaşa təsirində olanları tam kənarlaşdırmışıq. Həmin məscidlərdə artıq QMİ tərəfindən rəsmi din xadimləri təyin olunub. Bu məsələni, demək olar ki, tam həll etmişik. Bu gün Azərbaycanda minbərinə qeyri-rəsmi şəxsin çıxıb moizə oxuyacağı məscid qalmayıb. Hamısı rəsmi təyin olunmuş din xadimləridir.

 
  • Oxunub:  4950  |  
  • Tarix:  13-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır

15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır
15 Fevral 14:19
Ekologiya və təbii sərvətlər naziri Beyləqanda vətəndaşları qəbul edib
15 Fevral 14:16
“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
15 Fevral 14:16
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb
15 Fevral 14:12
Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb
15 Fevral 14:04
Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb
15 Fevral 12:57
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
15 Fevral 12:54
Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Fevral 12:41
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək
15 Fevral 12:40
YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib
15 Fevral 12:36
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
15 Fevral 12:31
YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
15 Fevral 12:24
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15 Fevral 12:22
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15 Fevral 12:21
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15 Fevral 12:01
Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
15 Fevral 11:44
Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək
15 Fevral 11:30
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fevral 11:12
Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər təşkil edəcək
15 Fevral 11:07
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb
15 Fevral 11:03
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
15 Fevral 10:48
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu
15 Fevral 10:40
Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
15 Fevral 10:22
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır
15 Fevral 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
15 Fevral 09:38
Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək
15 Fevral 09:37
Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15 Fevral 09:33
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
15 Fevral 09:32
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15 Fevral 09:31
Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
15 Fevral 09:31
Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15 Fevral 09:29
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
15 Fevral 09:28
“Xocalı - şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15 Fevral 09:28
Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
15 Fevral 09:27
Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
15 Fevral 09:23
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşüblər
15 Fevral 09:23
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA