Ana səhifə »  Siyasət »  Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir
A+   Yenilə  A-
Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir

Prezident İlham Əliyev: Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir
Çoxşaxəli, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Sadalananların fonunda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir.
Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır
Azərbaycanın xarici siyasət kursunda Avropa dövlətləri, eləcə də Almaniya Federativ Respublikası ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər mühüm yer tutur. Bu baxımdan, Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Bununla yanaşı, Azərbaycan Prezidentinin və Almaniyanın Federal Kanslerinin birgə mətbuat konfransı olub. Səfər çərçivəsində, həmçinin Azərbaycan Prezidenti və Almaniyanın Federal Kansleri iş adamları ilə görüşüblər.
Ümumiyyətlə, Azərbaycan və Almaniya arasında mədəni-humanitar əlaqələrin dərin tarixi var. Ölkəmizdə ilk alman koloniyasının yaradılmasından 200 il keçir. Bununla yanaşı, Azərbaycan Cənubi Qafqazda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır. Statistik göstəricilərə əsasən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təxminən 66 faiz olub. Digər tərəfdən, iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dollara yaxındır. Almaniyadan olan şirkətlər Azərbaycanda 1 milyard dollardan çox dəyəri olan layihələr icra ediblər. Ölkəmizdə mövcud olan alman xarici ticarət palatasında 150-dən çox alman müəssisəsi fəaliyyət göstərir. Yeri gəlmişkən, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin iş adamları ilə görüşündə də bu məsələlər diqqət mərkəzində olub. Dövlətimizin başçısı qeyd edib ki, Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər: “Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransında da Almaniyadan olan şirkətlərin Azərbaycanda bir çox layihələrdə iştirak etməsi diqqətə çatdırılıb. Prezident İlham Əliyev vurğulayıb: “Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var. Azərbaycan indi iqtisadi şaxələndirmə siyasətini uğurla aparır, çox böyük sərmayələr qoyulur, sərmayə iqlimi də çox müsbətdir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur ki, bunun da təxminən yarısı xarici sərmayədir”.
Şübhəsiz ki, Azərbaycanda müasir texnologiyaların tətbiqi, iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafı istiqamətində alman şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi də xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir. Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir”.
Dövlət başçısının qeyd etdiyi kimi, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır: “Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər”.
Bunlarla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Federal Kansleri ilə dəfələrlə görüşüb və iki ölkənin rəhbərliyi arasında səmimi dialoq, eləcə də etimad mühiti yaranıb. Bu isə Azərbaycan-Almaniya münasibətlərinin inkişafı və perspektivləri baxımından müstəsna əhəmiyyətə malikdir. Başqa sözlə, Azərbaycan və Almaniya rəhbərləri arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. Bütövlükdə isə, Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana səfəri mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyev bəhs olunan mətbuat konfransında bildirib: “Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir”.
Avropanın enerji təminatında Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilir
Bəhs olunan səfər zamanı Almaniyanın Federal Kansleri Angela Merkel, həmçinin Avropanın enerji təminatının şaxələndirilməsində Azərbaycanın xüsusi roluna toxunub və Cənub Qaz Dəhlizinin açılmasının Avropanın enerji təminatında böyük rol oynayacağını diqqətə çatdırıb. Əlbəttə ki, Azərbaycanın mühüm geostrateji məkanda yerləşməsi, bölgədə müşahidə olunan tendensiyalar fonunda müasir dünyəvi müsəlman dövləti modeli ölkəmizin Qərb üçün cəlbediciliyini xüsusi olaraq artırır. Xüsusilə də, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq bütövlükdə Avropa üçün mühüm strateji əhəmiyyətə malikdir.
Sirr deyil ki, Azərbaycan bölgədə sülh və təhlükəsizliyə müstəsna töhfələr verir. Ölkəmizin həyata keçirdiyi siyasət regionda mühüm reallıqlar və yeni əməkdaşlıq formatları yaradıb. Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyə strateji töhfələrindən bəhs edərkən ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu da vurğulamaq gərəkdir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir. Xüsusilə də, Avropa enerji təhlükəsizliyinin təmin olunmasında, qarşılıqlı faydalı əməkdaşlıq platformalarının gerçəkləşdirilməsində Azərbaycanın enerji siyasətinin əhəmiyyətini xüsusi olaraq bəyan edir. Çünki Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və ölkəmiz dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi dəyərləndirilir. Beləliklə, müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın təhlükəsizliyini daha da gücləndirir. Təsadüfi deyil ki, dünya siyasətində mühüm təsir mexanizmlərinə malik olan güc mərkəzləri, o cümlədən Avropa İttifaqı və bütövlükdə Qərb Azərbaycanla münasibətlərin inkişaf etdirilməsini strateji zərurət kimi dəyərləndirirlər. Birmənalı şəkildə ifadə olunur ki, Azərbaycanla əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi regional sabitlik və təhlükəsizliyə xidmət edir, yeni işbirliyi platformalarının yaradılmasını şərtləndirir. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Xüsusilə də, Cənub Qaz Dəhlizinin yaradılması tarixi hadisə kimi qiymətləndirilir. Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilən “Cənub Qaz Dəhlizi” layihəsi mühüm tərəfdaşlıq platforması olaraq səciyyələndirilir. Hazırda ölkəmizin moderatorluğu ilə bu layihə uğurla icra edilir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bəhs olunan mətbuat konfransında bu məqamlara toxunaraq deyib: “Enerji təhlükəsizliyi məsələləri, əlbəttə ki, diqqət mərkəzindədir. Azərbaycan bu sahədə öz rolunu oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verir. Xüsusilə Cənub Qaz Dəhlizinin yaradılması tarixi hadisə kimi qəbul edilir. Bu, çox böyük, genişmiqyaslı layihədir, 40 milyard dollar sərmayə tələb edən layihədir və uğurla icra edilir. Bu ilin may ayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur”.
Almaniyanın Federal Kanslerinin ölkəmizə səfəri Aİ-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir
O da qeyd edilməlidir ki, Almaniya Avropa İttifaqının (Aİ) lokomotiv ölkəsi sayılır və Azərbaycan-Almaniya münasibətlərinin inkişafı ölkəmizlə Aİ dövlətləri arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli töhfədir. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır, Aİ ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlər, imzalanmış sənədlər ölkəmizlə Avropa İttifaqı və Qərb arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdi. Bu səfər enerji təhlükəsizliyi sahəsində də Azərbaycan ilə Avropa arasında əlaqələrin müstəsna əhəmiyyətə malik olduğunu, Avrasiyada əməkdaşlıq və inteqrasiyaya xidmət etdiyini bir daha nümayiş etdirdi. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu artır. Ölkəmizin liderliyi ilə həyata keçirilən transmilli enerji layihələri bəhs olunan qitənin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfədir. Bütövlükdə, ekspertlərin qənaəti bundan ibarətdir ki, Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın inkişafı üçün yaxşı perspektivlər var. Buna görə də əminliklə optimist proqnozlar ifadə edilir. Bu baxımdan, tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı birmənalı şəkildə ifadə edilməkdədir. Prezident İlham Əliyev sözügedən mətbuat konfransında qeyd edib ki, bu il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədi imzalanmışdır və böyük saziş üzərində çox konstruktiv şəkildə iş aparılır: “Ümid edirəm ki, danışıqlar yaxın zamanlarda uğurla başa çatacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni dövr başlanacaqdır”.
Nəticə etibarilə, bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Səfər zamanı aparılan danışıqlar bu əlaqələrin yeni müstəviyə yüksəlməsinə stimul verir.
Angela Merkelin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları mühüm önəm kəsb edir
Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı regional təhlükəsizlik və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də diqqət mərkəzində olub. Əvvəla qeyd edək ki, səfər əsnasında Azərbaycan tərəfinin prinsipial mövqeyi bir daha nümayiş etdirilib. Belə ki, müəyyən təzyiqlərə, çağırışlara baxmayaraq, Dağlıq Qarabağa qanunsuz səfər etmiş alman deputatı Azərbaycana buraxılmayıb.
Ümumiyyətlə, Azərbaycan rəhbərliyi əməkdaşlıq etdiyi bütün qurumlar və dövlətlər üçün ölkəmizin ərazi bütövlüyünün prioritet olmasını bəyan edir. Məhz Almaniyanın Federal Kanslerinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etməsi də bu prinsipial mövqeyin nəticəsidir. Bütövlükdə, Angela Merkelin regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları mühüm əhəmiyyətə malikdir.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan dövləti bütün beynəlxalq tribunalardan istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Yəni, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bəhs olunan mətbuat konfransında Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin uzun illərdir ki, Ermənistanın işğalı altında olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb: “Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.
Azərbaycan-Almaniya əlaqələri bundan sonra da uğurla inkişaf edəcək
Nəticə etibarilə, Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri Azərbaycanla Almaniya arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də ölkəmizlə Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ-nin fəallığının artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, bu səfər Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun bəyan və etiraf olunması baxımından da mühüm hadisə kimi qiymətləndirilə bilər. Təsadüfi deyil ki, bu səfər beynəlxalq medianın diqqət mərkəzində olub, eləcə də Almaniyanın nüfuzlu kütləvi informasiya vasitələri Federal Kansler Angela Merkelin Azərbaycana səfərini geniş işıqlandırıb. “ARD” telekanalının rəsmi internet səhifəsi Azərbaycanın enerji sahəsində Almaniya üçün mühüm tərəfdaş ölkə olduğunu yazıb. Məqalədə Angela Merkelin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə toxunularaq bildirilib ki, liderlərin əsas müzakirə mövzuları enerji məsələləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu olub. Vurğulanıb ki, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Yazıda Cənub Qaz Dəhlizi layihəsinin Avropa üçün əhəmiyyətinə toxunulub. “Deutsche Welle” televiziyasının rəsmi saytında isə “Azərbaycan enerji təhlükəsizliyi üzrə mühüm tərəfdaşdır” başlıqlı məqalədə Cənub Qaz Dəhlizi layihəsinin böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan ilə Almaniya daha sıx əməkdaşlıq etmək niyyətindədir. Yazıda bildirilib ki, iki ölkə arasında enerji sektoru ilə yanaşı, tikinti və kənd təsərrüfatı sahələri, həmçinin informasiya texnologiyaları və mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Oxşar məqalələr ZDF, t-Online, Nachrichten TV(Naxrixten), Die Welt, Focus, Stern kimi nüfuzlu mətbuat orqanlarının rəsmi internet saytlarında da yerləşdirilib. Bütövlükdə, səfərin nəticəsi olaraq Almaniya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcək.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  6240  |  
  • Tarix:  29-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 21:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
21 İyul 20:13
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edir
21 İyul 20:07
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başa çatıb
21 İyul 17:55
Milli Məclisin deputatı Qənirə Paşayeva Tailandda bir sıra görüşlər keçirib
21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA