Ana səhifə »  Siyasət »  Azərbaycanın apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib
A+   Yenilə  A-
Azərbaycanın apardığı uğurlu xarici siyasət ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin edib

Prezident İlham Əliyev: Beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir
Dünyada müşahidə edilən proseslərə istinadən deyə bilərik ki, indiki dövrdə milli dövlətlərin uğurlu inkişafı yalnız daxili faktorlarla şərtlənmir, burada ölkələrin xarici siyasət kursunun paradiqmalarını düzgün müəyyənləşdirmələri, regional və qlobal əməkdaşlığa verdikləri töhfələr, beynəlxalq münasibətlər sistemində tutduqları mövqe çox mühüm amillər qismində çıxış edir. Deyilənlər baxımdan Azərbaycanın çoxvektorlu xarici siyasəti diqqətəlayiqdir. Dünya dövlətləri ölkəmizin xoş mərama əsaslanan xarici siyasətini, həmçinin Azərbaycanda gedən demokratik prosesləri maraqla izləyirlər və regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan qlobal əhəmiyyətli meqalayihələrin əhəmiyyətini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində beynəlxalq miqyasda ölkəmizə güclü inam bəslənildiyinə xüsusi diqqət çəkib. “Beynəlxalq birlik Azərbaycana böyük hörmətlə, böyük inamla yanaşır və Azərbaycanda gedən demokratik proseslər dünya birliyi, dünyanın aparıcı dövlətləri tərəfindən yüksək qiymətləndirilir”, - deyə dövlət başçısı vurğulayıb.
Ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur
Azərbaycan daim beynəlxalq miqyasda cərəyan edən proseslərə öz müsbət təsirini göstərməyə çalışır. Məlumdur ki, respublikamız qlobal miqyasda sülhyaratma missiyalarında, terrorizmə qarşı birgə mübarizə tədbirlərində fəal şəkildə iştirak edir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüsləri irəli sürür. Son illərdə Azərbaycanın humanitar və mədəniyyətlərarası dialoq forumlarına, beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməsi bir ənənə halını alıb. Bütün bunlar beynəlxalq səviyyədə respublikamıza olan yüksək inamın təzahürüdür. Təsadüfi deyil ki, qlobal miqyasda Azərbaycanın dostlarının sayı getdikcə artır və ölkəmizin dünyanın əksər dövlətləri ilə diplomatik münasibətləri, iqtisadi-ticarət əlaqələri yüksələn xətlə inkişaf edir. Respublikamızın qısa müstəqillik tarixində 155 dövlətin dəstəyini qazanaraq BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. “Apardığımız uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Azərbaycanın xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə göstərdiyi səyləri xüsusi qeyd etmək lazımdır. Respublikamızın qonşu dövlətlərlə strateji tərəfdaşlıq əlaqələrinə malik olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Qonşu dövlətlərlə bizim ənənəvi dostluq, strateji tərəfdaşlıq əlaqələri vardır. Altı ayda qonşu ölkələrin dövlət və hökumət başçıları ilə mənim bir neçə görüşüm olmuşdur. İlin ikinci yarısında da görüşlər nəzərdə tutulur”.
Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür. Qonşu dövlətlər olan Azərbaycanla Gürcüstanın siyasi və iqtisadi maraqları üst-üstə düşür. Gürcüstan regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində yer alır.
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Yer üzündə iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Türkiyə ilə Azərbaycanı, eyni zamanda, müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Yuxarıda sadalanan enerji və nəqliyyat layihələri buna misaldır. Cari il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi də çox əlamətdar hadisədir.
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas paradiqmalarından biri isə Xəzər hövzəsi regionunda əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daim o mövqedən çıxış edir ki, Xəzər hövzəsi sülh, iqtisadi çiçəklənmə, qarşılıqlı inam regionuna çevrilsin, xalqlar əmin-amanlıq şəraitində yaşasınlar. Prezident İlham Əliyev Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. “Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir”, - deyə Azərbaycanın dövlət başçısı bildirib.
Heç təsadüfi deyil ki, son illərdə məhz Azərbaycanın təşəbbüsləri və fəal iştirakı ilə Xəzər hövzəsi regionunda bir sıra ikitərəfli və çoxtərəfli siyasi, iqtisadi əməkdaşlıq platformaları yaranıb. O cümlədən Azərbaycan, Rusiya və İran qarşılıqlı maraqlar əsasında əlaqələrini getdikcə genişləndirirlər. 2016-cı il avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə keçirilən Zirvə görüşündə əsası qoyulan üçtərəfli format iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması üçün geniş imkanlar açıb.
Azərbaycanın digər Xəzəryanı ölkələrlə - Türkmənistan və Qazaxıstanla da münasibətləri yüksək səviyyədədir. Getdikcə dərinləşən əlaqələr sayəsində strateji səviyyəyə yüksələn Azərbaycan-Türkmənistan, Azərbaycan-Qazaxıstan münasibətləri ikitərəfli çərçivədə uğurla inkişaf edir. Eyni zamanda, Azərbaycan, Türkmənistan, Qazaxıstan çoxtərəfli platformada da daim bir-birinə dəstək nümayiş etdirirlər. Hər üç ölkə BMT, İKT, MDB və digər beynəlxalq qurumlar çərçivəsində bir qayda olaraq konstruktiv mövqe nümayiş etdirir və müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər.
Almaniya Kanslerinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək
Xəbər verildiyi kimi, cari il avqustun 25-də siyasi nüfuzuna və iqtisadi çəkisinə görə dünyada önəmli mövqe tutan Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel Cənubi Qafqaza səfəri çərçivəsində Bakıda olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. Prezident İlham Əliyev və Kansler xanım Angela Merkel birgə mətbuat konfransına qatılaraq çıxış ediblər. Bəhs olunan səfər çərçivəsində həmçinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin iş adamları ilə görüşü olub.
Qeyd edək ki, Azərbaycanla Almaniya arasında münasibətlər uğurla inkişaf edir. Bu ölkə Azərbaycanın müstəqilliyini 1992-ci il 12 yanvar tarixində tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. Azərbaycanla Almaniya arasında əlaqələrin tarixi isə daha qədimdir. Təkcə belə bir faktı vurğulamaq yerinə düşər ki, respublikamızda ilk alman koloniyasının yaradılmasından 200 il ötür.
Hazırda Azərbaycanla Almaniya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniyanın Kansleri Angela Merkel beynəlxalq səviyyəli tədbirlərdə mütəmadi olaraq görüşürlər və müzakirələr aparırlar.
Eyni zamanda, iki ölkə arasında iqtisadi sahədə əlaqələr də getdikcə genişlənir. Hazırda Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə Almaniyanın xarici ticarət palatası fəaliyyət göstərir. Almaniyanın iş adamları ölkəmizdəki əlverişli investisiya mühitindən geniş şəkildə bəhrələnərək müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. Vurğulamaq yerinə düşər ki, hazırda Azərbaycanda 150 alman şirkəti uğurla fəaliyyət göstərir və bu da ölkəmizə olan inamı ifadə edir. Prezident İlham Əliyev iş adamları ilə keçirilən görüşdəki çıxışında Almaniyadan olan iş adamlarının respublikamızdakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edib. “Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bütövlükdə, Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrin gündəliyi kifayət qədər geniş olub. O cümlədən iki ölkə rəsmiləri ikitərəfli münasibətlərin müxtəlif aspektlərini - siyasi, iqtisadi, ticarət əlaqələrinin mövcud vəziyyətini və perspektivlərini, regional məsələləri müzakirə ediblər. Prezident İlham Əliyev nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfərinin əlaqələrimizin inkişafına yeni təkan verəcəyinə əminliyini ifadə edib.
Almaniya Kansleri Angela Merkellə Bakıda aparılan müzakirələrdə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərlə bağlı olub. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafından razılığını diqqətə çatdırıb. Eyni zamanda, Almaniya Kansleri Angela Merkel Azərbaycanı Avropanın enerji təminatının şaxələndirilməsində Avropa İttifaqı üçün mühüm bir ölkə kimi səciyyələndirib. Kansler vurğulayıb ki, Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq.
Respublikamız Avropa İttifaqı ölkələri və ABŞ üçün böyük önəm daşıyır
Beləliklə, Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələrdə də vurğulandığı kimi, Cənubi Qafqaz coğrafiyasının lider dövləti olan Azərbaycanın Avropa İttifaqı üçün önəmi getdikcə artır. Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə nümayiş etdirirlər. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. Prezident İlham Əliyev bu yaxınlarda Brüsselə səfərdə olub və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşüb. Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir. Bəhs olunan sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Azərbaycan, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır və bu təşkilat Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir. “Biz indi Avropa İttifaqı ilə yeni Saziş üzərində işləyirik. Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər vardır. Bu, əlbəttə, onu göstərir ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyət daşıyan ölkədir”, - deyə Prezident İlham Əliyev Nazirlər Kabinetinin bəhs olunan iclasındakı nitqində vurğulayıb.
Azərbaycanla Avropa İttifaqı ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. 2018-ci ilin aprel ayında Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri baş tutub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində Azərbaycanın dövlət başçısının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey və digər rəsmi şəxslərlə mühüm görüşləri olub.
Səfər çərçivəsində Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Əlaqələrin müsbət xarakterinə və dinamikasına istinadən demək mümkündür ki, Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında ikitərəfli münasibətlər nümunəvi xarakter daşıyır və dünyada ən yaxşılardan biridir. Hazırda Azərbaycanda Böyük Britaniya sərmayəli 500-dən çox şirkət fəaliyyət göstərir. İndiyədək Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 27 milyard ABŞ dollarından çox investisiya yatırıb.
Cari ilin iyul ayında Prezident İlham Əliyevin Fransaya səfəri də böyük uğurla keçib. Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makronun görüşündə aparılan müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub, vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.
Səfər çərçivəsində Prezident İlham Əliyev Fransanın 11 şirkətinin nümayəndələri ilə səmərəli müzakirələr aparıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə nəzərə çatdırıb ki, Fransa şirkətləri ilə 2 milyard dollardan çox dəyərində müqavilələr imzalanıb. Bu müqavilələr reallaşdırıldığı təqdirdə onların həcmi daha da artacaq.
Cari ilin iyul ayında həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliya Prezidenti Sercio Mattarella arasında keçən ikitərəfli görüşdə, həmçinin çoxtərəfli görüşdə, eləcə də prezidentlərin mətbuata bəyanatlarında iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsindən məmnunluq ifadə olunub. Qeyd edək ki, 2014-cü ildə İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə qəbul edilib. Sənəddə, əslində, iki ölkə arasında əməkdaşlıq formatı müəyyən edilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Belə ki, 2017-ci ildə ölkəmizin xarici ticarət dövriyyəsində İtaliya 21 faiz paya malik olmaqla ilk yerdə qərarlaşıb və bu ilin ilk 6 ayı ərzində də liderliyini qoruyub saxlayıb.
Azərbaycanın dünyanın supergüc dövlətlərindən olan Amerika Birləşmiş Ştatları ilə siyasi və iqtisadi əlaqələri də uğurla inkişaf edir. Prezident İlham Əliyev ölkəmizlə ABŞ arasında münasibətlərin yeni mərhələyə yüksəldiyini xüsusi qeyd edərək vurğulayıb: “Deyə bilərəm ki, bu ilin birinci yarısında Amerika Birləşmiş Ştatları ilə bizim əlaqələrimiz yeni mərhələyə qalxmışdır. Amerika Prezidenti cənab Donald Tramp aprel-may aylarında mənə üç məktub ünvanlamışdır. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir”.
Azərbaycan müsəlman aləmində böyük nüfuza malik ölkədir
Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Ölkəmiz bütün sahələrdə İslam dünyası ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir. “Azərbaycan müsəlman aləmində çox böyük hörmətə, nüfuza malik olan bir ölkədir. Keçən il elan olunmuş “İslam Həmrəyliyi İli” bu əlaqələri daha da möhkəmləndirmişdir. Bildiyiniz kimi, bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəridir. Müsəlman ölkələri ilə ənənəvi dostluq, qardaşlıq əlaqələri möhkəmlənmişdir”, - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər keçirilib. 2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə baş tutan IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xoş təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır. Azərbaycan İslam aləminə böyük rəğbətinin ifadəsi olaraq Oyunların yüksək səviyyədə keçməsinə nail olmaq üçün hər şeyi etdi. Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən Oyunlar İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3810  |  
  • Tarix:  30-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
14:34
12 Noyabr
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür
14:33
12 Noyabr
XİN: Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir
14:24
12 Noyabr
Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb
14:14
12 Noyabr
Ceyhun Bayramov: Sağlamlıq imkanları məhdud 10 mindən artıq uşaq xüsusi təhsilə cəlb edilib
13:56
12 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:48
12 Noyabr
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12:10
12 Noyabr
BANM ilə Turin Politexnik Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
12:01
12 Noyabr
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə təqdim olunub
11:44
12 Noyabr
Gəncə-Qazax bölgəsində tibbi müayinələr çərçivəsində bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşmaya dair konfrans keçirilib
10:58
12 Noyabr
Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb
10:55
12 Noyabr
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
10:51
12 Noyabr
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09:36
12 Noyabr
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub
09:25
12 Noyabr
12 noyabr - Konstitusiya Günüdür
22:58
10 Noyabr
Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
21:29
10 Noyabr
Əli Həsənov: Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır
19:51
10 Noyabr
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
19:08
10 Noyabr
Elçin Mirzəbəyli: Ermənistanın başqa hərbi-siyasi qütbə üz tutması edam kötüyünə könüllü baş qoymağa bərabərdir
18:39
10 Noyabr
Aydın Hüseynov: KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir
18:17
10 Noyabr
Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib
17:23
10 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib
16:46
10 Noyabr
Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”
15:04
10 Noyabr
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub
14:49
10 Noyabr
Leyla Abdullayeva: Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur
14:37
10 Noyabr
AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib
14:25
10 Noyabr
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
12:07
10 Noyabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün multikulturalizmin əhəmiyyəti barədə danışıb
12:04
10 Noyabr
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsini anım tədbirləri təşkil olunub
11:38
10 Noyabr
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
11:20
10 Noyabr
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
11:14
10 Noyabr
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
10:46
10 Noyabr
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb
10:44
10 Noyabr
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub
10:42
10 Noyabr
10 noyabr - Dünya Elm Günüdür
10:38
10 Noyabr
Bakı Kitab Mərkəzində dünya şöhrətli yoqin Sadhquru ilə görüş və kitab təqdimatı olub
14:48
09 Noyabr
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər
14:15
09 Noyabr
Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir
13:36
09 Noyabr
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
13:28
09 Noyabr
Dövlət Bayrağı Günü münasibətilə hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
13:03
09 Noyabr
Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı
10:48
09 Noyabr
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:37
09 Noyabr
Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub
10:22
09 Noyabr
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
10:14
09 Noyabr
Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub
10:08
09 Noyabr
Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib
10:00
09 Noyabr
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
17:43
08 Noyabr
Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA