Ana səhifə »  Siyasət »  Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə
A+   Yenilə  A-
Azərbaycanın birinci xanımı: xeyirxahlıqla dövlətçilik ruhu birləşəndə

Ölkə tarixində qadınların yüksək sosial statusa malik olduğunu təsdiq edən çoxlu sayda nümunələr vardır. Azərbaycan qadını hər şeydən öncə ana və ailənin tərbiyəçisidir. Müasir dövrümüzdə qadının, ümumiyyətlə, ictimai işlərdə fəal olması da mühüm şərt sayılır. Azərbaycanda bunun ən gözəl nümunəsi ölkənin birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Bu günlərdə ölkə ictimaiyyəti birinci xanımın doğum gününü qeyd etdi. İnsanların münasibəti göstərir ki, cəmiyyət Mehriban xanımın xeyirxahlığı, xoşməramlılığı ilə yanaşı, dövlətin idarə edilməsində, Prezidentin tapşırıqlarını yerinə yetirməkdə fəaliyyətini də yüksək qiymətləndirir. Mehriban xanım müasir dövrdə böyük əhəmiyyəti olan mənəvi-əxlaqi keyfiyyətlərlə dövlət xadimi olmağı üzvi şəkildə birləşdirə bilir. Bu məqamların fövqündə Mehriban xanım Əliyevanın fəaliyyətinə təhlili nəzər salmağa ciddi ehtiyac görürük.
Yüksək mənəvi dəyərlərin daşıyıcısı: xoşməramlı elçi
Çağdaş dünyamızda qadının sosial-mədəni və siyasi həyatda statusu ilə yanaşı, rolu da böyük diqqət mərkəzindədir. Ən yüksək inkişaf etmiş ölkələrdə belə qadınların cəmiyyətdəki fəallığı önəm daşıyır. Elə ölkələr də var ki, zərif məxluqun cəmiyyət həyatında rolu ənənəvi olaraq yüksək qiymətləndirilib. Azərbaycan belə ölkələrdəndir. Azərbaycan qadını gözəl ailə sahibi, tərbiyəçi və etibarlı həyat yoldaşı olmaqla bərabər, cəmiyyətdə yüksək nüfuzu olan müqəddəs varlıq kimi qəbul edilib. Ölkənin tarixinə nəzər salanda görürük ki, bu tezisi təsdiq edən çoxlu sayda faktlar vardır. Sara Xatun, Nüşabə, Məhsəti, Natəvan, Həcər, Zərifə Əliyeva, Aida İmanquliyeva... Siyahı uzundur...
Azərbaycanda qadının yüksək sosial, mədəni, tərbiyəvi və siyasi statusunu çox uğurlu və gözəl şəkildə öz həyat fəaliyyəti ilə təsdiq edən Mehriban xanım Əliyevanın vurğulanan kontekstdə xüsusi yeri vardır. Çünki müasir tarixi mərhələdə istənilən ölkədə qadının dövləti işlərdə, mədəni fəaliyyətdə, xeyirxahlıqda və beynəlxalq aləmdə tanınmaqda özünü tam təsdiq etməsi böyük intellekt, fədakarlıq, geniş ürək, çalışqanlıq və yüksək idarəetmə qabiliyyəti tələb edir. Mehriban xanım bütün bu keyfiyyətləri yüksək şəkildə özündə birləşdirən şəxsiyyətdir.
Mehriban xanım Əliyevanın fəaliyyəti ilə bağlı çox araşdırmalar aparılır. Azərbaycanın Birinci vitse-prezidentinin yüksək mənəvi-əxlaqi keyfiyyətləri, işgüzarlığı, xeyirxahlığı və idarəetmə bacarığının müxtəlif cəhətləri təhlil edilir. Onlardan görünür ki, ölkənin birinci xanımı gözəl keyfiyyətlərə malik olduğu kimi, həm də böyük işgüzarlıq sahibidir. Bu məqam ciddi əhəmiyyət daşıyır. Çünki azərbaycanlı qadının yorulmadan çalışması, ən yüksək vəzifədə belə böyük məsuliyyət hiss etməsi və xeyirxahlıq, qayğıkeşlik prinsipindən zərrə qədər də kənara çəkilməməsi digər məqamlarla yanaşı, milli mənəvi keyfiyyətlərin dünyaya nümayişidir. Birinci vitse-prezident təyin olunandan bir neçə gün sonra Mehriban xanım “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində hər şeydən öncə yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə danışıb. Azərbaycanın birinci xanımı deyib: “Mən Prezidentin etimadını, ən başlıcası isə, mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam”.
Bu, bütün azərbaycanlılar üçün böyük nümunədir. Prezident tərəfindən hansı vəzifəyə təyin edilməsindən asılı olmayaraq, insan ilk növbədə məsuliyyət hiss etməli, etimadı doğrultmaq barədə düşünməlidir. Mehriban xanım Əliyeva şəxsi nümunəsi ilə bu ismarıcı məsul vəzifə tutan bütün kadrlara verib. Bu, onu göstərir ki, Azərbaycanın birinci xanımı həm də dövləti əhəmiyyəti olan məsələlərdə kifayət qədər yüksək mədəniyyət və məsuliyyət nümayiş etdirir.
Mehriban xanım Əliyeva eyni məsuliyyət və yüksək zəhmətkeşliklə Azərbaycanın tarixini, mədəni irsini, ölkənin bugünkü siyasi və ictimai gerçəkliklərini yorulmadan dünya ictimaiyyətinə çatdırıb. Bu kontekstdə Mehriban xanımın ifadə etdiyi aşağıdakı fikirlər olduqca maraqlıdır. Birinci vitse-prezident ifadə edib: “Təbii ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram. Düşünürəm ki, bütün bu illər ərzində toplanan təcrübə, vərdişlər mənə kömək edəcək”.
Bu cür yüksək işgüzarlıq keyfiyyətinə, daxili mənəvi-əxlaqi və milli saflığa malik bir xanımın bütövlükdə bəşər mədəniyyətinə verdiyi töhfələr tamamilə məntiqə uyğundur. Ən yüksək beynəlxalq səviyyədə etiraf edilir ki, Mehriban xanım dünyada sülh, sabitlik, sivilizasiyalararası dialoq, multikulturalizm kimi bəşəri ideyaların reallaşdırılmasına, bu sahələrdə səylərin birləşdirilməsinə böyük töhfələr verir və bu davam edir. Vurğulanan aspektdə UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanıma ünvanlanmış aşağıdakı sözləri çox qürurvericidir: “Sizi xoşməramlı səfirlər sırasında görmək bizim üçün - UNESCO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESCO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız”.
Dövlətçilik uğrunda: Birinci vitse-prezidentin idarəçiliyə töhfələri
Bizcə, Mehriban xanım Əliyevanın bir dövlət xadimi kimi geniş potensialının reallaşmasına Prezident İlham Əliyevin uzaqgörənliklə onu ölkənin Birinci vitse-prezidenti təyin etməsi ciddi təkan verib. Mehriban xanım fəaliyyəti ilə idarəetmə bacarıqlarını, dövlət başçısının tapşırıqlarını qüsursuz yerinə yetirmək qabiliyyətini nümayiş etdirməkdədir.
Maraqlıdır ki, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident kimi işlərinin çox olmasına baxmayaraq, öz xeyirxahlıq fəaliyyətini səngitməyib. Mehriban xanım Əliyeva bunun şüurlu həyat seçimi olduğunu vurğulayır: “İstər UNESCO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”.
Açıq demək lazımdır ki, bütün dünya üçün bu kimi keyfiyyətlərə malik dövlət adamları çox gərəklidir. Çünki BMT-nin hesabatlarında da göstərildiyi kimi, Myanmardan tutmuş Afrika cəngəlliklərinə qədər hər yerdə uşaqlara, qadınlara, qocalara, köməksizlərə qarşı ciddi hüquq pozuntuları olur, yoxsulluq, səfalət baş alıb gedir, zorakılıq edilir və s. Belə bir şəraitdə əsl dövlət adamları həm də xeyriyyəçi olmalı, köməksizə əl uzatmalı, İslamda deyildiyi kimi, “yaradılanı Yaradan üçün sevməlidir”.
Mehriban xanım Əliyeva həm dövlət idarəçiliyində ciddi rol oynayır, cəmiyyətin tərəqqisi üçün bütün gücü ilə çalışır, həm də yüksək mənəvi keyfiyyət nümayiş etdirərək, insanlara yardım əlini uzadır, böyük şəfqətlilik göstərir. Məlumdur ki, şəfqətli olmaq dini baxımdan həmrəyliyin ən gözəl əlamətidir. Şəfqətli insan bütün bəşəriyyətlə həmrəydir. O, insanlıq naminə humanizm göstərir. Yəni özünü başqalarına nümayiş etdirmir, sadəcə, insanın yaxşılığı, onun sağlamlığı və rahatlığı üçün qayğı göstərir. Mehriban xanım həyatı boyu fəaliyyətində məhz bu cür yüksək keyfiyyətlərə malik olduğunu sübut edib və etməkdədir.
Bu kontekstdə Azərbaycanda demokratiyanın, multikulturalizmin, milli dövlətçiliyin inkişaf etdirilməsində Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi fəaliyyəti ayrıca vurğulanmalıdır. Azərbaycanın birinci xanımı bütün istiqamətlərdə Prezidentin həyata keçirdiyi islahatlar proqramına ciddi dəstək verir və konkret işləri ilə həmin istiqamətdə fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyinin yeni zirvələrə yüksəlməsi üçün bunun əhəmiyyəti böyükdür. Çünki Prezidentin bütün tapşırıqlarına dəqiqliklə əməl olunursa, Onun həyata keçirdiyi kurs reallaşırsa, müstəqil dövlət quruculuğu baş tutur və qarşıya qoyulan strateji hədəflərə çatmaq imkanları xeyli genişlənir. Bunlar bir daha onu təsdiq edir ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi idarəçilikdə rolu əhəmiyyətlidir və o, bunun öhdəsindən layiqincə gəlir. Bütün bunlara görədir ki, insanlar birinci xanımı sevir və onu dəstəkləyirlər. Mehriban Əliyevaya inam böyükdür. Azərbaycanın birinci xanımı da insanları çox gözəl duyur və bunu yüksək qiymətləndirir: “Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax bu, həqiqətən də, mənə real inam, güc verən amildir”.
Təsadüfi deyil ki, Mehriban xanımın doğum gününü bütün Azərbaycan qeyd etdi. Ölkə ictimaiyyəti Birinci vitse-prezidentin xeyirxahlığını yüksək dəyərləndirir və eyni zamanda, dövlət idarəçiliyində oynadığı yüksək rolu dərk edir. Biz də Mehriban xanımın ad gününü təbrik edirik və ölkənin birinci xanımına bundan sonra da millət, insanlıq və bəşəriyyət naminə böyük uğurla fəaliyyət göstərməsini arzulayırıq!
Newtimes.az

 
  • Oxunub:  3960  |  
  • Tarix:  29-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər
12:36
15 Yanvar
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
11:40
15 Yanvar
Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək
11:28
15 Yanvar
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
11:24
15 Yanvar
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manatlıq maddi ziyanın 87 milyon manatı ödətdirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +7