Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirir

Hikmət Babaoğlu: “Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini möhkəmləndirir

09.08.2018 [09:06]

İrana qarşı tətbiq olunan sanksiyaların “Cənub Qaz Dəhlizi” layihəsinə şamil edilməməsi mövcud geostrateji reallığın düzgün qiymətləndirilməsi və Avropanın enerji təhlükəsizliyi maraqlarının nəzərə alınması baxımından olduqca əhəmiyyətlidir. Bu layihənin müəllifi olan Azərbaycan onun reallaşdırılması zamanı bütün mümkün riskləri və perspektivləri dəqiqliklə hesablaya bilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, müasir beynəlxalq enerji münasibətlərinin vacib aktorlarından biri olan Azərbaycan özünün strateji tərəfdaşları ilə birlikdə hazırda elə bir geostrateji reallıq formalaşdırıb ki, onun ətrafında bütün iştirakçı ölkələrin maraqları uzlaşır. Bu isə heç də sadə məsələ deyil. Ancaq Azərbaycan buna nail olmağı bacarıb.
Hikmət Babaoğlu əlavə edib ki, iqtisadi sanksiyaların təzyiq rıçağı olaraq istifadə edilməsi tarixində ən sərt hallardan biri kimi müşahidə etdiyimiz sanksiyalar zamanı belə Azərbaycanın maraqları xüsusi istisna kimi nəzərə alınır. Çünki ölkəmiz öz milli maraqlarını özünün strateji tərəfdaşlarının milli maraqları ilə məharətlə koordinasiya edib. Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, söhbət dünyanın ən böyük və ən bahalı layihələrinin birindən gedir. Bu layihə, sözün əsl mənasında, XXI əsrin layihəsi adını daşımağa layiqdir. Son hadisələr də bir daha bunu sübut edib.
“Cənub Qaz Dəhlizi” layihəsinin 7 ölkəni kəmər boyunca 12 fərqli investorla, 12 fərqli alıcı ilə birləşdirəcəyini deyən Hikmət Babaoğlu vurğulayıb ki, bu, həm də böyük enerji ehtiyatlarına malik olan Xəzər regionunu Avropa İttifaqı istehlakçıları ilə birləşdirən ilk boru kəməri olacaq. “Yəni, əslində bu kəmər Avropanın enerji təhlükəsizliyinin yeni alternativi kimi çıxış edəcək. Belə bir alternativ mənbənin olması isə hazırkı gərgin beynəlxalq münasibətlər mərhələsində Avropa üçün hava və su kimi lazımdır. Ona görə də hələ bir qədər əvvəl Vaşinqtonda İtaliya Baş naziri Cüzeppe Konte ilə görüşdə ABŞ Prezidenti Donald Trampın Cənub Qaz Dəhlizinin bir hissəsi olan Transadriatik boru kəmərini (TAP) dəstəkləməsi çox böyük əhəmiyyətə malik idi və heç də təsadüfi deyildi”, - deyə H.Babaoğlu bildirib.
Baş redaktor qeyd edib ki, belə mühüm layihələrin həmişə iqtisadi tərəfləri ilə bərabər mütləq siyasi tərəfləri də olur ki, bu da bizim üçün az əhəmiyyətli deyil. Ölkəmizin həyata keçirdiyi bu tipli meqa layihələr beynəlxalq münasibətlər sistemində də Azərbaycanın yerini möhkəmləndirir və rolunu artırır. Bu isə nəticə etibarilə milli maraqlarımızın və ərazi bütövlüyümüzün təmin olunmasına əsaslı zəmin yaradır.

Paylaş:
Baxılıb: 431 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30