Ana səhifə »  Siyasət »  Azərbaycanlı millət vəkilinin məruzəsi AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarılıb
A+   Yenilə  A-
Azərbaycanlı millət vəkilinin məruzəsi AŞPA-nın payız sessiyasında müzakirəyə çıxarılıb

Sahibə Qafarova: Bütün Avropa ölkələrində dinlərarası dialoq ekstremizm və radikallaşmaya qarşı mübarizə vasitəsi kimi irəli sürülməlidir
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında dünən Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədrinin müavini Sahibə Qafarovanın müəllifi olduğu “Avropada miqrantların və diaspor təşkilatlarının radikallaşması” mövzusunda məruzə müzakirəyə çıxarılıb. İclasda məruzə haqqında məlumat verən Sahibə Qafarova deyib ki, 2001-ci ilin 11 sentyabr terror hadisələrindən sonra miqrant və diaspor təşkilatlarının radikallaşması mövzusu dünya siyasətçiləri və kütləvi informasiya vasitələrinin diqqət mərkəzinə çevrildi. Müxtəlif regionlardan miqrant və məcburi köçkünlərin Avropaya gəlməsi və bu qitədə son terror olayları mövzu ətrafında müzakirələri daha da gərginləşdirib. Hesabatda göstərilir ki, aparılan geniş təhlillər bir sıra terror hadisələrinin iddia olunduğu kimi, miqrantlar tərəfindən deyil, diaspor üzvləri tərəfindən törədildiyini sübuta yetirir. Ona görə də siyasətçilərin miqrantları ekstremizm təhlükəsi ilə əlaqələndirməməsi və diasporların daha əvvəlki mərhələdə radikallaşmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməsi son dərəcə vacibdir.
“Təbii ki, bu gün Avropaya üz tutan miqrantların əksəriyyəti öz doğma ölkələrində zorakılıq və ekstremizmlə üzləşib, Avropaya sülh şəraitində təhlükəsiz həyat sürmək arzusu ilə gəlib. Təəssüf ki, bəziləri miqrant düşərgələrində radikallaşır, bir qismi isə Avropa cəmiyyətinə inteqrasiya etmədikdə radikallaşmaya tabe ola bilirlər. Onlar Avropaya gəldikləri zaman ayrı-seçkilik və şiddətə məruz qalırlar. İnternet və sosial media radikalizasiya prosesində səmərəli vasitələrə çevrilib”, - deyə məruzədə vurğulanır.
Sahibə Qafarova bildirib ki, radikallaşmış şəxslər ictimai dəyərləri qəbul etmir, həyata keçirilən siyasəti və ənənələri rədd edirlər. Onlar ideoloji düşmənlərinə qarşı şiddət və zorakılığın istifadəsini qəbul edirlər: “Radikalizasiya prosesinin düzgün qavranılması üçün bəzi əhəmiyyətli məqamları vurğulamaq istərdim. Radikallaşmış şəxslərin əksəriyyətinin dini fanatiklər olduğuna dair ümumi fikirlərin əksinə olaraq, müxtəlif tədqiqatlar bu yanaşmanın doğru olmadığını göstərir. İştirak edənlərin əksəriyyəti Quran oxumayıb və məscidləri müntəzəm olaraq ziyarət etməyiblər. Hücumların əksəriyyəti “İŞİD”dən ilhamlanmış şəxslər tərəfindən təşkil olunub və həyata keçirilir. İkinci və üçüncü nəsil miqrantların radikallaşmasının əsas səbəblərindən biri şəxsiyyət böhranıdır. Bu gənclər nə Qərbdəki dünyəvi həyat tərzini, nə də valideynlərinin müsəlman kimliyini qəbul edirlər. Dini köklərini yenidən kəşf etməyə çalışarkən isə onlar terrorçu qruplaşmaların toruna düşür, ekstremist ideologiya vasitəsilə təsirə məruz qalırlar”.
Millət vəkili vurğulayıb ki, çoxlu sayda miqrant Avropaya gəlməmişdən əvvəl insan alverçiləri və qaçaqmalçıların yanlış təbliğat və təşviqatının, yönləndirməsinin təsiri ilə üzləşir, Avropa şəhərləri ilə bağlı ilkin təəssüratları sosial şəbəkələrdə qeyri-real foto və şəkillərlə, şərhlərlə formalaşır. Avropaya gəldikdə isə qarşılaşdıqları real vəziyyət xəyal qırıqlığına səbəb ola bilir, hətta radikalizasiya prosesini də sürətləndirir. Gənc köçkünlər digər yaş qruplarına nisbətən radikalizmə qarşı daha həssasdırlar - məktəbdə uğursuzluq, cinayət törətməyə uyğun və iş təcrübəsi olmayan gənc ikinci nəsil miqrantlar (xüsusilə 16-24 yaş arası). “Radikalizmin başqa potensial səbəbi iqtisadi və sosial qeyri-bərabərlikdir. Bir çox miqrantlar ayrı-ayrı yerlərdə və ya icmalarda yaşayır, yoxsulluq, sosial təcrid və narazılıqla üzləşirlər. Belə olduğu təqdirdə qeyri-qanuni qazanc yolları axtarırlar. Ayrı-seçkilik radikalizmə təsir göstərən digər mühüm amildir. Miqrantlar təhsil şəraitində bərabərsizlik, iş və ev tapmaqda, nəzarət-buraxılış məntəqələrində ayrı-seçkilik halları ilə tez-tez qarşılaşırlar. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək istəyirəm ki, miqrantların və diasporun icmalarının radikallaşmasına səbəb əsasən ev sahibliyi edən ölkələr tərəfindən miqrantlara tətbiq edilən siyasətin əhəmiyyətli uğursuzluqları, habelə qeyri-bərabər tətbiqlər və nifrət mesajlarıdır. Hesabatı hazırlayan zaman gəldiyim qənaətlərdən biri də budur ki, radikalizmə qarşı mübarizə antiislamçılıqla qarışdırılmamalıdır. İslamı terror dini kimi təqdim etmək yolverilməzdir. Terrorun və terrorçunun dini ola bilməz. “İŞİD”in Avropadakı miqrant gənclərə ünvanlanan antiqərb mesajlarını gücləndirən antiislam ritorikası dərhal dayandırılmalıdır. Radikalizmin və ekstremizmin qarşısını almaq üçün miqrantların ev sahibliyi edən ölkələrdə təhlükəsizlikdə olmasına inamlarını möhkəmləndirmək və öz mədəni şəxsiyyətlərini tərk etmədən onların cəmiyyətə inteqrasiyasını sürətləndirmək üçün tədbirlər görülməlidir. Radikalizmin yayılmasını önləmək üçün Avropa hökumətləri miqrantlara qarşı öz siyasətlərini yenidən nəzərdən keçirməli və məcburi köçkünlərin cəmiyyətin həyatına cəlb olunması və iştirakını təşviq etməlidir”, - deyə hesabatda qeyd olunur.
Daha sonra Sahibə Qafarova radikallaşmanın qarşısını almağın yolları barədə fikirlərini və tövsiyələrini diqqətə çatdırıb. Onun fikrincə, burada ən önəmli vasitə maarifləndirmədir: “Xüsusilə İslam cəmiyyətlərinin rəhbərləri, elm adamları və kütləvi informasiya vasitələri gənclərə təlqin olunan yanlış dini biliklərin qarşısını almaq üçün düzgün və effektiv maarifləndirmə işləri aparmalıdırlar. Həm ibtidai, həm də ali təhsildə yanlış fikirləri aradan qaldırmaq və qarşılıqlı anlaşmanı təbliğ etmək radikalizmin qarşısının alınmasında mühüm rol oynayır. Buna görə də radikalizmin qarşısının alınması bütün müəllimlər üçün peşə fəaliyyətinin əsas hissəsi olmalıdır. Onlar mədəni və dini fərqləri anlamaq və qəbul etmək üçün təlim keçməlidirlər.
Həmçinin uşaqlara hər gün demokratiya və insan hüquqları öyrədilməlidir. Onlar məsuliyyətli vətəndaşlar olmağı və ictimai həyatda fəal iştirak etməyi öyrənməlidirlər. Müasir təhsil sistemi hər bir şagirdin fikirlərini və maraqlarını ifadə etmək imkanı verməlidir. İdman, xüsusilə futbol gənc köçkünlərin cəmiyyətə inteqrasiyasında və radikalizmin qarşısının alınmasında çox kömək edə bilər”.
Millət vəkilinin fikrincə, bu proseslərdə mühüm rol oynayan media faktların təqdimatına ciddi diqqət yetirməlidir. İslamı terror dini və təhdid kimi xarakterizə edən KİV-lərin fəaliyyətini qətiyyətlə pisləmək, hətta lazım gələrsə, müəyyən hüquqi sanksiyaların tətbiqi də lazımdır: “Radikallaşma artıq internet və sosial şəbəkələr vasitəsilə baş verir. Avropa hökumətləri internetdə və sosial şəbəkələrdə radikalizasiyaya qarşı mübarizə aparmağa kömək edə biləcək yerli vətəndaş təşəbbüslərini dəstəkləməlidir. Dini icmalar həssas əhalinin radikalizasiyası probleminin həllində əsas rol oynayır. Bəzi Avropa ölkələri radikalizmin qarşısının alınması üzrə tədbirlərə dini nümayəndələrin cəlb edilməsini təşviq edən xüsusi layihələr həyata keçirirlər. Radikalizmin qarşısını almaq üçün ən yaxşı yol diasporun icmalarla işləmək potensialını artırmaqdır. Cəmiyyət və hakimiyyət orqanları yalnız işin bir hissəsini görə bilərlər, diaspor qurumları isə yerli səviyyədə anlaşılmazlıqların aradan qaldırılmasına və müxtəlif mənşəli insanlar arasında dialoqun təşviqinə kömək edə bilərlər.
Həmçinin qadınların radikalizmin qarşısının alınmasında rolunu xüsusilə vurğulamalıyıq. Qadınların rolu ailə mühiti ilə məhdudlaşmamalı, qadınlar radikalizasiyanın qarşısının alınması üzrə siyasətin formalaşdırılmasına, təhsil fəaliyyəti və icma işlərinə cəlb edilməlidir”.
Hesabat müəllifi bildirib ki, radikalizasiya və ekstremizmə qarşı mübarizə bir sıra maraqlı tərəflərin (hökumətlər, bələdiyyələr, hüquq-mühafizə orqanları, fərdlər və vətəndaş cəmiyyəti), idarəetmənin bütün səviyyələrində (yerli, regional və milli) və vətəndaş cəmiyyəti arasında sıx və əlaqəli əməkdaşlıq tələb edir. Bələdiyyə, polis və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və koordinasiya işləri çox vacibdir. “Nəhayət, bütün Avropa ölkələrində dinlərarası dialoq ekstremizm və radikallaşmaya qarşı mübarizə vasitəsi kimi irəli sürülməlidir”, - deyə Sahibə Qafarova müəllifi olduğu hesabatda qeyd edib.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  11-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir

14:32
08 Dekabr
Hikmət Babaoğlu: Ermənistan hər dəfə Azərbaycanın diplomatik həmlələri ilə autsayder vəziyyətinə salınır
13:31
08 Dekabr
İsa Həbibbəyli: Naxçıvan ərazi etibari ilə qədim türk-Azərbaycan torpağıdır və burada ermənilərin heç bir izi yoxdur
13:29
08 Dekabr
Niyazi Səfərov: Genişmiqyaslı sənayeləşmənin həyata keçirilməsi əsas hədəflərdən biridir
13:27
08 Dekabr
Zahid Oruc: Konstantin Zatulin öz mövqeyi ilə Rusiya dövlətinə zərbə vurur
13:24
08 Dekabr
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd olunub
13:21
08 Dekabr
Tahir Rzayev: Azərbaycan həm iqtisadi inkişafına, həm də ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir
11:06
08 Dekabr
Vaşinqtonda Azərbaycan Parlamentinin 100 illiyi qeyd edilib və “Əbədi Ezamiyyət” filminin təqdimatı keçirilib
11:03
08 Dekabr
Nazir: İran ilə Azərbaycan arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq daha da genişlənəcək
10:58
08 Dekabr
Pərviz Şahbazov: Bu qərar bazarın və neft sənayesinin inkişafı üçün çox mühüm addım oldu
10:56
08 Dekabr
Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə dair danışıqların növbəti mərhələsi yanvarda keçiriləcək
10:51
08 Dekabr
Ermənistan silahlı qüvvələri atəşkəsi 28 dəfə pozub
17:54
07 Dekabr
Azərbaycan könüllülərinin həmrəylik festivalında əmək yarmarkası təşkil edilib
17:43
07 Dekabr
Oqtay Əsədov: Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil
17:39
07 Dekabr
Əli Hüseynli: Zatulinin “Lazarev klubu”nda çıxışı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir
17:36
07 Dekabr
Bəxtiyar Əliyev: Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilməlidir
17:31
07 Dekabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
17:27
07 Dekabr
Bu il 330 məcburi köçkün üçün kiçik ailə təsərrüfatı yaradılıb
17:20
07 Dekabr
Milli Məclisin növbəti plenar iclası keçirilib
17:02
07 Dekabr
2019-cu il MDB-də Kitab İli elan olunub
16:51
07 Dekabr
Ufa Dövlət Neft Texniki Universitetinin tələbələri ADNSU-nun imkanlarını yüksək qiymətləndiriblər
16:40
07 Dekabr
Aydın Hüseynov: Hazırkı şəraitdə manatın kursunun dəyişəcəyi gözlənilmir və buna iqtisadi əsaslar da yoxdur
16:38
07 Dekabr
Xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri ilə toplantı keçirilib
16:33
07 Dekabr
Belçikanın Gent şəhəri Avropanın Gənclər Paytaxtı olmuş Gəncənin təcrübəsini öyrənməkdə maraqlıdır
16:28
07 Dekabr
Dubayda "Azərbaycan Ticarət Evi" açılacaq
16:27
07 Dekabr
Mənşə ekspertizalarının mahiyyəti, prosedurları və ixrac zamanı güzəştlərin tətbiqi müzakirə olunub
16:13
07 Dekabr
Leonid Yakuboviç: Heydər Əliyev yüksək intellekt, güclü xarizma sahibi idi
16:08
07 Dekabr
Azərbaycan Cənubi Qafqazda və dünyada ictimai-siyasi sabitliyin, sülhün bərqərar olmasında maraqlıdır
16:05
07 Dekabr
Bilik Fondu tələbələr arasında Cümhuriyyət tarixinə həsr olunan yarış keçirib
15:29
07 Dekabr
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
15:26
07 Dekabr
Səttar Möhbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
15:20
07 Dekabr
Fövqəladə hallar naziri İmişlidə dörd rayonun vətəndaşlarını qəbul edib
15:06
07 Dekabr
Daha 13 rayon üzrə 1404 arıçıya subsidiya verilməsi barədə qərar qəbul olunub
14:42
07 Dekabr
Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi
14:34
07 Dekabr
Bakıda Azərbaycan könüllülərinin həmrəylik festivalı keçirilib
14:32
07 Dekabr
“Jewish Journal” Hanuka bayramı və Azərbaycanda tolerant cəmiyyətdən yazıb
14:29
07 Dekabr
Elmira Süleymanova: Aparılan islahatlar dövlət qurumları tərəfindən insan hüquqlarının qorunmasına dəstək verir
14:20
07 Dekabr
Vaqif Əliyev: Dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı diqqət mərkəzindədir
14:17
07 Dekabr
Elman Məmmədov: "Qlobal Terrorçuluq İndeksi"ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır
14:14
07 Dekabr
Bakıda “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib
14:11
07 Dekabr
Bahar Muradova: Azərbaycanın insan hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı digər ölkələrə də nümunədir
12:52
07 Dekabr
Şəkinin daha bir kəndinə təbii qaz verilib
12:49
07 Dekabr
Azərbaycanın xarici işlər naziri ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb
12:35
07 Dekabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
12:26
07 Dekabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasında debatlarda beynəlxalq hüquq normalarını pozanlar barəsində tədbir görməyin zəruri olması haqda danışıb
12:24
07 Dekabr
Milli Məclisin plenar iclası keçirilir
12:20
07 Dekabr
Elmar Məmmədyarov: Bakı-Tbilisi-Qars Avropa-Asiya dəmir yolu yükdaşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək
12:16
07 Dekabr
Nazirlik: Maliyyə nazirinin səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir
12:10
07 Dekabr
Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edib
11:08
07 Dekabr
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
11:06
07 Dekabr
Azərbaycanlı gənc rəssamlar Bolqarıstanda beynəlxalq rəsm müsabiqəsinin qalibi olublar
11:03
07 Dekabr
Astarada arı ailələri ilk dəfə qeydiyyata alınır
10:59
07 Dekabr
Doqquz ayda Azərbaycan ilə Polşa arasında ticarət dövriyyəsi 57 faiz artıb
10:57
07 Dekabr
Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəliləyiblər
10:50
07 Dekabr
Akif Əlizadə: Azərbaycanda gənc alimlərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur
10:49
07 Dekabr
Polşada “Azərbaycan Ticarət Evi” açılıb
10:34
07 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
21:53
06 Dekabr
Ceyhun Hacıbəylinin varisləri bu gün Bakının bir neçə ali məktəbində olub
21:45
06 Dekabr
Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi
21:38
06 Dekabr
AŞPA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasətinin mədəniyyətimizə vurduğu zərbələrdən danışılıb
21:34
06 Dekabr
Türk Şurasının növbəti Zirvə toplantısı gələn il Azərbaycanda keçiriləcək
21:15
06 Dekabr
Belqradda “Qoşulmama Hərəkatı - ədalət naminə sivilizasiyaları birləşdirən bir model” mövzusunda konfrans keçirilib
21:09
06 Dekabr
Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi imkanları müzakirə olunub
20:41
06 Dekabr
Praqada fəaliyyət göstərən Azərbaycan-Avropa Ticarət Palatasının illik təqdimatı keçirilib
20:00
06 Dekabr
Emin Ağalarovun “Crocus City Hall”da konsertləri olacaq
19:50
06 Dekabr
Binəqədi rayonunda Beynəlxalq Könüllülər Günü qeyd edilib
19:47
06 Dekabr
Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr edilən “Kolorit” adlı sərgi açılıb
19:41
06 Dekabr
AZTA ilə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
19:34
06 Dekabr
“Caspian European Club” Dövlət Gömrük Komitəsi ilə biznes-forum keçirib
19:26
06 Dekabr
Elmar Məmmədyarov: Azərbaycan torpaqlarının işğalı Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
17:35
06 Dekabr
Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərə gəlib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA