Ana səhifə »  Siyasət »  Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
A+   Yenilə  A-
Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir

Prezident İlham Əliyev: Həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır
Müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi xarici siyasət xalqımızın milli maraqlarına əsaslanır və qlobal miqyasda ölkəmizin nüfuzunu artırmağa xidmət edir. Aparılan məqsədyönlü siyasət sayəsində respublikamız beynəlxalq birliyin layiqli üzvünə çevrilib, ölkəmizin ayrı-ayrı dövlətlərlə, beynəlxalq təşkilatlarla əlaqələri daha da intensivləşib.
Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, onun yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını, rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir. Bu səfərlər və dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir.
Azərbaycanla Xorvatiya arasında kifayət qədər fəal siyasi dialoq qurulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Xorvatiya Respublikasına baş tutan səfəri kifayət qədər məhsuldar keçib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub. Prezidentlər əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə ediblər.
Səfər çərçivəsində Prezident İlham Əliyev həmçinin Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb, Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə işçi nahar edib. Azərbaycanın dövlət başçısı Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi - Ağrı Divarı” abidəsini də ziyarət edib. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər.
Bütövlükdə Azərbaycanın Xorvatiya ilə münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir. Xorvatiya və Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri vardır, bu əlaqələr genişlənir və güclənir. Təsadüfi deyil ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata verdikləri bəyanatlarında iki dost ölkə arasında kifayət qədər fəal siyasi dialoq qurulmasından məmnunluqlarını bildiriblər. Azərbaycanın dövlət başçısı Öz bəyanatında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkərək bildirib ki, Xorvatiya və Azərbaycan, doğrudan da, strateji tərəfdaşlardır.
İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində dövlət başçılarının nümayiş etdirdikləri siyasi iradənin önəmini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın dövlət başçısı 2013-cü ildə Xorvatiyada rəsmi səfərdə olub. Eyni zamanda, Xorvatiyanın Prezidenti iki il bundan əvvəl - 2016-cı ilin oktyabrında Azərbaycana rəsmi səfər edib. Prezidentlər həmçinin beynəlxalq tədbirlər çərçivəsində də sıx təmaslar qururlar. Dövlət başçıları ötən il beynəlxalq konfrans çərçivəsində görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya bəhs olunan səfəri çərçivəsində Zaqrebdə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Ölkələrimiz ikitərəfli münasibətləri məhz bu Bəyannamə əsasında inkişaf etdirirlər. Ötən dövrdə ikitərəfli münasibətlərin inkişafı və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün çox işlər görülüb. Azərbaycanın dövlət başçısı mətbuata verdiyi bəyanatında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyinə diqqət çəkib. “Həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir
Cənubi Qafqaz coğrafiyasının lider dövləti olan Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Azərbaycan Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli strateji tərəfdaşlıq əlaqələri qurur, ölkələr arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq güclənir.
Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə nümayiş etdirirlər. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. Prezident İlham Əliyev bu yaxınlarda Brüsselə səfərdə olub və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşüb. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanmasını yeni Sazişin imzalanması üçün önəmli addım kimi səciyyələndirib: “Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir”.
Azərbaycan, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Prezident İlham Əliyevin NATO-ya çoxsaylı rəsmi səfərləri baş tutub. Yaxın keçmişdə isə Azərbaycan Əfqanıstanda “Qətiyyətli dəstək” missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul edib. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Prezident İlham Əliyev nəzərə çatdırıb ki, “Qətiyyətli dəstək” missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir. Onu da vurğulayaq ki, NATO və bütövlükdə Avropa İttifaqı Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Xorvatiya Azərbaycanın strateji tərəfdaşı olaraq daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir. Dost ölkə Xorvatiya Avropa İttifaqı-Azərbaycan münasibətlərinin dərinləşməsinə davamlı töhfələr verir.
Həm Azərbaycan, həm də Xorvatiya iqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində keçirilən görüşlərdə, eləcə də prezidentlərin bəyanatlarında iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi xüsusi olaraq nəzərə çatdırılıb. Hazırda iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya fəaliyyət göstərir. Sözügedən komissiyanın son iclası Bakıda keçirilib. Komissiyanın fəaliyyətinin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Bu çərçivədə müxtəlif tədbirlərin həyata keçirilməsi və beləliklə də qarşılıqlı ticarət dövriyyəsinin artırılması nəzərdə tutulub. Prezident İlham Əliyev Azərbaycanın niyyətini diqqətə çatdıraraq deyib: “Biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər”.
Müzakirələrdə də vurğulandığı kimi, iki ölkə iqtisadi sahədə bir sıra istiqamətlər üzrə əməkdaşlıq edə bilər. Məsələn, əczaçılıq sahəsində investisiya layihələrinin reallaşdırılması mümkündür. Azərbaycan bu sahədə yerli istehsalın genişləndirilməsini hədəfləyib. Hazırda Rusiya və İran şirkətlərinin iştirakı ilə Azərbaycandakı Pirallahı Sənaye Parkında yeni müəssisələr qurulur. Xorvatiya şirkətləri də Azərbaycandakı əlverişli investisiya mühitindən bəhrələnə bilərlər. Belə ki, Xorvatiya ilə Azərbaycan arasında əczaçılıq sahəsində birgə müəssisə təsis edilə bilər.
Prezidentlərin bəyanatlarında qeyd edildiyi kimi, ölkələrimizin gəmiqayırma sahəsində əməkdaşlıq imkanları da genişdir. Yeri gəlmişkən bildirək ki, səfər çərçivəsində 6 gəmi ilə bağlı müzakirələr aparılıb.
Tərəflər həmçinin kənd təsərrüfatı, informasiya texnologiyaları, yeyinti məhsullarının emalı sahələrində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Səfər çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Nəzərdə tutulan layihələrin reallaşdırılması isə Azərbaycanla Xorvatiya arasındakı biznes potensialından tam şəkildə və daha səmərəli istifadə edilməsinə yeni imkanlar yaradacaq.
Səfər çərçivəsində imzalanmış sənədlər ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacaq. Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq.
İki ölkə arasında iqtisadi əməkdaşlıq həmçinin nəqliyyat sektorunda mümkündür. Məlumdur ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən istifadə edərək özünün nəqliyyat-tranzit imkanlarını genişləndirir və bu məqsədlə müasir infrastruktur qurur. 2017-ci ilin oktyabr ayında ölkəmizin moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutub. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyanı Avropa ilə birləşdirən yeni nəqliyyat damarıdır. Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verir. Xorvatiyalı tərəfdaşlar da Azərbaycanın yaratdığı nəqliyyat imkanlarından bəhrələnə bilərlər.
Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq
Energetika sahəsində əməkdaşlıq Azərbaycanla Xorvatiyanın iqtisadi əlaqələrinə yeni impuls verə bilər. Prezident İlham Əliyev vurğulayıb ki, bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir.
Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda respublikamızın təşəbbüsü ilə Xəzər hövzəsini uzaq Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizi inşa olunur. Təxminən 3500 kilometr uzunluğa malik yeni ixrac marşrutu dörd seqmentdən ibarətdir və Azərbaycanın zəngin “Şahdəniz” yatağının işlənməsinə hesablanıb. 2018-ci ilin mayında Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışı keçirilib. İyun ayında isə Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi mərasimi keçirildi. Növbəti mərhələdə TAP istifadəyə veriləcək. İndiyədək Cənub Qaz Dəhlizinin bu seqmenti üzrə işlərin 70 faizdən çoxu tamamlanıb. Cənub Qaz Dəhlizi üzrə işlərin uğurla getməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev “Əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər”, - deyə vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə qədərdir. Ölkənin ümumi “mavi yanacaq” ehtiyatları isə bundan daha çoxdur. Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək niyyətindədir.
İnvestisiya dəyəri 40 milyard dollardan çox olan Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir. Öz növbəsində Xorvatiya da yeni qaz dəhlizinə böyük maraq göstərir və bu layihədə iştirak etmək istəyir. Bu ölkə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında müntəzəm iştirak edir. Xorvatiya həmçinin Krk adasında maye qaz terminalının tikintisində maraqlıdır. İki ölkə arasında İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4920  |  
  • Tarix:  08-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq