Ana səhifə »  Siyasət »  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir
A+   Yenilə  A-
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 20 il keçir

 

 

“Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir.
Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir”.


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə
Konstitusiya Məhkəməsinin kollektivinə
ünvanladığı təbrik məktubundan

 


Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 20 illik yubileyi tamam olur. XX əsrin 90-cı illərində Azərbaycan çətin dövrdən keçərək dövlət müstəqilliyini bərpa etmiş, yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin təşəkkülü mümkün olmuş, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını qəbul etməklə ölkəmiz ümumbəşəri dəyərlərə, hüquqi dövlət ideallarına, ədalət və humanizm prinsiplərinə sadiqliyini bütün dünyaya nümayiş etdirmişdir. Universal dəyərlərə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası bu gün də geniş hüquqi, siyasi və ideoloji potensiala malikdir və Azərbaycan xalqının firavanlığına xidmət edir. 
Konstitusiyanın Azərbaycanın hüquq sisteminə gətirdiyi əhəmiyyətli yeniliklərdən biri də həmin dövrə qədər dövlətçilik tariximiz üçün səciyyəvi olmayan institutun - konstitusiya nəzarəti orqanının yaradılması olmuşdur. 
Qeyd edilməlidir ki, Konstitusiyada Konstitusiya Məhkəməsinin dövlət orqanları sistemində yeri və rolu, habelə səlahiyyətlərinin dairəsi müəyyənləşdirilmişdir. 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsi hakimlərinin təyin edilməsi ilə və 4 gün sonra Ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı Fərmanla Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başlamış oldu. Bu baxımdan ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı, konstitusiya nəzarəti orqanının real fəaliyyətə başlaması, onun müstəqilliyinin təmin edilməsi, hakimlərinin sosial təminatının və müdafiəsinin gücləndirilməsində məhz xalqımızın Ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. 
Konstitusiya Məhkəməsi geniş səlahiyyətlərə malik konstitusiya nəzarəti orqanıdır. Konstitusiya Məhkəməsi normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti vasitəsilə, ilk növbədə, qanunvericilikdə nəzərdə tutulmuş Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədini həyata keçirir. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya və ya özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyən etdikdə, onu qüvvədən düşmüş elan edir. Bununla həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilmir. 
Konstitusiya Məhkəməsi bəzən müvafiq sorğu əsasında normativ hüquqi aktların Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması səlahiyyətini həyata keçirərkən məsələnin tənzimlənməsinin və hüquq tətbiqetmə təcrübəsinin birbaşa istiqamətləndirilməsinin zəruriliyi qənaətinə gələrək qanunvericiliyin müvafiq normalarını şərh edir.
Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri də Konstitusiyanın və qanunların şərh edilməsidir. Konstitusiya Məhkəməsi normativ hüquqi aktın rəsmi şərh edilməsinin qanunvericilikdə konkret hüquqi təcrübənin formalaşdırılması baxımından əhəmiyyətini nəzərə alaraq digər dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində hər hansı normanın təcrübədə düzgün tətbiqini müəyyənləşdirir. Normativ hüquqi akt şərh edilərkən onun normalarının məzmunu izah edilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir. Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh nəticəsində, eyni zamanda, hüquqi tənzimetmə sahəsində mövcud boşluqlar aradan qaldırılaraq qanunvericilik normaları ictimai münasibətlərin hüquqi tənzimetmədən kənar qalmış hissəsinə də konstitusiya prinsipləri nəzərə alınmaqla tətbiq olunur. 
Konstitusiya Məhkəməsinin 20 illik fəaliyyətini ümumi təhlil edərkən qeyd olunmalıdır ki, Plenum tərəfindən qəbul edilmiş 374 qərardan 347-si insan hüquqları və azadlıqlarının qorunmasına yönəlib. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş mühüm əhəmiyyət kəsb edən qərarlardan 153-ü qanunların şərh edilməsi, 3 qərar isə Konstitusiyanın müvafiq maddələrinin şərh edilməsi ilə bağlı olmuşdur. 
Konstitusiya dövlət və cəmiyyətin həyatında əsas qanun mövqeyi daşımasına baxmayaraq, qloballaşan dünya tələbləri, ölkədə gedən ictimai inkişaf və sosial-iqtisadi dəyişikliklər Konstitusiyanın mətnində də dövrün nəbzinə uyğun dəyişikliklərin edilməsini tələbata çevirir. Qəbul edildiyi gündən etibarən Konstitusiyanın mətninə 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixlərində keçirilmiş ümumxalq səsvermələri nəticəsində əhəmiyyətli əlavə və dəyişikliklər edilmişdir. 
Məlum olduğu kimi, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2002-ci il 24 avqust tarixində keçirilmiş referendumla Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərini nəzərdə tutan 130-cu maddəyə V, VI və VII hissələr əlavə edilməklə konstitusiya ədalət mühakiməsi orqanına müraciət etmək hüququna malik subyektlərin dairəsi genişləndirilmiş, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), məhkəmələr və fərdi şəxslər Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ əldə etmişlər.
Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ olan subyektlərin dairəsinin genişləndirilməsi nəticəsində hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından pozulmuş insan hüquq və azadlıqlarının bərpa olunması məqsədilə şikayət vermək hüququ əldə etdi. Bununla da, konstitusiya şikayəti üzrə ərizəçilər öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməklə yanaşı, Konstitusiya Məhkəməsi insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı qazandı. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, Konstitusiyanın 130-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş “hər kəs” ifadəsi yalnız Azərbaycan Respublikasının vətəndaşlarını deyil, eyni zamanda, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də Konstitusiya Məhkəməsinə müraciət etmək imkanını təsbit etdi. Qeyd edilməlidir ki, bu, çox mütərəqqi və yalnız hüquqi dövlətə xas olan bir yanaşmadır. Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi illər ərzində xarici vətəndaşlar tərəfindən də Məhkəməmizə birbaşa şikayətlər verilir, bu şikayətlər qanunvericiliklə verilmiş səlahiyyətlər çərçivəsində araşdırılaraq müvafiq qərarların qəbul edilməsi ilə nəticələnir. 
Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər nəticəsində, həmçinin İnsan hüquqları üzrə müvəkkil (ombudsman) insan hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından sorğu vermək, məhkəmələr isə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərhi ilə əlaqədar müraciət etmək hüququ əldə etmişlər.
Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi hər zaman digər məhkəmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Məhkəmələrin müraciətlərində hüququn müxtəlif sahələrini əhatə edən məsələlərə dair qanunvericilik müddəalarının şərhi, hər hansı normativ hüquqi aktın normasının düzgün tətbiqi ilə bağlı yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması və mövcud təcrübənin vahid istiqamətdə formalaşdırılması ilə bağlı vacib məsələlər yer almaqdadır. 
2002-ci il ümumxalq səsverməsi və Avropa Şurasının ekspert və mütəxəssislərinin iştirakı ilə hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun 2004-cü ilin yanvar ayından qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Konstitusiya şikayəti institutu insan hüquq və azadlıqlarının müdafiəsinin, Konstitusiyanın aliliyinin təmin edilməsinin etibarlı formalarından birini təşkil edir və Əsas Qanunun normalarının birbaşa tətbiq edilməsi baxımından olduqca əhəmiyyətlidir. Fərdi şikayətlər əsasında qəbul edilmiş qərarlarda ərizəçilərin pozulmuş hüquq və azadlıqlarının bərpa olunması ilə yanaşı, konkret hüquqların həyata keçirilməsi ilə bağlı əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır. 
Konstitusiyanın 130-cu maddəsində nəzərdə tutulan səlahiyyətləri ilə yanaşı, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada yoxlayır və təsdiq edir, Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan edir, Konstitusiyanın mətninə təklif olunan dəyişikliklərə dair əvvəlcədən rəy verir, habelə Konstitusiyada nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
Bu il, həmçinin ölkəmizin siyasi həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Respublikası Prezidentinin seçkiləri keçirilmiş və dövlətimizin başçısı cənab İlham Əliyev böyük səs çoxluğu ilə inamlı qələbə qazanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2018-ci il 17 aprel tarixli Qərarla Konstitusiya və Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlər nəzərdən keçirilərək Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri rəsmən elan edilmişdir. 
Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi son qərarlardan biri “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il 14 mart tarixli Qərardır. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunda qaldırılan məsələlərin vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əhəmiyyət kəsb etdiyini və insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəldiyini nəzərə alaraq, iddianın təmin olunması ilə bağlı mülki prosessual qanunvericiliyin bir sıra normalarının şərh edilməsinin zəruri olduğu qənaətinə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıdığını, məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasının bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz etdiyini qeyd etmişdir. 
M.Əzizovun şikayəti üzrə 2018-ci il 30 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən birinin apellyasiya məhkəmə aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarət olduğunu bir daha vurğulamışdır. Digər tərəfdən, Plenum qeyd etmişdir ki, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.
Konstitusiya Məhkəməsinin Plenumu preyudisiallığın məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olduğunu göstərmişdir. Qərarda qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. 
N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. 
Həmin Qərarda qeyd edilmişdir ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də, mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. 
Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci və 3-cü bəndlərinin şərh edilməsinə dair” 2018-ci il 23 aprel tarixli mühüm Qərar qəbul etmişdir. Məlum olduğu kimi, məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmət və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri etmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncam imzalamışdır. Həmin Sərəncamda bir sıra kateqoriya cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə edilməsi və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi, azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması və şərti məhkumetmə institutunun daha geniş tətbiq edilməsi ilə əlaqədar mühüm məsələlər yer almışdır. Dövlətimizin başçısının imzaladığı bu Sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsinin ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək dövlətimizin demokratik dəyərlərə daimi sadiqliyini bir daha nümayiş etdirdi. 
Sərəncamın icrası ilə əlaqədar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 nömrəli Qanunu qəbul olunmuş və həmin Qanun ilə Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bir çox maddələrinə, o cümlədən Məcəllənin 177-ci maddəsinə və onun “Qeyd” hissəsinə dəyişikliklər edilmişdir. 
Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyə edilmiş son dəyişiklikləri və ictimai münasibətlərin kifayət qədər dinamikliyini nəzərə alaraq, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin tətbiqi ilə bağlı vahid hüquqi təcrübənin formalaşdırılması məqsədilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci və 3-cü bəndlərinin şərh edilməsinə dair” Qərarında əhəmiyyətli nəticəyə gəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qanunverici Konstitusiya ilə ona verilmiş səlahiyyətdən istifadə edərək ədalət prinsipinin təmin olunması məqsədilə Cinayət Məcəlləsinin 177.2-ci maddəsində göstərilən ağırlaşdırıcı hallarda oğurluğun, o cümlədən təkrar oğurluğun təhlükəlilik dərəcəsini və belə əməlləri törədən şəxslərin ictimai təhlükəliliyini nəzərə alaraq, həmin əməllərə görə daha sərt cinayət məsuliyyəti müəyyən etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etmişdir ki, cinayətin təkrar törədilmiş hesab edilməsi üçün təqsirkarın ən azı iki ictimai-təhlükəli əməli törətməsi faktı müəyyən edilməlidir. Bu fakt həmişə təkrarlığın təqsirkar şəxsdə mənfi xüsusiyyətlərin mövcudluğu ilə xarakterizə olunduğunu göstərir. Təkrarlıq ona daxil olan cinayətlərin müxtəlif vaxtlarda törədilməsini ehtiva edir. Təqsirkar şəxsin müxtəlif həyat şəraitində qanuna uyğun davranış qaydasını seçmək imkanının olmasına baxmayaraq, şüurlu olaraq cinayət qanunu ilə qadağan olunmuş davranış qaydasını seçməsi onun yüksək ictimai təhlükəliliyini sübut edir.
Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1-ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır.
Bakı Apellyasiya Məhkəməsinin digər müraciəti əsasında qəbul edilmiş “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2017-ci il 13 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qanunvericilikdə ləğvetmə mərhələsində olan banklara qarşı verilmiş qeyri-əmlak xarakterli və ya qarışıq iddialara mahiyyəti üzrə baxılmasının mümkünlüyü barədə qeyri-müəyyənlik yarandığını və nəticədə eyni xarakterli mübahisələr üzrə fərqli məhkəmə aktlarının qəbul edildiyini, hüquqi müəyyənlik prinsipinin pozulduğunu nəzərə alaraq müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirmişdir. 
Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında belə nəticəyə gəlmişdir ki, “Banklar haqqında” Qanunun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Mülki Prosessual Məcəllənin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Lisenziyanın ləğvi ilə əlaqədar banklar ləğv edilərkən işçilərin əməkhaqqı ilə bağlı tələblər Əmək Məcəlləsinin 178.2-ci maddəsinə uyğun ödənilməlidir. 
Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bəzən baxdığı işlərdə, həmçinin müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsinə və əlavə tədbirlərin görülməsinə dair təkliflər və tövsiyələr verir. Konstitusiyanın aliliyinin, vətəndaşların qanuni maraqlarının, hüquq və azadlıqlarının müdafiəsində dayanaraq Konstitusiya Məhkəməsi dəfələrlə müvafiq hakimiyyət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə və Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsinə dair tövsiyələrlə çıxış etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu beynəlxalq təcrübəyə xüsusi diqqət yetirməklə, öz qərarlarında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın, “Mülki və siyasi hüquqlar haqqında”, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktların müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edir. 
Həmçinin qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk illərdən beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi əhəmiyyət vermiş, xarici ölkələrin konstitusiya nəzarəti orqanları ilə, habelə Avropa Şurası, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşdur. Məhkəməmiz Konstitusiya Ədalət Mühakiməsi üzrə Ümumdünya Konfransının, Avropa Konstitusiya Məhkəmələri Konfransının və Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının tamhüquqlu üzvüdür.
Bu ilin mart ayından etibarən isə Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nəzdində fəaliyyət göstərən Yüksək Məhkəmələr Şəbəkəsinə (SCN) daxil olmuşdur. Həmin şəbəkə Strasburq Məhkəməsinin, habelə Avropa konstitusiya məhkəmələrinin hüquqi materiallarından istifadə etməyə imkan yaradır. 
Türkiyə, Rusiya, Almaniya, Fransa, Belçika, Çexiya, Slovakiya, Bolqarıstan, Serbiya, Macarıstan, Ukrayna, Belarus, Gürcüstan, Moldova, Litva, Latviya, Monteneqro, İndoneziya, Cənubi Koreya və digər ölkələrin konstitusiya nəzarəti orqanları ilə sıx ikitərəfli əlaqələr qurulmuşdur. 
Məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə 2018-ci il iyulun 6-da Bakı şəhərində “Hüquqi dövlət və konstitusiya ədalət mühakiməsi: dəyərlər və prioritetlər” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Avropa Şurasının Venesiya Komissiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə təşkil olunan konfransda Avstriya, Slovakiya, Belarus, Monteneqro, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Serbiya, Makedoniya, Macarıstan Konstitusiya məhkəmələrinin sədr və hakimləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, habelə Azərbaycan Respublikasının bir sıra dövlət orqanlarının rəhbərləri və nümayəndələri, nüfuzlu alimlər və digər mötəbər qonaqlar iştirak etmişlər. 
Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində olmaqla yüksək qiymətləndirilmiş və Konstitusiya Məhkəməsinin bir sıra hakimləri fəxri adlarla, Aparat əməkdaşları isə müxtəlif dövlət təltifləri ilə mükafatlandırılmışlar. Konstitusiya Məhkəməsinin 20 illik yubileyi ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyev Konstitusiya Məhkəməsinin hakimləri və əməkdaşlarına təbrik məktubu ilə müraciət etmişdir. Təbrik məktubunda deyilir: “Konstitusiya Məhkəməsi ali konstitusiya ədalət mühakiməsi orqanı kimi səmərəli fəaliyyəti ilə Azərbaycan Respublikasının hüquq sisteminin sabitliyinin təmin edilməsində, onun davamlı inkişafında, milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasında, cəmiyyətdə hüquq mədəniyyətinin daha da yüksəldilməsində əhəmiyyətli rol oynamış, insan hüquqlarının etibarlı təminatçısına çevrilmişdir. Əminəm ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Konstitusiya Məhkəməsi bundan sonra da ölkəmizdə demokratik və hüquqi dəyərlərin inkişafına öz töhfəsini verməkdə davam edəcəkdir”.
Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən Məhkəmənin fəaliyyətinə bu cür yüksək hüquqi qiymət verilməsi, etimad göstərilməsi bizim hamımız üçün olduqca qürurverici olmaqla, eyni zamanda, bizim hər birimiz üçün böyük məsuliyyətdir. Konstitusiya Məhkəməsi bundan sonra da göstərilən etimadı doğrultmağa, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaqdır. 
Fərhad Abdullayev
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri

 
  • Oxunub:  1920  |  
  • Tarix:  14-07-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni İtaliyanın ən ali dövlət mükafatıdır

17:52
20 İyul
Hikmət Babaoğlu: Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması bütün MDB ölkələrinin marağında olmalıdır
17:46
20 İyul
Vüqar Rəhimzadə: “Əkinçi”dən başlanan yol bugünkü uğurlarımızın bələdçisidir
17:30
20 İyul
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
17:24
20 İyul
Paşinyanın Brüssel uğursuzluğu
17:10
20 İyul
Azərbaycanda mövcud olan dini tolerantlıq bütün dünyada örnək kimi qəbul edilir
16:59
20 İyul
Media nümayəndələri Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında oftalmoloji müayinədən keçiblər
16:57
20 İyul
Azərbaycan Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyasında təmsil olunub
16:48
20 İyul
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqinə dəstək məqsədilə keçid planının hazırlanmasına başlanılır
16:36
20 İyul
Elçin Mirzəbəyli: Çap mediasının inkişafının əleyhinə olan “Media klubu”nda cəmləşənlərin istəyi öz korporativ maraqlarının təmin olunmasıdır
16:33
20 İyul
Media maarifçilik hərəkatının ön sırasındadır
16:28
20 İyul
Əli Əhmədov: Müasir cəmiyyətimizi söz və mətbuat azadlığı olmadan təsəvvür etmək mümkün deyil
16:26
20 İyul
Hikmət Babaoğlu : İnanmaq olmur ki, özünü Azərbaycan mətbuatının bir parçası hesab edən, məhz media adı altında fəaliyyət göstərməyə çalışan insanlar çap mediasının gərəksizliyini irəli sürürlər
16:24
20 İyul
Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun görüşü olub
16:14
20 İyul
Müvəqqəti işlər vəkili: ABŞ “Cənub Qaz Dəhlizi” layihəsinə güclü dəstəyini davam etdirəcək
16:10
20 İyul
“Dövlət və din modeli” mövzusunda müzakirələr aparılıb
15:49
20 İyul
Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul edib
15:47
20 İyul
İqtisadiyyat naziri Göygöldə vətəndaşları qəbul edib
15:43
20 İyul
Bakıda Azərbaycanın, Gürcüstanın və Almaniyanın özəlləşdirmə qurumları nümayəndələrinin iştirakı ilə seminar keçiriləcək
15:34
20 İyul
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qaxda vətəndaşları qəbul edib
15:23
20 İyul
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir
15:01
20 İyul
Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri İtaliya mətbuatının diqqət mərkəzindədir
14:56
20 İyul
Prezident İlham Əliyevin Fransa Milli Assambleyasının sədri Fransua de Rüji ilə görüşü olub
14:37
20 İyul
Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
14:21
20 İyul
Uşaqlarla bağlı sosial xidmətlərin inkişafı sahəsində görüləcək işlərə dair fikir mübadiləsi aparılıb
14:09
20 İyul
Aydın Quliyev: Azərbaycan mediası qərəzli və qisasçı şəxslərin mülahizələri əsasında yox, dövlətimizin mətbuata dəstək konsepsiyası əsasında inkişaf edir
13:59
20 İyul
Olimpiya Oyunlarının proqramına 6 yeni idman növü daxil edilib
13:25
20 İyul
Prezident İlham Əliyev Fransanın SADE şirkətinin prezidenti ilə görüşüb
13:22
20 İyul
Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının yeni sədri seçilib
13:17
20 İyul
YAP Sədrinin müavini Əli Əhmədov Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüşüb
13:06
20 İyul
“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər
12:45
20 İyul
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:31
20 İyul
Əli Əhmədov: Azərbaycan inkişafını qısqananlar təxribatlar törətməyə cəhd etsə də, heç nəyə nail ola bilmirlər
12:29
20 İyul
Birinci vitse-prezident Mehriban Əliyeva MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Bakı iclasının iştirakçılarını qəbul edib
12:25
20 İyul
Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
12:08
20 İyul
Fransanın “Bouygues Travaux Publics” şirkəti Azərbaycanda nəqliyyat, inşaat, metro tikintisi sahələrində işləməkdə maraqlıdır
11:59
20 İyul
Yusuf Məmmədəliyev: Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır
11:51
20 İyul
Prezident İlham Əliyevin “CIFAL” qrupunun prezidenti ilə görüşü olub
11:38
20 İyul
Stolüstü tennis üzrə qızlardan ibarət Azərbaycan millisi Avropa çempionu olub
11:27
20 İyul
Vergilər naziri Belçikanın Azərbaycandakı səfiri ilə görüşüb
11:08
20 İyul
Əbülfəs Qarayev “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
11:02
20 İyul
Prezident İlham Əliyev Parisdə “Iveco France” şirkətinin prezidenti ilə görüşüb
11:01
20 İyul
Bəhruz Quliyev: Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün nümunə ola bilər
10:59
20 İyul
Prezident İlham Əliyevin Parisdə “Rothschild and Co” şirkətinin vitse-prezidenti ilə görüşü olub
10:56
20 İyul
Hikmət Hacıyev: Azərbaycan islamofobiya, ekstremizm və antisemitizm kimi təhlükəli təzahürlərə qarşı mübarizədə əməkdaşlıqda maraqlıdır
10:55
20 İyul
ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək
10:50
20 İyul
Prezident İlham Əliyev Parisdə “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
10:37
20 İyul
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:20
20 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 86 dəfə pozub
18:12
19 İyul
İtaliya Azərbaycan iqtisadiyyatına 530 milyon dollardan çox investisiya yatırıb
17:57
19 İyul
Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq Konfransı keçiriləcək
17:45
19 İyul
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
17:44
19 İyul
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: 22 iyul milli mətbuatın yaranması - milli oyanış və tərəqqiyə doğru atılan ilk addımdır
17:25
19 İyul
Tahir Rzayev: Bu ilin birinci rübündə əldə olunan nailiyyətlər ölkəmizi daha böyük uğurlara istiqamətləndirir
17:11
19 İyul
Naxçıvanda vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi təmin olunub
17:08
19 İyul
Vüsal Hüseynov: Dövlət Miqrasiya Xidməti qarşıya qoyulmuş bütün vəzifələrin icrasına uğurla nail olacaq
17:02
19 İyul
Stolüstü tennisçilərimiz Avropa çempionatının finalına yüksəliblər
17:00
19 İyul
Bu gün üç Azərbaycan klubu UEFA Avropa Liqasında cavab oyununu keçirəcək
16:52
19 İyul
Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib
16:35
19 İyul
Dövlət Komitəsi Milli Mətbuat Günü münasibətilə jurnalistlər üçün infotur təşkil edib
16:30
19 İyul
“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi davam etdirilir
16:28
19 İyul
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
16:22
19 İyul
Eldar İbrahimov: Azərbaycan demokratik dəyərlərə sadiq dövlətdir
16:17
19 İyul
Musa Quliyev: Azərbaycanın qazandığı nailiyyətlərin əsasında duran mühüm amillərdən biri möhkəm ictimai-siyasi sabitlikdir
16:13
19 İyul
Prezident Sercio Mattarella: Azərbaycan İtaliyanın neft üzrə birinci təchizatçısıdır
15:57
19 İyul
Prezident İlham Əliyev: Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaq
15:46
19 İyul
Samir Vəliyev: TAP üzrə işlər qrafikə uyğun davam edir və nəzərdə tutulan vaxtda başa çatacaq
15:40
19 İyul
Mikele Ceraçi: İtaliyanın 99,4 faiz idxalı Azərbaycan neftinin hesabına həyata keçirilir
15:26
19 İyul
Azərbaycanın Baş naziri Novruz Məmmədov və İtaliya Prezidenti Sercio Mattarella birgə işçi nahar ediblər
15:18
19 İyul
Nardaran Bilik Evi yerli gəncləri ziyalılarla bir araya gətirir
15:16
19 İyul
Vüsal Hüseynov: Əcnəbilərin əmək vizalarını “ASAN Viza” ilə almaları təmin edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA