Ana səhifə »  Siyasət »  Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
A+   Yenilə  A-
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub

Avqustun 20-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək deyib: “Təhsil hər bir ölkənin, hər bir xalqın aparıcı qüvvəsidir. Əgər bütün sahələrdə inkişafı təmin etmək, yaxşı mütəxəssis hazırlamaq istəyiriksə, onda gənc nəslə yaxşı təhsil verməliyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual səviyyəsidir”.
Ali Məclisin Sədri deyib: “Bu gün Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası ölkəmizin intellektual potensialının yüksəlişinə öz töhfəsini verir. Artıq Azərbaycan dünyada təkcə sabitliyin təmin olunduğu və iqtisadiyyatı inkişaf edən ölkə kimi yox, həm də elm və təhsil ölkəsi kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu əsas vəzifələr sırasındadır. İstər ümumtəhsil, peşə, istərsə də orta ixtisas və ali təhsil məktəblərində yaradılan şərait hərtərəfli inkişaf edən, formalaşmış gəncliyin yetişməsinə hesablanıb. Yeni texnologiyaların və distant təhsilin tətbiqi, müasir tədris metodlarından istifadə dünya təhsil sisteminə inteqrasiyanı sürətləndirib. Ümumtəhsil məktəblərində sürətli internetə çıxışı olan 5337 kompüter və 600-dən artıq elektron lövhə quraşdırılmış, şagirdlərin istifadəsinə zəngin fonda malik kitabxanalar, laboratoriyalar və fənn kabinələri verilmişdir. Təhsilə göstərilən davamlı qayğının və müasir yanaşmanın nəticəsidir ki, tədrisin keyfiyyət göstəriciləri xeyli yüksəlmişdir. Hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayının artması bunu bir daha təsdiq edir. Bu il də muxtar respublikadan ali məktəblərə qəbul göstəricilərində artım dinamikasına nail olunmuş, 331 məzun 500-700 arasında bal toplamışdır”.
Ali Məclisin Sədri deyib: “Dövlətin məqsədi ondan ibarətdir ki, yaradılmış müasir təhsil şəraitindən istifadə edən gənclər düzgün həyat yolu seçsinlər. Çünki yalnız hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər dövlətçiliyimizin və müstəqilliyimizin dayağı ola bilərlər. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, xalqımızı sevməlidir, millətimizi sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir. Bunları sevə bilməyən adam, onları özü üçün mənəvi əsas edə bilməyən gənc həyatda özünə yer tapa bilməyəcəkdir və şübhəsiz ki, ictimai-siyasi prosesdə, müstəqil Azərbaycanın inkişafında lazımi qədər iştirak edə bilməyəcəkdir”.
“Ulu öndərimizin müəyyənləşdirdiyi vəzifələr vətənə layiqincə xidmət etməyin və əsl vətəndaş kimi yetişməyin yoludur. Hər bir gənc harada təhsil almasından, yaşamasından və işləməsindən asılı olmayaraq ölkəmiz haqqında düşünməli, öz həyat yolunu müstəqil Azərbaycanın gələcək yolu kimi seçməlidir”, - deyən Ali Məclisin Sədri bu yolda tələbələrə uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də diqqət və qayğı ilə əhatə olunub. Bunun nəticəsidir ki, müstəqillik illərində 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəsi olanlar tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçirilməsi şagirdlərin vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində, qabaqcıl təcrübənin öyrənilməsində, informasiya texnologiyalarından istifadə bacarıqlarının və biliklərinin artırılmasında mühüm rol oynayır.
Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir şəraitin nəticəsidir ki, ümumtəhsil məktəblərinin məzunları həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 2017-2018-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2803 məzun bitirib. Məzunların 2307-si ali məktəblərə sənəd verib ki, bu da məktəbi bitirənlərin 82,3 faizini təşkil edir. Qəbul üçün sənəd verən məzunların 1062-ni və ya 46 faizini qızlar, 1245-ni və ya 54 faizini isə oğlanlar təşkil edib. Bu il orta ixtisas məktəblərinə də sənədvermədə artım olub, ümumi orta təhsil bazasından 1185, tam orta təhsil bazasından 328 olmaqla ümumilikdə 1513 nəfər orta ixtisas məktəblərinə sənəd verib ki, bu da ötən ilin göstəricisindən 13 faiz çoxdur. Muxtar respublikada hərbi təhsilə maraq ildən-ilə artır. 2018-ci ildə muxtar respublikanın 171 ümumtəhsil məktəbindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 490 şagird sənəd verib, onlardan 29-u qəbul olub. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul üçün 388, Qızlar Liseyinə isə 213 şagird sənəd verib. İmtahanın nəticələrinə əsasən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olub. 2018-ci ilin məzunlarından 1542-si ali təhsil müəssisələrinə qəbul olub. Eyni zamanda Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208-i ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olub. Ümumilikdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1750 məzun qəbul olub ki, bu da həmin təhsil müəssisələrinə sənəd verənlərin 60 faizini təşkil edir.
Abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinə daha çox üstünlük verirlər. 2018-ci ildə 1170 nəfər, yaxud qəbul olanların 76 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər ki, onlardan da 744-ü Naxçıvan Dövlət Universitetinə, 215-i “Naxçıvan” Universitetinə, 211-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. Tələbə adını qazanan məzunlardan 19-u isə xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Bu il qəbul imtahanlarında məzunların 331-i 500-700 arası bal toplayıb ki, bu da ötən illə müqayisədə 42 nəfər, yaxud 15 faiz çoxdur. Ali təhsil müəssisələrinə qəbul prosesində yüksək nəticələrə nail olanların 190 nəfərini, yaxud 57 faizini qızlar, 141 nəfərini, yaxud 43 faizini isə oğlanlar təşkil edir. Yüksək bal toplayan abituriyentlərin 71-i Naxçıvan şəhər, 51-i Şərur, 35-i Babək, 37-si Ordubad, 40-ı Culfa, 15-i Kəngərli, 18-i Şahbuz, 10-u Sədərək rayonunun, 54-ü isə Təhsil Nazirliyinə birbaşa tabe ümumtəhsil məktəblərinin məzunlarıdırlar. Ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 108 məktəbinin məzunları 500-700 arası yüksək nəticə göstərmişdirsə, bu il bu nəticə artaraq 118-ə çatıb. Yüksək bal toplayan abituriyentlərin keyfiyyət göstəricisində əvvəlki illə müqayisədə artım olub. Belə ki, ötən tədris ilində 600-700 intervalında nəticə göstərənlərin sayı 30 faiz artaraq 77 nəfərdən 100-ə, 500-600 intervalında nəticə göstərənlərin sayı isə artaraq 212-dən 231-ə yüksəlib. Həmçinin əvvəlki ildə 500-700 arası bal toplayan məzunlardan 165-i muxtar respublikada fəaliyyət göstərən ali məktəblərdə təhsil almağa üstünlük veriblərsə, cari ildə bu göstərici artaraq 182 nəfər olub. 2017-2018-ci tədris ilində məzunlardan 13-ü qızıl, 11-i gümüş medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub, qızıl və gümüş medallara layiq görülənlər qəbul imtahanlarında 620-695, fərqlənmə attestatına layiq görülənlər isə 500-700 arası bal toplayıblar.
Təhsil naziri deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə bilik və bacarıqları qiymətləndirilmiş müəllimlərin əməkhaqlarının artırılması təhsilə, təhsil işçilərinə göstərilən qayğının bariz nümunəsidir. Həmçinin bu ildən etibarən pedaqoji kadrların işə qəbulu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən həyata keçirilir ki, bu da ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatında əvvəlki illərdə yol verilmiş nöqsanların aradan qaldırılması və bu prosesin şəffaf həyata keçirilməsində mühüm rol oynamaqdadır.
Valideyn Məryəm Hüseynova çıxış edərək deyib: “Müəllimi olduğum Naxçıvan şəhər 17 nömrəli tam orta məktəb 2012-ci ildə yenidən qurulub, müasir tədrisin tələblərinə uyğun infrastruktur yaradılıb. 2017-2018-ci tədris ilində məktəbimizi bitirən şagirdlərdən 1-i gümüş medal, 1-i fərqlənmə attestatı alıb, 15-i ali təhsil müəssisələrinə qəbul olub. Qəbul imtahanlarında şagirdlərimizdən 3-ü 600-dən, 1-i 500-dən yuxarı bal toplayıb. Məktəbimizin şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbulda muxtar respublika üzrə ən yüksək bal toplayaraq liseyin kursantı adını qazanıb. Muxtar respublikada həyata keçirilən təhsil siyasəti gənclərimizin işıqlı gələcəyinə stimul yaradıb. Hər il ali məktəblərə qəbulda yüksək bal toplayan tələbələrə qayğı göstərməyiniz, onlarla görüşünüz övladlarımızı daha yaxşı oxumağa ruhlandırır, müəllim və valideynlərdə isə sabaha cavabdehlik hissini daha da artırır. Bu gün mən çox sevinirəm ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq övladım tam orta məktəbi gümüş medalla bitirib, 654 bal toplayıb və Naxçıvan Dövlət Universitetinin tələbəsi adını qazanıb. Ötən il isə digər övladım fərqlənmə attestatı alaraq 629 bal toplayıb və Naxçıvan Dövlət Universitetinə qəbul olub. İstənilən valideyn üçün bundan böyük bir xoşbəxtlik, bundan böyük sevinc ola bilməz”.
Məryəm Hüseynova yaradılan təhsil şəraitinə görə bütün valideynlər və müəllimlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Qəbul imtahanlarında 695 bal toplamış tələbə Millət Hacıyev deyib: “Vətəninin, xalqının tərəqqisi üçün əzmkarlıqla fəaliyyət göstərən rəhbərlə görüş hər bir gəncin arzusudur. Bu gün biz gənclər sevinirik ki, ən böyük arzumuza çatmışıq və qurucu rəhbərlə görüşürük. Gənc nəslə qayğının ifadəsidir ki, biz muxtar respublikada ən müasir maddi-texniki bazaya və zəngin kitabxanalara malik olan, informasiya texnologiyaları və elektron tədris vəsaitləri ilə təchiz edilmiş təhsil müəssisələrində yüksək biliklərə yiyələnərək tələbə adını qazanmışıq. Digər yoldaşlarım kimi öz məsuliyyətimi başa düşmüş, qəbul imtahanlarında 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olunmuşam. Məktəbdə oxuduğum illərdə mənə verilən təhsilin dəyəri təkcə qəbul imtahanında topladığım yüksək bal ilə ölçülmür, həm də Azərbaycana layiqli vətəndaş kimi formalaşmağım ilə birbaşa bağlıdır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın xoşbəxt gələcəyi üçün gənclər layiqli Azərbaycan vətəndaşı adını şərəflə daşımalıdır, öz ölkəsinin, millətinin, xalqının vətənpərvər övladı olmalıdır”. Bu müdrik fikirlər gənclərdə yüksək amallar formalaşdırır, gələcəkdə hansı sahədə çalışmağımızdan asılı olmayaraq Azərbaycanımızı Ümummilli liderimiz Heydər Əliyev kimi sevməyə, Vətənimizə, xalqımıza fədakarlıqla xidmət göstərməyə ruhlandırır”. Tələbə Millət Hacıyev Naxçıvan gəncliyinin inkişafına göstərdiyi qayğıya görə ali məktəblərə qəbulda yüksək bal toplamış bütün tələbələr adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Caspian Energy” jurnalının Naxçıvan Muxtar Respublikasına həsr olunmuş xüsusi buraxılışı və pul mükafatı təqdim olunub.

 
  • Oxunub:  2370  |  
  • Tarix:  21-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir
11:29
20 Sentyabr
Elçin Mirzəbəyli: Paşinyanın ziddiyyətli açıqlamaları onun siyasətdə tamamilə təsadüfi adam olduğunu sübut edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20