Ana səhifə »  Siyasət »  Yoko Hirose: Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək
A+   Yenilə  A-
Yoko Hirose: Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək

Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək.
Bunu AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokionun “Akaşi” nəşriyyatı tərəfindən çap olunan “Azərbaycanı öyrənmək üçün 67 məqalə” kitabının redaktoru, Keyo Universitetinin professoru xanım Yoko Hirose deyib.
Azərbaycan haqqında elmi araşdırmalarla artıq 20 ildir məşğul olduğunu bildirən yapon alim qeyd edib ki, yeni kitab müasir Azərbaycan dövləti, onun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ədəbiyyatı, dil tərkibi, sosial-iqtisadi inkişafı, enerji resursları, mətbuat tarixi, ölkədə baş verən siyasi proseslər, onun dünyaya inteqrasiya istiqamətində atdığı addımlar, beynəlxalq təşkilatlarda iştirakı, memarlığı, turizm potensialı və digər mövzularda son illər Yaponiyada nəşr olunan ən sanballı əsərdir. Eyni zamanda, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli töhfədir.
Azərbaycan mövzusunun onun elmi fəaliyyətində əsas yer tutduğunu vurğulayan yapon alim xatırladıb ki, 2000-2001-ci illərdə BMT Universitetinin əməkdaşı kimi Bakıda təhsil alıb. Əlavə edib ki, onun namizədlik dissertasiyasının mövzusu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. 2008-ci ildə nəşr etdirdiyi “Qafqaz - beynəlxalq münasibətlərin kəsişdiyi yer” kitabı “Asiya-Sakit okean” xüsusi mükafatına layiq görülüb. 2016-cı ildə isə onun “Azərbaycan” kitabı nəşr olunub.
Y.Hirose deyib: Son illər sürətli inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb edən Azərbaycan təəssüf ki, Yaponiyada hələ kifayət qədər yaxşı tanınmır. Doğrudur, Yaponiya televiziya kanalları, digər kütləvi-informasiya vasitələri ölkənizə xüsusi diqqət ayıraraq, Qafqazın ən inkişaf etmiş dövləti olan Azərbaycan haqqında çoxsaylı verilişlər hazırlayır, məqalələr dərc edirlər. Lakin təbii ki, müəyyən vaxt çərçivəsinə salınan həmin proqramlarda və ya kiçik qəzet məqalələrində yapon izləyicilər qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus inkişaf yolu ilə seçilən bu ölkə barədə ətraflı məlumat əldə edə bilməzlər.
Məhz bu çatışmazlığı aradan qaldırmaq üçün Yoko xanım Azərbaycan barədə belə bir kitabın nəşr olunması ideyasını irəli sürüb. Bu ideya Yaponiyada Azərbaycan mövzusunu araşdıran tədqiqatçılar tərəfindən dəstəklənib. Kitab geniş oxucu kütləsi ilə yanaşı, xüsusən elm adamları, tədqiqatçılar, tələbələr, iş adamları və səyahət həvəskarları üçün əvəzsiz məlumat mənbəyi rolunu oynayacaq.
Nəşrin strukturu elə qurulub ki, oxucu maraq dairəsindən asılı olaraq onu ya bütünlükdə, ya da yalnız müəyyən bir hissəni seçərək mütaliə edə bilər.
Kitabdakı məqalələrin müəllifləri və bölmələr barədə sualı cavablandıran Y.Hirose qeyd edib ki, müəlliflərin əksəriyyətini uzun müddət davam etmiş birgə fəaliyyət zamanı tanıyıb, lakin onların sıralarında şəxsən tanımadığı və ya ilk dəfə gördüyü insanlar da var. Nəşrin bölmələri isə əsasən müəlliflərin təklif etdikləri mövzulara uyğun olaraq seçilib. Kitabın ilkin variantda 60 məqalədən ibarət olmasının planlaşdırdığını bildirən professor, Azərbaycanın xarakterik xüsusiyyətlərini, müəlliflərin təqdim etdiyi başlıqların sayının çoxluğunu nəzərə alaraq, son variantın 9 bölmə və 67 məqalə şəklində təsdiqləndiyini deyib. Bu məqalələr 45 müəllif tərəfindən hazırlanıb. Onların arasında yalnız tədqiqatçılara deyil, eyni zamanda, diplomatlara, Yaponiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına, biznesmenlərə, arxitektorlara və hətta xeyriyyəçilərə də rast gəlmək olar. Müəlliflərin bir qismi məqalələri hazırlamaq üçün Azərbaycana səfər ediblər. Onların əksəriyyəti Azərbaycan mövzusunu çox yaxşı öyrənən insanlar olmaqla yanaşı, həm də ölkənin elmi dairələri ilə sıx əlaqələrə malikdirlər. Məhz həmin əlaqələr məqalələrin elmi sanbalını müəyyən etməklə yanaşı, birbaşa mənbələrdən bəhrələnmək imkanı yaradıb. “Buna görə də əminliklə deyə bilərəm ki, “Azərbaycanı öyrənmək üçün 67 məqalə” kitabı böyük və gərgin zəhmətin, dərin araşdırmaların nəticəsi olaraq meydana gəlib. Düşünürəm ki, Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək”, - deyə xanım Yoko Hirose vurğulayıb.
Kitabın qarşısına Azərbaycan həqiqətlərinin yapon oxuculara çatdırılması kimi mühüm bir vəzifənin qoyduğunu bildirən professor burada 20 Yanvar və Xocalı faciələri, qaçqınlar və məcburi köçkünlər barədə mövzulara da xüsusi yer verildiyini qeyd edib.
Y.Hirose deyib ki, Azərbaycan üçün Dağlıq Qarabağ mövzusunun əhəmiyyəti nəzərə alınaraq kitabda bu barədə iki məqalə yerləşdirilib. Özünün bu mövzu üzrə ekspert olduğunu xatırladan professor, Dağlıq Qarabağ barədə dissertasiya işinin və yapon dilində kitabın müəllifi olduğunu bildirib. Həmin məqalələrdən birinin müəllifi özü, digərinin müəllifi isə Tokio Universitetinin professoru Matsuzato Kimatakadır.
Kitabın son bölməsinin Azərbaycan-Yaponiya münasibətlərinə həsr edildiyini qeyd edən Y.Hirose vurğulayıb ki, son illər iki dost ölkə arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir. İki ölkə yalnız energetika sahəsində deyil, eyni zamanda, mədəni, humanitar və turizm sahəsində də sıx əlaqələrə malikdir. Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın inkişafı da məmnuniyyət hissi doğurur. Bu əlaqələr xalqlarımızın biri-birinə daha da yaxınlaşmasına, dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərir. Həmin bölməyə daxil edilən məqalələrdə bu məsələlərin əksini tapmasına xüsusi diqqət yetirilib.
Azərbaycan ilə əlaqədar gələcək planları barədə sualı cavablandıran Y.Hirose bildirib ki, ilk növbədə Qafqazın bu zəngin ölkəsini Yaponiyada daha geniş tanıtmaq istiqamətində işi davam etdirəcək. Bunun üçün növbəti nəşrlər barədə planları var. 2015-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinin məsələtçisi kimi Qafqaza səfərini xatırladan professor, həmin vaxt Azərbaycanda Yaponiyanın dəstəyinə ehtiyac duyulan bir çox məsələləri özü üçün aydınlaşdırdığını, gələcək fəaliyyətində bu istiqamətlərin əsas götürüləcəyini qeyd edib.
Ötən ilin martında Finlandiyanın paytaxtı Helsinkidə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələrə qatıldığını bildirən Y.Hirose deyib ki, gələcəkdə Azərbaycanın beynəlxalq əlaqələri, diplomatiyası və Dağlıq Qarabağ mövzularını araşdırmaqda davam edəcək. Bu, eyni zamanda, Azərbaycan həqiqətlərinin bütün dünyada yayılmasına xidmət edəcək.
Noyabrda keçiriləcək növbəti Bakı Beynəlxalq Humanitar Forumuna qatılmaq barədə dəvətdən böyük məmnunluq duyduğunu vurğulayan professor qeyd edib ki, bu səfər ona Azərbaycan haqqında daha çox yeni informasiya əldə etməyə imkan yaradacaq.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  31-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA