Ana səhifə »  Siyasət »  Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm xarakter daşıyan görüşləri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır
A+   Yenilə  A-
Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm xarakter daşıyan görüşləri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır

Prezident İlham Əliyev: Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz son üç ayda üç dəfə görüşmüşük
Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasında rəsmi səfərdə olub. Kifayət qədər məhsuldar keçən səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək və geniş tərkibdə görüşləri keçirilib, dövlət başçılarının iştirakı ilə çoxsaylı sənədlər imzalanıb. İmzalanan mühüm sənədlərdən biri də “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”dır. Birgə Bəyanatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin imzalayıblar. Sənədlərin imzalanması mərasimi başa çatandan sonra Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər. Həm səmimilik şəraitində keçən görüşlərdə, həm də mətbuata bəyanatlarda dövlət başçıları iki qonşu və dost ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsindən və inkişafından məmnunluq ifadə ediblər.
Azərbaycanla Rusiya yalnız Xəzər sahilində eyni coğrafiyanı bölüşən ölkələr deyillər. Hər şeydən əvvəl onu vuğulamaq yerinə düşər ki, hər iki ölkəni ümumi tarixi keçmiş birləşdirir - həm Rusiya, həm də Azərbaycan bir neçə onillik ərzində eyni ittifaqın tərkibində mövcud olublar. Bu gün iki qonşu ölkə müstəqil dövlətlər kimi uğurla inkişaf edərək aralarındakı strateji tərəfdaşlıq münasibətlərini daha da möhkəmləndirirlər. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında Azərbaycanla Rusiya arasındakı yüksək münasibətlərə diqqət çəkərək deyib: “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur”.
İki qonşu ölkə arasında əlaqələrin yüksək səviyyəyə qalxmasında Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında yaranan dostluq münasibətləri və dövlət başçılarının davamlı xarakter alan görüşləri mühüm rol oynayır. “Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Biz son üç ayda üç dəfə görüşmüşük”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xatırladaq ki, prezidentlərin qarşılıqlı səfərləri də ənənə halını alıb. Dövlət başçıları həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur. Son illərdə Prezident İlham Əliyevlə Prezident Vladimir Putin Azərbaycan, İran və Rusiya arasında yaranan üçtərəfli platforma çərçivəsində bir neçə dəfə görüşüblər. Bundan əvvəl iki ölkə prezidentləri cari il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında bir araya gəliblər. Prezidentlərin belə görüşləri hər dəfə Azərbaycanla Rusiya arasında münasibətlərin daha da dərinləşməsinə özünün yeni dəyərli töhfəsini verir. Dövlət başçıları müzakirə edilən məsələlərin, qəbul edilən qərarların icra vəziyyətini daim izləyirlər və özlərinin dəyərli tövsiyələrini verirlər. Prezident İlham Əliyev vurğulayıb ki, ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir.
İki ölkə arasındakı münasibətlər bütün sahələri əhatə edir
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunun əsas paradiqmalarından biri Xəzər hövzəsi regionunda əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir. Respublikamız Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daim o mövqedən çıxış edir ki, Xəzər hövzəsi sülh, iqtisadi çiçəklənmə, qarşılıqlı inam regionuna çevrilsin, xalqlar əmin-amanlıq şəraitində yaşasınlar.
Deyilənlər kontekstində Azərbaycanla Rusiya arasında əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət daşıyır. İki ölkə arasındakı yüksək münasibətlər regional əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərir. Hər iki dövlət Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak ediblər. Xəbər verildiyi kimi, cari il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya və bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər imzalanıb. Azərbaycan və Rusiya Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi baxımından tarixi əhəmiyyət daşıyan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv mövqe ortaya qoyublar.
Ölkələrimiz arasında həmçinin humanitar sahədə sıx əməkdaşlıq qurulub. Azərbaycanda təhsil prosesinin tamamilə rus dilində olduğu 340-dan çox məktəb var. Paytaxtımızda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti, Rusiyanın aparıcı ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.
Azərbaycanın və Rusiyanın dövlət başçılarının müntəzəm xarakter alan görüşlərində ənənəvi olaraq regional təhlükəsizlik məsələləri, ilk növbədə isə uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması geniş müzakirə edilir. Məlumdur ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin 20 faizi erməni işğalı altındadır. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişənin tezliklə həlli qaçqın vəziyyətinə düşən Azərbaycan vətəndaşlarının öz tarixi torpaqlarına qayıtmalarına imkan verər, həmçinin regiona sülh, sabitlik və əməkdaşlıq gətirər. Prezident İlham Əliyev vurğulayıb ki, Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi, tənzimləmə işində mühüm rol oynayır. Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında münasibətlər həyatın bütün sahələrini əhatə edir. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir və bu gün mənim səfərim zamanı biz ikitərəfli münasibətlərimizin bir çox aspektlərini, beynəlxalq problemləri ətraflı şəkildə müzakirə etdik”, - deyə bildirib.
Öz növbəsində Rusiya Prezidenti Vladimir Putin də iki ölkə arasında münasibətlərin dinamik şəkildə inkişaf etməsindən razılığını nəzərə çatdırıb. O deyib ki, Rusiya və Azərbaycanın münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır: “Qeyd edim ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Dövlətlərimizin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır”.
Qeyd etmək yerinə düşər ki, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir. Forumun ilin sonunda Bakıda keçiriləcək növbəti 6-cı iclasına 500-dən çox iştirakçının qatılacağı gözlənilir.
Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa dair yol xəritələri əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək
İki güclü region dövlətinin iqtisadi sahədə əməkdaşlığının spektri də kifayət qədər genişdir. Neft-qaz sahəsində əməkdaşlıq Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin mühüm həlqəsini təşkil edir. Məlumdur ki, ölkəmizin təşəbbüsləri sayəsində bir sıra transmilli şirkətlər Xəzərin Azərbaycan sektorundakı yataqlardan zəngin karbohidrogen ehtiyatlarının işlənməsinə cəlb edilib. Xəzərin Azərbaycan sektorunda reallaşdırılan layihələr sayəsində ölkəmizin iqtisadi qüdrəti artıb, maliyyə imkanları genişlənib. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Xəzərin Azərbaycan sektorunda zəngin karbohidrogen ehtiyatlarının işlənməsində həmçinin Rusiya şirkətləri də aktiv şəkildə iştirak edirlər. Məlumdur ki, hər iki ölkə iri karbohidrogen istehsalçısıdır. Ancaq dövlətlərin güclü siyasi iradəsi sayəsində bu amil ölkələr arasında rəqabətə deyil, qarşılıqlı əməkdaşlığa yol açır. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Qaz istehsalçıları təşkilatı çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirilir. Qonşu dövlət həmçinin Azərbaycanın şaxələndirilmiş enerji marşrutlarına böyük diqqət göstərir. Hazırda Rusiyanın “Qazprom”, “Transneft” və “Lukoyl” kimi şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, neft-qaz sektoru iki ölkə arasında əməkdaşlığın ənənəvi sahəsidir. Bu sahədə çox yaxşı potensial və perspektivlər var. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına son səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlığa dair mühüm sənədlər, o cümlədən “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş”, “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Kontrakt” imzalanıb.
Azərbaycanla Rusiya arasında uğurlu iqtisadi əməkdaşlığın digər bir mühüm istiqaməti elektroenergetika sektorudur. İki ölkənin enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilir. Qeyd edək ki, Azərbaycanın və Rusiyanın enerji sistemləri paralel iş rejimində fəaliyyət göstərir. İki ölkənin enerji sistemlərini “Xaçmaz-Dərbənd” və “Yalama” elektrik verilişi xətləri birləşdirir. Şübhə yoxdur ki, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında Saziş” iki ölkənin elektroenergetika sahəsində əməkdaşlığının dərinləşməsinə yeni impuls verəcək.
Hazırda Azərbaycanın, Rusiyanın iştirakı ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər həyata keçirilir. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında üzərinə düşən bütün öhdəlikləri qısa müddətdə yüksək səviyyədə yerinə yetirib. Artıq Azərbaycan-Rusiya sərhədindən Azərbaycan-İran sərhədinə qədər dəmir yolu istismara tam hazır vəziyyətdədir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirib. Gələn il Rusiya və Azərbaycan Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir. Bəhs olunan dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək. Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dəmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Qeyd edək ki, 2018-ci ilin əvvəlindən bəri Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə təxminən 100 dəfə çox yük daşınıb. Perspektivdə isə bu həcmin daha da artacağı proqnozlaşdırılır.
Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. 2017-ci ilin yekununa görə iki ölkə arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Əlamətdar haldır ki, hazırda Rusiya Azərbaycanda yetişdirilən bir sıra kənd təsərrüfatı məhsullarının böyük həcmlərdə ixrac edildiyi ölkədir. Burada keyfiyyətli, yüksək rəqabət qabiliyyətinə malik Azərbaycan məhsullarına, o cümlədən meyvə-tərəvəzə böyük tələbat var. “Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Yəni, bu, özlüyündə ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə dəlalət edir”, - deyə Prezident İlham Əliyev bildirib.
İki qonşu dövlət arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri də kifayət qədər genişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bəhs olunan səfəri çərçivəsində imzalanan sənədlərin böyük qismi məhz iqtisadi sektora aiddir. İqtisadi sektora aid imzalanan sənədlər sırasında “Kiçik və orta sahibkarlığın inkişafı üzrə Federal Korporasiya” Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” Publik Hüquqi Şəxs arasında qarşılıqlı anlaşma haqqında Memorandum çərçivəsində tədbirlərin reallaşdırılması üzrə Yol Xəritəsi”, “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi arasında sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında Saziş”, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak hüquqlarının qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”nı nümunə gətirə bilərik. Mütəxəssislərin qənaətinə görə, imzalanan sənədlər Rusiya-Azərbaycan əlaqələrinin gələcək inkişafına əlavə təkan verəcək. Əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının önəmini xüsusi qeyd etmək lazımdır. Bura iqtisadi sahədə bir sıra istiqamətlərdə əlaqələrin daha da intensivləşdirilməsinə hədəflənən yol xəritələri daxildir. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək: “Biz iqtisadi məsələlər üzərində ətraflı dayandıq və əmtəə dövriyyəsinin artdığını, gələcək üçün böyük perspektivləri məmnuniyyətlə qeyd etdik. Bu gün müzakirə edilmiş və razılaşdırılmış məsələlər, dəqiq desək, iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yol xəritələri ölkələrimiz arasında onsuz da dinamizmi ilə fərqlənən əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Keçən il əmtəə dövriyyəsinin güclü artımına baxmayaraq, artım bu il də davam edir”.
İki ölkənin ayrı-ayrı regionları arasında formalaşan əməkdaşlıq münasibətləri barədə də ayrıca söhbət açmaq mümkündür. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticari-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə Çərçivə sazişləri bağlayıb. 2018-ci ilin oktyabrında növbəti regionlararası forumun keçirilməsi nəzərdə tutulub.
Sərmayə qoyuluşunun artması iki ölkə arasında qarşılıqlı inamın yüksək səviyyədə olduğunu təsdiqləyir
Əvvəlki illərdə yaradılan güclü iqtisadi potensial, müasir infrastruktur təminatı, nəqliyyat dəhlizləri, Avropaya və Asiyaya çıxış imkanlarının eyni bir məkanda cəmləşməsi və əlbəttə ki, möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi yerli və xarici iş adamlarının çəkinmədən Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yönəltmələrinə güclü stimul verir. Son 15 ildə ölkəmizə 230 milyard dollardan artıq investisiyalar yönəldilib. Respublikamıza yönəldilən investisiyaların daha böyük hissəsini isə xarici sərmayələr təşkil edir.
Rusiyaya məxsus şirkətlər də Azərbaycandakı əlverişli investisiya mühitindən maksimum dərəcədə bəhrələnməyə çalışırlar. Bütövlükdə Azərbaycandan Rusiyaya və əksinə, qonşu ölkədən respublikamıza sərmayə qoyuluşunun artması iki ölkə arasında qarşılıqlı inamın yüksək səviyyədə olduğunu təsdiqləyir. Prezident Vladimir Putinin mətbuata bəyanatında vurğuladığı kimi, Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək verib. Eyni zamanda, sənaye sahəsində kooperasiya dərinləşir. Məsələn, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır.
Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədi ilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Prezident İlham Əliyev iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun artmasından məmnunluğunu ifadə edərək deyib: “Çoxlu investisiya layihələri həyata keçirilir və onların yaxşı perspektivi vardır. Bütövlükdə ticari-iqtisadi sahədə əmtəə dövriyyəsinin artmasını, inteqrasiya əlaqələrinin möhkəmlənməsini və şirkətlərimiz arasında əməkdaşlıq üçün daha yaxşı şərait yaradılmasını gözləyirik”.
Hər iki ölkədə qarşılıqlı investisiya fəaliyyətinin genişlənməsində Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının rolunu xüsusi vurğulamaq lazımdır. Cari ilin sonunadək Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 17-ci iclasının keçirilməsi nəzərdə tutulub.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  2760  |  
  • Tarix:  05-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
10:56
21 Sentyabr
Tahir Rzayev: Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır
10:16
21 Sentyabr
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək
10:14
21 Sentyabr
Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib
10:12
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatı davam edir
10:01
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir
09:27
21 Sentyabr
Növbəti tədbir “Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlanıb
09:24
21 Sentyabr
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20