Ana səhifə »  Siyasət »  Mehriban xanım Əliyeva insanlığın humanizm nümunəsi, mərhəmət daşıyıcısıdır
A+   Yenilə  A-
Mehriban xanım Əliyeva insanlığın humanizm nümunəsi, mərhəmət daşıyıcısıdır

İnsanlar həyatda təxminən üç qrupa bölünür: İnsanlar var ki, dünyaya səssiz-səmirsiz gəldikləri, xüsusi fəaliyyətləri ilə seçilmədikləri, yadda qalmadıqları kimi, gedişləri də eləcə səssiz-səmirsiz, izsiz-tozsuz olur. İnsanlar var ki, gəlişləri də, gedişləri də dünyaya bir bəla, bir qara ləkədir, cəhənnəm əzabından başqa bir şey deyil. Sanki, dünyanı qana çalxalamaqdan həzz alırlar. Amma insanlar da var ki, insanlıq adına şərəf, hörmət gətirirlər. Onların Yer üzünə, dünyaya gəlişləri, sanki, Tanrının insana, insanlığa, bəşəriyyətin təhlükəsizliyinə, əmin-amanlığına, tərəqqisinə, çiçəklənməsinə bir lütfüdür. Böyük Yaradan onları məhz elə bir vaxtda, elə bir çalxantılı məqamda Yer üzünə göndərir ki, onların varlığına, mövcudluğuna böyük ehtiyac duyulur... Kürreyi-ərz, bəşəriyyət məhz belələrinə, insanlıq adına şərəf gətirənlərə təşnə olur... Tarixən belə insanlar çox olub. Yəqin ki, Dünya və insanlıq var olduqca, yaşadıqca bu missiyanın daşıyıcıları olan insanlar da var olacaqlar...
Belə insanlardan - atdığı addımlar, misilsiz fəaliyyətləri, danılmaz xidmətləri ilə insanlıq adına hörmət, şərəf gətirən, insanlığı insan gözündə Göylərə ucaldan ŞEÇİLMİŞLƏRDƏN, könüllərdə TAXT qurmuş, qəlblərdə HEYKƏL ucaltmış Şəxsiyyətlərdən biri də Mehriban xanım Əliyevadır! Bəli, bəli, Mehriban xanım Əliyeva... Keçmiş deputat həmkarımız (əslində isə, o hər zaman MİLLƏTinin Vəkillərindən biri olaraq qalacaq, o, bu statusu 12 illik titanik deputatlıq fəaliyyəti ilə əbədi olaraq qazanıb), Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkənin BİRİNCİ XANIMI və BİRİNCİ VİTSE-PREZİDENTİ Mehriban xanım Əliyeva!
1993-cü ilin məlum iyun hadisələrindən və Azərbaycan xalqının təkidli tələblərindən sonra ikinci dəfə hakimiyyətə gələn və bu gəlişi ilə Azərbaycanı növbəti dəfə sıxıntılardan, çətinliklərdən, oddan-alovdan qurtaran BÖYÜK XİLASKAR Heydər Əliyevin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə də, 2000-ci illərin əvvəllərindən başlanan BÖYÜK YOL, MÜQƏDDƏS MİSSİYA inamla, öz hədəfləri doğrultusunda uğurla davam etməkdədir... Bu yol Mehriban Əliyeva yolu, bu missiya Mehriban Əliyeva missiyasıdır... İşıqlı bir yol, şərəfli bir missiya... Bu illər ərzində Azərbaycanda elə bir sahə, elə bir proses olmayıb və qalmayıb ki, orada Mehriban xanımın izi, əməyi, xidməti, zəhməti olmasın. Azərbaycanın qazandığı bütün zəfərlərdə, imza atdığı bütün uğurlarda Mehriban xanımın xüsusi rolu, əməyi və payı var... O, hər bir sahəyə, hər bir prosesə, Azərbaycan naminə görülən hər bir işə öz töhfəsini verib və verməkdədir.
Mehriban xanım Əliyeva haqqında çox yazılıb, çox deyilib. Onun haqqında nəinki saatlarla, günlərlə, hətta həftələrlə, aylarla danışmaq, yazmaq olar. Düşünürük ki, yenə də kifayət etməz, kəlmələr yetməz... Əslində, Mehriban xanımın bütün bunlara, xüsusi tərifə, geniş təqdimata heç ehtiyacı da yoxdur. Məsəl var ki, deyirlər görünən dağa nə bələdçi?! Amma və lakin... Bizlərin, Azərbaycan cəmiyyətinin, gələn hər yeni nəslin Onu yaxından və dərindən tanımasına ehtiyac var. Çünki bu, elə bir humanist fəaliyyət, elə bir işıqlı yol, elə bir müqəddəs missiyadır ki, insanlıq bunu mütləq bilməli, öyrənməli, əxz etməli, mənimsəməli və sonda əməlində, fəaliyyətində tətbiq etməlidir...
... Elə götürək son bir illik fəaliyyətini... Ötən ilin əvvəllərində ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük etimada layiq görülən, Birinci vitse-prezident təyin edilən Mehriban xanım Əliyeva bir ildən bir qədər artıq müddətlik yeni fəaliyyəti dönəmində növbəti uğurlara imza atıb. Birinci vitse-prezident təyin olunduqdan cəmi bir neçə gün sonra məhz Mehriban xanımın təşəbbüsü və iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd yerlərindən, ata-baba ocaqlarından didərgin düşənlərin, eyni zamanda, Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış, əlil olmuş və Şəhidlik zirvəsinə ucalmış Vətən fədailərinin və onların ailə üzvlərinin - minlərlə insanın mənzil şəraitinin yaxşılaşdırılması üçün yeni şəhərciyin təməlatma mərasimi düzənləndi. Və tam bir il sonra əməli fəaliyyətin nəticəsi... Həmin şəhərciyin təntənəli açılış mərasimi... Mehriban Əliyeva daim QOŞA QANAD kimi birgə addımladığı həyat yoldaşı - ölkə Prezidenti cənab İlham Əliyevlə həmin şəhərciyin açılışında iştirak etdi... Bu insanların sevincinə sevinc qatmaqdan, onları həyatın minbir əzab-əziyyətindən qurtarmaq, onlara yaşamaq eşqi bəxş etməkdən böyük nə ola bilər ki?! Bax, Mehriban xanım insanlığın belə bir humanizm nümunəsi, mərhəmət daşıyıcısıdır!
... Yaxud başqa bir misal, başqa bir ibrətamiz nümunə... Atalarımızın daha bir yaxşı deyimi də var: əl tutmaq Əlidən qalıb... Yəni bu, heç də sadəcə maddi dəstək anlamında deyilmiş bir məsəl deyil. Burada daha çox mənəvi dəstək, mənən arxa-dayaq durmaq nəzərdə tutulub. Eyni zamanda, bu deyim, əlbəttə ki, maddi dəstək anlamını da özündə ehtiva edir... Kimsəsiz, köməksiz, yardıma ehtiyacı olanlara kömək etmək, onları sevindirmək... Bu missiya Mehriban xanımın fəaliyyətinin ən başlıca prioritetlərindən biri olub və olmaqdadır. Bu yerdə xatırladım ki, hələ də əsrlərdən üzə bəri davam edən növbəti müqəddəs Qurban bayramının təsiri, xoş duyğuları altındayıq... Bu bayram paylaşma, yardımlaşma, əl tutma, könül sevindirmə bayramıdır... Mehriban xanım Əliyeva hər il olduğu kimi, bu il də yardıma, köməyə, dəstəyə ehtiyacı olan insanları bir daha sevindirdi. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu vasitəsi ilə yüzlərlə insana mənəvi-maddi dayaq oldu, onlara Qurban əti, bayram sovqatı paylatdırdı. Yenə də bir el məsəli yada düşür: sağ əlin verdiyini sol əl bilməsin gərək. Mehriban xanım Əliyeva da bu yardımını sakitcə, televiziya kameralarından kənar, jurnalist qələmindən uzaq bir şəkildə etdi. Bax Mehriban Əliyeva insanlığın belə bir təvazökarlıq daşıyıcısı, şərəf nümunəsidir!
... Mehriban xanım hər il olduğu kimi, son bir il ərzində də ölkə Prezidenti ilə birgə paytaxt Bakıda, eləcə də son illər simasi büsbütün dəyişən, gözəlləşən Azərbaycanın müxtəlif bölgələrində səfərlərdə, açılışlarda oldu, öz xeyir-duasını verdi... Həmçinin Azərbaycanda keçirilən, ölkəmizin növbəti dəfə uğurlu şəkildə ev sahibliyi etdiyi tədbirlərdə, beynəlxalq toplantılarda, idman yarışlarının açılış, mükafatlandırma, bağlanış mərasimlərində iştirak etdi. Bunlardan birinə misal kimi artıq son bir neçə ildə ölkəmizdə keçirilən və bütün dünyaya öz möhtəşəmliyi ilə səs salan “Formula 1” yarışlarını göstərmək olar. Cəmi bir neçə ay öncə Azərbaycan, doğma Bakımız növbəti dəfə “Formula 1” yarışlarına ehtişamlı şəkildə ev sahibliyi etdi. Həmin yarışın açılıış, mükafatlandırma və bağlanış mərasimlərində dövlətimizin başçısı ilə yanaşı, Azərbaycan idmanının (əslində isə, sağlam ruhlu, sağlam düşüncəli, sağlam bədənli Azərbaycan cəmiyyətinin formalaşmasının) böyük himayədarı olan Mehriban xanım Əliyeva da iştirak etdi, yarışın qaliblərinə mükafatları öz əlindən təqdim etdi. Bax Mehriban xanım Əliyeva insanlığın belə bir sadəlik daşıyıcısı və səmimiliyyət nümunəsidir!
... Daha bir misal... Bu günlərdə, 20 iyul tarixində ölkəmizdə MDB ölkələri daxili işlər nazirləri şurasının növbəti - 5-ci toplantısı keçirildi. Yüksək səviyyəli toplantıda iştirak etmək üçün ölkəmizə gəlmiş rəsmi şəxsləri qarşılayan və qəbul edənlər arasında Mehriban xanım Əliyeva da vardı... O, iclasdan öncə nümayəndə heyətinin bir qrup üzvünü qəbul edərkən söhbəti, müzakirəni yenə də Azərbaycanın ən ağrılı məsələsi olan Ermənistan-Azərbaycan münaqişəsinə, işğal olunmuş ərazilərdən terrorçuluğun və narkotik vasitələrin yayılması üçün istifadə cəhdlərinə, onların yolverilməzliyinə yönəltdi... Ümumiyyətlə, Qarabağ məsələsi, Ermənistanın təcavüzü, işğal faktı, üzləşdiyimiz faciələr, törədilən soyqırımı aktları, onların olduğu kimi dünyaya, bəşəriyyətə çatdırılması, həqiqətin, reallıqların qəbul və etiraf etdirilməsi deyərdim ki, Mehriban xanımın və onun illərdir rəhbəri olduğu Heydər Əliyev Fondunun fəaliyyət istiqamətinin bir nömrəli hədəfi və ən başlıca ana xəttidir. Bu istiqamətdə görülən işlər, göstərilən xidmətlər, çəkilmiş zəhmətlər və təbii ki, onların məntiqi və əməli nəticəsi, bəhrəsi də ortadadır, gözlərimizin önündədir... Artıq dünya kimin kim olduğunu anlamaqda, işğalçı ilə işğala məruz qalanı fəqrləndirməkdə, ayırmaqdadır. Mehriban xanım Əliyeva adıçəkilən görüşdə də bir daha Ermənistanın Azərbaycan torpaqlarını hələ də işğal altında saxlamasına, münaqişənin həllinə bütün vasitələrlə əngəl törətməkdə davam etməsinə diqqəti cəlb etdi və münaqişənin həllinin, sülhə, təhlükəsizliyə təhdid olan bütün davranışların aradan qaldırılmasının vacibliyini bəyan etdi: “Sizin diqqətinizi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bir sıra xarici şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti faktlarına yönəltmək istərdim. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət həyata keçirən 177 xarici hüquqi şəxs aşkar edilib. Bununla yanaşı, 710 xarici vətəndaş işğal olunmuş ərazilərə gəlib. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, ölkəmizin ərazi bütövlüyünü bütün dünya tanıyıb. Buna görə də bu cür pozuntular, bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulması deməkdir. Bununla yanaşı, son illərdə bu ərazilərdə narkotiklərin becərilməsi və sonradan transferi üçün istifadə olunması faktları mövcuddur. Bu da sözsüz ki, böyük narahatlıq doğurur. İstər xarici şirkətlər tərəfindən, istərsə də ayrı-ayrı şəxslər tərəfindən bu cür hərəkətlər Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və bizim dövlətimiz həmin hərəkətlərin dayandırılması və qarşısının alınması üçün bütün qanuni tədbirləri görür və gələcəkdə də görəcək. Əlbəttə, bu cəhətdən biz İnterpolun dəstəyinə çox bel bağlayırıq. Mən bir daha təcrübənizi bölüşdüyünüzə, bizim birgə işimizə dəstək verdiyinizə görə təşəkkür etmək istəyirəm və əminəm ki, gələcəkdə uğurlu əməkdaşlığımızı davam etdirəcəyik!” Bax, Mehriban Əliyeva insanlığın belə bir ləyaqət daşıyıcısı, cəsarət nümunəsidir!!!
... Avqustun 26-sı bu Alicənab, Humanist, Mehriban, Səmimi, Zərif və Gözəl xanımın növbəti doğum günü, onun dünyaya gəlişi günüdür... Bu əlamətdar gün münasibəti ilə Mehriban xanımı təbrik edir, ona yorulmaz, bitmək-tükənmək bilməyən ictimai-siyasi fəaliyyətində yeni parlaq zəfərlər, böyük nailiyyətlər, milyonlara nümunə olan gözəl ailəsində daim firavanlıq, xoşbəxtlik diləyirik. Arzu edirik ki, Mehriban xanım növbəti yaşını Azərbaycan dövlətinin dünyada dik, öz ayaqları üstündə möhkəm durması naminə gecə-gündüz bilmədən çalışan, fədakarlıq nümunəsi sərgiləyən möhtərəm Prezident İlham Əliyev cənabları ilə birgə azad olunmuş yurd yerlərimizdə, üçrəngli bayrağımızın ucaldığı Qarabağ torpaqlarında qeyd etsin. Bizcə, bunu ən çox onlar - Mehriban xanım və cənab Prezident İlham Əliyev haqq edirlər! Bu, Onların ilahi haqqıdır!!!
Əzizimiz, dəyərlimiz, fəxrimiz Mehriban xanım! Sizi bir daha doğum gününüz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı diləyir, Azərbaycanımız var olduqca Siz də var olun, əbədiyaşar olun, deyirik!
Jalə Əliyeva
Milli Məclisin Mədəniyyət
komitəsinin sədr müavini

 
  • Oxunub:  1470  |  
  • Tarix:  28-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
11:34
24 Sentyabr
Diasporla İş üzrə Dövlət Komitəsi və İTV birgə yeni layihəyə başlayır
11:24
24 Sentyabr
Səyyar “ASAN xidmət” davam edir
11:03
24 Sentyabr
Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin nail olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə olunur
11:02
24 Sentyabr
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
10:54
24 Sentyabr
Nazir: Azərbaycan aqrar sahənin inkişafı üçün müvafiq strategiya hazırlayıb
10:42
24 Sentyabr
Əli Əhmədov: Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
10:37
24 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 89 dəfə pozub
10:34
24 Sentyabr
Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq
10:05
24 Sentyabr
Cüdo üzrə dünya çempionatının beşinci günündə daha iki çəkidə qaliblər müəyyənləşəcək
08:24
24 Sentyabr
Misir və Sudan mətbuatı Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdan yazıb
08:22
24 Sentyabr
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
08:16
24 Sentyabr
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
08:14
24 Sentyabr
Energetika naziri Əlcəzairdə bir sıra görüşlər keçirib
08:13
24 Sentyabr
Azərbaycan OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında təmsil olunub
08:01
24 Sentyabr
Dənizkənarı Milli Parkda Beynəlxalq Sülh Gününə həsr olunan tədbir keçirilib
15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21