Ana səhifə »  Siyasət »  Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir
A+   Yenilə  A-
Çoxvektorlu və praqmatik xarici siyasət həyata keçirən Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir

Prezident İlham Əliyev: Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir
Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, çoxvektorlu, tarazlaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursunun qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Regionda sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.
Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Təsadüfi deyil ki, ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirir. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışı zamanı bu məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq arenada öz mövqelərini gücləndirir, beynəlxalq aləmdə çox böyük nüfuza malik olan bir ölkədir: “Bizimlə əməkdaşlıq edən ölkələrin sayı getdikcə artır. Biz dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etmişik. Gələn il biz BMT-dən sonra ikinci böyük təşkilata - Qoşulmama Hərəkatına sədrlik etməyə başlayacağıq. Biz bütün digər aparıcı beynəlxalq təşkilatlarla çox sıx əməkdaşlıq edirik. Bəzi təşkilatların üzvüyük, bəzi təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyət göstəririk. Dünya birliyi Azərbaycana böyük hörmətlə, böyük rəğbətlə yanaşır. Bu gün dünyanın siyasi xəritəsində Azərbaycanın yeri çox möhkəmdir”.
O da qeyd edilməlidir ki, Azərbaycanın xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Məhz son zamanlar müşahidə edilən proseslər və intensiv diplomatik təmaslar da bunu bariz şəkildə göstərir. Belə ki, Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını, rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir. Şübhəsiz ki, bu səfərlər nəticəsində dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir.
Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından strateji əhəmiyyətə malikdir
Azərbaycanın dinamik və praqmatik xarici siyasət kursunun uğurlarını daha aydın təsvir etmək üçün yuxarıda qeyd edilən strateji əhəmiyyətli nüanslara ayrıca toxunmaq məqsədəmüvafiqdir. Əvvəla, qeyd edək ki, Almaniyanın Federal Kansleri Angela Merkelin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin birgə mətbuat konfransında dövlətimizin başçısı bildirib: “Bu, Almaniya Kanslerinin Azərbaycana ilk səfəridir, bu, tarixi bir səfərdir. Biz bu səfərə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər nəticəsində Almaniya-Azərbaycan əlaqələri sürətlə inkişaf edəcək, bu səfər əlaqələrimizə yeni təkan verəcəkdir”.
Ümumiyyətlə, Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri ilə dəfələrlə görüşüb və iki ölkənin rəhbərliyi arasında səmimi dialoq, eləcə də etimad mühiti yaranıb. Bu isə Azərbaycan-Almaniya münasibətlərinin inkişafı və perspektivləri baxımından müstəsna əhəmiyyətə malikdir. Başqa sözlə, Azərbaycan və Almaniya rəhbərləri arasında güclü siyasi əlaqələr bütün sahələr üzrə əməkdaşlığın inkişafına müsbət təsir göstərir. O da qeyd edilməlidir ki, Almaniya Avropa İttifaqının (Aİ) lokomotiv ölkəsi sayılır və Azərbaycan-Almaniya münasibətlərinin inkişafı ölkəmizlə Aİ dövlətləri arasında əlaqələrin daha da güclənməsinə əhəmiyyətli töhfədir. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır, Aİ ilə qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və ümumi maraqlara əsaslanan münasibətlərin inkişaf etdirilməsi istiqamətində qəti siyasi iradə nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin bir müddət öncə Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşlər, imzalanmış sənədlər ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdi. Tərəflər arasında paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədinin də ikitərəfli tərəfdaşlıq əlaqələrinin gələcək inkişafı üçün yeni imkanlar açdığı birmənalı şəkildə ifadə edilməkdədir.
Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri zamanı regional təhlükəsizlik və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də diqqət mərkəzində oldu. Almaniyanın Federal Kanslerinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllinə tərəfdar olduğunu bəyan etməsi də Azərbaycanın uğurlu diplomatiyasının və prinsipial mövqeyinin nəticəsidir. Bütövlükdə, Angela Merkelin regional təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlamaları mühüm əhəmiyyətə malikdir.
Nəticə etibarilə, Almaniyanın Federal Kansleri Angela Merkelin ölkəmizə səfəri Azərbaycanla Almaniya arasında ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafı, eləcə də ölkəmizlə Avropa İttifaqı əlaqələrinin sürətlənməsi, Azərbaycanın enerji layihələrinə siyasi dəstək ifadə edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Aİ-nin fəallığının artırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Digər tərəfdən, bu səfər Azərbaycanın sülhsevər və dünyəvi dövlət kimi regional əməkdaşlıq və təhlükəsizlik məsələlərində oynadığı rolun bəyan və etiraf olunması baxımından da mühüm hadisə kimi qiymətləndirilə bilər.
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfərinin nəticələri də ölkəmizin praqmatik və çoxvektorlu xarici siyasətinin uğurlarını əks etdirir. Əvvəla, səfər çərçivəsində bir daha aşkar oldu ki, Rusiya ilə Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Ümumiyyətlə, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm xarakter daşıyan görüşləri iki ölkə arasında münasibətlərin daha da dərinləşməsində mühüm rol oynayır. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata bəyanatlarla çıxışları zamanı dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir: “Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir”.
Ümumiyyətlə, Azərbaycan ilə Rusiya arasında iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə əlaqələr dinamik xarakter daşıyır və uğurla inkişaf edir. İki ölkə arasında iqtisadi əməkdaşlığın da böyük potensialı mövcuddur və ötən il ölkələr arasında əmtəə dövriyyəsi artıb, müxtəlif sahələri əhatə edən münasibətlər uğurla inkişaf etməkdədir. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Səfər çərçivəsində müxtəlif sənədlərin imzalanması da ayrı-ayrı sahələrdə əməkdaşlığın dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Rusiya-Azərbaycan münasibətlərinin əhəmiyyəti və strateji əsaslarından bəhs edərkən bir məqama da diqqət yetirmək lazımdır. Belə ki, Rusiya-Azərbaycan münasibətləri regional əməkdaşlıq və təhlükəsizlik kontekstində də çox mühüm önəm kəsb edir. Hər iki ölkənin sıx əməkdaşlığı və tərəflər arasında münasibətlərin inkişafı regional təhlükəsizliyə, əməkdaşlığa da əhəmiyyətli töhfələr verir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində regional təhlükəsizlik, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə predmetinə çevrildi. Dövlətimizin başçısı bəhs olunan çıxışı zamanı bildirib ki, Rusiya münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi tənzimləmə işində mühüm rol oynayır: “Rusiya bizim qonşumuz, tarixi tərəfdaşımız və dostumuzdur. Biz ümid edirik ki, münaqişənin nizamlanmasında Rusiyanın səyləri davam edəcək”.
Bütövlükdə, səfərin nəticələri deməyə əsas verir ki, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməklə yanaşı, regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir.
Azərbaycan türkdilli dövlətlərlə müxtəlif sahələrdə sıx əməkdaşlıq əlaqələrinə malikdir
Qeyd etdiyimiz kimi, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir, həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxşaxəli əlaqələrini uğurla davam və inkişaf etdirir. Milli maraqlara əsaslanan xarici siyasət həyata keçirən, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan türkdilli dövlətlərlə də həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr, əsas etibarilə, siyasi, iqtisadi, nəqliyyat, energetika, ticarət və humanitar sahələri əhatə etməkdədir və bütün istiqamətlərdə əhəmiyyətli nəticələr əldə olunub. Sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşünün nəticələri də bunu deməyə əsas verir. Bəhs olunan Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün türkdilli dövlətlərlə sıx əlaqələr saxlayır: “Bu əlaqələr gündən-günə möhkəmlənir və genişlənir. Bizim əlaqələrimiz siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, humanitar sahələri əhatə edir və biz bütün istiqamətlər üzrə gözəl nəticələr görürük. Ölkələrimiz beynəlxalq təşkilatlarda da bir-birinə dəstək verir və bu dəstək çox önəmlidir. Hesab edirəm ki, gələcək illərdə beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyətimizlə bağlı əlavə addımlar atılacaqdır”.
Azərbaycan türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinə də xüsusi əhəmiyyət verir. Şübhəsiz ki, bu, bütün türkdilli dövlətlər üçün strateji önəm kəsb edir. Dünya iqtisadiyyatında ciddi dəyişikliklərin, eləcə də yeni qlobal çağırışların meydana çıxdığı şəraitdə türkdilli dövlətlər arasında ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin reallaşdırılması, qarşılıqlı investisiya qoyuluşunun təşviqi üçun yeni mexanizmlərin işlənməsi böyük əhəmiyyətə malikdir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, çox əlverişli sərmayə mühitinə sahib olan Azərbaycan həm də qardaş ölkələrə, ilk növbədə, Türkiyəyə böyük investisiyalar qoyur. Bu həm qarşılıqlı faydalı münasibətlərin, həm də iqtisadi əməkdaşlığın inkişafı baxımından müstəsna əhəmiyyət daşıyır. Azərbaycan bununla həm özünün iqtisadi maraqlarını təmin edir, həm də sərmayə yatırdığı ölkələrdə yeni imkanlar yaradır.
Türkdilli dövlətlərin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafı ilə yanaşı, humanitar məsələlərlə bağlı əməkdaşlıq kontekstində TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin də yüksək səviyyədə olduğunu qeyd etmək lazımdır. Bu təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, humanitar sahələrdə işbirliyinin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı sözügedən çıxışında bununla bağlı qeyd edib: “Humanitar məsələlərə gəldikdə, xüsusilə TÜRKSOY-un və Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirmək istərdim. Azərbaycan hər iki təşkilatda fəal iştirak edir”.
Azərbaycan ilə Xorvatiya arasında çox fəal siyasi dialoq mövcuddur və strateji tərəfdaşlığa əsaslanan münasibətlər yüksələn xətlə inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına rəsmi səfəri də mühüm strateji əhəmiyyət kəsb edir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub. Prezidentlər əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə ediblər. Prezident İlham Əliyev, eyni zamanda, bu ölkə parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb. Dövlətimizin başçısı Zaqrebdə “Xorvatiya Qurbanlarının Səsi - Ağrı Divarı” abidəsini də ziyarət edib. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç mətbuata bəyanatlarla çıxış ediblər. Səfər çərçivəsində səsləndirilən fikirlər deməyə əsas verir ki, strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Xorvatiya münasibətləri uğurla inkişaf edir və tərəflər arasında çox fəal siyasi dialoq mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı qeyd edib ki, həm Avratlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlardır.
Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlərin imzalanması da olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Bundan başqa, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq da diqqət mərkəzindədir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına müstəsna töhfələr verir. Yaxın 2 il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq və beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə Avropaya təqdim edə bilər. Xorvatiya ilə İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik olan Azərbaycan qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir. Digər tərəfdən, Azərbaycanın təşəbbüsü ilə Xəzər hövzəsini Adriatik dənizi, oradan isə Avropa ölkələri ilə əlaqələndirən Cənub Qaz Dəhlizi inşa olunur. İnvestisiya dəyəri 40 milyard dollardan çox olan bu layihə 7 ölkəni birləşdirir. Xorvatiya da Cənub Qaz Dəhlizinə böyük maraq göstərir, bu layihədə iştirak etmək istəyini ifadə edir. Bu ölkə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarında mütəmadi olaraq iştirak edir. Bunlarla yanaşı, Azərbaycanın strateji tərəfdaşı olan Xorvatiya daim ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir. Bütövlükdə, strateji tərəfdaşlığa əsaslanan, geniş perspektivlərə malik olan Azərbaycan-Xorvatiya münasibətləri yüksələn xətlə inkişaf edir.
Nəticə etibarilə, uğurlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsini təmin edib. Reallıq budur ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  3270  |  
  • Tarix:  12-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20