Ana səhifə »  Siyasət »  “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 67-ci kitabı çapdan çıxıb
A+   Yenilə  A-
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 67-ci kitabı çapdan çıxıb

Azərbaycan bütün nailiyyətlərə təkbaşına çatıbdır. Bəzi hallarda əsassız təzyiqlərə də məruz qalmışıq. Bəzi hallarda bizə qarşı kampaniyalar da aparılıbdır və aparırlar. Bəlkə bəzilərinin xoşuna gəlmir ki, Azərbaycan bu qədər müstəqil ölkədir, Azərbaycanda hər şey yaxşıdır, Azərbaycan çiçəklənir, gündən-günə inkişaf edir. Bu, bəzilərinin, necə deyərlər, gözünü deşir. Biz bunu da bilirik. Əlbəttə, iqtisadi güc imkan verir ki, siyasi səhnədə də heç kimdən çəkinmədən sözümüzü deyək, milli maraqlarımızı qoruyaq.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 67-ci kitabında yer alan və bütün dövrlər üçün aktual olan bu fikirlər dövlətimizin başçısının 2015-ci il yanvarın 27-də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 67-ci kitabındakı materiallar 2015-ci ilin yanvarından mart ayınadək olan dövrü əhatə edir.
Nəşrdə Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə, orada bir sıra dövlət və hökumət başçıları, nüfuzlu şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlərə və apardığı danışıqlara dair materiallar, Forumun “Regionların transformasiyası: Avrasiya” mövzusunda sessiyasında, Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimində çıxışlarının mətnləri toplanıb. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfəri, konfrans çərçivəsində “Şaxələndirmə strategiyaları” mövzusunda “dəyirmi masa”da çıxışı, “Ukraynadan əlavə - Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində iştirakı barədə materiallar da kitaba daxil edilib. Azərbaycan Prezidentinin Bolqarıstana rəsmi səfəri zamanı iki dövlət arasında sənədlərin imzalanmasına, Bolqarıstanın Baş naziri ilə birgə mətbuat konfransında bəyanatına, Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfərinə, Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlərə, eləcə də Qarsda Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin açılış mərasimində, Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlqoyma mərasimində çıxışlarına dair informasiyalarla da bu cilddə tanış olmaq mümkündür.
Çoxcildliyin 67-ci kitabında Prezident İlham Əliyevin Azərbaycana rəsmi səfərə gəlmiş Pakistan Prezidenti ilə görüşünə, iki ölkə arasında sənədlərin imzalanmasına, mətbuata bəyanatına, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimində, Azərbaycan-Pakistan biznes-forumunda iştirakına dair materiallar toplanıb.
Azərbaycan Prezidentinin İran, Türkiyə, Rusiya, Fransa, ABŞ, Yunanıstan, Böyük Britaniya, Sloveniya və digər dövlətlərin, ATƏT, Avropa İttifaqı və AŞPA-nın ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, xarici ölkələrin Azərbaycanda təyin olunmuş səfirlərini qəbul etməsinə, Rusiyanın Bakıya gəlmiş bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüşünə dair informasiyalar da nəşrdə yer alıb.
Bu kitabın əhatə etdiyi dövrün materialları sırasında, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı aparılan təşkilati işlər haqqında informasiyalar var.
Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin Mingəçevir şəhərinə, Qusar və Bərdə rayonlarına səfərlərinə, bir sıra mühüm obyektlərin, o cümlədən “Şahdağ” Qış-Yay Turizm Kompleksinin 1 saylı kanat yolunun və xizək enişinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional “ASAN xidmət” Mərkəzinin açılışlarında iştirakına, bölgələrdə və paytaxtda sənaye və mədəniyyət müəssisələrində yenidənqurma işləri ilə tanışlığına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallar daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib.
“Azərnəşr” tərəfindən buraxılan 67-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 
  • Oxunub:  3030  |  
  • Tarix:  08-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21 Fevral 09:45
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5